Ətraflı axtarış
Baxanların
12336
İnternetə qoyma tarixi: 2011/06/19
Sualın xülasəsi
Həzrət Adəmin (ə) yaradılışından öncə cinlərin öz nəslindən peyğəmbərləri olmuşdur?
Sual
Mən araşdırmalarım sayəsində həzrət Adəmdən (ə) qabaq yer üzündə cinlərin yaşadığı nəticəsinə gəlmişəm. Həmçinin, hər şəxsə (tayfa) yol göstərmək üçün bir peyğəmbər olduğunu oxumuşam. Lakin cinlər üçün heç bir cin peyğəmbər olmamışdır. Peyğəmbərlər yalnız insanlardan olmuşdur. Buna əsasən necə ola bilər ki, insandan qabaq heç bir peyğəmbər olmadan cinlər yer üzündə yaşamışlar? Bu təffəkkürün (Allaha pənah aparıram) Allahın rəhmət və ədalətindən uzaq olması baxımını aşılayır. Xahiş edirəm ətraflı açıqlayın.
Qısa cavab

Quran-məciddə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bəyan edilmişdir.

Baxmayaraq ki, cin barəsində məlumatımız məhduddur, bir çox sübutlar əsasında Adəmdən (ə) öncə cinlərin içində öz peyğəmbərləri olduğunu demək olar:

  1.      Cinlər insanlar kimi təklif və məsuliyyətə malikdirlər. Təklif və məsuliyyət təbliğ, qorxutma, ümidverməyə bağlıdır. Deməli, şübhəsiz Allah tərəfindən bu mühüm missiyanın icrası üçün cinlərə peyğəmbərlər gəlmişdir.

  2.      Cinlər insanlar kimi həşr-nəşr, məad, mükafat və cəzalanmaya məhkumdurlar. Mükafat və cəzalandırma höccəti tamamlamaqdan, bu da öz növbəsində peyğəmbərin gəlişindən aslıdır.

  3.      Bu Quran ayəsi:

"یَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ یَأْتِکُمْ رُسُلٌ مِّنکُمْ یَقُصُّونَ عَلَیْکُمْ آیَاتِی وَیُنذِرُونَکُمْ لِقَاءَ یَوْمِکُمْ هَذَا..."

"Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?..." həzrət Adəmin (ə) yaradılışından öncəyə də aiddir.

  4.      Bir rəvayətdə həzrət Əli (ə) Şamlı bir nəfərin Allah-Taalanın cinlərə bir peyğəmbər göndərməsi haqqında verdiyi suala cavab olaraq buyurur: "Bəli, cinlərin peyğəmbəri onları Allaha tərəf çağıran Yusif adlı bir şəxs idi ki, cinlər vasitəsilə şəhid edildi."

Ətreaflı cavab

Quran-kərimdə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bu cür bəyan edilmişdir:

1.     Cin insanın əksinə atəş şöləsindən yaranmışdır.[1]

2.     Elmə, idraka, haqq və batili ayırma qüvvəsinə, məntiq və isbat qüdrətinə sahibdir. [2]

3.     Təklif və məsulliyyətə malikdir. [3]

4.     Qiyamət günü və məada malikdir. [4]

5.     Onlardan bəziləri mömin və əməlisaleh, bəziləri isə kafir və müşrikdirlər. [5]

6.     Onlar asimana nüfuz etmək, xəbər əldə etmək qüdrətinə malik idilər ki, İslam peyğəmbərinin (s) besətindən sonra buna qadağa qoyuldu. [6]

7.     Cinlər bəzi insanlarla rabitə yaradır sahib olduqları məhdud gizli sirrlərini onlara çatdırmaqla doğru yoldan azdırırdılar. [7]

8.     Cinlərin arasında çoxlu qüdrətə sahib olanları mövcuddur. [8]

9.     Onlar insanların ehtiyac duyduğu işləri görmək qüdrətinə malikdirlər. [9]

10.  Onların yer üzündəki yaradılışı insanların yaradılışından öncə olmuşdur. [10]

11.  İnsanların məqam və heysiyyəti cinlərdən üstündür. Bu səbəbdən Allah İblisə, Adəmə səcdə etməyi əmr etdi. İblis cin nəslinin böyüklərindəndir.[11]

Cinlərin peyğəmbəri olub-olmaması sualının cavabına gəlincə, cinlər üçün iki zaman kəsiyi; bəşər yaradılışından qabaq və sonra fərz olunur.

İkinci zaman kəsiyində; yəni insanın yaradılışından sonrakı insan və cinlər arasında ümumi zamanda (İslamdan qabaq və sonra) Quran ayələrinə əsasən cinlər də insanlar kimi insanlardan seçilən peyğəmbərlərə itaət etməyə borcludurlar.[12] Buna görə də bir çox cinlər ilahi peyğəmbərlərə iman gətirmiş, bəziləri də onları inkar edərək kafir olmuşlar.

Amma birinci zaman kəsiyində; yəni bəşər yaradılışından öncə cinlərin hidayətindən ötrü peyğəmbərlər gəlmişdilərmi? Əgər gəliblərsə, cin nəslindən olublar ya yox? Cavabında deyirik: Həzrət Adəmin (ə) yaradılışından qabaq cinlər arasında cin nəslindən peyğəmbərlər olmuşdur:

  1. Quran-kərim insan və cinin yaradılış hədəfinin übudiyyət və kamal olduğunu bəyan edirək buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!".[13] Şübəhəsiz ki, übudiyyət və kamal məqamına yetişmək təklifsiz müyəssər olmur. Deməli, cinlər təklif sahibi idilər[14] və buna Quranda şahidlik edir.[15] Başqa bir tərəfdən Allahın cinləri mükəlləf edib amma təklifi, onun şəraitini onlara öyrətməməsi, rəhbər göndərməməsi mümkün deyil. Beləliklə, təklif peyğəmbərin gəlişinə bağlıdır, peyğəmbər gəlmədiyi təqdirdə təklif düzgün deyil.

  2. Allah-Taala həkim və ədalətlidir. Adil və həkim olan kəs qəbahətli iş görməz. Bəs necə Allah buyurur: İnsan və cinləri vəzifələrində səhlənkarlıqlarına görə cəzalandıracağam: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!".[16] Allah peyğəmbər göndərmədən, höccəti tamam etmədən onları cəzalandırması mümkünmüdür? Sözsüz ki, cavab mənfidir. Çünki peyğəmbərsiz və höccətsiz mükəlləfi cəzalandırmaq qəbahətli, çirkin bir işdir. Əvvəldə dedik ki, hikmət sahibi qəbahətli, pis iş görməz. Cinlərdə bu ümumi qanuna aiddirlər. Bundan əlavə Quran buyurur: "Biz, (vəzifələrinin bəyanı üçün) peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"[17]. Deməli, onlara peyğəmbərlər gəlmişdir.

  3. "یَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ یَأْتِکُمْ رُسُلٌ مِّنکُمْ یَقُصُّونَ عَلَیْکُمْ آیَاتِی وَیُنذِرُونَکُمْ لِقَاءَ یَوْمِکُمْ هَذَا..." "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?...".[18]

Bu ayənin məna və arqumenti aydın şəkildə dəlalət edir ki, cinlərin olduğu bütün zamanlarda, həzrət Adəmin (ə) yaradılışdan öncə və sonra, hətta İslamdan qabaq və sonrakı dövrlərdə onların peyğəmbəri olmuşdur. Bəşərin yaranışından qabaq peyğəmbərin öz nəsillərindən olması təbiiidir.[19] Buna şahid olaraq başqa bir ayədə buyurulur: "إِنَّا أَرْسَلْنَاکَ بِالْحَقِّ بَشِیرًا وَنَذِیرًا وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِیهَا نَذِیرٌ" "Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin!".[20]

  1. Bir rəvayətdə gəlmişdir ki, Şamlı bir şəxs həzrət Əlidən (ə) soruşdu: "Allah-Taala cinlər üçün peyğəmbərlər göndərmişdir?" İmam Əli (ə) cavabında buyurdu: "Bəli, Allah onların hidayəti üçün Yusif adlı bir peyğəmbər göndərmişdir. Amma cinlər onu şəhadətə yetirmişlər".[21] Bu rəvayət də cinlərin özlərinə məxsus peyğəmbərlərinin olmasına ən yaxşı sübutdur.

Beləliklə, dediklərimizə diqqət yetirməklə cinlərin təklif sahibi olduğu, bəşərin xilqətindən qabaq hidayətdən ötrü onlara peyğəmbərlərin gəldiyi aydın olur. Lakin onların keyfiyyəti bizə məlum deyil.



[1] - "Rəhman", 15

[2] - "Cin" surəsinin müxtəlif ayələri

[3] - "Cin" və "Rəhman" surəsinin ayələri

[4]-  "Cin", 15

[5] - "Cin", 11

[6] - "Cin", 9

[7] - "Cin", 6

[8] - "Nəml", 39

[9] - "Səba", 12-13

[10]-  "Hicr", 27

[11] - "Kəhf", 50

[12] - "Təfsir əl-Mizan", c.7, səh. 540, "Təfsir əl-münhəc əl-sadiqin", c.3, səh. 452

«وَ إِذْ صَرَفْنا إِلَیْکَ نَفَراً مِنَ الْجِنِّ یَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قالُوا أَنْصِتُوا فَلَمَّا قُضِیَ وَلَّوْا إِلى‏ قَوْمِهِمْ مُنْذِرینَ قالُوا یا قَوْمَنا إِنَّا سَمِعْنا کِتاباً أُنْزِلَ مِنْ بَعْدِ مُوسى‏ مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ یَهْدی إِلَى الْحَقِّ وَ إِلى‏ طَریقٍ مُسْتَقیمٍ»

[13] - "Zariyat", 56

«و ما خلقت الجنّ و الانس الاّ لیعبدون»

[14]-  "Bihar əl-ənvar", c.60, səh. 311

[15] - "Əhqaf", 18

«أُولئِکَ الَّذِینَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِی أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ إِنَّهُمْ کانُوا خاسِرِینَ»

[16] - "Səcdə", 13; "Hud", 119

[17]-  "İsra", 15

[18] - "Ənam", 130

[19] - Bu nöqtə bəzi təfsirçilərin nəzərinə görə "rəsulun minkum" (رسل منکم) cümləsindən istifadə olunur və bütün zamanlara aiddir. Amma Musa və Məhəmməd peyğəmbərin (ə) zamanı istisnadır. Yəni, bu dövrlərdə cinlərin peyğəmbəri öz nəsillərindən deyil.

[20]-  "Fatir", 24

[21]-  "Bihar əl-ənvar", c.10, səh. 76

«هل بعث الله نبیا الی الجنّ فقال نعم بعث الیهم نبیا یقال له یوسف فدعاهم الی الله فقتلوه»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Динин сијасәтлә ујғунлуғу вармы?
    8122 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Mən səkkiz ildir ki, evliyəm və indiyədək xüms ödəməmişəm, xahiş edirəm mənə yol göstərin.
    6823 Xumsun hesablanması və onun ödənmə qaydası 2012/04/18
    Həzrət Ayətullah uzma Sistaninin dəftəri: İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    9185 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • Məlun Yezidin göstərişi ilə ordu Kəbə Evini yandırdığı zaman nə üçün onlara əzab nazil olmadı?
    11473 تاريخ کلام 2012/02/13
    Yezid (lənətullah əleyh) özünün qısa müddətli hakimiyyəti dövründə üç ağır cinayət törətmiş və çirkin əmələ batmışdı. Birincisi, imam Hüseyn (əleyhis-salam)-ı qətlə yetirmək, ikincisi “Hirrə” hadisəsində Mədinə əhalisini kütləvi qırmaq, üçüncüsü isə Kəbə Evini yandırmaq. Bu kimi zalım və mənfur adamların dünyada da ilahi əzaba düçar olduqlarını görürük. ...
  • Nə üçün İranda oğrunun cəza hökmü (əlinin kəsilməsi) icra olunmur?
    10407 Əhkam və hüquq fəlsəfəsi 2012/01/18
    Sualda işarə edildiyi kimi, Quran ayəsi və rəvayətlərə əsasən, lazımi şərtlər mövcud olanda oğrunun əllərinin kəsilməsi vacib olur. Amma İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu dövrdə bu hökmün icrası ilə əlaqədar fəqihlərin və İslam alimlərinin sözlərini üç qismə bölmək olar:1. Bəzi fəqihlər, o cümlədən Əllamə Hilli (rəhmətullahi əleyh) qeybət dövründə ...
  • Şeyx Səduqun etiqadına görə dini rəhbərlərin qəbrlərinin kənarında Həcc mərasinmi yerinə yetirmək, Məkkədə Həcci yerinə yetirməkdən üstündürmü?
    5500 بیشتر بدانیم 2015/05/21
    Şeyx Səduq özünün Savabul-əmal və iqabul əmal kitabında "Həcc və Ümrənin savabı" haqqında xüsusi bir fəsl açmış və bu mövzuda çoxlu rəvayətlər nəql etmişdir. Həmin kitabın başqa bir fəslində, "Həcci tərk edən şəxsin cəzası" adlı başqa bir ünvan da açımş və həmin rəvayətlərin birində belə bir rəvayət ...
  • Ömər Əbu- Hüreyrəni saxta hədis düzəltməsinə görə cəzalandırıbdırmı?
    15288 Hədis nəql edənlər 2011/09/18
    Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:
  • Динин мүхтәлиф сәтһ вә мәрһәләләри һансылардыр?
    12423 Din fəlsəfəsi 2009/06/15
    Динин әсас мәрһәләләри бунлардан ибарәтдир:а) Өз-өзүнәоландин: Илаһибиргүввәвәирадәиләинсанын
  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    8468 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Təşbeh qəbilindən İsanı “Allahın oğlu” hesab etmək olarmı?
    6631 Qədim kəlam 2012/04/10
    “İbnullah” (Allahın oğlu) kəlməsi həqiqi mənada olan “ata-oğul” mənasından başqa heç bir digər mənanı çatdırmır. “Allahın əli”, “Allahın xəlili” və s. ifadələrin öz həqiqi mənalarında Allah üçün işlədilməsi qeyri-mümkündür və mütəal Allaha övlad aid edilməsi Onun bəsit və mütləq (qeyri-məhdud) olan vücudu ilə ziddiyyətlidir. Digər tərəfdən, əgər ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168582 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166485 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121878 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115836 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114979 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96479 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60619 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56515 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49192 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47271 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...