Ətraflı axtarış
Baxanların
5238
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Allaha görmək mümkündürmü? Necə ?
Sual
Allaha görmək mümkündürmü? Necə ?
Qısa cavab

Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin bərəkəti ilə Onu dərk və müşahidə edə bilər.

Ətreaflı cavab

Əgər “Allahı görmək” dedikdə məqsəd zahiri gözlərlə görməkdirsə, onda cavab mənfidir və həm əqlin hökmü, həm də şəriətin aşkar bəyanına əsasən Allahı heç vaxt görmək olmaz.

Əqlin hökmünə gəldikdə, görmə əməliyyatı xarici şeyin gözün önündə qərarlaşması, həmin şeydən inikas olunan işıq dalğalarının əsəb sisteminə ötürülməsi ilə baş verir. Yəni bu iş əvvəla, xarici bir cismin olmasını, sonra isə həmin xarici cismin göz ilə müqabil nöqtədə (qarşı-qarşıya) dayanmasını tələb edir. Buna görə də bizim gözümüz arxamızda olan şeyləri görmür. Halbuki, Allah-taala nə cisimdir, nə də cismin xüsusiyyətlərinə malikdir (o xüsusiyyətlərdən biri də qarşı-qarşıya qurmaqdır.) Buna görə də başdakı göz ilə heç vaxt Allahı görmək olmaz.

Amma şəriətin hökmünə gəldikdə isə, Quran və rəvayətlər aşkar şəkildə Allah-taalanın görünməsinin qeyri-mümkün olduğunu bəyan edir:

1. Quranda:

a) لَنْ تَرَانِی  “Ey Musa! Heç vaxt Məni görə bilməzsən!”[1]

b) لَا تُدْرِکُهُ الْأَبْصَارُ “Gözlər Onu görə bilməz.”[2]

2. Rəvayətlərdə:

a) وَامْتَنَعَ عَلَی عَیْنِ الْبَصِیرِ  “Allah-taala heç vaxt görənlərin gözü önündə zahir olmaz.”[3]

b) لَمْ تَرَکَ الْعُیُونُ “Gözlər heç vaxt Səni görməz!”[4]

v) لَا تُدْرِکُهُ الْعُیُونُ بِمُشَاهَدَةِ الْعَیَانِ “Gözlər heç vaxt Onu aşkarda görə bilməz.”[5]

Lakin əgər “görmək” dedikdə məqsəd batini görünüş, yəni Allah-taalanın sifətlərinin və isimlərinin şühudu, mərifət və elm olarsa, əlbəttə, ayrı-ayrı insanların batini cəhətdən qüdrət və istedad tutumları miqdarında müşahidə oluna bilər. Necə ki, Əli (əleyhis-salam) buyurur: لَکِنْ تُدْرِکُهُ الْقُلُوبُ “Qəlblər Onu dərk edər.”[6]

Başqa hədisdə qeyd olunur ki, Həzrət Əli (əleyhis-salam) Zələbə buyurdu: “Vay olsun sənə! Zahiri gözlər Onu görməz, lakin qəlblər Onu müşahidə edər.”[7]



[1] “Əraf” surəsi, ayə: 143

[2] “Ənam”, surəsi, ayə: 103

[3] "Nəhcul-bəlağə", xütbə 49

[4] "Nəhcul-bəlağə", xütbə 109

[5] "Nəhcul-bəlağə", xütbə 179

[6] "Nəhcul-bəlağə", xütbə 179

[7] “Mizanul-hikmət”, 6-cı cild, səh. 190, hədis 12095

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Malın bir dəfə xumsunu verməklə, ona daha xums vacib olmurmu?
    4719 Nizamlar hüquq və əhkam 2011/06/19
    Bildiyiniz kimi, xüms ibadət və furu- dindən sayılan İslamda mühüm mali vaciblərdən biridir. Ona görə də qürbət qəsdi ilə yerinə yetirilməlidir.Xums düşən mal və sərmayələrin, əgər bir dəfə xumsu verilsə, daha onlara xums düşmür. Hətta həmin sərmayə uzun illər boyu qalsa da. Amma əgər mal o şeylərdən ...
  • Aya imam Hüseyn (ə) rəvayətdə ərəb və əcəm arasında fərq qoymuşdur və əcəmləri təhqir etmişdir?
    8142 Hədis elmləri 2011/10/08
    İşarə etdiyiniz rəvayət əba Əbdillah (ə)- dan yəni İmam Sadiq (ə)- dandır. (İmam Hüseyn (ə) yox) ki, buyurur: Biz Qureyş tayfasındanıq və bizim şiələrimiz ərəb düşmənlərimiz isə əcəm. Bu rəvayət zahirdə olan mənası (ki, ərəb və əcəm sözlərindən məqsəd həmin tanınmış əcdadları olsun) istər dəlalət istərsə də sənəd nəzərindən düzgün ...
  • Bəzi ayələrdə insanların fani olması, bəzilərində isə ruhun əbədi və diri qalması deyilir. Bunların hansı düzdür?
    5918 Qədim kəlam 2012/03/14
    İnsan öləndən sonra ruhunun əbədi qalmasına dəlalət edən ayələr olduqca çoxdur və onların məzmun və dəlalətində heç bir münaqişəyə yer yoxdur. Onlardan biri olan “Ali-İmran” surəsinin 169-cu ayəsində deyilir: “Onlar (şəhidlər) Pərvərdigarlarının yanında ruzi yeyirlər.” Əlbəttə, bir çox əqli və nəqli dəlillər də bu ayələri dəstəkləyir, yəni ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    16813 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.
  • Hansı baxışlar haram və günah sayılır?
    15155 Nizamlar hüquq və əhkam 2011/10/13
    Allah Qurani kərimdə naməhrəmə baxmaq barəsində buyurur: «قل للمؤمنین یغضوا من ابصارهم»[1]Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər." «و ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    7766 Namazın müstəhəbləri 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...
  • Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la getməmişdir?
    7583 تاريخ بزرگان 2012/01/19
    Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsi ilə əlaqədar çoxlu dəlillər qeyd etmişlər. Onların bəziləri münaqişəlidir və qəbul etmək olmaz. Amma bəzilərinə etimad etmək olar. Onların ən mühümü və yaxşısı Əbdullahın yaşlı və xəstə olmasıdır. Bu, digər tarixi hadisələrlə, o cümlədən öz ailəsini imam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə göndərməsi, Kərbəlada iştirak ...
  • Aya günahkar bir cəmiyyətdə, mümkündür bir neçə xeyirxah və pərhizkar insanlara xatir o cəmiyyətdən əzab uzaq olsun və ya müddəti geciksin?
    5766 Təfsir 2012/02/07
    Quran ayələri və rəvayətlərdən istifadə olur ki, bəzi illət və amillər, cəmiyyətdən əzabın gecikməsinə və yaxud uzaq olmasına səbəb olur. Burada fürsətdən istifadə edib bir neçə nümunəyə işarə edirik. 1.             Onların arasında Peyğəmbərlərin və tövbə edənlərin olması: ...
  • Şiələr İmamlar və Allah arasında fərqə qaildirlərmi?
    7797 Qədim kəlam 2012/10/13
    Şiə məktəbi; digər məktəblər kimi tarix boyu ifrat və təfritlə bir olmuşdur. Bu cərəyan müxtəlif adlarla o cümlədən Ğulat, Müqəssirə, Nasibilər tanınmış şiə və onların İmamları üçün bir çox çətinliklər yaratmışdırlar. Şiə İmamların, şiələrin bu cərəyandan amanda qalması üçün çoxlu səylər etmişdirlər. Onlar öz məqamlarını ...
  • Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
    10584 Əməli əxlaq 2012/04/09
    Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik: 1. Ayın hilalını (birinci gecəsində) görmək. Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır. 2. İftar və obaşdanlıq ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    154807 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    130994 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    110068 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101116 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84749 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72294 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50153 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37961 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37651 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36443 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".