Ətraflı axtarış
Baxanların
3497
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
Sual
Mübarək Ramazan ayında oruc vacibdir. Bundan əlavə, rəcəb və şəban kimi aylarda oruc tutmaq müstəhəbdir. Sualım budur: Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
Qısa cavab

Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur.

Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O cümlədən: səbir və dözümlülüyün gücləndirilməsi, axirətə meyl etmək, şəhvət qüvvəsinin nəzarət altına alınmasına qadir olmaq, yoxsullarla həmdərd olmaq hissinin güclənməsi, cəmiyyətin müxtəlif sinifləri arasındakı fasilələrin azalması və s.

İmam Sadiq (əleyhis-salam) orucun faydalarından birini belə bəyan edir: “Oruc ona görə vacib olmuşdur ki, varlı ilə yoxsul arasında bərabərlik yaransın; varlılar aclığın dadını bilsinlər və yoxsulların haqlarını ödəsinlər. Çünki varlılar adətən, istədikləri hər şeyi əldə edə bilirlər. Allah istəmişdir ki, bəndələr arasında bərabərlik yaransın, varlılar aclığın və əzab-əziyyəti tamını dadsınlar, aclara və zəiflərə rəhm etsinlər.”

Ətreaflı cavab

Oruc tutmaq nəfsi saflaşdırmaq, rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmaq insani həyatın hədəf və fəlsəfəsinin ən mühümü olan kamalın həyata keçməsində və ilahi qürb məqamına çatmaqda təsirli bir amildir.

Allah-taala orucu şəriət qanunu halına salmaqla ilin bir çox günlərində, xüsusilə mübarək Ramazan ayında insana bir münasib fürsət vermişdir ki, ilahi qürb məqamına çatmaqda mövcud olan bil-qüvvə istedadlarını (potensialını) zühur ərsəsinə çatdırsın, özünün ilahi xilafət məqamına yaxınlaşsın. Çünki oruc tutmağın nə qədər fiziki, əxlaqi və ictimai faydaları olsa da, hamısı təqvanın yolunda qərarlaşır. Quranda buyurulur: “Ey iman gətirənlər! Əvvəlki ümmətlərə oruc vacib olduğu kimi sizə də vacib edildi, bəlkə təqvalı olasınız!”[1]

Qeyd olunmalıdır ki, orucun əsli insanın bədən və ruhunda təsirli olsa da və nəticədə camaatın hamısı Allahın ümumi rəhmətinin nümunələrindən və böyük nemətlərdən bəhrələnsə də, əgər bu ibadət əməli ruhi xüsusiyyətlərlə, kamal sifətləri ilə, əxlaqi fəzilətlərlə yanaşı olsa, şübhəsiz, insan nəfsinin kamala çatmasında onun təsirləri daha çox olacaqdır. Buna görə də adi bir insanın tutduğu oruc insani kamal və təqva mərhələlərini ötən, ilahi əxlaq ilə zinətlənən şəxsin tutduğu orucla fərqli olacaqdır.

Oruc tutmaq (bədənlə əlaqədar) fərdi və ictimai sahələrdə faydalı olmaqdan əlavə, çoxlu digər qurucu və tərbiyəvi faydalara da malikdir. Burada onların bəzilərini ixtisarla qeyd edirik:

Orucun fərdi faydaları

1. Səbir və dözüm qüvvəsinin gücləndirilməsi

İnsani və əxlaqi fəzilətlərdən biri olan səbri əldə etmək üçün çoxlu təkid olunmuşdur. Çünki Allah dərgahına yaxınlaşmağa doğru hərəkət edən insan yalnız belə gözəl sifətə malik olmaqla bu yolda mövcud olan enişli-yoxuşlu yollara, müsibət və çətinliklərə sinə gərib müqavimət göstərməklə öz məqsədinə nail ola bilər.

Bu kimi insani fəzilət və nəfsani qüdrət məqamına çatmaq yollarından biri də oruc tutmaqdır. Çünki məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərdə[2] وَ اسْتَعينُوا بِالصَّبْرِ وَ الصَّلاةِ“Səbir və namazdan kömək diləyin”[3] mübarək ayəsində səbir “oruc” kimi təfsir olunmuşdur.[4]

Həmçinin, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) mübarək Ramazan ayını “səbir ayı” hesab edərək buyurur: “Ey insanlar! Sizə elə bir ay kölgə salmışdır (yaxınlaşmışdır) ki, onda min aydan yaxşı olan bir gecə vardır, o da Ramazan ayıdır. Allah bu ayda oruc tutmağı vacib etmişdir... Bu ay səbir ayıdır.”[5]

Həqiqətdə oruc tutmağın ən mühüm və müsbət təsirlərindən biri səbrin oruc tutan şəxsin qəlbində və ruhundakı mənəvi təsiridir. Çünki oruc susuzluq, aclıq və bu kimi məsələlər müqabilində müvəqqəti məhdudiyyət yaratmaqla şəxsə uzun müddətli zaman ərzində çətin hadisələrlə mübarizə qüdrəti, dözümlülük və səbir verir, tüğyançı qərizələri cilovladığına görə insan qəlbinə nuranilik və səfa bağışlayır.[6]

2. Ruhi aramlıq və ruh yüksəkliyi

Oruc, xüsusilə Ramazan ayının orucu iki cəhətdən oruc tutan şəxs üçün ruhi aramlıq gətirir, onu iztirab və nigarançılıqdan uzaqlaşdırır. Birincisi budur ki, oruc insanı səbir mərhələsinə çatdırır, səbirli olan insanı da öz inadkar nəfsinə hakim və əqlə tabe etdirir, habelə insanı Allahın əmr və fərmanlarına təslim edir. Bu xüsusiyyətlərə malik olan insan aram və xatircəm nəfs sahibi olacaqdır. Çünki səbrin həqiqət və mahiyyəti nəfsin sükunəti və aramlığı mənasınadır. Həqiqətdə “sabir” (səbirli şəxs) o kəsə deyilir ki, ağır və xoşagəlməz hadisələrdən dərhal təsirlənməsin, nəfsinin istəkləri ilə müxalif olan küləklər onu yerindən tərpədərək iztiraba salmasın.[7]

Digər tərəfdən, oruc tutmaq bir növ əməldə Allahı yad və zikr etməkdir. Şübhəsiz, Allahı yad və zikr etmək də qəlblərə aramlıq gətirir. Quranda buyurulur: “O kəslər ki, iman gətirmişlər və qəlbləri Allahın yadı ilə xatircəmdir (aramdır). Agah olun! Qəlblər yalnız Allahın yadı ilə aramlaşar.”[8]

Oruc tutan şəxsə nəsib olan ruhi asudəlik və aramlıq oruc kimi fərizə (vacib) əməli yerinə yetirən adamın xüsusilə iftar zamanı hiss etdiyi ləzzətdən qaynaqlanır. İmam Sadiq (əleyhis-salam) buyurur: “Oruc tutan şəxs iki dəfə şad olur: iftar zamanı və Allah-taala ilə görüşdüyü vaxt.”[9]

Peyğəmbər (səlləllahu əleyhi və alih) imam Əliyə etdiyi tövsiyələrində buyurdu: “Ey Əli! Mömin şəxs dünyada üç zaman xoşhal olur: din qardaşları ilə görüşəndə, Ramazan ayının iftar vaxtı və gecənin axırındakı namaz vaxtı.”[10]

3. Axirəti xatırlatmaq və ona meyl etmək

Orucun fərdi təsirlərindən biri insanı axirətə meyl etdirməsidir. Çünki oruc tutan insan aclıq və susuzluq zamanı qiyamət gününün aclıq və susuzluğunu qəlbində canlandırır və qərara alır ki, belə bir gün üçün yol ehtiyatı hazırlasın. Peyğəmbəri-Əkrəm “Şəbaniyyə” xütbəsində buyurdu: “(Ramazan ayının orucunda) öz susuzluq və aclığınız ilə qiyamət gününün aclıq və susuzluğunun fikrində olun!”[11] Başqa bir hədisdə isə o həzrət belə buyurur: “Behiştin Rəyyan (sirab olunanlar) adlı bir qapısı vardır ki, oradan yalnız oruc tutanlar daxil olacaqdır.”[12]

Mərhum Şeyx Səduq bu hədisin şərhində yazır: “Behiştin bu qapısına ona görə belə ad verilmişdir ki, oruc tutanın ən çox əzab-əziyyəti susuzluq nahiyəsindəndir. Oruc tutan şəxslər bu qapıdan daxil olan zaman elə sirab olacaqlar ki, ondan sonra bir daha susuzluq hiss etməyəcəklər.”[13]

4. Şəhvət hisslərinin cilovlanıb nəzarət altına alınmasına qadir olmaq

Allah-taalanın sonsuz mərhəmətlərindən mərhum olmağa və ilahi rəhmətdən uzaqlaşmağa şərait yaradan ən mühüm məsələ insanın nəfsani istəklərə uyması, şəhvətlərin, xüsusilə ehtirasların tələsmə düşməsidir. Dini təlimlərdə bu hisslərin nəzarət altına alınması, müsbət istiqamətə yönəldilməsi və qərizələrin normal hala salınması üçün çox təkidli göstərişlər verilmişdir, onlardan biri də oruc tutmaqdır. Çünki oruc ağlın qəbul etdiyi təbii riyazət (nəfs ilə mübarizə) yoludur. Əgər müntəzəm və vaxtaşırı təkrar olunsa, tədrici olaraq insanda özünü günahlardan saxlamaq qüdrətini gücləndirək, onu öz iradəsinə hakim edəcəkdir. Məhz belə olan halda oruc tutan şəxs hər günah qarşısında öz ixtiyarını əldən verməyəcək, Allah dərgahına doğru yaxınlaşmaqda süstlüyə düçar olmayacaq və günahlardan uzaqlaşacaqdır. Qurani-Kərim “bəlkə təqvalı olasınız” deyə bu məsələyə işarə edir.[14]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Ey cavanlar! Sizin hər biriniz yaxşı və münasib həyat şəraitinə, maddi imkanlara malik olsanız, izdivac edin. Çünki izdivac gözün (naməhrəmdən) və həyəcanların (şəhvətdən) qorunması üçün yaxşı yoldur. Hər kəsin evlənməyə maddi imkanı olmasa, oruc tutsun. Çünki oruc tutmaq cinsi ehtiras hissini azaldır.”[15]

5. Oruc ixlas ruhiyyəsini gücləndirən amildir

İmam Əli (əleyhis-salam) ibadətlərin fəlsəfəsini bəyan edərkən oruc barəsində buyurur: “Allah-taala ixlası təlim vermək və insanları yoxlamaq üçün orucu vacib etdi.”[16]

Həzrət Fatimeyi-Zəhra (əleyha-salam) bu barədə buyurur: “Allah-taala orucu ixlası təsbit etmək üçün vacib buyurmuşdur.”[17]

Deməli, oruc insanda ixlasın yaranıb pərvəriş etməsi və inkişafı üçün çox təsirlidir. Çünki oruc özünü saxlamaqdan əlavə, yeganə məxfi ibadətdir, şəxsin özü onu aşkar etməyincə bir kəs ondan agah olmaz.

Oruc tutmağın ictimai təsir və faydalarından bəziləri:

1. Fəqirlər və yoxsullarla həmdərd olmaq hissinin güclənməsi, ictimai siniflər arasında fərqlərin azalması.

Oruc tutmaq insanda fəqirlərlə həmdərd olmaq və zəif xalq kütlələri ilə uyğunlaşmaq hissini oyadır, müvəqqəti aclıq və susuzluq hissləri ilə insani duyğular güclənir, fəqirlərin, yoxsulların və acların mövqeyini, şəraitini daha yaxşı şəkildə dərk edir, onun qarşısında mənəvi üfüqlər açır ki, əli altında olanların hüquqlarını tapdalamasın, məhrum xalq kütlələrinin dərdindən qafil olmasın. Məhrumların və acların vəziyyətini imkanlı və sərvətli şəxslərə bəyan etməklə onların fikirlərini və nəzərlərini müəyyən qədər yoxsullara yönəltmək olar, amma əgər bu məsələ əməldə, hiss olunan və əyani şəkildə baş verərsə, daha yaxşı təsir qoya bilər.

İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən biri olan Hişam ibni Həkəm “oruc nə üçün şəriət  qanunu halına salınmışdır?” deyə, soruşduqda həzrət buyurdu: “Oruc buna görə vacib edilmişdir ki, yoxsullara varlılar arasında bərabərlik yaransın: varlı şəxs aclığın tamını dadsın, fəqirlərə qarşı vəzifəsini yerinə yetirsin. Çünki varlılar adətən, istədikləri hər biri şeyi hazırlaya bilirlər. Allah istəmişdir ki, bəndələr arasında bərabərlik bərqərar olsun, varlılar kasıbların aclıq və əzab-əziyyətlərini dadsınlar və (nəticədə) aclara və zəiflərə rəhm etsinlər.”[18]

2. Gözəl əxlaq əsasında rəftar etmək.

Oruc insanda mənəvi işlərə nəzər yetirmək üçün şərait yaradır. Bu ibadət onu ictimai eybəcərliklərdən, əxlaqsız işlərdən uzaqlaşmağa sövq edən, ictimai təqva yolunda hərəkət edərək hamı ilə gözəl rəftar və davranış yolunda qərar verən mühüm bir amildir. Əlbəttə, bu müvəqqəti təsir camaatın əksər hallarda oruc olduğu mübarək Ramazan ayında daha artıq büruz edəcək. Çünki bu ayda iftarlıq vermək və s. xüsusi proqramlara əməl edirlər.

3. Cəmiyyətdə mənəvi fəzanın və mühitin icad edilməsi, xoşagəlməz halların azaldılması.

Oruc insanda özünü saxlamaq və təqva ruhiyyəsini icad edir və zamanın keçməsi ilə bu hissləri artırır. Bu da ayrı-ayrı cəmiyyət üzvilərinin ruhi və mənəvi tərbiyəsində birbaşa rol oynayır. Çünki fərdi və ictimai günahların mənşəyi iki şeydən: qəzəb və şəhvətdən yaranır. Oruc da bu iki ifratçı hisslərin qarşısını alır. Nəticədə cəmiyyətdə fəsadın azalmasına və təqva ruhiyyəsinin artmasına şərait yaradır.[19]

Şübhəsiz, fərdlərinin çoxu xüsusilə Ramazan ayında oruc olan bir cəmiyyət özünə məxsus mənəvi fəzadan bəhrələnəcəkdir. Bu da mədəni və ictimai sahələrdə həmrəylin və mehr-məhəbbətin yaranmasına, ictimai və mədəni nasazlıqların aradan qalxmasına səbəb olacaqdır.

 


[1] “Bəqərə” surəsi, ayə: 183

[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 4-cü cild, səh. 63-64, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il; Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 93-cü cild, səh. 254, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il; Amili, Şeyx Hürr, “Vəsailuş-şiə”, 10-cu cild, səh. 408, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu qəməri il

[3] “Bəqərə”  surəsi, ayə: 45 və 153

[4] Lakin şübhəsiz ki, səbir təkcə orucdan ibarət deyildir, əksinə oruc aydın və bariz nümunə ünvanı ilə zikr olunur. Çünki insan yalnız bu böyük ibadət sayəsində güclü iradəyə, sabit imana malik olur, əqlinin nəfsani istəklərə hakim kəsilməsi qətiləşir. Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 218, "Darul-kutubil-islamiyyə", Tehran, 1-ci çap, 1374-cü şəmsi il; Hüseyni Həmədani, Seyid Məhəmməd Hüseyn, “Ənvari derəxşan”, tədqiq: Behbudi, Məhəmməd Baqir, 1-ci cild, səh. 144, “Lütfi” kitab mağazası, Tehran, 1-ci çap, 1404-cü qəməri il

[5] “Kafi”, 4-cü cild, səh. 66

[6] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 629

[7] Banu İsfahani, Seyyidə Nüsrət Əmin, “Məxzənul-irfan dər təfsiri Quran”, 1-ci cild, səh. 306, “Müsəlman qadınların mədəni-maarif hərəkatı”, Tehran, 1361-cı şəmsi il; Bəlaği, Seyid Əbdül-Höccət, “Höcətut-təfasir və bəlağul-iksir”, 1-ci cild, səh. 135, “Hikmət” nəşriyyatı, Qum ,1386-cı qəməri il

[8] “Rəd” surəsi, ayə: 28

[9] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 76, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü qəməri il.

[10] Yenə orada, 4-cü cild, səh. 360

[11] “Vəsailuş-şiə”, 10-ci cild, səh. 313

[12] Yenə orada, səh. 404; Şeyx Səduq, “Məanil-əxbar”, səh. 409, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1361-ci şəmsi il

[13] “Məanil-əxbar”, səh. 409

[14] “Bəqərə” surəsi, ayə: 183

[15] Mühəddis Nuri, “Müstədrəkul-vəsail”, 14-cü cild, səh. 153, “Alul-beyt” müəssisəsi, Qum, 1408-ci qəməri il

[16] Seyid Rəzi, “Nəhcul-bəlağə”, səh. 512, “Hicrət” nəşriyyatı, Qum, birinci çap, 1414-cü qəməri il

[17] “Biharul-ənvar”, 93-cü cild, səh. 368

[18] “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 73

[19] Qiraəti, Möhsün, “Nur” təfsiri, 1-ci cild, səh. 281, “Qurandan dərslər” mədəni-maarif mərkəzi, Tehran, 4-cü çap, 1389-cu şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    100998 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    76675 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    55393 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    36828 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    28674 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21592 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20707 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19220 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19160 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    17861 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...

Əlaqəlilər