Baxanların
3377
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Real qiymətindən artıq qiymətə, amma pulunu hissə-hissə ödəməklə maşın almağın işkalı vardırmı? Nağd olaraq maşın almaq məqsədilə qazanc (faiz) ödəməklə borc almaq necə?
Sual
Maşının pulunu hissə-hissə ödəmək şərti ilə satıcı onun öz real qiymətindən artıq pul alsa, bu halda hökm necədir? Bu, sələm və haramdırmı? Əgər bir kəsdən nağd pul alıb maşın alsaq və o şəxs həmin məbləğin üzərinə əlavə qazanc və faiz da çəksə, hökmü necədir?
Qısa cavab

Maşın və sair malların nağd qiymətindən artıq qiymətə, amma nisyə alıb-satmaq səhihdir, lakin ikinci sualınız haram olan sələmli borcdur.

Ətreaflı cavab

Müqəddəs islam şəriəti nəzərindən əgər müəyyən bir əmtəəni (məs; maşını) nisyə şəklində, amma nağd qiymətindən artıq qiymətə satsalar, yaxud alsalar, səhihdir və sələm deyildir. (Yəni satıcı əvvəlcədən deyir ki, “bu malı nağd olaraq filan qiymətə, nisyə və pulunu hissə-hissə ödəməklə isə nağd qiymətindən artıq qiymətə satıram”, alıcı da nisyə, yaxud hissə-hissə ödəməklə artıq məbləğə almağı qəbul edir.)

Həzrət Ayətullah Xamenei bu məsələ ilə əlaqədar buyurmuşdur: “Malın nisyə şəkildə, amma nağd qiymətindən artıq qiymətə alverinin işkalı yoxdur, nağd ilə nisyə arasındakı qiymət fərqi riba (sələm) hesab olunmur.”[1]

Amma bir kəsdən pul borc alıb onunla maşın alsalar və borc verən şəxs də pulun qaytarıldığı zaman əsl məbləğdən əlavə bir məbləği də qazanc (faiz) ünvanı ilə alacağını şərt etsə, bu, sələmli borcdur və haramdır.

Müəzzəmun-ləh “sələmli borcun mahiyyəti nədir?” deyə verilən suala belə cavab vermişdir: “Borcda olan sələm odur ki, şəxs borc verdiyi məbləğdən artıq alsın. Belə ki, borc alan şəxs aldığı borca görə həmin əlavə miqdarı pul sahibinə qaytarır.”[2]



[1] “Tovzihul-məsail” (İmam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 283, sual 1630

[2] Yenə orada, səh. 281, məsələ 1619

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103931 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79109 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56986 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39227 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30294 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22120 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21510 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20768 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19873 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...