Ətraflı axtarış
Baxanların
8121
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər?
Sual
Sizin nəzərinizcə, dinsizlərin islam və sair səmavi dinlər müqabilində əks mövqe seçmələrinin səbəbi nə ola bilər? Bu məsələnin həqiqi səbəbi nədir və nədən qaynaqlanır? Onun mənşəyi nə ola bilər?
Qısa cavab

Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu dörd səbəbdən daha artıq məlumat əldə etmək üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

Dinsizlərin səmavi dinlər, xüsusilə islam dini müqabilində əks mövqe seçmələrinin müxtəlif siyasi, ictimai, iqtisadi, mədəni kökləri ola bilər. Bu səbəbləri təfsilatı ilə və ayrı-ayrılıqda təhlil etməkdən öncə iki məsələni xatırlatmaq zəruridir.

Birincisi budur ki, dinsizlərlə dindarların bir-biri qarşısında əks mövqe seçməsi yeni bir məsələ deyildir; bəşər tarixi boyu müxtəlif şəkillərdə (hər iki cinahda) mövcud olmuşdur və bu cür mövqe seçmək təkcə dinsizlər tərəfindən olmamışdır. Hal-hazırda dinsizlərin təxribatçı texniki qüdrətə, böyük səviyyəli informasiya vasitələrinə və güclü hərbi texnikaya malik olduqlarına görə onların din əleyhinə apardıqları səs-küylü təbliğatlar və yaratdıqları şantajlar keçmiş dövrlərlə müqayisədə daha da artmağa başlamışdır.

İkincisi, bu kimi əks mövqe seçmələrin bütün hallarda yalnız islamın və dinin həqiqəti müqabilində olmasını təsəvvür etməməliyik; əksinə bu mövqe seçmələr dindən düzgün çıxarış əldə etməmək və ya dini təbliğatda yanlış üslublardan istifadə edilməsi nəticəsində də ola bilər. İlahi dinlərin ən kamili və əhatəlisi olan islam dininin xüsusiyyətlərinə diqqət yetirməklə aşağıda bu məsələnin dörd əsas səbəbini təqdim edirik:

a) Siyasi səbəblər

Tarix boyu dindarlıq iddiası edən hökumətlərdən bəziləri, o cümlədən məsihi aləmində orta əsrlər kilsəsi, islam dünyasında xəlifələrin dövranı, son dövrlərdə taliban hərəkatı və s., yəhudi aləmində isə sionist rejiminin törətdiyi acı təcrübələr, müxtəlif dinlər daxilində baş verən məzhəb və firqə çarpışmaları və s. dinsizlərə belə bir bəhanə vermişdir ki, dini heç olmazsa ümumi (siyasi və ictimai) sahələrdə yetərsiz qələmə versinlər, hətta bəzən onlar bu yetərsizliyi xüsusi hövzələrə sirayət etdirməklə dini kökündən terrorizm və qan axıdılma amili kimi təqdim etmişlər. İslam barəsində də, konkret şəkillə desək, özlərini islama mənsub edən taliban, əl-qaidə və s. kimi azğın qrupların və sələfi hərəkatının hakimiyyətə gəlməsi, habelə düz və ya səhv olmasından asılı olmayaraq əl-qaidəyə mənsub edilən 11 sentyabr hadisələri və s. islam əleyhinə güclü zəhərli təbliğatlar aparılmasında, ideoloji hücumlar edilməsində və islamı qorxunc bir nəzəriyyə kimi təqdim edilməsində mühüm rol ifa etmişdir.

b) İctimai səbəblər

Dünya səviyyəsində modern həyatın, mədəni cəmiyyətlərin yayılması ilə yeni bir ictimai həyat formalaşmışdır ki, Quran və islam rəvayətlərində təsvir olunan təbii behiştlə qarşılaşır və bu mövzu islam ilə son əsrdəki modernizm arasında ziddiyyət kimi qələmə verilir. İslam ilə islama zidd olan bu modernizm nəzəriyyəsi arasında barışıq yaratmaq məqsədi ilə bəzi müsəlman ziyalıları və mütəfəkkirləri son dərəcə ciddiyyətlə səy aparsalar da, bu ziddiyyəti aradan qaldırmaqda bacarıqsızdırlar. Buna görə də onlar islama əksər hallarda modernizm nəzəriyyəsi əsasında yanaşırlar. Yəni modernizmin haqq olmasını əvvəlcədən qəbul edir, sonra isə islam təlimlərini modernizm dəyərləri ilə uyğunlaşdırılmağa çalışırlar. Nəticədə belə ziyalılar islama yenidən nəzər verməyə çalışır və bu da onların islamdan üz çevirmələrinə səbəb olur (onlar həm islamın zahirini qoruyub saxlamağa çalışırlar, həm də modernizm ruhunu özlərinin yorğun və cansız cəsədlərinə üfürmək istəyirlər). İslam cəmiyyətlərində mövcud olan rəftar və davranışlardakı təzadlar  düzgün olmayan bu nəzəriyyəni gücləndirir; onlar mütərəqqi islam dinini irticaçı bir din, yaxud ən aşağısı hazırkı cəmiyyətin dərdinə dəyməyən bir şey hesab edirlər. Düzgün olmayan bu nəzəriyyənin kökü kəlmələrin tərsinə məna edilməsindən irəli gəlir. Belə ki, modernizm dəyərlərindəki hər növ tənqid və şəkk-şübhəni irtica və gerilik hesab edirlər.

v) İqtisadi səbəblər

İslam ölkələrində sərmayədarlıq (kapitalizm) iqtisadiyyatının qəbul edilməsi yeni müstəmləkəçilik üçün şərait yaradırdı ki, bu da müsəlmanların etiqadlarını zəiflədirdi. Müsəlman ölkələrində mövcud olan böyük neft yataqları bir sərmayə kimi onların inkişafına səbəb olmadı; əksinə müsəlmanlar arasında məsrəfçi iqtisadiyyatın və məsrəfçiliyə meylin rəvac verilməsinə səbəb oldu və iqtisadi cəhətdən qərb ölkələrinə ifratçı asılılıq yarandı. Qərb texnologiyasının və əmtəələrinin müsəlmanların xoşuna gəldiyi zaman yavaş-yavaş belə nəticəyə çatdılar ki, bu növ iqtisadiyyatın müsəlman olmaqla uyğunluğu yoxdur! Buna görə də ya bu növ iqtisadiyyatı boşlayaraq istehsalçı iqtisadiyyata üz gətirməyə çalışırlar, ya da öz başlarına dərd-sər açmadan islamdan əl çəkərək qərbin istilaçılığını tam şəkildə qəbul etdilər.

q) Mədəni səbəblər

Bu zəmində müxtəlif səbəbləri qeyd etmək olar. O cümlədən, bəzi dini alimlər tərəfindən din barədə çox səthi məlumatlar əldə etmək və nəticədə dini təəssüb üzündən və səthi şəkildə müdafiə etmək. Dini müdafiə edən bu iddiaçılar tərəfindən islamın yüksək maarifi ilə düşmənçilik edən və ona yad nəzər salan qərbin informasiya imperatorluğu belə bir imkan əldə etmişdir ki, bu kimi insanları islamın yeganə rəsmi nümayəndələri kimi təqdim etməklə onların məqamını yüksəltsinlər və bu işlə islam dini və islam mədəniyyətindən çox kobud, insaniyyətdən uzaq, xurafatçı və ağlasığmaz bir sima təqdim etsinlər.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Uxdud səhabələri kim idi?
    6047 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
    5734 معیار شناسی (دین و اخلاق) 2015/06/29
    Bu vəziyyətdə ən yaxşı çıxış yolu fikir verməməkdir. Ona görə ki, dini təlimlərdə belə sifariş olunmuşdur. Dini rəhbərlərimiz də bizimçün ideal insan olaraq, belə hallarda həmin yolu getmişlər. Bu barədə Qurani-Kərimdə oxuyuruq: “ وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرّاً وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    5503 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Bir şəxsdən digərinə enerji mübadiləsi İslamda qəbul ediləndirmi? Bunun şəri hökmü nədir?
    5279 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hörmətli işçi: Bu hadisənin əsli və bu yolla müalicə və onun sayılmaqda olan təsirləri hələ də isbat edilməmişdir. Bir çox bu işdən fərasətlə istifadə edənlər öz- özlərinə xəyallara düşmüşlər. Buna görə bəzi mərcə təqlid alimləri bu suala hələ də gizli və naməlum olduğu üçün cavab ...
  • İmam Əli (ələyhissalam) Nəhcül-Bəlağənin 31-ci məktubunda, oğlu İmam Həsənə (ələyhissalam) nə sifarişlər edib?
    9112 دستور العمل ها 2015/05/28
    İmam Əli (ələyhissalam) öz məktubunda övladı İməm Həsən Müctəbaya (ələyhissalam) tövhid, Allahın əzəməti, ilahi sifətləri, yanarışdan hədəf və Qiyamətdən əlavə, insanın həyatda mənəvi və maddi cəhətdən ən mühüm ehtiyaclarını da açıqlayıb. Allahın adı ilə özülünü islah etmə, ölümü xatırlamağın zərurəti, zəmanənin hadisələrinə diqqət etmək, yaxşılığa dəvət və ...
  • Bizm etiqadımız budur ki, islamda təhrif olunmamışdır və başqa bir tərəfdən də buna etiqadımız var ki, peyğəmbərin canişinləri Quranın təfsirçiləridir. Bəs belə nəticə almaq olar ki, şiədən kənar olan islam təhrif olunmuşdur?
    5233 Qədim kəlam 2010/12/05
    Həqiqətən (Quran kərim) islamın əsas məbnələrindəndir. Ləfzi təhrifdən (cümlə və kəlmələrin yerinin dəyişdirilməsi və ya Quranda bir şeyin əlavə edilib və yaxud azalması) amanda olmuşdur. Bir çox ayənin bunu təyid etməsi, və müsəlmanlar arasında olan zərurət və beləliklə bir çox rəvayətlər ilahi möcüzəyə əlavə edilməsini və yaxud azalmasını inkar ...
  • Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində “mutəvəffik, ölüm” təbirindən istəfadə etmişdir?
    5870 پیامبران و کتابهای آسمانی 2012/09/01
    Bu suala səbəb olan bəzi səhv tərcümələrdir. Buna görə əgər ayənin düzgün mənası aydın olarsa mətləb də aydınlaşacaqdır. Bu barədə onu qeyd etmək olar ki, doğrudur ki, Qurani kərimdə (tufi) kəlməsi ölüm mənasında işlədilmişdir, amma Quranın digər yerlərində də bu kəlmə başqa mənada işlədilmişdir. Buna görə bu ayəni həzrət İsanın ...
  • Öbəy ibni Kəbin şəxsiyyəti necə idi?
    5601 تاريخ بزرگان 2012/02/09
    Öbəy ibni Kəəb İslam Peyğəmbərinin (s) ən məşhur səhabələrindən olub, şiə və sünnü nəzərə almadan bütün müsəlmanların nəzərində ehtirama sahibdir. Şiə mənbələrində ondan məhdud rəvayətlər var və rical elminin böyükləri, onu Allah Rəsulunun səhabələrindən və vəhy kitabələrindən biliblər. Ondan nəql olmuş rəvayətlərə diqqət edərək onun Əhli- beytə (ə) məxsusən İmam ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    7544 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...
  • Şeytan və cinin, gücü və qüdrəti nə qədərdir və hansı həddə insan üçün narahatçılıq yarada bilir?
    19653 Qədim kəlam 2010/11/08
     Şeytan və cin kəlməsi dəfələrlə və bir çox yerdə Qurani- kərimdə zikr olunmuş və cin surəsi nazil olmuşdur. Şeytan (ümumi) bir addır ki, hər bir azdırıcı məxluqa, istər insan olsun istərsə də insandan başqa ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    154959 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    131406 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    110431 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101235 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84883 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72606 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50203 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37994 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37766 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36536 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".