Ətraflı axtarış
Baxanların
3250
İnternetə qoyma tarixi: 2011/10/22
Sualın xülasəsi
Rəvayətlərə uyğun olaraq, hər kəs Şəban ayının axırıncı üç gününü oruc tutsa, bir aylıq orucun savabına malik olar. Bu rəvayətə əsasən, bir aylıq Ramazan ayının qəzalarının əvəzini (bu üç günü oruc tutmaqla) ödəmək olarmı?
Sual
Rəvayətlərə uyğun olaraq, hər kəs Şəban ayının axırıncı üç gününü oruc tutsa, bir aylıq orucun savabına malik olar. Bu rəvayətə əsasən, bir aylıq Ramazan ayının qəzalarının əvəzini (bu üç günü oruc tutmaqla) ödəmək olarmı?
Qısa cavab

Xeyr. Xüsusi aylarda və ya günlərdə, eləcə də Məkkə-Mədinə kimi xüsusi məkanlarda qılınan namaz və tutulan orucların savabına dəlalət edən rəvayətlər bu kimi zaman və məkanlarda yerinə yetirilən ibadətlərin dəyər və savabını bəyan edir. Amma belə əməllərin insandan qəzaya gedən namaz, oruc və s. vacib əməllərin yerini tutmasına gəldikdə isə, həmin günlərdə qəza niyyəti ilə yerinə yetirsə, yalnız bir günün əvəzi olacaqdır, ondan artığını yox.

Yəni, bu oruc o halda Ramazan ayının qəza orucunun yerini ödəyə bilər ki, oruc tutan şəxs Ramazan ayının qəzasını tutmaq niyyətində olsun. Əks halda, əgər müstəhəb oruc niyyəti edərsə, nəinki Ramazan ayının qəzasının yerini ödəməz, hətta insanın öhdəsində vacib orucun qəzası olan halda müstəhəb oruc da tuta bilməz. Amma namazda belə deyildir; insanın qəza namazı ola-ola müstəhəb namaz da qıla bilər.[1]



[1] “Əcvibətul-istifraat fis-sovm”, səh. 21

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar