Ətraflı axtarış
Baxanların
7599
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
Sual
Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
Qısa cavab

Quranın beş surəsindən hər biri bir heyvanın adı ilə bağlıdır:

1 - “Bəqərə” surəsi (dişi inək), 2 - “Nəhl” (bal arısı), 3 - “Nəml” (qarışqa), 4 - “Ənkəbut” (hörümçək) və 5 – “Fil” surəsi.[1]

Bu surələrin fəziləti:

1. “Bəqərə” surəsi: Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən “Quranın hansı surəsi və hansı ayəsi daha çox fəzilətə malikdir?” - deyə soruşduqda, həzrət “Bəqərə” surəsi və Ayətəl-kürsü” deyə cavab verdi.[2]

2. “Nəhl” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Nəhl” “surəsini tilavət etsə, Allah-taala dünyada ona verdiyi nemətlərdən qiyamətdə hesab almaz.”[3]

3. “Ənkəbut” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Ənkəbut” surəsini tilavət etsə, Allah-taala onun əməl dəftərində (bütün) mömin və münafiqlərin sayından on qat artıq həsənə qeyd edər.”[4]

4. “Nəml” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs “Şura”, “Nəml” və “Qəsəs” surələrini cümə axşamı oxusa, ilahi övliyalardan olar.”[5]

5. “Fil” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs vacib namazlarında “Fil” surəsini oxusa, qiyamət günü dağlar, səhralar və səhraların qumları “bu şəxs namaz qılanlardan idi” deyə  şəhadət verəcəkdir.”[6]

“Fil” və “İlaf” surələri bir surə hesab olunduğuna (biri digərini tamamladığına) görə namazda “Həmd” surəsindən sonra “Fil” surəsini oxumaq istəsək, gərək ondan sonra “İlaf” surəsini də oxuyaq.[7] Diqqət yetirmək lazımdır ki, Quran ayələri və surələr üçün deyilən bu və başqa fəzilətlər o zamandır ki, dərindən düşüncə ilə yanaşı qiraət olunsun, onun sayəsində insanın ruhu ilahi maariflə sirab olsun.[8]



[1] Mirzə Baqir, Hüseyni, “Aşnayi və üns ba Quran”, “Hərəm” nəşriyyatı, səh. 43

[2] Yenə orada, səh. 232

[3] Yenə orada, səh. 237

[4] Yenə orada, səh. 241

[5] Əzizi, Abbas, “Quran surələrinin fəzilət və təsirləri”, səh. 47

[6] Yenə orada, səh. 114

[7] “Təhrirul-vəsilə”, 10-cu cild, “əl-qovlu fil-qiraəti vəz-zikr” bölməsi, məsələ 6

[8] “Təfsiri nümunə", 5-ci cild, səh. 144

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    6209 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Üzüyün sağ ələ taxıması zəruridirmi?
    17613 Nizamlar hüquq və əhkam 2011/08/09
     Peyğəmbər (s) və imamların (ə) sünnələrindən biri də ələ üzük taxmaqdır. Rəvayətlərimizdə onun növü, quruluşu və şəkli haqda məlumat verilmişdir. Əlavə olaraq üzüyün sağ ələ taxılması rəvayətlərdə tövsiyə olunmuşdur. İslam dininin üzük taxmaq barədə bəyan etdiyi bütün hökmlər müstəhəb hökmlərdir. Yalnız kişilərin qızıl ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    11898 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Quranın hansı ayəsi tövhidin mərhələlərini bəyan edir? Onun mərhələləri hansılardır?
    10973 Qədim kəlam 2012/07/22
    Quran və dini məfhumlarda ən geniş yayılan, dərin və dolğun mənalı məsələlərdən biri olan tövhidin bir çox növləri və mərtəbələri vardır. Quranın bir çox ayələrində tövhid məsələsi çox müfəssəl və dərin şəkildə irəli çəkilmişdir. Bu, Quranın əsaslı məfhumlarda və mühüm məsələlərdə tutduğu yoldan ibarətdir. Hal-hazırda bu üslub ...
  • Dinlə mədəniyyətin əlaqəsi nədir?
    7608 Təzə kəlam 2010/11/10
    “Din” lüğətdə “itaət etmək”, “tabe olmaq”, “təslim olmaq” və “cəza” mənasınadır. Termində isə, “cəmiyyəti idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq və qanunlar məcmusu”ndan ibarətdir. Din bəzən haqq, bəzən batil, bəzən də haqq ilə batilin qarışığından ibarət ola bilər.
  • Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?
    7328 زن 2012/09/01
    Quran və rəvayətlərdə işarə olmuşdır Məriyəm İmran qızı kasıb bir ailədə dünyayə gəlmiş hətta onu təmin etmək üçün gəlir və məxaric olmamışdır (o dünyayə gəlməmişdən əvvəl atası vəfat etdiyi üçün) Həzrət Zəkəriyya (ə) onu öz himayəsinə götürüb (Məriyəmin xalası əri). Bu xanımın həyatı həmişə çətinliklə, ...
  • Allah taala insanı nə üçün yaratmışdır?
    8254 Qədim kəlam 2011/01/02
    A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın. B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur. C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən ...
  • Uxdud səhabələri kim idi?
    6035 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Ölkədən xaricdə qeyri İslami mühitdə necə iman saxlamaq olar?
    5167 اسلام و ایمان 2012/06/13
    İnsanı və İslami əxlaqı qorumaq və dini göstərişlərə əməl etmək, habelə dini dəyərləri qoruyub saxlamaq dünya həyatının xoşbəxtçiliyində bir başa təsirlidir. Bunlara riayət etmək xəbis, səviyyəsis və heyvani yaşayışı, pak və bərəkətli həyata çevirir. Dini göstərişlərə doğru, xorafatsız, ifratsız və təfritsiz əməl edən insan öz yaşayışından ...
  • Səbr və bölgü dəlili necədir və necə əməl edir?
    4891 İslam fəlsəfəsi 2012/03/11
    Səbr və bölgü dəlili müxtəlif elmlərdə, həmçinin fiqh üsulu elmində istifadə edilir və Baxmayaraq ki, həmişə ona istinad etmək olmaz, lakin bir çox hallarda höccətdir. Çünki məntiq kitablarında daha geniş yayılmış isbatların dördlü növləri qeyd edilmişdir. Amma bunun barəsində söhbət açılmır. İlk başda bu dəlillərin terminlərin mənasını ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    154808 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    131002 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    110072 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    101116 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    84750 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    72298 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50156 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37961 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    37654 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    36443 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".