Ətraflı axtarış
Baxanların
10650
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
Sual
Necə mümkündür ki, həm Allahı sevək, həm də Ondan qorxaq? İslamda xof (qorxu) ilə rəcaya (ümidə) tövsiyə olunmuşdur ki, bunların ikisi də bir-biri ilə təzaddadır. Peyğəmbər və imamlar (əleyhimus-salam) kimi böyük şəxsiyyətli insanların məsum olduqları halda Allahdan nə qorxuları ola bilər?! Məsumlar Allahdan bu qədər qorxub vəhşət hissi keçirirsə, onda bizim vəziyyətimiz necə olar?!
Qısa cavab

Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca onun ardınca getmirik. Əgər yol getməsək məqsədə çatmarıq. Əgər qorxmasaq yol gedən zaman ehtiyat etmərik və xəsarətə uğrayıb yenə də məqsədimizə nail olmarıq. Bu məsələ nəqliyyat vasitəsindən, elektrik, qaz və s. avadanlıqlarından istifadə edərkən özünü daha artıq göstərir. Çünki biz onlardan çox gözəl şəkildə istifadə edirik, lakin onlardan istifadəmiz qorxu və ehtiyat üzündən olmasa, onlara yaxınlaşmaq bizim məhv olmağımıza səbəb olar.

Deməli, qorxu və ümidin hər bir şəxsdə bir yerdə cəm olması mümkündür və əsla təəccübə yer yoxdur. Allah-taalanın müqəddəs Zatı barəsində də deməliyik: həm Ondan qorxmaq, həm də Ona eşq və ümid bəsləmək lazımdır. Çünki Ona eşq, məhəbbət və ümid Onunla həmrəng olmağa səbəb olur, digər tərəfdən, Onun razılığına səbəb olan əməl və vasitələrin kəsb olunmasında daha ciddiyyətlə hərəkət etməyimizə, nəticə etibarı ilə axirət və dünya nemətlərinə, Onun lütf və mərhəmətlərinə çatmağımıza səbəb olur. Digər tərəfdən, Allahdan qorxmaq Onun qarşısında daha artıq xüzu, xuşu və itaətin etməyə, günahları tərk etməyə, Onun qəhr və əzabına səbəb olan amillərdən daha artıq uzaqlaşmağa səbəb olur.

Bu dünyada adi insanlar üçün qorxu ilə ümidin yanaşı olması hər növ axirət qorxusundan asudəliyə və narahatçılığından xilas olmağa səbəb olur. Belə ki, bu dünya axirət üçün əkinçilik və fəaliyyət yeridir, onun məhsullarını bəlalardan və faydalı fəaliyyətlərin nəticəsini zay olmaqdan qoruyub saxlamağa ehtiyac duyulur ki, axirət üçün yararlı olsun. Amma axirətdə nə qoruyub saxlamağa, nə də əkinçilik və fəaliyyətə ehtiyac yoxdur.

Qorxu təklikdə məyusluğa, ifrat ümidsizliyə, qəlbin ölməsinə, ruhun sarsılmasına səbəb olur; ümid və məhəbbət də təklikdə (qorxu olmadan) nəfsin aldatmasına, günahlara cürət tapmasına və günah iş törətməsinə səbəb olur. Bu ikisinin hər biri təklikdə (digəri ilə yanaşı olmadan) məzəmmət olunur.

Ətreaflı cavab

İnsanın daxilinə olan qorxu, ümid və məhəbbət hər bir şəxsin dərk etdiyi məsələdir və tərif verməyə ehtiyac yoxdur. İnsan müəyyən işlər müqabilində qorxu hissi keçirə və ya vəhşətə düçar ola bilər. Məsələn:

a) İnsanın öz malına, canına, abır-heysiyyətinə qarşı yönələn xətərin hiss olunmasından, müəyyən bir şəxsin və ya işin əhəmiyyət və əzəmətindən törənən qorxu;

v) Özünün axır-aqibətindən və ya müəyyən bir işin ağır, acınacaqlı aqibətinə dair cəhalətdən törənən qorxu.

Məhəbbət hissi də bir neçə işin ardınca gələ bilər:

a) Məhbubda gözəllik və cəzbələri tapmaq, həmin gözəlliklərə məftun olmaq və cəzb olunmaqla əlaqədar meyllər.

b) Məhbuba ehtiyac və ona bağlılıq hissi keçirmək, öz məqsədlərinə çatmaq yolunda məhbubdan istifadənin intizarını çəkmək. Bu mühibb (aşiq) məhbubu özü üçün istəyir, nəinki məhbubun özü üçün.

v) Nemət sahibinə şükür etmək hissi ardınca gələn məhəbbət; mühib və sevən şəxs məhbubuna ona görə məftun olur ki, məhbubunun tərəfindən müəyyən ehsan, hədiyyə və nemətlər qəbul etmişdir və məhz buna görə minnətdarlıq hissi keçirir.

q) Məhbub, muhibbin məhəbbətini istəyir və onu öz tərəfinə cəzb etməyi tələb edir, onun əlindən tutmaq, özünün qol-qanadı altına almaq istəyir... Bir məhbub ilə əlaqədar bir neçə amilin eyni zamanda və yanaşı olması mümkündür.

Bizim gündəlik əməl, rəftar, refleks və əksül-əməllərimizin hamısı bir növ qorxu, ümid və məhəbbətlə qarışmışdır. Müəyyən hallarda birinin digərinə qələbə çalması və həmişə müvazinətli halda olmaması mümkündür, lakin (qorxu ilə ümidin) bu cür birgəliyi qaçılmaz bir məsələdir. Əlbəttə, bu məsələ həddindən artıq aşkar olduğundan ondan qafilik. Halbuki bu iki məsələ bizim əməl və rəftarlarımıza birbaşa təsir qoyur. Ümid və məhəbbət gündəlik işlərimizə, əzəmətli işlərə doğru hərəkətimizə, təhlükəli işlərdə ehtiyatlı, diqqətli olmağımıza, işlərin axır-aqibətini dəyərləndirməyə və onun müqəddimələrini tədarük görməyə səbəb olur. Əgər insanın vücudunda yalnız ümid və məhəbbət olsaydı və ehtiyat kənara çəkilsəydi, qısa bir zamanda həlak olardı. Əgər yalnız qorxu olsaydı, heç bir işə başlamaz, hətta yeyib-içməkdən belə kənara çəkilərdi. Belə olan halda bir damcı suyun bizim ağ ciyərlərimizə getməsi, yaxud bir tikənin boğazımızda ilişib qalması nəticəsinə ölümümüz qəti ola bilərdi.

Deməli, Allah qarşısında qorxu və ümidin yanaşı olmasından təəccüb eləməyin özü də təəccüblü bir işdir. Çünki bu bizim həm özümüzün, həm də öz vəziyyətimizin barəsində qəflətimizi göstərir.

 

İzah:

Müxtəlif insanların Allaha qarşı məhəbbət, qorxu və ümidi onların Allahın camal və kamal sifətləri, eləcə də digər dini maariflə əlaqədar mərifətinin meyarına uyğun olaraq, habelə onların öz keçmiş əməlləri, gələcəklərinə xatircəm olub-olmamaları ilə əlaqədar bir-birindən fərqlənir. Allah-taalanın heybət, əzəmət və cəlalətinə cəzb olunan və yaxud keçmişdə Allah qarşısına günah və üsyankarlığa düçar olaraq Onun müqəddəs hüzurunda hörmətə riayət etməyənlərin qorxuları məhəbbətlərinə qələbə çalır. Əksinə olaraq Allah-taalanın rəhmət və camalına cəzb olunan, Onun inayət və mərhəmətlərini sınaqdan keçirən, öz keçmişlərində ehtiyata riayət edərək Allah-taalanın müqəddəs hüzurunda ədəb qaydalarına tam riayət edən, müəyyən hallarda yolunu azdığı zaman Allahın məğfirət və tövbə qapısının açıq olduğunu görən və nəticədə sadiq niyyətlə tövbə edən insanların məhəbbət və ümidləri qorxularına qələbə çalır. Bu iki məsələ arasında orta səviyyədə olan, öz keçmiş əməllərinin qəbul olunacağına çox da əmin olmayan, nəticə etibarı ilə ilahi qəhr və əzabdan qurtarmaqdan əmin olmayan, eyni halda əfv olunacaqlarına ümid bəsləyən insanların Allah qarşısında qorxu və ümidləri arasında müvazinət bərqərardır. Amma mühüm məsələ budur ki, insanların əksəriyyətində qorxu və məhəbbətlər öz zatlarını sevmək, mənfəət qazanmaq, zərəri dəf etmək qərizəsindən irəli gəlir, yəni onların əksəriyyəti axirətdə ilahi əzabdan xilas olmaq, Allah-taalanın feyz və mərhəmətlərindən, əbədi behişt nemətlərindən məhrum olmamaq üçün Ona məhəbbət və ümid bəsləyirlər. Lakin Allah-taalanın kamalına məftun, Onun əzəmət, izzət və cəlalına qərq olan və yaxud hər ikisinə malik olanlar çox azdır və peyğəmbərlərdən, övsiyalardan başqa çox azları bu məqama çata bilmişlər.

Əli (əleyhis-salam) özünün əbədi öyüd-nəsihət və hikmətində bu iki qrupu belə qələmə verir: “Bir qrup insan Allahın mərhəmətinə ümid və nemətlər xatirinə pərəstiş edir, bu, tacirlərin pərəstişidir. Başqa bir qrup isə qorxu üzündən ibadət edirlər, bunlar qulların ibadətidir. Digər bir qrup isə Allah-taalanın itaətə layiq olduğuna görə Ona itaət edirlər və bu da (özünə pərəstiş etməkdən) azad olanların ibadətidir.”[1]

Buna görə də bəzi böyük alimlər demişlər: İslamda təlim-tərbiyənin mühüm əsaslarından biri məhəbbətdir. Qurani-kərim əxlaq mürəbbisi və müəllimi ünvanı ilə əxlaqi fəzilətlərin ən mühüm mehvərini məhəbbət qərar vermişdir. İmam Sadiq (əleyhis-salam) buyurur: “Sübhan Allah Öz Peyğəmbərini ilahi məhəbbət əsasında tərbiyə etmişdir.”[2] Quran ayələri və Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində təxvif (qorxutmaq) və təbşir (təşviq etmək) zəif insanlarla əlaqədar son mərhələ, orta səviyyəli insanlarla əlaqədar müqəddimə və vasitə ünvanı daşıyır ki, insan əvvəllərdə tənbeh və təşviq yolu ilə yavaş-yavaş məhəbbət yoluna doğru hərəkət etsin.[3] Buna əsasən, Allah-taalaya qarşı qorxu və məhəbbətin bir-biri ilə yanaşı olmasından təəccüblənmək olmaz. Əksinə qorxu və ümidin bu birgəliyi insanın tərbiyə olunması, ruhunun yüksəlişi və mənəvi tərəqqisi üçün lazımdır. Çünki qorxu ilə Allah qarşısında günahlardan, həlakət yerlərindən, Onun qəzəb, əzab və qəhrinə səbəb olan şeylərdən amanda qalır, Onun qarşısında xüzu, xuşu və itaətə daha artıq ciddiyyətli olur. Məhəbbət üzündən isə, vacib və müstəhəb əməlləri eşqlə əncam verir, Allah-taalanın nemət, rəhmət, mərhəmət və lütflərini cəlb etməyə doğru irəliləyir.

Qısa şəkildə desək, qorxu və ümidin səmərəsi fel və işlərə doğru tələsmək, fəzilətli rəftar və davranışlarla zinətlənmək, şər, günah işlərdən uzaq olmaq, batinin və ruhun rəzalətlərdən paklanmasından ibarətdir, bu da həmin istənilən kamaldır ki, Allah-taala insanın xilqət və yaradılışında bunu nəzərə almışdır. Yəni “ilahi rəng”ə boyanmaq, “ilahi xəlifə” məqamına çatmaq, axirət nemətlərində qərq olmaq, hər növ nigarançılıq və narahatçılıqdan xilas olmaq. Belə ki, bu səmərələrə dəfələrlə işarə edərək buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirib saleh əməl görənlərin əcr və savabları Allah yanında qorunur və heç növ qorxu və narahatçılıqları olmayacaqdır.”[4] Əks halda, qorxu təklikdə insanın qəlbinin ölməsinə, ruhunun  sarsılmasına, naümid olmasına, tövbənin tərk edərək günah və məsiyət işlərə qərq olmasına səbəb və nəticədə müxtəlif dünya və axirət bəlalarına düçar olur.

Məhəbbət də təklikdə (qorxu olmadan) insanın günah işlərə daha artıq cürətlənməsinə səbəb olur, ömrünün axırında tövbəyə tovfiq tapması ümidi ilə, Allahın kərəm, lütf və mərhəmətinə yersiz olaraq tamah gözü dikir. Halbuki, Allahın rəhmət, rəfət və mərhəmətini əldə etmək məqsədində olmamışdır. Belə olan halda Allahın rəhmət və mərhəmətinə sadəcə ümid bəsləməklə heç bir şey kəsb edə bilməz! Buna görə də imam Hüseyn (əleyhis-salam) “Ərəfə” duasında deyir: “(İlahi!) Kor olsun o gözlər ki, Səni özünə nəzarətçi görməz; öz sərmayəsini o kəs əldən verər ki, onun üçün Öz məhəbbətindən bir pay qərar verməmişsən.” Deməli, bu məhəbbət və qorxunun nəticəsi axirətdə zahir olacaqdır. Orada insanın yeri ya ilahi əzab və bədbəxtçilikdən ibarətdir ki, bu nemətləri qoruyub saxlamayan, yaxud naümid olub günahlara qərq olan, yaxud da aldanaraq bu dünyadan yol ehtiyatı götürməyənlərə məxsusdur. Yaxud  da şəxsin yeri əbədi və xalis asayiş, tükənməz ilahi nemətlər olacaq və heç bir qorxu və nigarançılıqları olmayacaqdır. Bu da qorxu ilə ümid arasında müvazinət həddini qoruyub saxlayan, günahlardan çəkinən, həm də axirət üçün yol ehtiyatı əldə etməkdə çalışan kəslərə məxsusdur.

Əlavə məlumat üçün əxlaq kitablarının “ümid və qorxu”, yaxud “məhəbbət və vilayət” bölmələrinə müraciət edə bilərsiniz. Nümunə üçün:

1. “Quranda əxlaqın mərhələləri” Cavadi Amuli, səh. 279-340

2. “Qırx hədisin şərhi”, İmam Xomeyni, səh. 221-233, 481-484

3. “Quranda əxlaq”, Məhəmməd Təqi Misbah Yəzdi, “xovf və rəca” bölməsi



[1] Ustad Məhəmməd Dəşti, "Nəhcul-bəlağə" nin tərcüməsi, hikmət 237, səh 678

[2] “Biharul-ənvar”, 17-ci cild, səh. 3

[3] Əbdüllah, Cavadi Amuli, “Quranda əxlaq mərhələləri”, səh. 330-332

[4] “Bəqərə” surəsi, ayə: 62, “Maidə” surəsi, ayə: 65. 64-cü sualın cavabından iqtibas olunur

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...