Ətraflı axtarış
Baxanların
8756
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
Sual
Əli (əleyhis-salam) Allah tərəfindən xəlifə seçildiyini bilə-bilə nə üçün Əbu Bəkr, Ömər və Osmanla beyət etdi?! Əgər “müxalifət etməyə qüdrət və bacarığı yox idi” desəniz, onda qüdrəti olmayan bir şəxsin imamət məqamına ləyaqət və səlahiyyəti olmaz! Çünki yalnız o şəxs imam ola bilər ki, imamət məsuliyyətini öhdəsinə almağa qüdrəti olsun. Əgər “imamın qüdrəti var idi, amma öz qüdrətindən istifadə etməmişdi” - desəniz, bu da xəyanət sayılır və xain şəxs imam ola bilməz! Ümmətə rəhbərlik məqamında ona etimad etmək olmaz. Halbuki, imam Əli (əleyhis-salam) xəyanət və sair kimi rəzalət xüsusiyyətlərindən pakdır, o heç vaxt xəyanət etməzdi. Bu barədə düzgün cavabınız nədir?
Qısa cavab

Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi.

İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə fiziki güc işlətmək düzgün deyildir. Hikmət sahibi və ağıllı insan hər bir müşkülü ona münasib yolla həll etməlidir.

Üçüncüsü, dinin qorunması, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bu yolda çəkdiyi əzab-əziyyət və böyük zəhmətlərinin hədərə getməməsindən ibarət olan daha mühüm məsləhətlər xatirinə İmam (əleyhis-salam)-ın bir dəstə ilə birlikdə xəlifələrə beyət etməsinin mənası bu deyildir ki, onların qüvvələrindən qorxmuş və ya onlarla müqayisədə ümmətə rəhbərlik və imamət məqamı üçün daha az qüdrət və bacarığa malik olmuşdur.

Dördüncüsü, tarixdən və imam Əli (əleyhis-salam)-ın kəlamlarından məlum olur ki, o həzrət xəlifələrin dövründə mövcud vəziyyətlə əlaqədar dəfələrlə etirazını bildirmişdi. Lakin düşmənlərin müqabilində islam hökumətinin gücləndirilməsi, qorunub saxlanması və qüvvələndirilməsi yolunda heç bir səyini əsirgəmirdi.

Ətreaflı cavab

İslamın əvvəllərindəki tarixə nəzər yetirməklə aydın olur ki:

Əvvəla, hələ Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak cənazəsi dəfn olunmamışdı ki, bir dəstə adam Bəni-Saidə adlı səqifədə (kölgəlikdə)  Əli (əleyhis-salam)-dan başqası ilə beyət etdi, halbuki Əli (əleyhis-salam) o həzrətin qüsl-kəfən işlərinə məşğul idi.[1] Amma Peyğəmbərin vəfalı səhabələrindən bir dəstəsi, o cümlədən Abbas ibni Əbdül-Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Xalid ibni Səid, Miqdad ibni Əmr, Salman Farsi, Əbuzər Ğifari, Əmmar ibni Yasir, Bəra ibni Azib, Übeyy ibni Kəb və s. Əbu Bəkrlə beyət etmədilər. Onlar imam Əli (əleyhimus-salam)-dan tərəfdarlıq edirdilər.[2]

“Müsnədi Əhməd”in (1-ci cild, səh. 55) və Təbərinin (2-ci cild, səh. 466) aşkar dediyinə görə bu adamlar etiraz əlaməti olaraq həzrət Zəhra (əleyha salam)-ın evində bir yerə yığışmış və Əbu Bəkrə beyətdən imtina etmişdilər.[3]

Tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) onun evinə yığışaraq onunla beyət etmək istəyənlərin cavabında buyurmuşdu: “Sabah sübh saçlarınızı qısaltmış halda gələrsiniz!” Lakin sabah üç nəfərdən başqa heç kəs gəlmədi.[4]

Həmçinin, tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) Fatimənin həyatda olduğu vaxtda qədər beyət etməmişdi. Lakin camaatın ondan üz çevirdiyini gördükdə Əbu Bəkrlə razılaşmaq məcburiyyətində qaldı.[5]

Buna əsasən, Əli (əleyhis-salam), onun öz köməkçiləri, eləcə də Peyğəmbər səhabələrindən bir dəstəsi  o həzrətin vəfatından sonra bir müddətə qədər Əbu Bəkrlə beyət etməmişdilər. Beyət etdikləri zaman isə yalnız islamın əslinin və islam hökumətinin qorunub saxlanmasına görə bu tədbiri gördülər.

Bilazəri imam Əli (əleyhis-salam)-ın beyətinin səbəbini açıqlayaraq yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatından sonra ərəb qəbilələrindən bir dəstəsi mürtəd oldular. Bu zaman Osman Əli (əleyhis-salam)-ın yanına gəlib dedi: “Ey əmi oğlum! Sən beyət etməyincə, bir kəs bu düşmənlərlə müharibəyə getməyəcəkdir.” Əli (əleyhis-salam) ilə çox müzakirə və danışıq aparandan sonra axırda Əli (əleyhis-salam) Əbu Bəkrlə beyət etdi.”[6] Amma Əli (əleyhis-salam) həm Əbu Bəkrin xilafəti dövründə, həm də ondan sonrakı dövrlərdə bu hadisələrlə əlaqədar daim şikayət və etiraz edirdi.

Həmin barədə buyurur: “Agah olun! Allaha and olsun ki, Əbu Bəkr xilafət paltarını öz əyninə geydi, halbuki o bilirdi ki, mənim islam hökumətinə olan məqamım dəyirman daşının mehvəri (oxu) kimidir ki, daş onun ətrafına fırlanır ... Buna görə də mən xilafət ridasını boşladım, ətəyimi yığaraq ondan kənara çəkildim. Fikirləşirdim ki, tək-tənha şəkildə öz haqqımı almaq üçün qiyam edimmi?! Yoxsa bu irticaçı mühitdə səbir edim?! ... Düzgün dəyərləndirdikdən sonra səbir etməyi daha ağıllı və məsləhətə uyğun gördüm. Elə bir halda səbir edirdim ki, sanki gözümdə tikan, boğazımda sümük qalmışdı.”[7]

Amma “Əli (əleyhis-salam) bu qədər şücaətə malik olması ilə eyni zamanda nə üçün qiyam etmədi və əməli tədbir görmədi?” sualına gəldikdə isə, cavabda demək lazımdır: Bütün çətinliklər və problemlər qılınc gücünə və müharibə ilə həll olunmur, hər yerdə fiziki güc işlətmək rəva deyildir. Hikmətli və ağıllı insan çətinliklərin həll olunmasında ən münasib olan yolları seçməlidir. Güclü rəşadət və qüdrətə malik olmaq, müharibə meydanlarında şücaət göstərmək başqa işlərdə də həmin üslubdan istifadə etməyə əsla icazə vermir.

Harun (əleyhis-salam) çox fəsahətli bir insan və həzrət Musa (əleyhis-salam)-ın vəsisi idi. Buna baxmayaraq Musanın qövmünün buzova pərəstiş etdiyini gördükdə sadəcə haqqı bəyan etməkdən və onları ilahi əzabdan qorxutmaqdan başqa bir iş görmədi. Həzrət Musa (əleyhis-salam) kəskin etiraz etdikdə Harun Bəni-israilin buzova pərəstiş etməsinin qarşısını almamasının və heç bir əməli tədbir görməməsinin səbəbini belə bəyan etdi: “(Harun) dedi: Ey anam oğlu! (Ey qardaşım!) Mənim saqqalımı və başımı tutma! Mən sənin “Bəni-İsrailin arasında təfriqə saldın və tövsiyələrimi unutdun!” deyəcəyindən qorxdum.”[8]

Quran İbrahim (əleyhis-salam)-ın bütpərəstlərdən ayrılmasına işarə edərək buyurur: “İbrahim onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən (bütlərdən) kənara çəkildi.”[9] Həmçinin Əshabi-kəhf cavanlarının öz zalım qövmlərindən uzaqlaşması da belə bəyan edilir: “Və (onlara dedik:) Onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən kənara çəkildiyiniz zaman bir mağaraya sığının ki, Allah Öz rəhmət sayəsini sizin üzərinizə salsın və bu məsələdə sizin üçün bir aramlıq qərar versin.”[10]

Camaatla bu cür rəftar edib kənara çəkilməsinə görə onları qorxaq, yaxud xain adlandırmaq düzgün bir iş olardımı?! Halbuki belə şəraitdə ən münasib yol məhz onların tutduğu yoldur.

İslam dininin qorunub saxlanmasından, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir ömürlük zəhmətlərinin hədərə getməməsindən ibarət olan belə bir dəyərli məsləhət naminə İmam Əli (əleyhis-salam)-ın müəyyən şəxslərə beyət etməsi bu mənaya deyildi ki, öz canı üçün onların qüdrətindən qorxmuş və vahimə hissi keçirmiş olsun, yaxud islam ümmətinə imamət və rəhbərlik məqamında onlardan daha az qüdrət və ləyaqətə malik olsun. Belə ki, əgər imamət ona həvalə edilsəydi, onun rəhbərliyə qüdrəti hamı üçün sübuta yetərdi.

Həzrət özünün qiyam etməməsinin səbəbini bəyan edərək buyurur: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından və köməkçilərin vəfasızlığından sonra öz ətrafıma baxdım, ailəmdən başqa bir köməkçi görmədikdə onların ölümə verilməsinə razı olmadım. Tikanlı gözlə gözümü yummağa, sümük qalan boğazla hadisələrin acı şərbətini içməyə məcbur oldum. Öz qəzəbimi uddum, hənzəl otundan da acı olan səbir şərbətini içərək səbri özümə peşə etdim.”[11]

Həzrət Əli (əleyhimus-salam) başqa yerdə qiyam etməməsinin səbəbini belə bəyan edir: “... Bu gün elə bir şəraitdə qərarlaşmışam ki, danışsam deyərlər ki, hökumətə hərissən, əgər sükut etsəm deyərlər ki, ölümdən qorxursan!”[12]

Bir sözlə, Əli (əleyhimus-salam)-ın beyəti qorxu üzündən deyildi (belə ki, dost-düşmən onun misilsiz şücaətinə etiraf edirdi), əksinə, islamın məsləhətinin hifz olunması, ümmətin vəhdətinin qorunub-saxlanması və öz haqqının dirçəldilməsi ilə əlaqədar dostun və köməkçinin azlığı idi. Hər bir həqiqi rəhbər də məhz bu yolu seçməli idi, hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də köməkçilərinin azlığına görə, habelə həmin az miqdarın qorunub saxlanması və islamın məsləhətinin hifz olunması üçün öz qövmündən aralanaraq Mədinəyə köçməyə məcbur oldu ki, müəyyən müddətə qədər gözləsin və köməkçiləri çoxaldıqdan sonra Məkkəni fəth etsin. Başqa bir yerdə müşriklərlə sülh bağlamağa məcbur olur. Belə hallarda “Peyğəmbər özünü peyğəmbər bildiyi halda nə üçün müşriklərlə sülh etdi?!” demək olarmı?! “Əgər onlarla qarşılaşmağa qüdrəti yox idisə, onda rəhbərlik və peyğəmbərlik səlahiyyəti yox idi!” deyə iddia etmək olarmı?!

Buna əsasən, həzrət Əli (əleyhis-salam) özünün haqq canişin olduğunu bilə-bilə İslam cəmiyyətinin məsləhətini hazırkı vəziyyətə dözüb səbir etməkdə görürdü. Çünki o həzrət Allah yolunda şücaət göstərmək, qüdrət və şəmşirdən istifadə etmək yerlərini gözəl şəkildə bilirdi, lakin Peyğəmbərin vəfatından sonra islam cəmiyyətinin (acınacaqlı) vəziyyətinə səbir etməyi bütün şücaətlərdən üstün bir iş hesab edirdi. Əgər belə bir şəraitdə qılıncdan istifadə etsəydi, onun özünün, bütün qohum-qəbiləsinin və köməkçilərinin güc işlətməsi nəticəsində yenicə cücərmiş islam ağacının kökləri quruyub aradan gedə bilərdi. Buna görə də o həzrət özünün şəxsi mənafe və məsləhətini daha mühüm əhəmiyyət kəsb edən bir işin – islamın əsasının qorunması yolunda qurban verdi.



[1] “Kənzul-ummal”, 5-ci cild, səh. 652

[2] “Süyuti, “Tarixul-xüləfa”, səh. 62, “Darul-fikir” çapı, Livan; “Tarixi Yəqubi”, 2-ci cild, səh. 124-125; Təbəri, “Tarixul-uməm vəl-muluk”, 2-ci cild, səh. 442, “İstiqamət” çapı, Qahirə; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 156 (haşiyə), “Darus-sadir” çapı

[3] Yenə orada

[4] “Məalimul mədrəsəteyn”, Əllamə Əsgəri, 1-ci cild, səh. 162

[5] Təbəri, “Tarixul-üməmi vəl-muluk”, 2-ci cild, səh. 448, “İstiqamət” çapı, Qahirə

[6] “Ənsabul-əşraf”, 1-ci cild, səh. 587

[7] “Nəhcul-bəlağə”, 3-cü xütbə, səh. 45

[8] “Taha” surəsi, ayə: 94:

قالَ یَا بْنَ أُمَّ لا تَأْخُذْ بِلِحْیَتی وَ لا بِرَأْسی إِنِّی خَشیتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَیْنَ بَنی إِسْرائیلَ وَ لَمْ تَرْقُبْ قَوْلی

[9] “Məryəm” surəsi, ayə: 49:

 فَلَمَّا اعْتزََلهَُمْ وَ مَا یَعْبُدُونَ مِن دُونِ الله

[10] “Kəhf” surəsi, ayə: 16:

وَ إِذِ اعْتزََلْتُمُوهُمْ وَ مَا یَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُاْ إِلىَ الْکَهْفِ یَنشُرْ لَکمُ‏ْ رَبُّکُم مِّن رَّحْمَتِهِ وَ یُهَیئّ‏ِْ لَکمُ مِّنْ أَمْرِکمُ مِّرْفَقًا

[11] "Nəhcul-bəlağə", xütbə, 26, səh. 73

[12] Yenə orada, xütbə 5, səh. 51

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113343 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86379 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65290 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48768 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37301 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35890 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24769 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24057 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23932 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21943 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...