Ətraflı axtarış
Baxanların
5781
İnternetə qoyma tarixi: 2007/12/26
Sualın xülasəsi
Əql və şəriət nəzərindən nə üçün zinadan yolla (qanunsuz, şəri nikah olmadan) əmələ gələn şəxs əməlisaleh da olsa, pişnamaz ola bilməz?
Sual
Əql və şəriət nəzərindən nə üçün zinadan yolla (qanunsuz, şəri nikah olmadan) əmələ gələn şəxs əməlisaleh da olsa, pişnamaz ola bilməz?
Qısa cavab

Fiqhi kitablarda zinadan (qanunsuz yolla, şəri nikah olmadan) dünyaya gələn şəxsin (ona vələduz-zina deyilir)  pişnamaz ola bilməməsinə dair çoxlu dəlillər qeyd olunmuşdur. Digər tərəfdən, alimlərin fikir birliyinə əsasən belə bir şəxsin imam-camaat olmağa səlahiyyəti yoxdur. Ehtiyat da belə bir hökmü tələb edir. Yəni əgər vələduz-zinaya iqtida etmək nəticəsində namaz kimi vacib vəzifənin insanın öhdəsindən götürülüb-götürülməməsində şəkk edildikdə, ehtiyat budur ki, ona (vələduz-zinaya) iqtida etməyək.

Bu hökmün əsl dəlili “vələduz-zinanın imam-camaat olmağa haqq yoxdur” - deyə buyuran çoxlu rəvayətlərdir. Bəlkə də bu hökmün fəlsəfəsi zina əməlinin çirkinliyinin cəmiyyətdə hamı üçün aşkar və bəyan olunmasıdır ki, bu günahın kökü aradan qalxsın. Bundan əlavə, bəzi mənsəblər, o cümlədən pişnamazlıq bu xüsusiyyətə malikdir və gərək onu öhdəsinə alanlar bəzi nöqsanlardan, hətta şəxsin özü o nöqsanının əmələ gəlməsində heç bir rol ifa etməsə belə, pak olsun. Yəni onun pişnamaz ola bilməməsi imam-camaat mənsəbində mövcud olan xüsusiyyətə qayıdır.

Ətreaflı cavab

Din alimləri və fəqihlər buyurmuşlar: Pişnamazda bir neçə şərt və xüsusiyyət olmalıdır, onlardan biri də onun halalzadə olmasıdır.[1] Bu şərtin dəlillərini aşağıda qısa şəkildə qeyd edirik:

1. İcma.[2]

Bütün şiə fəqihləri buyurmuşlar ki, imam-camaat halalzadə olmalıdır.[3] Yaxud heç olmazsa, onun zinadan əmələ gəlməsi məlum olmamalıdır.[4] Deməli, zinadan əmələ gəlməsinə və halalzadə olmamasına dair yəqin etdiyimiz bir şəxsə iqtida etmək caiz deyildir.[5]

2. Ehtiyat.

Mərhum Şeyx Tusi “Əl-xilaf” adlı kitabında imam-camaatda halalzadə olmağın şərt edilməsinin ikinci dəlilini “ehtiyat” buyurmuşdur:[6] Ehtiyat dedikdə bu böyük alimin məqsədi fiqhdə deyilən “iştiğal qaydası”dır. Yəni əgər namazın vacib olması kimi hər hansı bir hökmün bizə verildiyinə yəqin etsək və halalzadə olmayan bir şəxsə iqtida etməklə namazın vacibliyinin öhdəmizdən götürülüb-götürülmədiyində şəkk etsək, vəzifəmizin aradan götürülməsinə yəqin hasil olması üçün gərək zinazadə şəxsin imaməti barəsində ehtiyat edərək ona iqtida etməyək.

3. Mövcud olan çoxlu rəvayətlərdə buyurulur ki, camaat namazında zinadan əmələ gələn şəxsə iqtida etmək caiz deyildir.  Cümlədən:

a) İmam Əli (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Dəlinin və zinadan əmələ gələn şəxsin arxasında (iqtida edərək) namaz qılmayan!”[7]

b) Həmçinin o həzrət buyurur: “Altı qisim insanların pişnamaz olmağa səlahiyyəti yoxdur: zinadan əmələ gələn, mürtəd (dindən çıxan), ə’rabi ( hicrətdən sonra cahiliyyət adət-ənənəsinə qayıdan), şərab içən, üzərində ilahi cəza qanunu icra edilən şəxs və sünnət olunmayan şəxs.”[8]

v) İmam Baqir (əleyhis-salam) buyurur: “Beş qisim insanlar pişnamaz kimi seçilə bilməz. Onlardan biri də zinadan əmələ gələn insandır.”[9]

Amma bu hökmün səbəb və fəlsəfəsi ilə əlaqədar suala gəldikdə isə, demək lazımdır:

1. “İmam” kəlməsi iqtida olunan, rəhbər və başqalarının iqtida etdiyi şəxs mənasınadır ki, öz işlərində onu örnək və nümunə qərar verirlər.[10] İmam camaat – pişnamaz dedikdə məqsəd o şəxsdir ki, bir dəstə insan onu özlərinə (namazda) ülgü və nümunə təyin edirlər. Buna görə də həmin mənsəbi öhdəsinə alan şəxsdə nöqsan olmamalıdır, hətta bu nöqsanın hasil olmasında onun özü heç bir rol ifa etməsə də belə.

İzah:

Zinadan əmələ gələn şəxsin bir çox ictimai və mənəvi mənsəblərə, o cümlədən pişnamazlıq, mərcəyi-təqlid və s. kimi mənsəblərə səlahiyyəti yoxdur. (Bu, bir çox rəvayətlərin məzmunundan əldə olunur.)[11] Səbəbi də bu mənsəblərin malik olduğu xüsusiyyətlərdir. Bu sözün mənası da zinazadənin qiyamət günü nicatdan məhrum olması deyildir. Məsələn, kor insan bəzi mənsəbləri öhdəsinə ala, yaxud çox unutqan olan şəxs qazı ola bilməz – hətta əgər öz həyatında ən azacıq günah iş törətməsələr də belə. Yaxşı və güclü hafizə qüvvəsinə malik olmaq qazının şərtlərindən biridir. Amma bu kimi məhrumiyyətlərin şəxsin səadətli və ya bədbəxt olması ilə heç bir əlaqəsi yoxdur. Vələduz-zinanın da vəziyyəti belədir. Bu müddəaya dair şahidimiz budur ki, həmin rəvayətdə vələduz-zina dəli, cüzam xəstəliyinə tutulan və s. ilə bir cərgədə tutulmuşdur. Halbuki bir kəs öz ixtiyarı ilə özünü dəli edə və ya cüzama mübtəla edə bilməz.

İctimai nəzərdən də zinadan əmələ gəlmək bir növ nöqsanlı hal hesab olunur və bu iş yaxşı adla xatırlanmır. Çünki bir tərəfdən zinazadə insan rüsvayçı bir əməlin məhsuludur, digər tərəfdən də tarix boyu zinazadələr özlərindən çox da gözəl əməllər göstərməmişlər. Şübhəsiz, bəzi mənsəbləri öhdəsinə alan şəxs gərək camaatın nifrət hissi keçirərək ondan uzaqlaşmasına səbəb olan sifət və xüsusiyyətlərdən uzaq olsun, hətta o xüsusiyyətlər şəxsin ixtiyarı olmadan da yaranmış olsa belə.

Əgər “bəlkə zinazadə heç bir günaha mürtəkib olmayıb?” - deyilsə, cavabında demək lazımdır ki, bütün aləm (kainat) səbəb-nəticə qanunu əsasında qurulmuşdur. Bir şəxsin kor olmasında qəti şəkildə irsi, ətraf mühit və s. amillər rol oynayır ki, əksər hallarda onun ixtiyarı dairəsindən xaricdədir.

Övladın nöqsanlı və ya kamil olmasında çoxlu amillər rol oynayır ki,  bu barədə əlaqədar kitablarda lazımi məlumatlar yazılmışdır. İslamda da bu nöqsanlı halların və problemlərin qarşısını almaq üçün çoxlu göstərişlər verilmişdir. Məsələn, nütfənin bağlanması (mayalanması) üçün münasib məkan və zamanın necə olması, hamiləlik dövründə ananın hansı qidalardan istifadə etməsi və s.

İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir rəvayətdə deyilir:

الْمِمْرَازُ لَا يطِيبُ إِلَي سَبْعَةِ آبَاءٍ وَ قِيلَ لَهُ وَ أَي شَي‏ءٍ الْمِمْرَازُ فَقَالَ الرَّجُلُ يکْتَسِبُ مَالًا مِنْ غَيرِ حِلِّه

“Mimraz yeddi nəslə qədər pak olmaz.” Soruşdular ki, mimraz nədir? Həzrət buyurdu: “Haram mal ilə izdivac nəticəsində əmələ gələn övlad.”[12]

Tarix və rəvayət kitablarında haram yeməklərin insanın ruhiyyəsindəki mənfi təsirləri ilə əlaqədar çoxlu rəvayətlər və əhvalatlar  qeyd olunmuşdur. Bu barədə Şərik ibni Əbdüllah Nəxəinin hadisəsi çox maraqlıdır:[13] O, qonaqlıqda haram yeməklər yediyinə görə həm zalımların qəzavət (mühakimə) kürsüsünü qəbul etmiş, həm də Məhdi Abbasinin övladlarına dərs vermişdir.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, qeyd olunan şeylərdən heç biri tam səbəb ünvanı ilə deyildir. Yəni elə də deyildir ki, yol tamamilə bağlasın və vələduz-zinanın qurtuluşa nicat olması ümumiyyətlə  mümkün olmasın. Əgər belə olsaydı, onda Allah tərəfindən ona şəri vəzifə verilməsinin mənası olmazdı. Halbuki zinadan əmələ gələn şəxs üsuli-dini qəbul edib füru-dinə əməl etməyə vəzifəlidir. Biz sadəcə dedik ki, mühit amilləri, irsi səbəblər və digər amillər xüsusi rəftarların seçilməsində çoxlu təsirlər qoya bilər, eyni halda insanı xüsusi bir əməli görməyə məcbur etməz. Bu insan öz həyatının bütün dövrlərində irsi və mühitlə əlaqədar amillərin hamısına qələbə çala, düzgün yolda qərar tuta bilər. Buna görə də onun itaətinə savab, günahlarına isə cəza  verilir.[14]

2. Həqiqətdə bu növ hökmlər və zinanın çirkinliyini bəyan edən rəvayətlər[15] bu yaramaz əməllə hərtərəfli mübarizə üçün bir yoldur. Yəni cəmiyyətdə bu əməlin çirkinliyini hamı üçün aşkar etmək məqsədi daşıyır ki, bu günahın kökləri aradan getsin.

 


[1] “Şərayiul-islam”, Mühəqqiq Hilli, 1373-cü il çapı, 3-cü çap, “İsmailiyan” nəşriyyatı, 1-ci cild, səh. 114; “Əl-müxtəsərun-nafe”, Mühəqqiq Hilli, “Dini mətbuat” müəssisəsi, səh. 47; “Təhrirul-vəsilə”, imam Xomeyni, 1-ci cild, səh. 274, “imam camaatın şərtləri barəsində nəzər”; Mərcəyi-təqlidlərin “Tovzihul-məsail”i, məsələ 1453, 1-ci cild, səh. 790

[2] Mərhum Şeyx Tusi (rəhmətullah əleyh) “Əl-xilaf” kitabında yazır:

 لاَ يَجُوزُ اِمَامَةُ وَلَدِ الزِّنَا وَ دَلِيلُنَا اِجْمَاعُ الْفِرْقَةِ

“Əl-xilaf”, Şeyx Tusi, səh. 121, “kitabul-cəmaət”

[3] “Ürvətul-vusqa”, Məhəmməd Kazim Təbatəbai Yəzdi (rəhmətullah əleyh), Tehran, “İslami” nəşriyyatı, 1-ci cild, səh. 797, “imam camaatın şərtləri” fəsli

[4] “Müstənədul-Ürvətil-vusqa”, Seyid Əbul-Qasim Musəvi Xoyi (rəhmətullah əleyh), “Lütfi” nəşriyyatı, Qum, 1370-ci il, 5-ci cild, səh. 400; “Cəvahirul-kəlam”, Məhəmməd Həsən Nəcəfi (rəhmətullah əleyh), Tehran, “İslamiyyə” nəşriyyatı, 7-ci çap, 1392-ci hicri qəməri il, 13-cü cild, səh. 324

[5] “Müstənədul-Ürvətil-vüsqa”, 5-ci cild, səh. 400; “Cəvahirul-kəlam”, 13-cü cild, səh. 324

[6] Yenə orada

[7] “Vəsailuş-şiə”, Şeyx Məhəmməd ibni Həsən Hürr Amili, 5-ci çap, Tehran, “İslamiyyə” nəşriyyatı, 1404-cü hicri qəməri il, 3-cü cild, səh. 397, hədis 10785

عن اميرالمؤمنين (ع) لَايُصَلِّيَنَّ اَحَدُکُمْ خَلْفَ الْمَجْنُونِ وَ وَلَدِ الزِّنَا

[8] Yenə orada, 8-ci cild, səh. 322:

مَعْرُوفٍ عَنْ أَبِي جَمِيلَةَ عَنْ سَعْدِ بْنِ طَرِيفٍ عَنِ الْأَصْبَغِ بْنِ نُبَاتَةَ قَالَ سَمِعْتُ أَمِيرَ الْمُؤْمِنِينَ ع يَقُولُ سِتَّةٌ لَا يَنْبَغِي أَنْ يَؤُمُّوا النَّاسَ وَلَدُ الزِّنَا وَ الْمُرْتَدُّ وَ الْأَعْرَابِيُّ بَعْدَ الْهِجْرَةِ وَ شَارِبُ الْخَمْرِ وَ الْمَحْدُودُ وَ الْأَغْلَفُ الْحَدِيثَ

[9] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 378

[10] Müfrədat”, Rağib, səh. 20; “Sihahul-lüğət”, 5-ci cild, səh. 1865; “Lisanul-ərəb”, 12-ci cild, səh. 26; “Əl-müncid”, səh. 17

[11]“Vəsailuş-şiə”, 8-ci cild, səh. 321, “imamın baliğ olmasının vacibliyi” babı; “Kafi”, 3-cü cild, səh. 375, “arxasında namaz qılmaq məkruh olan şəxslər”; “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 378, “babul-cəmaət”; “Təhzibul-əhkam”, 3-cü cild, səh. 26; “Əl-istibsar”, 1-ci cild, səh. 422:

خَمْسَةٌ لَا يؤُمُّونَ النَّاسَ عَلَي کُلِّ حَالٍ وَ عَدَّ مِنْهُمُ الْمَجْنُونَ وَ وَلَدَ الزِّنَا

[12] “Kafi”dən nəqlən: 5-ci cild, səh. 225

[13] O, hicrətin ikinci əsrinin fəqihlərindən, qazilərindən biri idi. Əvvəlcə qəzavəti və abbasi xəlifəsi Məhdi ibni Mənsurun övladlarına elm öyrətməyi (dərs verməyi) qəbul etməmişdi. Amma Məhdinin şam yeməyinə dəvətini qəbul etmiş və bu qonaqlıqdakı haram yeməklər səbəbi ilə həm Məhdi Abbasinin övladlarına dərs verməyi, həm də qəzavəti qəbul etmişdi. Bax: “Murucuz-zəhəb”, 2-ci cild, Məhdi Abbasinin tərcümeyi-halı, “Dastani rastan”, Şəhid Mütəhhəri, 1-ci cild, səh. 129

[14] Tərxan, Qasım, “ata və babaların əməllərinə görə vələduz-zinanın məzəmməti”

[15]عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ قَالَ لَا تَغْتَسِلْ مِنَ الْبِئْرِ الَّتِي تَجْتَمِعُ فِيهَا غُسَالَةُ الْحَمَّامِ فَإِنَّ فِيهَا غُسَالَةَ وَلَدِ الزِّنَا وَ هُوَ لَا يَطْهُرُ إِلَى سَبْعَةِ آبَاءٍ وَ فِيهَا غُسَالَةَ النَّاصِبِ وَ هُوَ شَرُّهُمَا إِنَّ اللَّهَ لَمْ يَخْلُقْ خَلْقاً شَرّاً مِنَ الْكَلْبِ وَ إِنَّ النَّاصِبَ أَهْوَنُ عَلَى اللَّهِ مِنَ الْكَلْبِ قُلْتُ أَخْبِرْنِي عَنْ مَاءِ الْحَمَّامِ يَغْتَسِلُ مِنْهُ الْجُنُبُ وَ الصَّبِيُّ وَ الْيَهُودِيُّ وَ النَّصْرَانِيُّ وَ الْمَجُوسِيُّ فَقَالَ إِنَّ مَاءَ الْحَمَّامِ كَمَاءِ النَّهَرِ يُطَهِّرُ بَعْضُهُ بَعْضاً.

İmam Sadiq (əleyhis-salam)  buyurur: “Hamam suyunun yığıldığı quyuda qüsl etmə! Çünki orada vələduz-zinanın (da) yuyunduğu su vardır: o, yeddi nəslə qədər pak olmur. O quyuda həm də nasibinin (Əhli-beyt (əleyhimus-salam) düşmənlərinin) yuyunduğu su vardır. Həqiqətən Allah-taala itdən də pis bir məxluq yaratmamışdır, halbuki nasibi şəxs Allah yanında itdən də çirkindir.” Ravi dedi: “Cünub şəxsin (cənabətli olanın), uşağın, yəhudinin, məsihinin və məcusinin yuyunduğu hamam barədə mənə xəbər verin!” Həzrət  buyurdu: “Belə) hamamın suyu çay suyu kimidir: bir qismi digər qismini paklayır.”

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün mürtədlik məsələsində, qadın və kişinin hökmü fərqlidir?
    6403 Əhkam və hüquq fəlsəfəsi 2011/11/19
    İslam insanlardan istəyir ki, kifayət qədər dəlil və məlumatla bu İlahi dini qəbul etsinlər və onun sayəsində hidayət tapmasınlar, amma qəbul edəndən sonra, dini buraxıb kafir olan şəxslər üçün ağır cəzalar nəzərdə tutubdur; çünki bu İslam ziddinə təbliğ üçün vəsilə olub və başqa müsəlmanları mənfi təsir altına sala bilər.
  • Bir müsəlman ailədə doğulan övlad ilk növbədə müsəlmandır, yoxsa adi insan?
    5120 Qədim kəlam 2012/01/18
    İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa ...
  • Nə üçün din siyasət əhatəsinə daxil olur?
    8943 کلیات 2012/10/15
    Dinin siyasətdən ayrı olması nəzəriyyəsi, dinin insan həyatının müxtəlif mərhələlərindən kənar olmasını himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və elmi çərçivəsində maarif, siyasət, qəzavət, iqtisadi, ticarət, əxlaq və ictimai rəftarlarla bağlı qanunları tanımağa malik və onları sadir etməyə qadirdirlər; odur ki, insan öz həyatını idarə ...
  • İslam dini kişinin bəzənməsi və təmizliyi üçün nə kimi tövsiyələr edir?
    2971 Nəzəri əxlaq 2019/10/09
  • Kimlər cənnətə daxil olacaq?
    9960 Qədim kəlam 2011/02/14
    Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin. Bu cür insan səadətə çatmış və xoşbəxt insandır. Allahın və həzrət rəsul əkrəmin ...
  • İki bacıyla bir vaxtda həyat qurmağın haram olmasının fəlsəfəsi nədir?
    6424 Fiqh 2011/04/14
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    6880 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    8795 Əməli əxlaq 2012/01/19
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət Əliyə (ə) nazil olub O həzrəti mələklərin ixtilafını həll etmək üçün göy aləminə aparacaqdır ” nəzəriniz nədir?
    6583 Cürbəcür 2012/10/01
    Din təlimlərinə istinadən, inanırıq Mələklər öz vəzifələri qarşısında heç bir zaman etiraz etməmişdirlər. Allah Taala Mələkləri vəsf etdikdə buyurur: Heç bir zaman Allahın əmrindən boyun qaçırmayırlar və onlara olunan əmrləri (olduğu kimi ) icra edirlər; yəni mələklər Allahın əmr və göstərişlərini qəbul edib həyata keçirirlər. ...
  • Mələklər ismət dərəcəsinə sahibdirlər?
    5583 فرشتگان 2012/06/13
    Mələklər və firiştələr çox şərif və lətif varlıqlardırlar. Mələklər çoxlu yaxşı xüsusiyyətlərə sahibdirlər ki, Quran ayələrində bəyan olubdur- o cümlədən heyvani və maddi xüsusiyyətlər onların vücuduna yol tapa bilmir. Mələklərin heç cürə günah etməyə meylləri və qüdrətləri yoxdur. Buna əsasən hər cür günahdan pak ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    152682 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    126900 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    106045 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    99615 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    82795 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    68897 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    49247 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    37234 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    36629 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35591 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...