Ətraflı axtarış
Baxanların
5227
İnternetə qoyma tarixi: 2011/07/28
Sualın xülasəsi
Dindən qaçan şəxsi necə hidayət etmək olar?
Sual
Mənim bir dostum var. O, dindən tamamilə uzaq və azğınlıqdadır. O əvvəllər ürəyi pak və vicdanlı bir insan idi, hal-hazırda da belədir, lakin xüsusi köməyə ehtiyaclıdır. Bəzən mən özümdə təqsir hissi keçirirəm. Onun anası bu işlərdən ruhən əzab çəkir. Onun üçün xüsusi bir göstəriş və əməl təklif edə bilərsinizmi?
Qısa cavab

Belə insanlara ən yaxşı yol göstərmə aşağıdakılardan ibarətdir:

1. Ona başa salmaq və soruşmaq lazımdır ki, Allah-taalanın bizə bəxş etdiyi bu qədər nemətlər – başda insanın xilqəti olmaqla digər sonsuz nemətlər Onun bizə məhəbbətinə əsaslı bir dəlil deyildirmi?! Onda nə üçün Allah-taaladan qaçmalıyıq?! Əgər Allah-taala bir gün bu nemətləri bizdən alsa, özümüz, yaxud başqaları onları geri qaytara, belə nemətləri bir daha xəlq edə bilərmi?! Bundan əlavə, dini və peyğəmbərləri göndərməkdə Allah-taalanın məqsədi insanın əbədi səadətə və xoşbəxtliyə çatmasından başqa bir şeydirmi?!

Psixoloqların nəzərindən aydın bir məsələdir ki, əgər ruhi xəstəliklər, ruhda icad olunan zərbə və sarsıntılar, o cümlədən iradə zəifliyi dindar olmayan, mənəvi işlərə maraq göstərməyən adamlar arasında daha çox yayılmışdır. Aleksis Karl “İnsan – naməlum bir məxluq” adlı kitabında yazır: “İnsan dua və namazla özündə son dərəcə güclü bir qüdrət icad edə bilər. Özümün həkimlik peşəmdə çox ümidsiz insanları görmüşəm ki, duanın mənəvi qüdrəti ilə bu xəstəlikdən nicat tapmışlar. İnsan dua yolu ilə özünün məhdud qüvvələrini qeyri-məhdud mənbəyə qovuşdurmaqla iradə qüdrətini qat-qat artıra bilər.”[1] Belə isə, görəsən insanın özünün əbədi səadət və xoşbəxtliyindən qaçması ağıllı bir işdir?! Səadətdən qaçmaq zəlalətə və bədbəxtçiliyə düçar olmaq deyildirmi?!

2. Əgər dostunuzun dindən qaçması ruhunun müxtəlif günahlara aludə olması nəticəsindədirsə, gərək əxlaq alimlərinin bəyan etdiyi yollarla, o cümlədən müşaritə, müraqibə və mühasibə ilə öz ruhunu paklasın. Yəni əvvəldə özü ilə şərt etsin ki, heç vaxt günah etməyəcək, sonra daim öz işlərinə nəzarət etsin, günün axırında isə öz işlərini mühasibə etsin. Bu mühasibə ilə xətalarının azaldılmasına səy göstərsin və nəhayət onları bütünlükdə tərk etsin. Çünki Allah qarşısında günah etməklə müəyyən bir işi izləyən şəxsin itirib əldən verdiyi şeylər qazandıqlarından qat-qat artıq olur, qaçdığı şeylərə daha tez düçar olur.[2]

3. Əgər onun dindən qaçmasının səbəbi münasib olmayan həyat mühiti, yaranmaz dostlarla gediş-gəlişdirsə, bu barədə dərindən götür-qoy edib düzgün qərara gəlməlidir. Çünki, insanı Allahdan uzaqlaşdıran şəxslər heç vaxt insanın xeyir və məsləhətini istəməz.

4. Əgər onun dindən qaçması “dinin əməli göstərişləri çətin və məhdudiyyət yaradandır” fikridirsə, ona demək lazımdır: Din həmişə bizim xeyrimizə və məsləhətimizə fikirləşir, amma biz ilahi göstərişlərin hikmətini bilmədiyimiz üçün onları çətin və məhdudedici hesab edirik, eynilə ata-ananın övladın bəzi təhlükəli işlərlə məşğul olmasını qadağan etməyi kimi. Bu qadağa uşağın fəaliyyət dairəsini məhdudlaşdırsa da və zahirdə çətin görünsə də, lakin həqiqətdə onun məsləhətinədir.

5. Əgər o, ətrafındakı şəxslərin ciddi tələbkarlıq və inadkarlığı ucbatından dindən qaçırsa, gərək ətrafındakılar insani-ülvi duyğular əsasında əlaqə yaradaraq onu dinə təşviq etsinlər, onunla əlaqələrin kəsilməsindən və sərt rəftarlardan uzaq olsunlar.

Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edin:

1. “Tənhaiye ləzzət və eşq”. Nəziri, Əli Əsğər

2. “Suallar və cavablar”, Vəliyyi-fəqihin nümayəndəliyi, 9-cu cild

3. İmam Xomeyni, “Çehel hədis”

4. “Mizanul-hikmət”

5. “Hikmətlər və nəsihətlər”, Mütəhhəri, Mürtəza



[1] “Tənhaiye ləzzət və eşq” kitabından nəqlən, səh. 22”

[2] “Mizanul-hikmət”, 4-cü cild, səh. 1884, hədis 6553

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162769 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154454 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117603 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109491 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98129 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91132 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53244 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44708 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43584 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42709 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...