Ətraflı axtarış
Baxanların
3576
İnternetə qoyma tarixi: 2008/02/26
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
Sual
“Nəhcul-bəlağə” və imam Əli (əleyhis-salam)-ın nəzərindən Quran hansı məqama malikdir?
Qısa cavab

İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. “Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir: 1. Xeyirxah nəsihətçi,  2. Ən yaxşı yol göstərən, 3. Düz danışan natiq, 4. Ən möhkəm və xatircəm sığınacaq yeri, 5. Şəfa verən, 6. Elm və mərifətin mənşəyi, 7. Ən yüksək sərvət, 8. Qəlblərin dirilməsinə və təravətli olmasına səbəb, 9. Ən yüksək şəfaət edən, 10. Hərtərəfli bir kitab və s.

Ətreaflı cavab

Quran və əzəmətli Peyğəmbər (səlləllahu əleyhi və alih) məktəbində tərbiyə alan birinci dərəcəli şəxs – İmam Əli (əleyhis-salam) özünün “Nəhcul-bəlağə”dəki kəlamlarında, xütbələrində və məktublarında müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq Quranın bir çox xüsusiyyətlərini bəyan etmiş, onun dəyərlərini camaat üçün sadalamış, bu səmavi kitabı yüksək əzəmətlə vəsf etmiş, camaatı Quranın haqqına riayət və onun barəsində dərindən təfəkkür etmək üçün dəfələrlə təşviq etmişdir. Belə ki, özünün bərəkətli həyatının axırlarında belə, həm maddi, həm də mənəvi övladlarına Qurana əməl etməyi vəsiyyət edərək buyurur: “Allah, Allah! Quran barəsində (diqqətli olun)! Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizdən qabağa keçə!”[1] Belə təkidlərin hamısı bu asimani kitabın Əli (əleyhis-salam)-ın nəzərində nə qədər əzəmətli olmasını göstərir. Bu kəlmələri aşağıdakı əsas mövzularda və mehvərlərdə təsnif etmək olar:

1. Xeyirxah nəsihətçi: “Bilin ki, bu Quran heç vaxt aldatmayan xeyirxah nəsihətçidir.”[2]

2. Ən yaxşı yol göstərən: “Quran heç vaxt azdırmayan bir yol göstərəndir.”[3]

3. Düz danışan natiq: “Heç vaxt yalan danışmayan bir natiqdir.”[4]

4. Ən möhkəm və etibarlı sığınacaq yeri və pənahgah: “Qurana hökmən əməl edin! Çünki o, möhkəm və sarsılmaz ilahi bir ip, aşkar nur və faydalı dərmandır; (ruhi) susuzluğu yatırır, ona sarılanları (zəlalətdən) qoruyub saxlayır, ona arxalananlara nicat verir. Onda heç bir əyrilik yoxdur ki, düzəldilməyə ehtiyaclı olsun; batilə meyl etmir ki, ondan qaytarılsın.”[5]

5. Şəfa verən: “Öz (ruhi və mənəvi) xəstəlikləriniz üçün Qurandan şəfa alın, çətinliklərinizi həll etmək üçün ondan kömək diləyin! Çünki küfr, nifaq, zəlalət və azğınlıq kimi ən böyük dərdlərin şəfası Qurandadır.”[6]

6. Bütün elm və mərifətin mənşəyi: “...Bütün elm və mərifətin mənşəyi Qurandadır.”[7]

O həzrət başqa yerdə Qurandakı sonsuz elmlərə işarə edərək buyurur: “Allah Quranı alimlərin elm yanğısını söndürən, fəqihlərin qəlbi üçün (nuranilik verən) bahar yağışları, habelə salehlər üçün çox geniş bir yol qərar vermişdir...”[8]

7. Ən yüksək sərvət: “Bilin (və agah olun)! Qurana sahib olduqdan sonra sizlərdən heç birinizin  azacıq belə, ehtiyac və fəqirliyi olmaz. Bir kəs də Qurana sahib olmadan ehtiyacsız olmayacaqdır.”[9]

8. Qəlblərin dirilib təravətli olması səbəbi: “Qəlblərin baharı Qurandadır...”[10]

9. Ən yüksək şəfaət edəndir: “Bilin! Quran şəfaəti qəbul olunan bir kitab, sözü təsdiq olunmuş natiqdir. Qiyamət günü Quran hər kəsə şəfaət etsə,  Quranın onun barəsindəki şəfaəti qəbul olunacaqdır.”[11]

10. Əbədi kitab: “Quran heç vaxt sönməyən bir nur, işığı məhv olmayan bir çıraq, ənginlikləri dərk olunmayan bir dəryadır; onun yolçuları üçün heç vaxt  azmayan bir yol, nuru sönməyən bir şölədir, haqq ilə batili bir-birindən ayırandır, onun dəlil-sübutlarının nuru heç vaxt sönməz...”[12]

11. Qurani-kərimin hərtərəfli olması barəsində imam Əli (əleyhis-salam) buyurur: “Pərvərdigarın kitabı sizin aranızdadır: o, halal və haramı, vacib və müstəhəbbi, nasix və mənsuxu, mübah və qadağanı, xassı və ammı, öyüd-nəsihət və məsəlləri, mütləq və müqəyyədi, möhkəm və mütəşabehi bəyan edir, özünün mücməl (yığcam və zahirdə dərk olunmayan) ibarələrini təfsir edir və mürəkkəb məsələlərini aydınlaşdırır.”[13]

Həmçinin buyurur: “Quranda keçmişdəkilərin və gələcəkdəkilərin xəbərləri, həyatda ehtiyac duyduğunuz hökmlər mövcuddur.”[14]

Həzrət 198-ci xütbədə Quranın dəyəri barəsində müfəssəl şəkildə söhbət açmışdır. Çox yüksək bəyan üslubuna malik olam bu kəlamlar Quranının dəyər və xüsusiyyətlərini o qədər gözəl şəkildə bəyan edib aydınlaşdırır ki, əlavə heç bir izaha və təfsirə yer qalmır.

Qeyd olunanlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ikinci vəhy təfsirçisi olan Əli (əleyhis-salam)-ın kəlamında Quranın vəsfi və məqamı barəsində kiçik nümunələr idi.

Bu barədə əlavə məlumat almaq üçün “Nəhcul-bəlağə”nin 110, 183, 169, 157, 158, 133, 176 və 198-ci  xütbələrinə müraciət edə bilərsiniz.

 


[1] “Nəhcul-bəlağə”, Məhəmməd Dəştinin tərcüməsi, 47-ci məktub, səh. 559

[2]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا.أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغُشُّ

[3]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ

[4]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْمُحَدِّثُ الَّذِي لَا يَكْذِبُ

[5]  “Nəhcul-bəlağə”, xütbə 156

[6]  “Nəhcul-bəlağə”, xütbə 176

فَاسْتَشْفُوهُ مِنْ أَدْوَائِكُمْ وَ اسْتَعِينُوا بِهِ عَلَى لَأْوَائِكُمْ فَإِنَّ فِيهِ شِفَاءً مِنْ أَكْبَرِ الدَّاءِ وَ هُوَ الْكُفْرُ وَ النِّفَاقُ وَ الْغَيُّ وَ الضَّلَالُ

[7] “Nəhcul-bəlağə”, xütbə 176:  وَ يَنَابِيعُ الْعِلْمِ

[8] “Nəhcul-bəlağə”, xütbə 198

[9] “Nəhcul-bəlağə”, xütbə 176: وَاعْلَمُوا اَنَّهُ لَيْسَ عَلَى اَحَدٍ بَعْدَ الْقُرْآنِ مِنْ فَاقَةٍ وَ لاَ لِاَحَدٍ قَبْلَ الْقُرْآنِ مِنْ غِنًى

[10] “Nəhcul-bəlağə”, xütbə 176: فِيهِ رَبِيعُ الْقَلْبِ

[11] “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا أَنَّهُ شَافِعٌ مُشَفَّعٌ وَ قَائِلٌ مُصَدَّقٌ وَ أَنَّهُ مَنْ شَفَعَ لَهُ الْقُرْآنُ يَوْمَ الْقِيَامَةِ شُفِّعَ فِيهِ

[12] “Nəhcul-bəlağə”, xütbə 198

[13] “Nəhcul-bəlağə”, xütbə 1

[14] “Nəhcul-bəlağə”, qısa kəlamlar, hikmət 313

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Kişilər üçün ağ qızıldan istifadə etmək haramdırmı?
    9352 Kişilər üçün ipəyin və qızılın haramlığı
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur. Ayətullah əl-uzma Sistaninin ...
  • Һәгиги дини неҹә әлдә етмәк олар? Изаһ един!
    3512 Din fəlsəfəsi
    Бу ишдә үч јол тәсәввүр олунур:1) Вәһј2) Нәгл3) ӘглАди инсанлар јалныз, нәгли вә әгли јолла динин һәгигәтинә вара биләрләр. Хүсуси ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    6918 Əməli əxlaq
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • Təqlid ilə qəbul olunan islamı Allah qəbul edirmi?
    4752 Qədim kəlam
    Əgər axirətdə əqidəmizin hansı yolla və təqliddən başqa heç bir dəlil olmasa və ata babalarımızdan təqlid etdiyimizi bilirsək (o halda ki bilirik atalarımız heç bir alim və nəzər sahibi olan şəxsin təsiri altında olmamışdır) belə bir halda bizim heç bir üzrümüz yoxdur. Çünki bu cür fikir ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    5243 موت اختیاری
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • Əgər bir şəxs azandan öncə cənabət qüsulunu azana qədər davam etdirərsə verərsə, onun orucu düzgündürmü?
    3308 Nizamlar hüquq və əhkam
    Həzrət Ayətullahul uzma Xameneinin dəftəri: Əgər bilə- bilə qüsulu sübh azanına qədər gecikdirərsə, orucu düzgün deyil və qəzadan əlavə kəffarə də lazımdır. Həzrət Ayətullahul uzma Sistaninin dəftəri: Əgər ehtimal verərsə ki, qüsul azanın vaxtının daxil olduğu zaman həyata keçmişdir eybi yoxdur.
  • шиә етигадында виләјәти-фәгиһин һансы мәгамы вар?
    3224 Təzə kəlam
    Шиә әгидәсинә ҝөрә гејбәт әсриндә вилајәти-фәгиһ мәсум Имамларын (ә) вилајәтинин давамыдыр. Онларын вилајәти, мәсум Имамларын (ә) вилајәтинин Пејғәмбәрин (с) вилајәтинин давамы олдуғу кимидир. ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    3709 Təzə kəlam
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • "Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» barəsində İmam Həsən Əsgərinin (ə) təfsiri nədir?
    4149 Təfsir
    İmam Həsən Əsgərinin (ə) təfsiri, o həzrətə nisbət verilir ki, bəzi səbəblərə görə bəziləri bu nisbəti yəqini bilmirlər. Bu təfsirdə, Fatihətul- kitab" (Həmd) və "Bəqərə" 282- ci ayəyədək, rəvayət formasında təfsir olubdur ki, Quran elmləri terminində ona "məsur" təfsir deyilir.Hər halda, İmam Əsgəri (ə) "Əl- həmdu lillahi ...
  • Allah rəsulunu (s) yuxuda necə görmək olar?
    8428 Əməli əxlaq
    Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109602 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83387 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61417 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    44799 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34146 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30330 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23429 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23280 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22570 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21273 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...