Ətraflı axtarış
Baxanların
11535
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
Sual
Ruhun yuxu və huşdan getmə vəziyyətlərindəki fəaliyyəti arasındakı nə kimi fərq vardır? Nə üçün yuxuda gördüyümüz şeylər zehnimizdə qalır, lakin huşsuzluq vəziyyətində belə deyildir?
Qısa cavab

Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.

Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə olan agahlığı bir qədər güclənmişdir. Laboratoriyada aparılan təcrübə və tədqiqatlara əsasən, yuxunun bir-biri ilə tamamilə fərqli olan iki mərhələsi vardır: REM Non REM. İnsanın Non REM mərhələsində gördüyü yuxular (yuxu güclü və dərin olduğuna görə) zehində qalmır, yalnız REM yuxuları zehində qalır. İnsanın huşdan getdiyi zaman da ruhun bədənlə əlaqəsinin şiddətlə zəiflədiyinə və yuxunun dərin olduğuna görə ehtimali yuxular zehnində qalmır.

Ətreaflı cavab

Ruhun fəaliyyətinin nədən ibarət olması və necəliyi indiyə qədər bəşər elmi tərəfindən dərk oluna bilməyən mühüm, müəmmalı və mürəkkəb məsələlərdən biridir. Bu məsələ alimlərin fikir ixtilafına səbəb olmuşdur. Belə ki, bəzi alimlərin dediyinə görə, ruhun həqiqəti və onunla əlaqədar digər məsələlər barəsində mindən artıq nəzəriyyə mövcuddur.[1]

Qurani-Kərim də ruhun mahiyyətini tanımaqla əlaqədar insanın qüdrətsiz olduğuna təkid edərək buyurur: “Ya Peyğəmbər! Səndən ruh barəsində soruşurlar, de: ruh mənim Pərvərdigarımın əmr və fərmanıdır, sizə elmdən cüzi miqdardan başqa bir şey verilməmişdir.”[2]

Ayə və rəvayətlərdən kömək almaqla başa düşürük ki, bədən və orqanizmin əksinə olaraq ruh mücərrəd bir varlıqdır, onda maddənin xüsusiyyətləri yoxdur. Yəni zaman və məkanda məhdud və məhsur olmur. Həmçinin aşkar bir məsələdir ki, oyaqlıqda və yuxuda, eləcə də bədəndən ayrıldığı vaxt – ölüm zamanı ruhun bədənlə olan əlaqəsi tamamilə bir-birindən fərqlənir. Quran buyurur: “Allah insanın ruhunu yuxu zamanı və öldüyü zaman alır. Əcəli gəlib çatan şəxsin ruhu alınan zaman bir daha qayıtmır. Amma əcəli çatmayan insan yuxu zamanı ruhu alınsa da, yenidən onun bədəninə verilir.”[3]

Qurani-məcid ölümü “təvəffa” təbiri ilə qeyd edir. “Təvəffa”nın mənası əxz etmək, geri almaqdır. Başqa sözlə, Allahın bəndəyə verdiyi can və ruh ondan iki mərhələdə geri alınır: 1. Yuxu zamanı onun zəif mərhələsi, 2. Ölüm zamanı güclü mərhələsi.

Hər bir halda çox maraqlı və müəmmalı bir məsələdir ki, yuxu zamanı bədəndən ayrılan ruh necə bir ruhdur və onun əsər-əlaməti nədir? Ruh bədəndən ayrılan zaman onun hansı əlamətləri vardır? Çünki yuxu zamanı insanda çox da əsaslı dəyişiklik baş vermir, yalnız onun fiziki və idrak qüvvələri zəifləmiş olur.[4]

Sonradan qeyd ediləcəyi kimi, təcrübi alimlər və fizioloqlar yuxu və röya ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində bu həqiqəti əldə etmişlər ki, insan yatanda ölümə daha çox yaxın olur. Digər tərəfdən, onların apardıqları tədqiqatlar insanın ruhu ilə yox, yalnız fiziki orqanizmi və cismi ilə əlaqədardır. Onlar yuxunu bir-biri ilə ziddiyyətli olan REM və adi yuxu olan Non REM olaraq iki qismə bölürlər:

a) Aram yuxu.

Bu, qısa müddətli dalğa, yaxud Non REM adlandırılır. Bu mərhələdə beyin istirahət vəziyyətində olur. Beyindəki dalğalar və impulslar aram və asudə bir vəziyyəti nümayiş etdirir, gündəlik fəaliyyətlərin yorğunluqları bədəndən çıxır. Aram yuxu yatağa girdiyimiz zamanın əvvəlində uzun müddətlidir. Amma tədrici olaraq sonrakı 90 dəqiqəlik dövrdə onun müddəti qısalır.

b) Ziddiyyətli, yaxud REM yuxusu. Bu yuxu baş verən zaman bədəndə bir-biri ilə təzadlı olan hadisələr baş verir. Beyində oyaqlıq zamanına oxşar olan kəskin dalğalar yaranır və fəal hormonlar ifraz olunur. Göz də örtülmüş göz qapaqları arasında oyaqlıqda olduğu kimi sağa-sola, yuxarı-aşağı hərəkət edir. Amma bu mərhələdə bədən heç vaxt hərəkət etmir və həqiqətdə bədənin skelet əzələləri iflic kimi qalır. Biz bu dövrdə yuxu görürük. Ziddiyyətli yuxular qeyd olunan doxsan dəqiqəlik periodun ikinci yarısını təşkil edirlər.

Adi yuxunun dörd mərhələsi vardır ki, orada gözün sürətli titrəyişli hərəkəti müşahidə olunmur. Məcmu halında insanın yuxusu bir-biri ilə tamamilə fərqlənən beş mərhələdən ibarətdir. Bu mərhələlərdə beynin elektrik siqnalları (impulsları) bir-biri ilə təfavütlüdür və yuxu zamanı ərzində bu iki mərhələdə növbə ilə təkrar olunur.[5]

REM yuxusu zamanı iflic oluruq, beyin və onurğa beyinin neyronları hərəkətdən dayanır, amma həmin halda beyin çox fəal olur. Beyində qan cərəyanı və oksigen məsrəfi artmağa başlayır və s.[6]

Həmçinin, ziddiyyətli yuxu mərhələsində qarın nahiyəsində olan reflekslər, o cümlədən qəlbin və tənəffüsün hərəkətləri, qan təzyiqi, vajinal ifrazı artmağa başlayır, ətraf əndamlarda adernalin ifrazı çoxalır (ürəyin həmlə – infarkt ehtimalı), mədənin-bağırsaqların fəaliyyəti artmağa başlayır.[7]

REM yuxusu zamanı çox qəribə bir halət baş verir, ürəyin döyünmə tənzimatı əksər hallarda bu vəziyyətdə pozulur və ürək xəstəliyi olan şəxslər bu zaman ürək infarktı keçirə bilər. Gecələr (bu cür) ölüm halları gündüzdən daha artıqdır.[8]

Nə üçün bəzi yuxular yadımızda qalır?

Tədqiqatlar göstərir ki, əgər insan təzadlı yuxu mərhələsində oyansa, öz yuxusunu danışmağa başlayır, amma əgər adi yuxu mərhələsində oyansa, zehnində heç bir şey qalmır.[9]

Bəziləri israrla deyirlər ki, heç vaxt yuxu görmürəm. Belə şəxslər səhvdədirlər. Hamı yuxu görür. Amma yuxuların əksəriyyəti tez bir zamanda unudulur. Əgər insan yuxu əsnasında, yaxud yuxunu gördükdən dərhal sonra oyanmasa, yuxusu yadında qalmayacaqdır. Uzun illər yuxu görmədiyini güman edən insanlar laboratoriyada REM yuxusu əsasında oyansalar onlar üçün yuxuda gördükləri müxtəlif hadisələr çox qəribə və maraqlıdır.[10]

Biz təkcə o zaman öz yuxularımızın məzmunundan agah oluruq ki, yuxu görən zaman (yaxud ondan dərhal sonra) oyanmış olaq. Əgər belə bir halətdə diqqət yetirsək və yuxularımızı yadımıza salmağa çalışsaq, onun bir qədəri sonradan zehnimizə gələcək, əks halda bizim yuxularımız ötəridir və sürətlə məhv olur. Mümkündür müəyyən bir yuxu görək, amma onun möhtəvasının nədən ibarət olduğunu xatirimizə gətirməyə bilərik.[11]

Ümumi şəkildə belə demək olar: Yuxu ruhun bədəndən ayrılmasıdır və bu ayrılma bəzən şiddətli və güclü, bəzən isə zəif; bəzən uzun müddətli, bəzən qısa müddətli olur. Huşsuzluq halında isə ruhun bədəndən ayrılması şiddətlidir, onun zamanı və müddəti huşsuzluq dərmanının və yaxud cərrahiyyə əməliyyatının növünə bağlıdır və bu əsasda fərqli ola bilər. Lakin əsas məsələ budur ki, huşsuzluq yaradan dərmanlar orqanizmə güclü təsir qoyduğuna görə ruhun bədənlə olan əlaqəsi çox zəif şəkildə saxlanır, orqanizmin fəaliyyətini o qədər zəiflədir ki, sanki, ruh heç bir vasitə olmamış kimi, bədənsiz qalır. Bədənin ruh üçün vasitə olması qabiliyyətini tamam-kamal şəkildə əldə edənə qədər ruhun ona nəzər yetirməsi çox zəif olacaqdır. Buna əsasən, huşsuzluq halında ruhun bədənlə əlaqəsi şiddətlə kəsildiyinə və ruhun bədənə zəif diqqət yetirməsinə görə hətta ağır və çətin cərrahiyyə əməliyyatları ruhu təsirləndirmir və insanın ayılmasına səbəb olmur.

Yuxarıdakı məsələlərə diqqət yetirməklə demək olar:

1. Ruhun bədənlə və onun işləri ilə əlaqəsi nəinki yuxuda, hətta oyaqlıqda da bizim üçün dəqiq şəkildə məlum deyildir.

2. Yalnız ziddiyyətli yuxu mərhələsində gördüyümüz röyaları zehnimizdə saxlayırıq, adi yuxular çox az yadda qalır. Yuxunun zehində qalma şərti də yuxu gördükdən sonra tez bir zamanda oyanmaqdan ibarətdir.

3. Adi mərhələlərdə olan yuxuların yadda qalmamasının səbəbi budur ki, bu mərhələdə yuxu çox ağırdır və ruhun bədəndən ayrılması ziddiyyətli yuxu mərhələsinə nisbətən daha artıqdır. Buna görə də ruhun bədənlə əlaqəsinin çox şiddətlə kəsildiyi huşsuzluq halında, zamanın keçməsi ilə şəxs ayıqlıq vəziyyətinə qayıtdığından ehtimali yuxularını yadında saxlaya bilmir.



[1] Ayətullah Məkarim Şirazi, “Gənclər üçün üsuli-dindən 50 dərs”

[2] “İsra” surəsi, ayə: 85

وَ یَسْئَلُونَکَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّی وَ ما أُوتیتُمْ مِنَ الْعِلْمِ إِلاَّ قَلیلا

[3] “Zümər” surəsi, ayə: 42

[4] Misbah Yəzdi, Məhəmməd Təqi, “Pişniyazi müdiriyyəti islami”, səh. 71 və 72

[5] Bax: Xudapənahi, Məhəmməd Kərim, “Fizioloji psixologiya”, səh. 242

[6] Nel Karlson, “Fizioloji psixologiya”, səh. 401

[7] Xudapənahi, Məhəmməd Kərim, “Fizioloji psixologiya”, səh. 247

[8] Rabert B. Krahm, “Fizioloji psixologiya”, səh. 325

[9] Xudapənahi, Məhəmməd Kərim, “Fizioloji psixologiya”, səh. 325

[10] Nil Karlson, “Fizioloji psixologiya”, səh. 403

[11] Rita L. Etiknson və həmkarları, “Heleqardın psixoloji əsasları”, səh. 372

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəbiristanlıqda məscid tikmək olarmı?
    5938 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, ...
  • Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?
    9223 زن 2012/09/01
    Quran və rəvayətlərdə işarə olmuşdır Məriyəm İmran qızı kasıb bir ailədə dünyayə gəlmiş hətta onu təmin etmək üçün gəlir və məxaric olmamışdır (o dünyayə gəlməmişdən əvvəl atası vəfat etdiyi üçün) Həzrət Zəkəriyya (ə) onu öz himayəsinə götürüb (Məriyəmin xalası əri). Bu xanımın həyatı həmişə çətinliklə, ...
  • Modçuluğun və yeni stillərin həddi nə qədərdir? Aya hələdə müsəlman ictimaiyyətlərdə kafirlərə bənzəmək məsələsi var?
    5709 Və başqaları 2014/01/20
    Bizim sözümüz o şəxsin barəsindədir ki, müsəlman və islama etiqadı olsun və bəzi məsələlər və rəftarlarında o cümlədən geyim və həyat tərzində kafirlər kimi yaşayır və bəzi vaxtlar tamamı ilə onlardan fərqlidir; lakin bəzi hərəkətləri müsəlmanda olmayan hərəkətlərdir. Bu cür hallarda demək olar kafirlər kimi və özünü ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    11476 • دیگر احکام مرتبط با نماز 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...
  • Əgər İslam dini kamil bir dindirsə, niyə dünyada olan bir çox insanlar onu qəbul etmir?
    4997 2019/10/09
  • Əgər Allah hər şeyi yaradandırsa, insanların günah və pis əməllər də, Allahın məxluqudurmu?
    8213 Qədim kəlam 2010/11/08
    Bu sualın cavabı, iradənin tərifi və onun təkvini və təşrii iradəyə bölməklə aydın olur. İradə iki qismdir, biri təkvini iradə, o biri isə təşrii iradədir. Təkvini iradə, varlıq sisteminə tam və kamil qgahlıqdan ibarətdir, yəni o miqdarda ki, Allah yaranış aləminin tam və kamil sisteminə alimdir, həmin elm, varlıq ...
  • Hicr surəsinin 85- 87- ci ayələrindən məqsəd nədir?
    7533 Təfsir 2012/02/18
    Allah- Taala qeyd olunan ayələrdə, yerin və göyün yaranmasının haqq olması və hədəfi olmasına işarə edib, Peyğəmbər (s)- ə cahil və düşmənlərin inadkar müxalifləri, iş pozmaları, təəssübləri, inadlıq və inadkarlıqları qarşısında, yumşaqlıq və məhəbbət göstərməyi, onları bağışlayıb və onlara yaxşı üz göstərməyi sifariş edir. Sonda, Allah Peyğəmbər (s)- ə ...
  • Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
    7743 Nizamlar hüquq və əhkam 2011/05/05
    Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz. İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və ...
  • Qəlbi-səlim dedikdə məqsəd nədir?
    10265 Əməli irfan 2012/04/19
    “Səlim” kəlməsi zahiri və batini aludəliklərdən və bəlalardan uzaqlıq mənasına olan “silm” və “səlamət” kökündən alınmışdır. İmam Sadiq (əleyhis-salam) bu kəlmə barəsində buyurur: “Səlim qəlb o qəlbdir ki, Allahla görüşdüyü zaman onda Allahdan başqa heç kəs olmasın.” Quran təfsirçiləri qəlbi-səlim üçün müxtəlif təfsir və izahlar ...
  • Xüsusilə məhərrəm və səfər aylarında çox gülməyin qarşısını almaq üçün bir çıxış yolu göstərin.
    7209 Əməli əxlaq 2012/04/10
    Batini duyğuların və hisslərin bir növ aşkar edilməsindən ibarət olan ağlamaq və gülmək insan mizacının (təbiətinin) normal və təbii nişanələrindəndir. İnsan bu barədə kifayət qədər inkişafa və tutum səviyyəsinə çatmalı, gülməyin və şadlıq vasitələrinin həddi-hüdudu, qayda-qanunları ilə tanış olmalıdır ki, gülmək və şadlıq etmək onun üçün rəzalət ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168577 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166484 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121867 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115835 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114975 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96473 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60605 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56506 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49186 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47269 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...