Ətraflı axtarış
Baxanların
4869
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Mümkündürsə, keçmiş əsrlərdən indiyə qədər müsəlman alim qadınlarının adını bəyan edin.
Sual
Mümkündürsə, keçmiş əsrlərdən hazırkı dövrə qədər müsəlman qadın alimlərinin adlarını qeyd edin.
Qısa cavab

Keçmiş dövrlərdən indiki zamana qədər islam aləmində fəqih, mühəddis, filosof və s. qadınların adları bəzi tarixi mənbələrdə qeyd olunmuşdur. O cümlədən:

1. İmam Kazim (əleyhis-salam)-ın qızı və imam Riza (əleyhis-salam)-ın bacısı Həzrət Məsumə (əleyha salam);

2. Ümmü Külsum Roğəni Qəzvini – müctəhid və mühəddis xanım;

3. Xədicə Borğani Qəzvini – fəqih, mühəddis, mütəkəllim (kəlam elmində alim), hafiz və Quran müfəssiri;

4. Nərgis Borğani Qəzvini – mühəddis, alim, fəqih, mütəkəllim, nəhv, sərf, məntiq və ərəb elmlərini bilən;

5. Əli ibni Hüseyn Fəvvaz Amilinin qızı. Alim, şair, nəhv, sərv, məani və bəyanda alim;

6. İffətuz-zaman Əmin – mühəddis, alim, həkim, filosof;

7. Rübabə İlahi – alim və yazıçı;

8. Rübabə İlahi – alim, yazıçı və “Əl-cənnətu vər-rizvan”, “Tövhid”, “Qırx hədis”, “İlahinin kəşkulu”, “Lö’lö və mərcan”, “Əddürru vəl-yaqut” kitablarının müəllifi;

9. Seyyidə Əmin Müctəhid - mühəddis, filosof, arif, və “Məxzənul-irfan fi təfsiril-Quran”, “Ərbəinul-Haşimiyyin”, “Seyri suluk”, “Xoşbəxtlik yolları”, “Nəfəhtaun Rəhmaniyyə”, “Camiuş-şitat”, “Məad, yaxud bəşərin axırıncı səfəri” və sair kimi kitabların müəllifi;

10. Şəhid Məhəmməd Baqir Sədrin bacısı Amənə Xanım – şəhidə Bintul-Huda. Onun əsərləri: “Əl-fəzilətu tuntəsəru”, “Əl-xalətuz-zaiətu”, “İmrəətani və rəcul”, “Sirau lilqan fil-müstəşfa”, “Müzəkkiratul-həcc” və s.

11. Müctəhidə xanım Zöhrə Sifati. “Həddi-buluğ yaşı”, “Qadınların (yaisəlik) hökmləri ilə əlaqədar fiqhi yeniliklər” və s. məsələlər ətrafında yazılan fiqhi tədqiqat kitablarının müəllifidir.

Ətreaflı cavab

Müqəddimə

İslam tarixində qadınlar da – məsumların (əleyhimus-salam) tövsiyələrinə əsasən – kişilər kimi, dini maarif və elmləri öyrənməkdə ciddi səy göstərirdilər. Buna görə də müsəlman alim qadınların tarixi min ildən artıq keçmişə malikdir. Tarixçilər onların dəyərli elmi əsərlərindən və digər xidmətlərindən cüzi bir hissəsini qeyd etmişlər. Bu fürsətdə və suala münasib olaraq keçmiş dövrlərdən indiyə qədər müxtəlif sahələrdə yüksək elmi və mənəvi məqamlara çatan qadınların adlarını və əsərlərini çox xülasə şəkildə qeyd edirik:

 

Hicrətin üçüncü əsri

1. İmam Musa Kazim (əleyhis-salam)-ın qızı və imam Riza (əleyhis-salam)-ın bacısı Həzrət Fatimeyi-Məsumə (əleyha salam). Öz dövründə şiə qadınlarının ən təqvalısı və pəhrizkarı, alim və hədis ravisi olmuşdur. O, imam Riza (əleyhis-salam)-ın Mərvə gəlişindən bir il sonra – 201-ci hicri qəməri ilində qardaşını görmək üçün Mərvə yola düşür, amma yol əsnasında Savə şəhərində xəstələnir və Quma gələrək Musa ibni Cəfər Xəzrəc ibni Sə’d Əş’ərinin evində qalır. Həzrət Məsumə (əleyha salam) Musa ibni Xəzrəcin evində on yeddi gün qaldıqdan sonra o xəstəliklə Allahın rəhmətinə qovuşur. Cənazəsinə qüsl verib kəfənə bükürlər və Musa ibni Xəzrəc ona namaz qılır və “Babilan” bağında dəfn olunur. Hal-hazırda imam Riza (əleyhis-salam)-ın Məşhəddəki ziyarətgahından sonra Həzrət Məsumə (əleyha salam)-ın qəbri Qum şəhərinin ən böyük ziyarətgahı hesab olunur.

2. İmam Cavad (əleyhis-salam)-ın anası Xeyzəran (əleyha salam). Onun digər adları: Mərisiyyə, Reyhanə və Dürrə. Xeyzəran öz əsrinin qadınları arasında ən üstün, ən fəzilətli və təqvalı bir şəxs hesab olunurdu. O, imam Riza (əleyhis-salam)-ın həyat yoldaşı və İmam Cavad (əleyhis-salam)-ın anası olmaq kimi yüksək bir şərafət və məqama nail olmuşdu. Bu da onun Allah dərgahında necə yüksək məqama malik olduğunu bəyan edir.

3. İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimə (əleyha salam). İmam Səccad (əleyhis-salam)-ın nəvələrindən və Əbul-Həsən Mühəddisin həyat yoldaşı olan bu alim və əziz xanım ismət və paklıq ailəsində böyümüş, imam Zaman (əleyhis-salam)-ın təvəllüdü zamanı orada olmuşdur. Həkimə Xatun dəfələrlə o Həzrəti atasının həyatında görmüş və imam Həsən Əsgəri (əleyhis-salam)-ın vəfatından sonra imamətin səfirlərindən biri olmuşdur. İmam Həsən Əsgəri (əleyhis-salam)-ın Nərgis Xatunla izdivac etməsi və imam Məhdi (əleyhis-salam)-ın dünyaya gəlməsi ilə əlaqədar Həkimə Xatundan çoxlu rəvayətlər nəql olunmuşdur.

4. İmam Hadi (əleyhis-salam)-ın anası Səmanə. O öz dövrünün ən fəzilətli və üstün qadınlarından biri idi, zöhd, təqva, dərk və mərifətdə qadınlardan heç biri ona çata bilməzdi. Çox vaxt oruc tuturdu. O, imam Cavad (əleyhis-salam)-ın həyat yoldaşı və imam Hadi (əleyhis-salam)-ın anası olmaq kimi yüksək bir şərəfə və fəzilətə nail olmuşdu. İmam Hadi (əleyhis-salam) onun barəsində buyurur: “O, mənim (imamətimin) haqqına arif olan və Behişt əhlindəndir.”

5. İmam Həsən Əsgəri (əleyhis-salam)-ın anası Susən. Onun digər adları: Hədis, Hədisə, Səlil. O, təqva, iffət və ləyaqətin son mərtəbəsində olan mühəddis və alim qadınlardan biri idi.

6. İmam Zaman (əleyhis-salam)-ın anası və imam Həsən Əsgəri (əleyhis-salam)-ın həyat yoldaşı Nərgis Xatun. Onun adı Məlikə və ikinci Qeysər padşahının oğlu Yəşuanın qızıdır. Yəşua, Həzrət İsa (əleyhis-salam)-ın vəsilərindən və həvarilərindən biri olan Şəm’unun nəslindəndir. Nərgis Xatun mühəddis, çox iffətli və pəhrizkar qadın olmuşdur. Yüksək məqam və mənziləti barədə bunu demək kifayətdir: O, Allahın sonuncu höccəti və dünya səviyyəsində haqq-ədaləti bərqərar edən bir şəxsin – imam Zaman (əleyhis-salam) anasıdır.

7. Cəfər Əsədi Valibinin qızı Hübabə Valibiyyə. Onun künyəsi Ümmü Nida, yaxud Ümmül-Bəradır. O, 230 il ömür sürmüş və imam Əlinin, imam Həsənin, İmam Hüseynin, imam Səccadın, imam Baqirin, imam Sadiqin, imam Kazimin və imam Riza (əleyhimus-salam)-ın səhabələrindən olmuş, bu imamların hamısını görmüş və hüzurlarına çatmışdır. Hübabə imam Riza (əleyhis-salam)-la görüşdükdən on ay sonra dünyadan getmiş və o həzrət öz köynəyini o xanıma kəfən etmişdir.

 

Hicrətin dördüncü əsri

1. İmam Zaman (əleyhis-salam)-ın ikinci xas naibi Məhəmməd ibni Osman ibni Səid Əmrinin qızı Ümmü Külsum. O, “kiçik qeybət” dövründə çox fəzilətli xanım və hədis ravisi olmuş, öz atası Məhəmməd ibni Osmandan, Hüseyn ibni Ruh Novbəxtidən rəvayət nəql etmişdir. Nəvəsi Əbu Nəsr Hibətullah ibni Məhəmməd də ondan rəvayət nəql etmişdir.

 

Hicrətin beşinci əsri

1. Sahib ibni Ubbadın qızı. O, şiə aləminin alim, fəzilət sahibi və ədib qadınlarından idi və özünün alim atasından elm və ədəb öyrənmişdir.

2. Şeyx Məs’ud ibni Vərramın qızı. O da ərəb ədəbiyyatında, islam elmlərində və xüsusilə hədisdə şiə aləminin alim qadınlarındadır. O, atası Şeyx Məs’ud ibni Vərramdan elm öyrənmişdir. Şeyx Tusinin həyat yoldaşı idi və ondan icazəsi də var idi.

3. İmam Zaman (əleyhis-salam)-ın ikinci xüsusi naibi Məhəmməd ibni Osman Əmrinin qız nəvəsi (Ümmü Külsumun qızı) Ümmü Əbi Nəsr. O mühəddis, alim, fəzilət sahibi, əmanətdar və etibarlı hədis ravisi idi.

 

Hicrətin altıncı əsri

1. Übbad ibni Əli ibni Həmzə Təbatəbai Ələvinin qızı Amənə Təbatəbai Ələvi. O,  5-6-cı hicri əsrlərində şiənin mühəddis qadınlarından olmuşdur. O, İsfahanda yaşamış və  Əbu Məhəmməd Rizqullah Təmimidən hədis dinləmişdir.

2. Əbdül-Kərim ibni Əbdür-Rəzzaq Cənabəzinin qızı Amənə. O, 5-6-cı hicri əsrlərində İsfahanda çox dindar və mühəddis qadınlarından biri idi.

3. Əbirinin, yaxud Ənbərinin qızı və Fəxrun-nisa (qadınların fəxri) adı ilə məşhur olan Xədicə. O öz əsrinin mühəddis, alim və fəzilətli qadınlarından hesab olunurdu. Öz əsrinin böyük alimlərindən elm öyrənmiş, hədis dinləmişdir və çoxları da ondan fiqh və hədis elmini öyrənmişdir.

4. Seyyid Mürtəza Ələmul-Hudanın qızı. Alim və mühəddisdir. “Riyazul-uləma” kitabının müəllifi onun adını qeyd etmiş, elm və fəzilətini tərifləmişdir. O "Nəhcul-bəlağə”ni öz əmisi Seyyid Rəzidən rəvayət etmişdir. Sünnü alimlərindən olan və İbnul-ixvə adı ilə məşhur olan Şeyx Əbdür-Rəhim Bağdadi "Nəhcul-bəlağə”ni ondan rəvayət etmişdir.

 

Hicrətin yeddinci əsri

1. Rəziyyədun Əli ibni Musa ibni Cəfər ibni Məhəmməd ibni Tavusun anası Ümmü Əli. O, imamiyyə aləmində çox dəyərli qadın, alim və fəzilətli şəxsi idi. Şeyx Əli Kərkinin şagirdlərindən bəziləri şeyxlərin adlarını qeyd edərkən Ümmü Əlinin də adını zikr edərək tərifləmişlər.

2. Əli ibni Tavusun qızı Şərifə. Əfəndi “Riyazul-uləma” kitabında onun barəsində yazılır: “O, fəzilətli, kamil alim və katib idi, on iki yaşında Quranı əzbərləmiş və Seyyid ibni Tavusdan icazə almışdı.”

3. Həccalun-nisa adı ilə məşhur olan Ümmül-Xeyir Bağdadi. Yeddinci hicri əsrinin məşhur mühəddis və qadınlarındandır. O, Bağdadda yaşayır və öz dövrünün böyük şəxsiyyətli alimlərindən hesab olunurdu. O tələbələrə tədris edirdi. Bu qadın elm və fəzilətdən əlavə, həddindən artıq zöhd və təqvaya da malik idi.

 

Hicrətin səkkizinci əsri

1. Şəhidi Əvvəlin həyat yoldaşı Ümmi Əli. Fəqih, alim, fazil, təqvalı və abid bir qadın idi. Şəhidi Əvvəl sair qadınlara göstəriş verirdi ki, din hökmlərində Ümmü Əliyə müraciət etsinlər.

2. Zeynəb Bağdadı. Fəqih, fazil, dindar, pəhrizkar, saleh, zahid, abid bir qadın idi. Misir, Dəməşq və Bağdad qadınlarının çoxu onun moizə məclislərindən bəhrələnirdilər.

3. Şeyx Məhəmməd ibni Əhmədin qızı Fatimə. “Riyaz” kitabının müəllifi onun barəsində yazır: “Fatimə alim və fəqih bir qadın və Seyyid Tacuddin Məhəmməd ibni Müəyyə Həsəninin müəllimlərindəndir. Şeyx Şəhid, İbni Müəyyənin vasitəsi ilə ondan rəvayət etmiş və Şeyx Əbdus-Səməd ibni Əhməd ona icazə vermişdi.”

 

Hicrətin doqquzuncu əsri

1. Şəhidi Əvvəlin qızı və “Sitti Məşayex” ləqəbi ilə məşhur olan Fatimə. Şeyx Hürr Amili “Əməlul-amil” kitabında onu belə təqdim edir: “O, alim, fazil, saleh, fəqih və abid bir qadın idi, mən onun tərifini öz şeyxlərimizdən eşitmişəm. Bu qadın atası Şəhidi Əvvəlin ustadı olan İbni Məiyyədən rəvayət nəql etmişdir. Atası onu tərifləyir və sair qadınlara buyururdu ki, ona iqtida və hökmlərdə ona müraciət etsinlər.”

2. Yəhya ibni Mürtəza Yəməninin qızı Dəhma. O alim, ədib və fazil bir qadın idi və qardaşı Məhdidən elm öyrənmişdir. Nəhv, üsul, məntiq, nücum, rəml, kimya elmlərində və şerdə məharətli bir şəxsiyyət olmuşdur. Qardaşı Məhdinin yazdığı “Əl-əzhar” adlı kitabı dörd cilddə şərh etmişdir. Fiqh elmində Kufinin “Mənzumə”sinə, habelə “Müxtəsər müntəha” kitabına şərh yazmışdır. Bu qadın kamallardan ibarət olan bir məcmuə idi. Yəmənin Təla şəhərinin tələbələri onun elmindən bəhrələnirdilər.

3. Həsən ibni Əli ibni Əbdül-Əzizin qızı Xədicə. Bu qadın alim, mühəddis, pəhrizkar, əməlisaleh, Quran hafizi idi və təcvidi dəqiq bilirdi. Daim fiqh elminə məşğul olurdu və bununla da məşhurlaşmışdı.

4. Məhəmməd Bədruddin ibni Siracüddin Bəlqinin qızı Bülqeys. Onun babası Siracuddin, İbni Həcər Əsqəlaninin ustadı idi. Özü də fəqih idi, elm, bilik, zöhd və əməlisalehi məşhur olan qadınlardan idi. Ömrünün axırıncı on ilini seyri-sülük, riyazət və əməli irfan yolunda sərf etmişdir. Onu təriqət şeyxlərindən hesab edirlər.

5. Seyyid İzzuddin İshaqinin qızı və “Bəni-Zöhrə Həlləbyyin” xanədanının seyyidlərindən olan Həlimə İshaqiyyə. Bu xanım alim, mühəddis, fazil və hədis ravilərindən hesab olunur.

6. Carullah Saleh Şeybani Təbərinin qızı Asiyə. Böyük kamallara sahib olan mühəddis bir qadındır. Məhəmməd ibni Məhəmməd Səxavi və bir çoxları ondan icazə almış, Əllamə Süyufi ondan hədis nəql etmişdir.

 

Hicrətin on birinci əsri

1. Şeyx Əli Minşar Amilinin qızı və Şeyx Bəhainin həyat yoldaşı. 11-ci hicri qəməri əsrində yaşayan şiə fəqih və mühəddislərindəndir. Atasından (İsfahanın Şeyxul-islamı idi) fiqh və hədis elmini öyrənmiş, Şeyx Bəhai ilə izdivac etmişdir. Uşaqlıq yaşlarında fiqh, hədis və sair elmiləri tədris edir və qadınlar da ondan elm öyrənirdi.

2. Molla Möhsün Feyz Kaşaninin qızı Ümmül-Xeyir Kaşani. Bu qadın öz əsrinin fəzilət sahibi, şair və ədib qadınlarından idi.

3. Molla Sədra Şirazinin qızı və Ümmü Külsum ləqəbi ilə tanınan Bədriyyə. Filosof, ədib, fazil və pəhrizkar qadınlardan idi. Fəlsəfəni atasından öyrənmişdi. O, Fəyyaz ləqəbi ilə məşhur olan Molla Əbdür-Rəzzaq Lahicinin həyat yoldaşı idi. İzdivacdan sonra həyat yoldaşından elm öyrənmiş və əksər elmlərdə ustad olmuşdur.

4. Sədriyyə. Alim, mütəkəllim, filosof, arif, zahid və natiq qadınlardandır. Öz qardaşı Mirzə İbrahimdən elm öyrənmiş, atası və həyat yoldaşının yanında elmləri təkmilləşdirmişdir.

5. Molla Sədra Şirazinin qızı, Bədriyyə və Sədriyyənin bacısı Zübeydə. Alim, fazil, ədib və Quran müfəssiri olmuş, atasından və bacısı Bədriyyədən elm öyrənmiş, ədəbiyyat və təfsirdə ustadlıq məqamına çatmış və Quranı hifz etmişdir.

6. Şah Mürtəza Kaşaninin qızı və Molla Möhsün Feyz Kaşaninin bacısı Zeynəb Ümmü Əbiha. O, alim, fazil, ədib, şair və öz dövründə Kaşanın natiq qadınlarından hesab olunurdu.

7. Həmidə Rüveydəşdi. Öz əsrinin fazil, alim və ustadlarından hesab olunurdu və camaat arasında pəhrizkarlıqla məşhur idi. Bir çox hədis kitablarına, o cümlədən Şeyx Tusinin “İstibsar” kitabına haşiyə yazmışdır. Bu da, xüsusilə rical elmindəki təhqiqatla əlaqədar olan hissələri onun son dərəcə dərin dərrakəsinə dəlalət edir, onun məlumatlı və dəqiq nəzər sahibi olduğunu göstərir. Bu qadın “Rical” elminə agahlıqda yüksək məqama malik olmuş, rəvayət kitablarına çoxlu haşiyələr yazmışdır. Bu haşiyələr “Ricali Həmidə” adı ilə tanınır.

 

Hicrətin on ikinci əsri

1. Molla Rəhim İsfahaninin bacısı. O, İsfahanda yaşamış və Səfəvi əsrinin son illərindəki məşhur alim qadınlardan biri olmuşdur. O gözəl hüsnü-xəttə malik olmuş və nəstə’liqi gözəl şəkildə yazmışdır.

2. Molla Məhəmməd Təqi Məclisinin qızı, Əllamə Məhəmməd Baqir Məclisinin bacısı və Molla Məhəmməd Saleh Mazəndaraninin həyat yoldaşı Amənə Beyqum Məclisi. O, alim, mühəddis və fəqih qadınlardan idi. O son dərəcə kamal və camaldan bəhrələnmiş, elm, fəzilət və təqva ailəsində böyümüş, ictihad məqamına qədər yüksək məqamları sürətlə qət etmişdir.

3. Şeyx Məhəmməd Ələmul-Hudanın qızı və Molla Möhsün Feyz Kaşaninin nəvəsi Ümmü Sələmə Kaşani. Dövrün alim, fazil, mühəddis, ədib və şair qadınlarından idi. İslam elmlərinin müqəddiməsini öz bacılarından, fiqh və üsulu əmilərindən öyrənmişdi. Öz atasından və iki əmisindən rəvayət icazəsinə malik idi və onlardan rəvayət nəql edirdi.

4. Ümmü Sələmə Beyqm Şirazi. Alim qadınlardan biridir və irfan, seyr-sülukla əlaqədar “Camiul-külliyyat” kitabını fars dilində (on dörd məqalədə) qələmə almışdır.

 

Hicrətin on üçüncü əsri

1. Molla Fizzə. Alim, fazil, ədib və gözəl xəttatlığa malik olan qadın idi. “Ə’yanuş-şiə” kitabının yazdığına görə o, Quranı və ərəb ədəbiyyatını atasından, fiqh və üsulu öz tayfasının alimlərindən öyrənmiş və onlardan icazə almışdır. Üsul, fiqh və hədis elminin tədrisini öhdəsinə almış və tələbələrdən bəziləri onun dərsində iştirak etmiş, alimlərdən bəziləri Mirzə Qumminin üsulda yazdığı “Qəvanın” kitabını ondan öyrənmişlər. Çünki o Mirzədən icazə almışdır.

2.. Hacı Əbdul-Ğəffar Tehraninin qızı Nuri Cəhan. O, fazil qadınlardan olmuş, “Nəcatul-müslimat” kitabını bir dəstə qadının xahişi ilə və iki hissədə yazmışdır: birinci hissədə qadınlara lazım olan hökmlər və əməllərdir ki, onu müctəhidlərin kitablarından bir yerə toplamışdır. İkinci hissə isə qadınlar üçün olan əxlaq qayda-qanunlarıdır ki, Əllamə Məclisinin “Hiləyətul-müttəqin” kitabından seçmişdir.

3. “Şəhidi Salis” ləqəbi ilə tanınan Şeyx Məhəmməd Təqinin qızı Ümmü Külsum Borğani. Fəqih və fazil qadındır. İslam elmilərinin müqəddiməsini və ərəb ədəbiyyatını atasının bibisi Mah Şərəfdən, fiqh və üsulu atasından və əmisi Şeyx Məhəmməd Saleh Borğanidən öyrənmiş, hikmət və fəlsəfədə Molla Ağa Hikəmi Qəzvininin dərsində iştirak etmişdir. Ümmü Külsum Tenranda və Kərbəlada hövzə qadınlarına dərs demişdir. Onun kitabxanası dini təhsil alan tələbələrə vəqf edilmişdir. Bu xanımın əsərlərindən “Fatihətul-kitab”ın təfsirini qeyd etmək olar.

4. Şeyx Məhəmməd Əli Qəzvininin qızı və Şeyx Məhəməd Saleh Borğaninin həyat yoldaşı Amənə Xanım Qəzvini. O, Qəzvinin alim, müctəhid və abidlərindəndir. Əvvəlcə qardaşı Şeyx Əbdül-Vəhhab Qəzvinidən dərs almış, fiqh və üsulda həyat yoldaşının tədrisindən istifadə etmiş, hikmət fəlsəfəsini Molla Ağa Hikəmi Qəzvinidən – “Salehiyyə” mədrəsəsində öyrənmişdir. Habelə, Şeyx Əhməd Ehsainin Qəzvindəki dərsində iştirak etmiş və nəhayət elm və fəzilətdə yüksək məqamlara çatmışdır. Onun həyat yoldaşı Molla Məhəmməd Saleh şəri hökmlərdə və məsələlərdə qadınları onun göstərişlərinə müraciət etməyə tövsiyə edirdi.

Onun əsərlərindən 480 beytə malik olan uzun bir qəsidəni Kərbəla hadisələrində Həzrət Zeynəb (əleyha salam)-ın dilindən yazmışdır. Bundan başqa əsərlər də qələmə almışdır.

5. Seyyidə Fatimə Qəzvini. Alim, müfəssir, mühəddisdir. Hədisdə və əqli elmlərin çoxunda fitri istedada malik və çox təqvalı bir insan olmuşdur. Bundan əlavə, Quran hafizi, xətib və məharətli söz ustası idi, uca və gözəl səsi vardı. Moizə və xitabədə qüdrətli bir şəxs idi.

6. Sultan xanım. Alim, mühəddis və iki kitabın sahibidir: Birincisi “Məcməul-əhadis”dir ki, bəzi çətin dini məsələləri və hədisləri sorğu-sual şəkilində şərh etmişdir. İkinci əsəri “Ənvarut-təhqiq”dir və şikəstə-nəstə’liq xətti ilə yazmışdır.

7. Rübabə xanım. Molla Məhəmməd Saleh Borğani ilə Amənə xanım Qəzvininin qızıdır. O, elm və fəzilət ailəsindən olmaqla fazil, fəqih, filosof, mütəkəllim, mühəddis və xətib idi. Ərəb ədəbiyyatını və müqəddimat dərslərini ailəsində mənimsəmiş, fiqh, üsul, təfsir və hədisi atasından və əmisi Molla Məhəmməd Təqi Borğanidən (Şəhidi Salisdən) öyrənmişdir. Hikmət və fəlsəfəni Axund Şeyx Molla Ağa Hikəmidən, irfanı əmisi Molla Əli Borğani və qardaşı Mirzə Əbdul-Vəhhab Borğani Qəzvinidən öyrənmişdir.

O tədrislə məşğul olur, camaata moizə edib yol göstərir, şəri hökmləri istinbat edir, fiqhi və elmi məsələlərdə fətva verir və öz nəzərinə və hökmünə müvafiq əməl edirdi.[1]

 

Hicrətin on dördüncü hicri əsri

1. Şeyx Kərim Rovğəninin qızı Ümmü Külsum Roğəni Qəzvini. O, Qəzvinin müctəhid, mühəddis, müddərris və fəzilətli şəxslərindən olmuşdur. İslam elmilərini Qəzvinin “Salehiyyə” mədrəsəsinin alimlərindən öyrənmiş, atasının, Şeyx Məhəmməd Saleh Borğaninin və Şəhidi Salisin üsul və fiqh dərslərində iştirak etmişdir. Sonra Nəcəfi-Əşrəfə hicrət edərək bu müqəddəs şəhərin elmiyyə hövzəsinin böyük alimlərinin dərslərində iştirak etmişdir.

2. Şeyx Məhəmməd Saleh Borğani Qəzvininin qızı Xədicə Borğani Qəzvini. Fəqih, mühəddis, mütəkəllimdir. O, kəlam elmini dərindən yiyələnmiş, Quranı hifz etmiş, təfsir elmini bilmiş, zahid və abid şəxs olmuşdur. Fiqh, üsul, təfsir və hədisi atasının və əmisi Şəhid Salisin hüzurunda, irfanı digər əmisi Molla Əli Borğanidən, fəlsəfəni Axund Ağa Molla Hikəmidən öyrənmişdir. O, həm də “Salehiyyə” mədrəsəsinin qadınlar bölməsində tədrislə məşğul olur, fiqhi və elmi məsələlərdə fətva verirdi. Onun əsərlərindən: “Məcmuətul-məsail”, “Rəsailu fil-fiqh”, “Bə’zur-rəsailil-irfaniyyə” və s.

3. Şeyx Məhəmməd Borğani Qəzvininin qızı Nərgis Borğani Qəzvini. O, zəkalı, huşyar, güclü idrak sahibi olan mühəddis, alim, fəqih olmuş, kəlam elminə dərindən yiyələnmiş, Quranı hifz etmişdi, abid və zahid şəxs idi, nəhv, sərf, məntiq, ərəb elmiləri və ədəbiyyatında məharətli ustad olmuşdur. Fiqh, üsul və təfsiri atası Şeyx Məhəmməd Salehdən və əmisi Şəhidi Salisdən, irfan və sair elmləri digər əmisi Şeyx Molla Əlidən, fəlsəfəni Axund Şeyx Molla Ağa Həkim Qəzvinidən və qardaşı Şeyx Mirzə Əbdul-Vəhhabdan öyrənmişdir.

4. Ayətullah Burucerdinin anası Beyqum Xanım Təbatəbai. Fəqih, mühəddis, xətib, abid və zahid şəxsdir. İslam elmlərinin müqəddiməsini və ərəb elmlərini dövrünün alimlərindən, fiqhi də öz ailəsinin alimlərindən öyrənmişdir.

5. Məşhur rical alimi, fəqih və mühəqqiq Seyyid Sədrud-din Amilinin qızı Zəhra Beyqum Amili. O, öz dövrünün məşhur alim və fəzilətli qadınlardan olmuşdur.

6. Əli ibni Hüseyn Fəvvaz Amilinin qızı Zeynəb. Bu alim qadın həm də şair, nəhv, sərf, məani-bəyan ustadı idi, şerin müxtəlif vəznlərində və səpgilərində məharətli olmuşdur. “Durrul-mənsur fi təbəqati ribatil-xudur” kitabını yazmış, onda dünyanın müxtəlif millət və xalqlarından olan məşhur qadınlarının adlarını bir yerə toplamışdır. Onun çap olunmamış əsərləri də vardır.

7. Hacı Mirzə Tahir Xorasaninin qızı, alim və zahid şəxs Bibi Alim Xorasani. O, İslam elmlərinin müqəddiməsini və ərəb ədəbiyyatını atasından, “Gövhər Şad” məscidinin mütəvəllisindən və başqalarından mənimsəmiş, fiqh, üsul, hədis və irfanı həyat yoldaşından öyrənmişdir. Peyğəmbərlərin sirəsi (davranışı) və tarixi, ərəb qissələri, cahiliyyət dövrünün şerləri və ədəbiyyatı, ariflərin və ilahi övliyaların həyatı və s. ilə əlaqədar tədqiqata məşğul olmuşdur. İlahi övliyaların və ariflərin şərhi-halında xüsusi ixtisasa malik olmuş, islamdan əvvəlki dövrlərin və peyğəmbərlərin tarixində nəzər sahibi olmuşdur.

8. “İftixarut-tuccar” adı ilə məşhur olan Hacı Seyyid Əhməd Əminin qızı İffətuz-zəman Əmin. Mühəddis, alim, həkim və filosofdur. Hövzənin müqəddimə dərslərini “Beydabad” mədrəsəsinin müdərrisi Ağa Mirzə Əli Əsgər Şərifdən, hikmət dərslərini Ayətullah Sədrud-din Hatili Kupalidən öyrənmişdir. Bundan sonra bir müddət Ağa Nurid-din Əşəni Qodcanidən hikmət və fəlsəfə elmini öyrənmiş və onun vəfatından sonra mərhum Hacı Şeyx Mürtəza Məzahirinin dərslərində iştirak etmişdir. Xanım İffətuz-zəman Əmin Ayətullah Şahrudidən rəvayət ictihadına nail olmuş və “Çehel hədisi Əmin” kitabını yazmışdır.

9. Mərhum Ayətullah Ağa Mirzə Məhəmməd Rza İlahinin qızı alim və yazıçı Rübabə İlahi. O, ilahiyyat elmlərinin müqəddiməsinin əksəriyyətini atasından əxz etmişdir. Onun digər ustadlarından müctəhidə Əmin, Höccətül-islam Şeyx Mürtəza Ərdəkaninin adını qeyd etmək olar. Xanım İlahinin əksəriyyəti əxlaqi-mənəvi yönlərə malik olan, ayə və rəvayətlərin izahından, habelə hekayətlərdən ibarət olan çoxlu əsərləri yadigar qalmışdır. Onun çap olunmuş əsərləri: “Əl-cənnətu vər-Rizvan”, “Tövhid”, “Qırx hədis”, “Kəşkuli İlahi”, “Lo’lo və Mərcan”, “Əd-durru vəl-yaqut” və sair. Həmçinin Qurani-Kərimi iki dəfə əlyazma şəkilində köçürmüşdür.

10. Sürəyya Möhsini. Alim və fazil qadın olan bu şəxs Kərbəlada yaşamış, Ayətullah əl-uzma Seyyid Şəhabuddin Mər’əşi Nəcəfidən rəvayət icazəsi almışdır. Fiqh, üsul və hədis elmində Mirzə Məhəmməd Hindinin dərsində iştirak etmiş, qadınlara fiqh, üsul və hədis dərsini tədris etmişdir.

11. Şəhid Məhəmməd Baqir Sədrin bacısı Xanım Amənə Sədr (Şəhidə Bintul-Huda). Bu xanım qüdrətli bir mürəbbi, mahir yazıçı, şair, xalqın dərdlərinə arif, mütəfəkkir, gözəl əxlaqi səciyyələrə malik və etimadlı şəxs olmuşdur. Elmlərin əksəriyyətində, o cümlədən, sərf, nəhv, üsul, fiqh, hədis, əxlaq, təfsir, sirədə öz qardaşının dərslərindən bəhrələnmişdir.

“Əz-Zəhra (əleyha salam)” mədrəsələri, sair mədəni-maarif mərkəzlərinin təsisi, elm tədrisi, dua məclislərinin təşkili, əsər yazmaq və s. bu xanımın elmi-tərbiyəvi və təbliği səylərindən hesab olunur. Şəhidə Bintul-Hudanın əsərlərindən aşağıdakıları qeyd etmək olar: 1. “Əl-fəzilətu tuntəsər”, 2. “Əl-xalətuz-zaiətu”, 3. “İmrəətani və rəcul”, 4. “Sirau liqain fil-müstəşfa”, 6. “Muzəkkəratul-həcc”, 7. “Leytəni kuntu ə’ləm”, 8. “Bitovlatil-mər’ətil-müslimə”, 9. “Kəlimətun və də’vətun” 10. “Əl-bahisətu ənil-həqiqət”, 11. “Əl-mər’ətu məən-Nəbiyy”. Onun digər əlyazmaları da var idi ki, İraqa hakim olan zalım hakimiyyət (Səddam Hüseynin (l) dövründə) Seyyid Məhəmməd Baqir Sədri şəhid etdikdən sonra evini müsadirə edərkən bu əsərləri də məhv etmişlər.[2]

 

Hicrətin on beşinci əsri

1. Hacı Cəfər Həsunun qızı Ümmü Əla Həsun. Alim və mühəddis qadın olmaqla böyük iman dərəcəsinə nail olmuşdur. O, şəriət elmilərini həyat yoldaşının evində öyrənmiş, orada təşkil olunan qadınlar yığıncağında iştirak etmiş və əmisi Hacı Züheyr Həsundan elm öyrənmişdir. Ayətullah Mər’əşi Nəcəfi ömrünün son illərində Ümmü Əlanın əmisi Şeyx Həsunun evində ondan imtahan alaraq rəvayət icazəsi vermişdir.

2. Hacı Məhəmməd Əli Həsunun qızı və Şeyx Züheyr Həsunun bacısı Ümmü Əli Həsun (Zəhra). Alim və mühəddisdır. O, fiqh, üsul, nəhv, bəlağət, hədis və dirayə elmini atasından, qardaşından və ərindən öyrənmiş, Ayətullah Mər’əşidən rəvayət icazəsi almışdır. Şəhid Sədrin bacısı Şəhid Bintul-Huda, Ümmü Əlinin şagirdlərindən idi.

3. Seyyidə Nüsrət Əmin. Təqvalı müctəhid, mühəddis, filosof, arif və ciddi səylə elm öyrənməyə məşğul olan qadınlardan biridir. Belə ki, islamın nuranı təlimlərinə tabe olmaq nəticəsində yüksək kamal, elm və fəzilət məqamına nail olmuşdur. Bu fəzilətli xanım misilsiz səylərlə sərf, nəhv, bəlağət, təfsir, hədis elmi, fiqh, fəlsəfə, irfanla məşğul olmuşdur. O dövrdə qadınların təhsili ilə əlaqədar mövcud olan irticaçı şəraitə və çoxlu problemlərə baxmayaraq, öz təhsilini yüksək səviyyədə davam etdirmiş, nəhayət qırx yaşında onun elmi dərəcəsi alimlər və mərcəyi-təqlidlər tərəfindən təsdiq olunmuş, ictihad və rəvayət dərəcəsinə nail olmuşdur.

Nüsrət Əmin qırx yaşından ömrünün axırına qədər kitab yazmış, tədris etmiş, camaatın dini suallarına cavab vermiş, qızları və qadınları hidayət etmişdir. Öz sərmayəsi ilə “Fatimə (əleyha salam)” adına bir orta məktəb və qızlar üçün bir ali məktəb təsis etmişdir. O, həm də İsfahanın qadınlar dini-təbliğat mərkəzində islam maarifini tədris və Quranı təfsir etmiş, suallara cavab vermiş və bərəkətli ömrünün axırlarında qızların və qadınların elmi-mənəvi irəliləyişi, təlim-tərbiyəsi üçün ciddi səy göstərmişdir. Bu fəqih və arif qadından aşağıdakı əsərlər yadigar qalmışdır: “Məxzənul-irfan fi təfsiril-Quran”, “Ərbəinul-Haşimiyyə”, “Seyr və sülük”, “Xoşbəxtlik yolları”, “Nəfəhatun Rəhmaniyyə”, “Camiuş-şitat”, “Məad, yaxud bəşərin son seyri”, “Məxzənul-ləali fi fəzaili Movləl-məvali”, “Əxlaq” və s.[3]

4. Müctəhid qadın Zöhrə Sifati. O, Əlyari Ğərəvi Təbrizi (mərhum Ayətullah əl-uzma Naininin şagirdlərindəndir), Safi Gülpayqani, Fazil Lənkərani, Məhəmməd Möhsün Əhmədi Fəqih (Yəzdi) kimi Ayətullahlardan rəvayət icazəsinə və ictihada malikdir. Bundan əlavə, “Aşura ziyarətinin şərhi”ndən ibarət olan “Dər pərtovi vilayət”, “Hədd-buluğ yaşı”, “Qadınların hökmlərində fiqhi yeniliklər (yaisəlik)”, “Hamiləliyin qarşını almaq” və sair kimi sagələrdəki fiqhi tədqiqatlar onun çap olunmuş əsərlərindəndir. Onun digər kitabları, o cümlədən “Ziyarət”, “Ətəbatu aliyat”, “Dimai səlasənin şərhi” çap halındadır. Həmçinin, altı məqalə yazmışdır: “Şeyx Ənsarinin “Təqlid” kitabına şərh”, “İctihadın müştərək mənbələri”, “İmam Xomeyninin nəzərində zaman və məkanın rolu”, “Həyat yoldaşına nəfəqə vermək”, “İctihadın cilvələri”, “Hüdudda şəhadət” və sair.[4]



[1]  “Banovani alimə və asari anha” xanımların elmiyyə hövzəsinin mərkəzi tədqiqat bölməsi, www.rasekhoon.net saytının nəqlinə əsasən (az acıq ixtisarla).

[2] Tehran, “Cəmaran” saytı (azacıq dəyişikliklə)

[3] “Banovani alimə və asari anha”, “Xanımların elmiyyə hövzəsinin mərkəzi tədqiqat bölməsinin yazıçıları” saytından nəqlən (azacıq ixtisarla)

 
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəli surələrin tilavətinin yaratdığı çətinlikləri (səcdə etmək mümkün olmayan məkanlarda) necə aradan qaldırmaq olar?
    3763 Nizamlar hüquq və əhkam
    Bütün müctehidlərin fətvalarına əsasən səcdəsi vacib olan ayələri oxuduqdan və ya eşitdikdən sonra insana səcdə etmək vacibdir.Həzrət İmam Xomeyni (r.ə.) bu barədə buyurur: "Dörd surənin hər birində ("Nəcm", "Fussilət", "Ələq" və "Səcdə" surələrində) bir səcdə ayəsi vardır. İnsan bu ayələri oxuduqdan və ya eşitdikdən sonra dərhal səcdə etməlidir. Əgər ...
  • Həzrət Xədicə (s.ə)- in həyatını qısa olaraq bəyan edin.
    871 تاريخ بزرگان
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    16817 Əməli əxlaq
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Lütfən, həzrət Yusif (əleyhis-salam)-ın əhvalatında parlaq nöqtələri mənim üçün bəyan edin.
    4070 پیامبران و کتابهای آسمانی
    Quranda “əhsənul-qisəs” (ən gözəl hekayə və əhvalatlar) kimi qeyd olunan həzrət Yusif (əleyhis-salam)-ın hadisəsi şəxsi, əxlaqi, ictimai və ailə məsələləri baxımından çox gözəl ibrət dərslərinə şamildir ki, aşağıda bəzilərini qeyd edirik: 1. Peyğəmbərlərin hamısı insanları Allah yolunda dəvət edərkən ifa edəcəkləri rollarını tanımış, lazımınca yerinə ...
  • Sənədsiz ev alverinin, icra hakimiyyətinin icazəsi olmadan ev tikməyin hökmü nədir?
    3269 Qanun və qaydalara riayət etmək
    Ayətullah əl-uzma Xameninin (müddə zilluhul-ali) dəftərxanası: İslam hökumətinin qayda-qanunlarına riayət etmək vacibdir və bu qanunları pozmaq caiz deyildir. Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası: Əlaqədar qayda-qanunların əksinə olsa, caiz deyildir. Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
  • varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən duanın mühüm sənədi nədir?
    4308 وحدت وجود
    Varlığın və mövcudun vəhdəti nəzəriyyəsi məhşur ariflərin nəzəriyyəsinə qayıdır. Bu mənada ki, Allah-taalanın pak zaatından, xarici aləmdə zühur etmiş pak adlarından, sifət və felindən baş həqiqət yoxdur. Digər varlıqların da həqiqəti yalnız, Allah-taalanın sifət və fellərinin zahir olunmasından başqa bir şey deyillər. Amma, varlığın vəhdəti və mövcudun ...
  • Hicr surəsinin 85- 87- ci ayələrindən məqsəd nədir?
    4050 Təfsir
    Allah- Taala qeyd olunan ayələrdə, yerin və göyün yaranmasının haqq olması və hədəfi olmasına işarə edib, Peyğəmbər (s)- ə cahil və düşmənlərin inadkar müxalifləri, iş pozmaları, təəssübləri, inadlıq və inadkarlıqları qarşısında, yumşaqlıq və məhəbbət göstərməyi, onları bağışlayıb və onlara yaxşı üz göstərməyi sifariş edir. Sonda, Allah Peyğəmbər (s)- ə ...
  • Allah taala insanı nə üçün yaratmışdır?
    5794 Qədim kəlam
    A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın. B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur. C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən ...
  • Nə üçün həzrət Fatimə Məsuməyə (s) Məsumə ləqəbini vermişlər? Məgər həzrət məsumdur?
    3801 Qədim kəlam
    Həzrət Məsumənin adı Fatimədir. Rəvayət və tarixi kitablarda o həzrətdən Fatimə bintə Musa bin Cəfər (ə) kimi yad edilmişdir. Həzrət Məsumə (s) üçün məsum ləqəbi İmamlar və Peyğəmbərlər üçün qeyd edilən məsumla eyni olmamışdır. Amma o ruhi cəhətdən pak və mənəvi cəhətdən yüksək məqama sahib olmuşdur. Qeyd ...
  • "Əhli-beyt" kimə deyilir?
    12567 İslam fəlsəfəsi
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    116587 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    89319 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    68256 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    52031 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    44523 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37026 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25968 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    25291 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24636 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    22980 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...