Ətraflı axtarış
Baxanların
4783
İnternetə qoyma tarixi: 2013/07/23
Sualın xülasəsi
Məgər niyabətən yerinə yetirilən ibadət, ibadəti satın almaq deyil?
Sual
Allah təala Bəqərə sürəsinin 183-cü ayəsində oruc tutmağa əmr edərək buyurur: Bu əmr,sizin təqvalı olmağınız üçündür.Ancaq,sonrakı ayədə buyurur ki,əgər səfər və ya xəstəlik kimi səbəblərdən dolayı oruc tuta bilməsəniz, hər gün üçün fidyə verməlisiniz. Bir müdd təamın miqdarı o qədərdir ki,əgər fəqir yesə doya bilsin.Əgər oruc tutmağın faydası pəhrizkarlıqdırsa,bəs ac adama təam vermək məni pəhrizkarlığa necə çatdıracaq?Bu kimi ayələrin olması bəzi din fırıldaqçılarına fürsət verdi ki, digər ibadət işləri üçün özlərinə görə ağıldan, məntiqdən kənar qanunlar çıxartsın və o qanunlara sığınaraq öz dünyalarına çatsınlar.Misal üçün,ölmüş bir şəxsın böyük oğlu onun qılmadığı namazları qılmalıdır və əgər oğlu yoxdursa,bir nəfərə pul versinlər ki,həmin namazları o şəxs qılsın.Yaxud da, həcc ziyarətində iştirak etməyən birisi pul verməklə bu ibadətlərin feyzinə necə nail olur məlum deyil.Bir sözlə hər bir kəs,öz namaz və oruclarını ala bilər.Hətta daha çox pul verməklə özü üçün daha çox namaz qıldıra bilər və bununla da, o biri dünyada ona nəsib olan cənnət huriləri daha çox olacaqdır.
Qısa cavab

Əsas qannunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə  və ya qanunvericilik baxışında vacib bir məsələdir. Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.Namaz,oruc və həcc kimi məsələləri hər bir şəxsin özü həyatda ikən yerinə yetirməlidir.Bir şəxs həyatda ikən (məcbur olmadığı təqdirdə) ona məxsus ibadətləri başqası yerinə yetirə bilməz.Bu əməlləri tərk edəcəyi təqdirdə əzaba dücar olacaqdır və heç vaxt həyatda ikən çətinliklərə dözərək, öz ibadətlərini yerinə yetirən birisi,yalnız, ölümündən sonra heç bir üzrü olmadan bəzi ibadətləri başqaları tərəfindən yerinə yetirilmiş birisi ilə eyni ola bilməz.Orucun kəffarəsi barəsində isə bunu deyə bilərik ki,fəriq və ac bir şəxsi doyurmaq həmin şəxsin Allahın əmrindən çıxmasının qarşılığındadır,ancaq həmin orucu yerinə yetirmək yenədə o şəxsin boynunda borcdur.Bir şəxsin ölümündən sonra onun oruc və namazlarını yerinə yetirmək üçün verilən pul isə,bu ibadətlərin bəzi məsləhətlərinin qarşılığını ödəmək üçündü, nəinki bütün məsləhətləri ödəmək üçün nəzərdə tutulmuş olsun.Bir sözlə,insanın hər nə qədər pulu olsa da, öz namaz və orucunu pul ilə alaraq ondan ehtiyacsız ola bilməz.

Ətreaflı cavab

İnsanlar qanunları yerinə yetirmək baxımından 3 yerə bölünür:

  1. O şəxslər ki, adi bir vəziyyətdə qərarlaşıb və əsas qanunları yerinə yetirməyə qüdrəti var. Belə olan halda həmin əsas qanuna əməl edirlər.Bu kimi şəxslər adətən cəmiyyətin əksər hissəsini təşkil edir.Adətən qanunlar cəmiyyətin bu hissəsi üçün, nəzərdə tutulur.İlahi qanunlar da bu kimidir.Misal üçün,yol hərəkət qanunları cəmiyyətin nəqliyyat vasitələrini asan şəkildə idarə etməsi üçündür və bu kimi qanunlar da cəmiyyətin əksəriyyəti üçün nəzərdə tutulur.
  2. O şəxslər ki,qanun qarşısında adi bir halda qərarlaşmayıblar və bu şəxslər qanunlara riayət etməyə məcbur deyillər.Adətən,qanun qoyanlar bu şəxslər üçün əsas qanundan sonra gələn və ikinci pillədə qərarlaşan qanunları nəzərdə tuturlar.Misal üçün, qırmızı işıqda dayanmaq hamı üçün nəzərdə tutulan bir qanundur.Ancaq, xüsusi şəraitlərdə yanğınsöndürən maşınlar üçün bu qanun istisna bir hal daşıyır və onların bu qanuna əməl etmələrinə lüzum yoxdur. Ancaq, bu istisnalar o şəxslər üçündür ki, onların bu qanunlara tabe olmamasının səbəbi qanuna qarşı çıxmaq deyildir.

Allah oruc tutmağa əmr edibdir. Deməli,oruc tutmaq müsəlmanların həyat qanunlarından biridir. Ancaq, bəzi insanlar var ki, müxtəlif səbəblərdən (xəstəlik,səfər və s.) dolayı bu qanuna əməl edə bilmirlər. İslam qanunu bu kimi şəxsləri oruc tutmaqdan azad edibdir və onlar üçün əvəzedici qanunlar qərar veribdir. Qəza kimi bir qanun,ramazan ayında oruc tuta bilməyən şəxslər üçün nəzərdə tutulmuş bir qanundur.Yaxud da,səfərdə olan bir şəxsin namazı adi haldan çıxaraq qəsr namazına çevrilmişdir.Yaxud da, bir şəxs əgər qoca yaşında həcc ona vacib olarsa,və ya sağalmaz bir xəstəlik vaxtı həcc vacib olarsa,bu zaman özü gedə bilmədiyi üçün başqasını öz yerinə göndərə bilər.Bütün bunlarla yanaşı,hər iki qanuna,yəni əsas qanuna və ya onu əvəz edən digər qanuna əməl etmək mömin bir şəxs üçün heç bir fərqi yoxdur.

  1. O şəxslər ki, adi bir vəziyyətdə qərar tapıblar və heç bir üzrləri də yoxdur.Ancaq,qanunlara qarşı itaətsiz və əməl etməkdən boyun qaçırırlar.Adətən qanun qoyanlar bu kimi şəxslər üçün əvəzedici qanunlar tətbiq edirlər.Ancaq,bu qanunlar ikinci qismdəki insanlar üçün nəzərdə tutulmuş qanunlar kimi deyildir.Bu kimi qanunların tənbehedici və cərimə xüsusiyyəti vardır.Bu qanunların xüsusiyyəti bunlardır:
  2. Bu kimi şəxslərin öhdəsinə daha çox vəzifə qoyulur.
  3. Həmin şəxs qanunda olan məsləhətlər və təsirlərin hamısını ələ gətirə bilməyəcəkdir.

Bu kimi qanunlara aid misallar həddən artıq çoxdur.Əgər bir şəxs adi bir vəziyyətdə qırmızı işıqda keçsə,çətin və tənbehedici qanunlar o şəxs üçün nəzərdə tutulur.İslam qanununda da “kəffarə” adlı qanun bu xüsusiyyətə malikdir.[1]Bir şəxs adi bir şəraitdə qərar tapsa,ancaq öz vəzifəsinə əməl etməsə,qanunda  bu şəxs üçün bəzi cəzalar nəzərdə tutulubdur.Misal üçün,bir şəxs qəsdən namazını qılmasa,[2] böyük günaha mübtəla olmaqdan savayı,gərək onun qəzasını da yerinə yetirsin.Əgər bir şəxs ramazan ayında oruc tutmasa,böyük günaha mübtəla olmasından savayı,gərək tutmadığı hər gün üçün bir qul azad etsin,və ya, iki ay oruc tutsun,və ya, altmış fəqiri doyuzdursun,yaxud da,hər birinə bir müdd təam,yəni buğda, arpa və s. versin.[3]Bundan əlavə tutmadığı orucu da sonradan tutmalıdır.Bu cür şəxs, heç vaxt itaət və bəndəçilik edərək öz vəzifəsinə əməl edən birisi kimi olmayacaqdır.Allaha qarşısında cürət etmək,və ya,onun əmrləri qarşısında təvazökar olmamaq bu kimi şəxslərin ümdə problemidir.Eyniylə qırmızı işıqdan keçən şəxslər kimi olurlar.Bu kimi şəxslər bu əməlinə görə cərimə olurlar və bu cərimədən başqa əlavə cəza tətbiq edilmir.Ancaq bu kimi şəxs insanların və qanunun gözündə bir qanun sındıran  şəxs olaraq bilinəcək.Həyatda ikən öz namaz və oruclarını yerinə yetirməyən şəxs də bu cürdür.Deyək ki,bir şəxs onun ölümündən sonra onun ibadətlərini yerinə yetirəcək və ya pul verərək onun tərk etdiyi ibadətləri bir nəfərə gördürəcəklər.Ancaq, görəsən həmin ölən şəxs namaz üçün nəzərdə tutulan bütün məsləhət və təsirlərə sahib olacaqmı? Görəsən onun vəziyyəti, həyatda ikən öz vəzifələrinə bəndəçilik edərək əməl edən şəxsin vəziyyəti kimi olacaqmı?Ölən şəxs ibadət üçün nəzərdə tutulmuş bəzi məsləhətləri ələ gətirsə də,bu qanun, qanunu pozan şəxslər üçün dünyəvi qanunlarda nəzərdə tutulmuş cərimələr kimidir və heç vaxt əməlin alınıb-satılması mənasında deyildir.Məlumdur ki,bu cərimələr bəzi məsləhətləri ələ gətirmək üçün nəzərdə tutulubdur.

 

Nəticə:

  1. Adi şəraitdə qərar tapmış şəxslər əgər öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırırlarsa,heç vaxt Allahın qanunlarına əməl edən şəxslərin məqamında deyildirlər.
  2. Namaz,oruc və həcc kimi əməlləri hər bir şəxs gərək öz həyatında əməl etsin və həmin şəxs dünyada ikən onun boynunda olan vəzifələr başqalarının boynuna yüklənmir.[4]Bu əməllər qəsdən tərk olunduğu təqdirdə,çoxlu cəzalara mübtəla olacaqdır.Deməli,insan həyatda ikən,onun boynunda olan əməllərin alınıb-satılması deyilən bir şey yoxdur.
  3. Oruc kimi bəzi əməllər var ki,əgər qəsdən tərk olunsa,əməlin özü sonradan yerinə yetirilməsindən əlavə , kəffarəsi də gərək yerinə yetirilsin.Fəqirləri doyurmaq həmin şəxsin itaətsizliyinin kəffarəsidir və əməli yerinə yetirmək hələdə o şəxsin boynunda borc olaraq qalır. Bir sözlə, hər nə qədər pulu olsa da,öz namaz və orucunu almağa haqqı yoxdur.
  4. İnsan öləndən sonra,onun yerinə yetirilən əməlləri barəsində bəzi nöqtələrə diqqət etmək lazımdır:
  5. Bu şəxs, əsla öz həyatında bəndəçilik edərək boynunda olan vəzifələrə əməl edən bir şəxs kimi deyildir.[5]
  6. Bu şəxs, ölümündən sonra onun boynunda olan əməllər yerinə yetirilsə də,o əməl üçün nəzərdə tutulan məsləhət və mənfəətlərin hamısını ələ gətirə bilməyəcəkdir.
  7. Bu əvəzedici qanunlar,eyniylə dünyəvi qanunlarda nəzərdə tutulmuş cərimələr kimidir və heç vaxt əməlin alınb-satılması mənasında deyildir.

Bir sözlə, əsas qanunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə  və ya qanunvericilik baxışında vacib bir məsələdir.Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.

Bir şəxs ki, qəsdi olmadan və bəzi səbəblərdən dolayı öz vəzifəsinə əməl edə bilmirsə,bütün qanunlardan üzrlüdürlər.Deməli,bir şəxs hansısa bir səbəbdən,oruc tuta bilməyibsə və dünyasını dəyişibsə və orucunu tutmalı idisə,bu əməlin yerinə yetirilməməsinin əvəzi olaraq pul ödənilməsi və başqa şəxs tərəfindən yerinə yetirilməsi,ibadətin alınması mənasında deyildir.Ancaq bir şəxs vəzifəsini qəsdən tərk edibsə, həyatda olduğu müddətdə bu vəzifəni başqasının yerinə yetirməsi caiz deyildir və əgər onun ölümündən sonra başqaları onun yerinə yetirmədiyi əməlləri yerinə yetirirsə, bu onun qəsdən tərk etdiyi əməllərə görə qazandığı günahların bağışlanması mənasında deyildir.

Hər bir halda, insan öləndən sonra onun namaz və oruclarının yerinə yetirilməsi üçün pul ödənilirsə,bu əməl onun əldən verdiyi bəzi məsləhətləri yenidən ələ gətirə bilməsi üçündür.Nəinki, bütün məsləhətləri ələ gətirə bilsin.Bir sözlə hər nə qədər pulu varsa,oruc və namazlarını alaraq ondan ehtiyacsız ola bilməz.

 


[1] “ سميت الكَفَّاراتُ كفَّاراتٍ لأَنها تُكَفِّرُ الذنوبَ أَي تسترها” Kəffarəyə ona görə kəffarə deyilir ki,kəffarə günahkarı örtür və  günahı təlafi edir.İbn Mənzur,Muhəmməd ibn Mukrim,Lisane Ərəbi,Muhəqqi və musəhhih,Mir Damad,,Cəmaləddin, 5,Darul fikr liltəbaə vən nəşr vət töuzii,dare Sader,Beyrut,üçüncü çap,1414 qəmri.

[2] Kuleyni,Muhəmməd ibn Yəqub,əl-kafi,  «بَابُ مَنْ حَافَظَ عَلَى صَلَاتِهِ أَوْ ضَيَّعَهَا»، cild 6,s,15-24,Darul hədis,Qum,birinci çap,1429 qəməri,

[3] İmam Xomeyni,Tozihul məsail,cəm edən:Bəni Haşimi Xomeyni,Seyyid Muhəmməd Huseyn,C,1,S,928,İslami nəşriyyatının ofisi,Qum,səkkizinci çap,1424 qəməri.

[4] əl Kafi,darul hədis,C,8,S,230

[5] Allah təala Hədis sürəsinin 10-cu ayəsində ,çətinlikdə infaq edən şəxslə,asanlıqda infaq edən şəxs arasında fərq qoyaraq buyurur:

“O şəxslər ki,qələbədən öncə infaq etdilər və vuruşdular,(qələbədən sonra infaq edənlə) eyni deyillər.Onlar fəthdən sonra infaq edənlərdən və cihad edənlərdən daha üstündürlər.Allah hər iksinə də gözəl vədə veribdir və Allah onların əməl etdiklərinə agahdır.”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...