Ətraflı axtarış
Baxanların
7841
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?
Sual
Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir? Daha çox şərh edin.
Qısa cavab

Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir.

Özünü tanımanın fitri, dünyəvi və irfani kimi müxtəlif şöbələri və mərtəbələri vardır. Onun kamil mərtəbəsi irfani özünü tanımadır. Bu mərtəbə, insan ilə onun həqiqi mahiyyəti və gerçəkliyinin rabitəsinə peyvənd edilmişdir. Bu mahiyyət isə insanın Allahın xəlifəsi olmasıdır.

Ətreaflı cavab

Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsilə öz həqiqətini yenidən ələ gətirmə mənasındadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar, sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Bəs mahiyyət və insanın zati cövhəri onun özünü düşünməsidir.[1]

İnsan buna fitrətən məhəbbət və eşq göstərir.

Bu cəhətdən özünü düşünmənin müxtəlif şöbələri və mərtəbələri vardır[2] və onun kamil insan ilə onun həqiqi mahiyyəti və gerçəkliyinin mahiyyətinə peyvənd edilmişdir.

Bu yazıda onların ən mühümmünə qısa şəkildə işarə olunur:

1). Fitri özünü düşünmə

Bu düşünmə, hüsuli,[3] bəlkə bir ayıqlıq və hüzuri (əyani) eləmir. Hüzuri özünü düşünmə, yəni varam və bu varlıq aləminə, öz daxili istedadlarına agaham. Bu, əsil və həqiqi düşünmə və onun şəxsiyyətinin mahiyyətidir.[4]

Əlbəttə, bu fenomendə adətən müstəqil şəkildə "mənə" əl tapmaq olmaz, bəlkə əvvəlcə daxili qüvvələr və fəaliyyətlər dərk olunur, ondan sonra "mən", hüzuri düşünməni ələ gətirmək üçün dərk olunur.[5]

Qurani- kərim rüşeymin ana bətnində keçirdiyi yaranış mərhələrinin axırıncısına (həqiqətdə bəşərin yaranış mərhələsinin ən mühümdür)[6] işarə edəndən sonra buyurur: " ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ"[7] "ondan sonra ona yeni yaranış verdik". Bilməməzlik maddəsinin özünü düşünmənin ruhi cövhərinə çevrilməsinə işarədir.[8] Başqa bəyanla: Onu elm, qüdrət, həyat sahibi etdi və ona zati cövhər əta etdi. Buna "mən" deyilir.[9]

2). Dünyəvi özünü düşünmə

Dünyəvi özünü düşünmə, yəni dünya ilə əlaqədə özünə agahlıq. Yəni: Haradan gəlmişəm? Haradayam? Haraya gedirəm? Bu özünü düşünmədə insan kəşf edir ki, cahan (dünya) adlı bir bütövlükdən bir hissədir; bilir ki, müstəqil deyil, bəlkə asılıdır; yəni, öz vasitəsinə gəlməyib, yaşamır və bu dünyadan öz vasitəsinə getmir. İstəyir özünü bu bütövlükdə təyin edə.[10] İmam Əlinin (ə) mənalı sözü özünü düşünmənin bu növünə işarədir: "Allah rəhm eləsin... o kəsə ki, bilir haradan gəlib? Haradadır? Haraya gedir?"[11]

İnsanın başlanğıcı və qayıdışı barədə Qurani- kərimdə çoxlu ayələr vardır. Bu ayələr insanı, dünya və axirət yaşayışının həqiqətinə nisbət düşünmə və ayıqlığa dəvət edir; məsələn:

"Biz, Allah tərəfindənik və ona tərəf qayıdırıq.[12]

"Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (özüm vaxtı) müəyyən edən olur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz".[13]

"Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır".[14]

3). İrfani özünü düşünmə

İrfani yaxud arifanə özünü düşünmə, yəni Allah ilə əlaqədə özünə agahlıq. Bu əlaqə, bir- birinin əvəzində (evində) olan iki mövcusun əlaqəsi növündən deyil, bəlkə əsasla hissənin, bir olan həqiqət (Allah) ilə məcazın, mütləq (tam) ilə qeydlənmişin əlaqəsi növündəndir. Arifin dərdi, daxili dərddir və fitri ehtiyacdan aşkar olar.[15]

Arifin baxışınca ruh və can, həqiqi "mən" dəlil və ona agahlıq özünü düşünmə deyil, bəlkə ruh və can "mən" dən biz təcəssümdür. Həqiqi mən, Allahdır. Elə ki, insan özündən fani oldu, aşkarlıqları məğlub etdi (bir- birinə vurdu) və onları görmədi, ruh və candan əsər qalmaz və insan həqiqi özünü düşünməyə yetişmiş olar.[16]

Əgər insan özünün fitri və dünyəvi düşünməsini tərbiyələndirə və əsil olana (Allahın xəlifəliyi) diqqət edə arifanə özünü düşünməyə qədəm qoyub, bu arifanə əlaqəni dərk edib, Allahın ona və onun Allaha olan eşq və məhəbbətini öz qəlbində hiss edər: " یحبّهم و یحبّونه"[17] (Allah onları və onlar da Allahı sevərlər).

Arifanə özünü tanıma, fitri və dünyəvi özünü tanımanın yetişdirdiyidir.

Allahın Quranda buyurduğuna əsasən özünü tanıma ilə ziddiyyəyti və ona mane olan şey "özünü unutma"- dır. Özünü unutmanın əsəri ayədə belə bəyan olunur. "O kəslər kimi olmayın ki, Allahı unutdular və Allah da onları "özünü unutmaya" düçar etdi, onlar fasiqdirlər".[18]

İnsan Allahı unudan zaman, onun zati sifətlərinin müstəqil əlaqəsi olan ali İlahi sifətləri və onun gözəl adlarını da unutmuş olur. Əgər insan özünü düşünmənin fikrinə olmaya və onu özündə dirildib yaşatmaya, Allahı unudub və hər bir günaha əl atıbdır. Eyni zamanda bəndəlikdən kənarlaşar.[19]

 


[1] - Mütəhhəri, Mürtəza, Əsərlərin məcmuəsi, cild 2, səh 304 və 308, Sədra nəşriyyatı.

[2] - Müraciət et: Əsərlərin məcmuəsi, cild 2, səh 308 və 326.

[3] - Psixoloqlar adətən özünü düşünmə barəsində bəhs edən zaman özünü düşünmənin zehni və hüsuli elm cəhətindən olan mənasına diqqət edirlər. Bu isə qeyd olunan mənanın ziddinədir. (Əsərlərin məcmuəsi, cild 2, səh 309).

[4] - Əsərlərin məcmuəsi, cild 2, səh 308. Dəyişiklik və xülasə ilə.

[5] - Müraciət et: Cəfəri, Məhəmməd Təqi, Nəhcül- bəlağənin tərcümə və təfsiri, cild 6 səh 262 və cild 26, səh 61 və 62, Fərhənge İslami nəşriyyatının dəftərliyi, Tehran, yeddinci çap, 1376 hicri şəmsi.

[6] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 14, səh 208, Darul- kotobil- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri şəmsi.

[7] - Möminun surəsi, ayə 14.

[8] - Əsərlərin məcmuəsi, cild 2, səh 309.

[9] - Təbatəbai, Seyid Məhəmməd Hüseyn, l- mizan fi təfsiril- Quran, cild 15, səh 20, İslami nəşriyyatının dəftərliyi, Qum, beşinci çap, 1417 hicri qəməri.

[10] - Əsərlərin məcmuəsi, cild 2, səh 310.

[11] - " رحم اللّه امرأ أعد لنفسه، و استعد لرمسه، و عرف من أين و في أين و الى أين" (Muğniyə, Məhəmməd Cavad, fi zilali nəhcil- bəlağə, cild 1, səh 22, Darul- elmi lil- məlayin, Beyrut, üçüncü çap, 1358 hicri şəmsi; Qaini Xorasani, Seyid Məhəmməd Təqi, Miftahus- səadət fi şərhi Nəhcul- bəlağə, cild 5, səh 128, Məktəbətul- Mustəfəvi, Tehran, tarixsiz).

[12] - Bəqərə surəsi, ayə 156.

[13] - Ənam surəsi, ayə 2.

[14] - Rum surəsi, ayə 40.

[15] - Əsərlərin məcmuəsi, cild 2, səh 319 və 320.

[16] - Əsərlərin məcmuəsi, cild 2, səh 321.

[17] - Maidə surəsi, ayə 54.

[18] - Həşr surəsi, ayə 19.

[19] - Müraciət et: Əl- mizan fi təfsiril- Quran, cild 19, səh 219 və 220.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
    15616 Cürbəcür 2013/02/17
    Ömər bin Səd, İbn Vəqqasın oğlu idi. Ömərin atası, Peyğəmbərin (s) məşhur səhabələrindən[1], İslamın ilk qoşun başçılarından və ərəb əmirlərindən idi.[2] O ilk müsəlman olanlardan idi və Peyğəmbər (s)- in zamanında çoxlu döyüşlərdə iştiral etdi. Səd bin Əbi Vəqqas, Bəni Zöhrə ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8725 Nəzəri irfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Əgər bir şəxs təhqiq etmədən öz mərcəi təqlidini seçmişdirsə, indi onun vəzifəsi nədir?
    7158 Nizamlar hüquq və əhkam 2011/04/14
    İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2] Başqa sözlə desək, əgər bu yollarla ...
  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7328 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...
  • Arestotelin peyğəmbər olması.
    7107 تاريخ بزرگان 2011/09/11
    Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə ...
  • шиә етигадында виләјәти-фәгиһин һансы мәгамы вар?
    6396 Təzə kəlam 2009/11/10
    Шиә әгидәсинә ҝөрә гејбәт әсриндә вилајәти-фәгиһ мәсум Имамларын (ә) вилајәтинин давамыдыр. Онларын вилајәти, мәсум Имамларын (ә) вилајәтинин Пејғәмбәрин (с) вилајәтинин давамы олдуғу кимидир. ...
  • 12 yaşlı oğlan uşağı camaat namazında kişilər ilə bir cərgədə dura bilərmi?
    7226 Nizamlar hüquq və əhkam 2012/02/07
    Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1] Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
  • Din vahiddir yoxsa çoxlu?
    7217 Təzə kəlam 2011/02/14
    Əgər dindən məqsəd, Allah tərəfindən nazil olub və peyğəmbərlər (ə) vasitəsi ilə camaata çatdırılan əqaid, əxlaq və qanunlar toplusu olarsa, bu halda din vahid bir şeydir və dinlərin fərqi zaman və məkanların tələbinə əsasən fərdi və tayfa xüsusiyyətlərinə uyğun olaraq cüzi göstərişlərdə dəyişilir. Əgər dindən məqsəd, dünyadakı mövcud dinlər ...
  • Əgər namaz qılmayan bir şıxsin arxasınca danışılarsa qeybət sayılırmı?
    7981 Nizamlar hüquq və əhkam 2011/05/31
    Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid ...
  • Oynamağın haram olduğunu qeyd edən hədisləri sənədi ilə birlikdə yazın.
    13836 Nizamlar hüquq və əhkam 2011/03/10
    Sualı cavablandırmazdan öncə bir neçə girişə ehtiyac duyulur. Heç bir hədis kitabında elə bir hədis yoxdur ki, bir başa rəqs etməyi növü ilə birgə haram buyursun. Amma bunu da qeyd edək ki, hədisə istinad edərək ondan hər hansı bir şəri hökmü çıxarmaq və fətva vermək mərcəi- təqlidlərin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167448 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165671 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120753 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115370 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114046 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57264 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55576 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47548 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...