Ətraflı axtarış
Baxanların
7579
İnternetə qoyma tarixi: 2015/04/02
Sualın xülasəsi
Namaz və orucun qəzasının olduğunu bilməyən və ya onların sayını bilməyən və yaxud da,qəza orucunu tutmayan birinin hökmü nədir?
Sual
1. Əgər bir şəx keçən illərdən (təklifin ilk illərində) qəza namazı qalıb-qalmadığını bilməzsə,və hətta,qəza namazının sayı barəsində heç bir fikri yoxdursa,belə olan təqdirsə həmin şəxsin hökmü nədir? 2. Əgər bir şəxs keçən illərdən (təklifin ilk illərində) qəza orucu qalıb-qalmadığını bilməzsə,və hətta,qəza orucunun sayı barəsində heç bir fikri yoxdursa,belə olan təqdirsə həmin şəxsin hökmü nədir? 3. Bir şəxs öz qəza orucunu növbəti Ramazan ayına qədər tutmadısa və bu halda da, növbəti ramazan ayına daxil olarsa,əgər həmin ramazan ayı bitdikdən sonra qəza oruclarını tutmaq istəsə vəzifəsi nədir?
Qısa cavab

 

  1. Əgər bir şəxs boynunda qəza namazı olub-olmadığını bilməzsə (çünki,namazlarının qəza olmasına yəqini yoxdur) onun boynunda heç bir şey yoxdur və qəza namazı qılmaq ona vacib deyildir.[1]Ancaq,qəza namazının olmasına yəqin etsə,ancaq,onun miqdarını bilməsə,(hətta miqadarı barəsində heç bir fikri yoxdur),belə olan halda,az miqdarı qılsa kifayət edir.[2]
  2. Əgər qəza orucu olub-olmamasına yəqini yoxdursa,eyniylə namaz kimi ona heçnə vacib olmayacaqdır.Ancaq qəza olduğunu bilir,lakin onun miqdarı barəsində heç bir fikri yoxdursa,bu barədə məracei təqlidin fətvaları aşağıdakı kimi olacaqdır:

Xamenei (r.ə) : O miqdarda ki,qəza olduğuna yəqin var, tutsa kifayət edir.[3]

Fazil Lənkərani (r.ə) : Tutmalı olduğu orucların miqdarında şəkk etsə,qəza olduğuna yəqin etdiyi miqdarda tutsa kifayət edir.Məsələn,əgər şəkk etsə ki, görəsən 5 gün onun boynunda qəza orucu var ya 8 gün, 5 gün tutsa kifayət edər.[4]

Zəncani (r.ə) : Ehtiyat vacibə əsasən,ehtimal verdiyi miqdarlardan ən çox olanına əməl etməlidir.[5]

Məkarim Şirazi (r.ə) : Yəqin etdiyi miqdarda tutsa kifayətdir.[6]

Behcət (r.ə) : Yəqin etdiyi miqdarda tutmalıdır.[7]

  1. Əgər Ramazan ayının orucunu qəsdən tutmasa (şəri üzr olmadan,məsələn,xəstəlik kimi) gərək onun qəzasını yerinə yetirsin və hər gün üçün 2 ay oruc tutsun,yaxud da,60 fəqirə təam versin,yada ki,bir qul azad etsin.Əgər növbəti Ramazan ayına qədər həmin orucun qəzasını yerinə yetirməsə,hər gün üçün də bir müd təam vermək vacib olacaqdır.[8]

Xülasə: Əgər xəstəlik ucbatından Ramazan ayının orucunu tuta bilməsə və bu xəstəlik növbəti Ramazan ayına kimi davam etsə,tutmadığı orucların qəzası o şəxsə vacib olmayacaqdır və gərək hər gün üçün bir müdd (750 qram) təam (arpa,buğda və bu kimi şeylər) fəqirə versin.Ancaq əgər səfərə  görə oruc tuta bilməsə,tuta bilmədiyi hər gün üçün bir gün oruc tutmalı və bir müdd təam verməlidir.Ancaq qəsdən orucu tutmasa,gərək onun qəzasını tutsun və qəzadan əlavə gərək kəffarə, habelə hər gün üçün bir müdd təam verməlidir.[9]

Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı bu şəkildədir:

  1. Əgər qəzanın olub-olmamasında şəkk etsə,qəza ona vacib olmayacaqdır.Ancaq,qəzanın olduğuna yəqin etsə,lakin onun miqdarında şəkk etsə,yəqin etdiyi miqdarda tutmaq vacib olacaqdır.

Əgər bir şəxs şəkk etsə ki,onun 2 sübh namazı qəzaya gedib ya 5 sübh namazı, 2 sübh namazının qəzasını qılmaq ona vacib olacaqdır.Ancaq onun üçün yəqin etdiyi bir miqdar olmasa,məsələn,şəkk etsə ki,görəsən 2 sübh namazı qəza olubdur,yoxsa 3 məğrib namazı,ancaq bu ikisindən birinin olduğuna yəqin etsə,ehtiyat vacibə əsasən,gərək 2 sübh namazı və 3 məğrib namazı qılsın.

  1. Əgər qəza orucunun olub-olmamasında şəkke etsə,ona heçnə vacib olmayacaqdır.Ancaq,qəza olduğuna yəqini olsa,lakin,onun miqdarında şəkk etsə,yəqin etdiyi miqdarda qəza tutmaq ona vacib olacaqdır.(orucun hökmləri-qəza orucunun hökmləri)
  2. Gərək qəzanı tutmamadığına görə kəffarə versin.Ancaq əgər üzr növbəti ramazana qədər davam etsə bu hal istisna olacaqdır.Bu zaman qəza onun boynundan götürüləcəkdir.Baxmayaraq ki,bilmədən iftar etməsinin kəffarəsi hələdə onun boynunda qalacaqdır.

Əlaqəli indekslər: Mübarək ramazan ayının qəzası,9150 (sayt: 9132).

Növbəti Ramazan ayına kimi qəza orucunun əda edilməsi,5847 (sayt: 6065)

Orucun kəffarəsi,1965 (sayt: 1990)

 

 

 


[1] Huseyni Xamenei,Seyyid Əli,Əcubətil-istiftaat (bilfarsiyyə), səh,106,sual 526 və 527

[2] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh754, məsələ 1383.

Məkarim Şirazi: Məsələn, bir şəxs bilmir ki,iki namaz idi və yaxud da üç namaz. Bu zaman ən az miqdarı yerinə yetirsə kifayətdir.Ancaq,əgər onların sayını öncələr bilsə, ancaq səhlənkarlıq üzündən unutsa,vacib ehtiyata əsasən,gərək çox miqdar yerinə yetirilsin.

Fazil Lənkərani: Ehtiyat vacibə əsasən,əgər qəzaların sayını öncədən bilirdisə,ancaq sonradan unutsa gərək çox miqdarı yerinə yetirsin.

Behçət: Əgər əziyyət və çətin olmasa,elm və yəqin yaranana qədər qəzanı qılması lazımdır.Hətta miqdarından çox namaz qılsa belə.Ancaq yəqin ələ gətirmək mümkün olmasa,etminan hasil olana qədər namaz qılmalıdır.Əgər etminan hasil olmasa,güman etdiyi miqdarda qılması lazımdır.Bu ehtiyatlar o zaman lazımdır ki,öncədən qəzaların miqdarını bildiyinə yəqini və ya ehtimalı olmuş olsun.Əks təqdirdə,yəqin etdiyi miqdarda qılsa kifayətdir.Ancaq,daha çox miqdar xüsusunda ehtiyat etməsi daha yaxşıdır.Ancaq,zahir budur ki,lazım deyildir.

Qulpayqani,Xoyi,Təbrizi,Sistani,zəncani,Təbrizi:Əgər bir şəxsin bir neçə sübh namazı və bir neçə zöhr namazı qəza olsa və onların sayını bilməsə,məsələn,bilmir ki,bir,iki və ya üç namazı qəza olubdur, belə olan sürətdə az miqdarı qılsa kifayət edər.Ancaq daha yaxşıdır ki,bütün qəzaları yerinə yetirdiyinə yəqin hasil olacağı miqdarı yerinə yetirsin.Mələsən, əgər neçə sübh namazının qəzaya getməsini unutsa və ondan çox olmadığına da yəqin etsə(Xoyi,Sistani,Təbrizi) ehtiyata görə on qəza qılmalıdır.

Xoyi,Sistani.Təbrizi: ya da əgər unudubsa…

Zəncani: Müstəhəb ehtiyata əsasən daha çox miqdarı yerinə yetirsin.Xüsusən o yerdə ki,onun miqdarını bilirdi və unudubdur.Məsələn,əgər neçə namazın qəza olmasını unutsa və ondan çox olmadığına yəqin etsə,Müstəhəb ehtiyata əsasən on qəza yerinə yetirsin.(Safi,Qulpayqani).Ancaq,onların sayını bilsə və unutsa…4848 (sayt: 5127) saylı cavabdan əldə edin.

[3] Əcubətil-istiftaat (bilfarsiyyə), səh,170,sual 819

[4] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 945

[5] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 945

[6] Həzrətin saytı,İstiftaat,Qəza orucunun hökmləri:  http://persian.makarem.ir/estefta/?mit=477

[7] Həzrətin saytı,İstiftaat,Qəza orucunun hökmləri: http://bahjat.org/fa/content/view/883/45

[8] Tozihul məsail (əl-muhəşşi lil-imamil-xomeyni), cil 1, səh 949,məsələ 1710

[9] 915 (sayt: 9132) saylı cavabdan əldə edin..

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...