Ətraflı axtarış
Baxanların
4233
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Qurandakı dualarda və “ələykum ənfusəkum” – özünüzdən muğayat olun!” kimi ayələrə insanın özü irəli çəkilir və sonradan başqaları üçün dua etməsi tövsiyə edilir. Amma həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün dua edir, onları özündən qabağa keçirirdi. Bu məsələ necə izah edilə bilər?
Sual
Qurandakı dualarda əvvəlcə insanın özü, sonra onun yaxın adamları, axırda isə başqa möminlərə dua edilir. Eləcə də “ələykum ənfusəkum” kimi ayələrdə əvvəlcə insanın özü barəsində tövsiyə edilir. Amma rəvayətlərdə deyilir ki, həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün, sonra isə özü üçün dua edirdi. Zahirdə təzadlı görünən bu məsələ necə izah edilə bilər? Biz hansı tərtiblə əməl etməliyik?

Qısa cavab

Nəfsin islahı və rəzalətlərdən saflaşdırılması məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Bu, Quranda və rəvayətlərdə göstəriş verilən məsələdir. Çünki insan öz ruhunu islah edib aludəliklərdən, rəzalətlərdən saflaşdırılmayınca başqalarını hidayət edə bilməz. Amma dua edib Allahdan hacət istəmək məqamında çox yaxşı olar ki, insan başqalarını özündən irəli keçirsin. Rəvayətlərimizdə də bu məsələyə dair çox tövsiyə edilmişdir. Çünki bu iş insanın öz hacətinin mümkün olan tez bir zamanda yerinə yetirilməsinə səbəb olur və bu cür dua etdikdə daha artıq meyarla qəbul olunur.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, “nəfsin rəzalətlərdən saflaşdırılması və günahlardan uzaqlaşmaq” məqamı ilə dua edərək Allahdan bir şey istəməklə əlaqədar verilən sualda anlaşılmazlıq və səhv baş vermişdir. Çünki ayə və rəvayətlərdən məlum olduğu kimi, birinci məqamda, yəni nəfsin islahı, ruhun saflaşdırılması və günahdan uzaq olmaq məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Qurani-kərim nəfsin təzkiyəsi (ruhun rəzalətlərdən saflaşdırılması) yolu ilə insanın özünü cəhənnəm odundan uzaq saxlaması, nəfsin rəzalətlərdən, əxlaqi çirkinlik və mənəvi aludəliklərdən paklaması istiqamətində mömin insanlara xitab edərək buyurur: “Ey iman gətirənlər! Özünüzlə məşğul olun və özünüzü (zəlalət, azğınlıq və üsyankarlıqdan) hifz edib saxlayın! Əgər siz hidayət olunsanız, yolunu azan şəxs sizə heç bir ziyan çatdıra bilməz.”[1] Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və əhl-əyalınızı yanacağı camaat və daşlar olan bir oddan qoruyub saxlayın!”[2] (Yəni günah etməklə özünüzü belə bir atəşə düçar etməyin!)

Gördüyünüz kimi, burada duadan, Allahla raz-niyazdan söhbət getmir; bu məqam nəfsin islah olunması, əxlaqi rəzalətlərdən uzaq olmaq məqamıdır. O da insanın özünü və əhl-əyalını başqalarından irəli keçirməsini tələb edir. Əlbəttə, bu məsələ əmr be məruf və nəhy əz münkərin təkrarı mənasına deyildir. Çünki vacib əməllərin yerinə yetirilməsinin özü nəfsin islah olunma yollarından biridir və insanın “özünü islah etməsi” bəhanəsi ilə onları (əmr be məruf və nəhy əz münkəri) tərk etməsi rəva deyildir.

Amma dua edib Allahdan müəyyən bir hacət diləmək məqamına gəldikdə isə, rəvayətlərdən aydın olduğu və çoxlu hallarda işarə edildiyi kimi bu məqamda vəziyyət tamamilə əksinədir. Çünki məsumların (əleyhimus-salam) göstərişlərinə uyğun olaraq burada daha yaxşı olar ki, insan başqalarını özündən qabağa salsın. İmam Həsən Müctəba (əleyhis-salam)-dan nəql olunur ki, əziz anası dua məqamında başqalarını özündən qabağa keçirir və oğlunun bu məsələ ilə əlaqədar sualının cavabında buyururdu: “Əvvəl qonşular, sonra evdəkilər.”[3]

İmam Səccad (əleyhis-salam)-dan da belə rəvayət olunur: “Həqiqətən məlaikələr hər vaxt insanın öz mömin qardaşı üçün – onun yanında olmadığı halda – dua etdiyini, yaxud onu yaxşılıqla xatırladığını görsə, ona xitab edərək deyirlər: “Necə də yaxşı qardaşsan! Öz mömin qardaşın üçün xeyir-dua və onu yaxşılıqla yad edirsən, halbuki o sənin yanında deyildir. Həqiqətən Allah mömin qardaşın üçün istədiyin şeyləri sənə də bəxş edəcəkdir.”[4]

Hədis mənbələrində bu qəbildən olan rəvayətlər çoxdur. Nümunə üçün, “Vəsailuş-şiə” kitabında “dua edərkən insanın möminləri özündən qabağa keçirməsinin müstəhəbliyi” adlı bir bab (bölmə) vardır. Orada insanın dua məqamında başqalarını özündən irəli keçirməsi ilə əlaqədar çoxlu rəvayət qeyd olunmuşdur.

Əlavə məlumat üçün aşağıdakı görünüşə baxa bilərsiniz:

“Azğın həyat yoldaşı qohum-əqrəba üçün dua etmək”, sual 14979 (sayt 14755



[1] “Maidə” surəsi, ayə: 105

[2] “Təhrim” surəsi, ayə: 6

[3] Şeyx Hürr Amili (rəhmətullahi əleyh), “Vəsailuş-şiə”, 7-ci cild, səh. 112

[4] Yenə orada, səh. 111

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    3797 Nizamlar hüquq və əhkam
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    4169 İslam fəlsəfəsi
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Nə üçün şiələr Peyğəmbərlə müqayisədə imamlara daha artıq məhəbbət bəsləyirlər?
    6039 دانش، مقام و توانایی های معصومان
    Şiələr imamlara Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən artıq əhəmiyyət vermirlər, əksinə onların Peyğəmbərə məhəbbəti o həzrətin həyatı ilə bağlı olan bütün şeylərə və sahələrə şamildir. Şiələrin imamlara xüsusi diqqət yetirməsi Peyğəmbərin dəvətini qəbul etməkdən və o həzrətin əmrinə itaət etməkdən başqa bir deyildir və bu məsələ çoxlu ...
  • İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsi nədən ibarətdir?
    7300 Qədim kəlam
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın əhəmiyyət və fəlsəfəsini başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:1. Quranda yüksək məqamlı insanların, böyük şəxsiyyətlərin və ilahi övliyaların dəyərli səciyyələrinin və fəzilətlərinin canlı saxlanmasına dair çoxlu təkidlər edilmişdir.2. Böyük şəxsiyyətli şiə imamları Kərbəla hadisəsinin canlı saxlanması üçün müxtəlif yollarla çoxlu tövsiyələr ...
  • Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
    6082 Əməli əxlaq
    Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq: Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik ...
  • Bir nəfərin bir hissə yeri var onu satmaq istəyir, satdığı halda yerin pulunun xumsunu verməli və həcc ona vacib olur?
    3814 İstitaətin şərtləri
    Bu sual iki cəhətdən qaranlıqdır: Birincisi budur ki, sizin təqlid etdiyiniz Mərcə müəyyən olunmayıb. İkincisi budur ki, yer ünvanı (adı) qaranlıqdır. Yəni müəyyən olunmayıb ki, bu yer irsdir ya hədiyyədir ya alınıbdır? Bu cəhətdən məsələnin bütün fərzlərinə işarə olur: Əgər ...
  • Namazın axırında deyilən üç sualın səbəbi nədir və ikinci və üçüncü salamların xitab olunanları kimlərdir?
    8219 Nəzəri əxlaq
    Ərəb dili və ədəbiyyatına əsasən həm görüşəndə, həm də ayrılanda salam etmək olar. Bu üç salam hədislərdə zikr olublar, amma heç bir kəs bunları birlikdə vacib bilməyibdir. Bu salamların mənasını başa düşmək üçün onların mənasına diqqət etmək lazımdır: Tərcümə: - "Ey Peyğəmbər! Salam ...
  • Dindən qaçan şəxsi necə hidayət etmək olar?
    3472 Əməli əxlaq
    Belə insanlara ən yaxşı yol göstərmə aşağıdakılardan ibarətdir:1. Ona başa salmaq və soruşmaq lazımdır ki, Allah-taalanın bizə bəxş etdiyi bu qədər nemətlər – başda insanın xilqəti olmaqla ...
  • İslam dinini, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirə və davranışını musiqi və ğina yolu ilə təbliğ edib yaymaq olarmı?
    3771 تبلیغ و گفتگو
    Ümumi şəkildə islam dininin, xüsusi şəkildə isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) əməl və davranışının təbliği ən mühüm məsələlərdən biridir ki, onun təbliğ və icrası yolunda dərindən diqqət yetirmək lazımdır. Bu işdə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 1. İslam dininin və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və ...
  • Aşura ziyarətnmasınin sənəd və mətnini izah ediniz?
    6030 Hədis elmləri
    Bu ziyarətnamənin əsas mənbəsi iki mötəbər Cəfər bin Muhəmməd bin Qoləviyyə Quminin (348 h.q ili) müəllifi olduğu “Kamilul ziyarat” və Şeyx Tusinin (385- 460 h.q) yazdığı “Misbahul mutəhəccid” kitablarıdır. Bəzi mənbələrə əsasən İbn Qoləviyyənin sənədi mötəbərdir. Amma misbahul mutəhəccid kitabında qeyd edilən rəvayətin sənədinə gəldikdə qeyd etmək ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    124770 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    94425 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    75642 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    61479 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    59027 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38753 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    30580 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    27721 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    27523 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25894 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...