Ətraflı axtarış
Baxanların
896
İnternetə qoyma tarixi: 2015/04/17
Sualın xülasəsi
Özünü müdafiə edərkən insanın başqasını yaralamasının və ya qətlə yetirməsinin şəri hökmü nədir?
Sual
İctimai yerlərdə dava-dalaş törədən, problem yaradan, yaxud insana ehtiramsızlıq və ya təhqir edənlərlə əlbəyaxa olmağın, dalaşmağın hökmü nədir? Əgər bir kəs evindən kənarda özünü müdafiə edərkən əsəbilik, yaxud nadanlıq üzündən, həm də özündən asılı olmayaraq başqasını yaralasa, yaxud qətlə yetirsə, bunun şəri hökmü nədir?
Qısa cavab
Cəmiyyətin ayrı-ayrı fərdləri arasında baş verən ixtilaflarda tərəflərdən heç birinin qarşı tərəfə fiziki güc işlətmək, yaxud savaşmaq haqqı yoxdur.[1]
İslam nəzərindən ixtilafların həll edilməsinin və haqqın öz sahibinə qaytarılmasının yeganə yolu xeyirxah insanlara, yaxud islam qazisinin məhkəməsinə müraciət etməkdir. Buna görə də əgər bir şəxs, onun haqqını aradan aparan bir adamla savaşaraq onu vursa və nəticədə ona xəsarət dəysə, islamın cəza qanunlarına müvafiq olaraq qarşı tərəfin ondan qisas almağa və ya diyə almağa haqqı var.
İnsanın özünü, namusunu, mal-dövlətini oğrudan, cinayətkar şəxslərdən və sairdən qoruması lazım və qanuni bir işdir.[2] Amma gərək müdafiə zamanı bu cinayət işlərinin qarşısını alan vasitələrin tərtibinə riayət etsin və onun ən aşağı səviyyəsinə kifayətlənsin.
و مراتب در دفاع واجب يا جائز در غير محارب، رعايت آنها در سهولت و صعوبت لازم است؛ و اگر هيچ وسيله براى نجات، محتمل نبود، پس در حرمت استسلام و وجوب و دفاع هاى ضد تسليم شدن (به مقدار ممكن) تأمل است
Böyük fəqihlərdən bəziləri bu barədə buyurur: “Qeyri-müharib hallarında vacib, yaxud caiz müdafiənin mərtəbələrinə – asanlıq və çətinlik cəhətindən riayət etmək vacibdir. Əgər nicat üçün heç bir vasitəyə ehtimal verilməzsə, bu halda təslim olmağın haramlığında, təslimin ziddinə olan müdafiənin vacibliyində (mümkün olan qədər) təəmmül vardır.”[3]
Bununla belə, əgər bir şəxs özünü, mal-dövlətini və ya namusunu müdafiə edərkən ixtiyarsız olaraq qarşı tərəfin yaralanmasına və ya qətlinə səbəb olarsa, gərək səlahiyyətli məhkəmədə kifayət qədər şahid və dəlil-sübutla özünün müdafiə halında olduğunu isbat etsin, yaxud müdafiə halında olmamışsa da, qəsdən olmadan  qarşı tərəfi yaralamış və ya qətlə yetirmiş olsa, bu cinayətin qəsdən olmadığını sübuta yetirə bilsin. Belə olan halda diyə verməsi vacibdir. Bundan qeyri hallarda əgər mövcud dəlillər və zahiri şahidlər iddiasından başqa bir şey olsa, onun iddiası qəbul olunmur, məhkəmə mövcud və zahiri dəlillərə uyğun olaraq ondan qisas alınmasına hökm edir.
Nəticə: Rəvayətlərdən və fəqihlərin sözlərindən əldə olunan məsələ aşağıdakılardan ibarətdir:
1. İnsanın öz canını, namusunu və malını müdafiə etməsi caizdir;
2. İnsan bunları müdafiə halında qətlə yetirilsə, şəhidin savabına malik olur;
3. Müdafiənin müxtəlif mərhələləri vardır. Belə ki, əgər cinayətkar və təcavüzkar şəxsi öldürməkdən başqa bir yolla müdafiə olunmaq mümkün olmazsa, caninn qanı hədərdir, yəni qatil nə diyə verməlidir, nə də ondan qisas alınmalıdır. Əlbəttə, mal-dövlətlə əlaqədar məsələlərdə buna üstünlük verilir ki, insan öz malından keçsin və mümkün qədər səy etsin ki, mal-dövlətlə əlaqədar dava-dalaşa, qətlə səbəb olmasın. Misal üçün, buyurmuşlar ki, oğru fərar etdiyi zaman onu öldürmək caiz deyildir.
4. Məhkəmədə müdafiənin isbat olunmasının onun caiz olması ilə heç bir əlaqəsi yoxdur.[4]
Bu bəhsin çoxlu təfərrüatı vardır ki, başqa yerlərdə araşdırılmalıdır. Amma ümumi cavab yuxarıda qeyd olunanlardan ibarətdir.
 

[1] Hətta əmr be məruf və nəhy əz münkər hallarında da, İslam respublikasının bərqərar olduğu hazırkı zamanda adi camaatın şifahi xəbərdarlıq etmək və yol göstərməkdən başqa vəzifələri yoxdur. Əmr be məruf və nəhy əz münkərin növbəti mərhələsi (fiziki güc işlətmək və tənbeh etmək) polis qüvvələrinin və qazilərin vəzifəsidir.
[2] “Camiul-məsail” (Ayətullah Behcət (rəhmətullah əleyh)), 5-ci cild, səh. 212: “İnsanın zəruri ehtiyac duyuğu və qorunub saxlanması vacib olan malı müdafiə etmək vacibdir, hətta başqası tərəfindən onun yanında əmanət qoyulmuş olsa da. Bu zaman onu oğruya təhvil vermək caiz deyildir. Bundan qeyri hallarda, əgər nəfsin (canın) tələf olması ehtimal verilməsə, caizdir.”
[3] “Camiul-məsail” (Ayətullah Behcət), 5-ci cild, səh. 213
[4] “Əl-qəvaidul-fiqhiyyə” (Məkarim), 2-ci cild, səh. 32; “Məbaniye Təhriril-vəsirə”, 1-ci cild, səh. 428; “Məbaniye Təkmilətul-minhac”, 41-ci cild, səh. 423; “Əl-məbsut fil-fiqhil-imamiyyə”, 8-ci cild, səh. 76; “Təzkirətul-fuqəha”, 9-cu cild, səh. 435; “Məsalikul-əfham ila tənqihi şəraiil-islam”, 15-ci cild, səh. 52; “Vəsailuş-şiə”, 15-ci cild, səh. 120-123
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şəxsi (xüsusi) və növi (ümumi) məhdəviyyət dedikdə məqsəd nədir?
    3546 Nəzəri irfan
    “Növi məhdəviyyət”ə etiqad “imam Məhdi” (əleyhis-salam) adlı xüsusi bir şəxsin olmadığına inanan və məhdəviyyət məsələsini hər bir əsrdə kamil insanda qərarlaşan bir məqam hesab edən etiqaddır. Bu etiqada görə o şəxs bəşər övladlarından hər biri ola bilər. Bunun müqabilində “şəxsi məhdəviyyət” termini də bu mənayadır ki, vədəsi ...
  • Aya Kərbəlada mələklər və cinlər İmam Hüseynin (ə) köməyinə gəldilər? Nə üçün imam bu köməyi qəbul etmədi?
    7110 تاريخ بزرگان
    Bəzi rəvayət mənbələrində, İlahi köməyin imama (ə) cinlər və mələklər vasitəsiylə olması məsum imamlardan açıqlanmışdır və bunu təyid edir. Əlbəttə, Allah tərəfindən cinlər və mələlkər və yaxud hər bir vasitəylə olması Peyğəmbərlər üçün də olmuşdur; Allah Taala Peyğəmbərə (s) buyurur: (Yad et) o vaxtı (ki, Bədr meydanında narahatlıqdan) öz ...
  • Qeyri İslami dövlətlərin banklarından kredit götürməyin hökmü nədir?
    3955 Nizamlar hüquq və əhkam
    Kredit götürməyin əsası hakimi şərin icazəsinə bağlı deyil. Hətta əgər dövləti bir bankdan olmuş olsa belə. Vəzi hökm nəzərindən də düzgündür. Baxmayaraq ki riba və sələm də olmuş olsa. Amma riba və sələm olarsa təklifi nöqteyi nəzərdən haramdır. İstər müsəlmandan almış olasan və istərdə qeyri müsəlmandan. İstər İslami dövlətdən olsun ...
  • Nigah əxlaqın inkişafına mane olur və yaxud zəminə yaradıcı və yüksəklik vericidir? Bu barədə islam və xristiyanlıqda fərqlər mövcuddurmu?
    3867 Əhkam və hüquq fəlsəfəsi
    Nigah cəmiyyət və ictimaiyyətin yaranmasına ilkin addımdır. Bir çox təsir və nəticələrə malikdir. O cümlədən insanın cinsi ehtiyaclarının ödənilməsi, nəsil artırma, insanın təkamülü, rahatçılıq və rifah, paklıq və iffət və s aiddir.Müqəddəs islam dinində nigah dinin yarısının qoruyucusu kimi tanıtdırılır.Nigahın ictimai tərəfləri çox mühümdür. Nigah və ailə ocağının ...
  • Nə üçün hələ də xanım Zəhranın (s) qəbri gizlin qalmışdır? Amma imam Əlinin (ə) qəbri sonralarda olsa aşkarlandı?
    5355 Qədim kəlam
    İlk növbədə bunu diqqət yetirməliyik ki, imam Əlinin (ə) və xanım Zəhranın (s) qəbrlərinin gizli qalmaq səbəbləri eyni deyildir. İmam Əlinin (ə) qəbrinin uzun illər gizli qalmaq səbəbi bu idi ki, cahil və ağılsız düşmənlər o həzrətin qəbrinə ehtiramsızlıq edə bilərdilər. amma uzun illər keçdikcə nəzərdə tutulan ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    9514 تاريخ بزرگان
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Deyin görək din insan üçündür yoxsa insan din üçün?
    4315 Təzə kəlam
    Baxmayaraq ki, din bir növ insanın fitrətini açıqlayır; yəni insanla din bir dəmir pulun iki tərəfi və yaxud iki üzü kimi sayılır. Nəticə almaq üçün hansı biri o biri üçündür, təyin etmək asan deyil. Amma insanın dünyadakı bütün maarif, elm və işləri özünə ixtisas verməsi bunu açıqlayır ki, din bir ...
  • Ələvilər Əli bin əbi Talibinin (ə) Peyğəmbərdən (s)şərəfliliyinə və üstünlüyünə inanırlarmı?
    3506 فرقه های منشعب از شیعه
    Əziz müraciət edən: Əgər siz şiə rəvayət mənbəyini diqqətlə, təəssübkeşdən uzaq və qərəzsiz mütaliə etsəydiniz, bu firqənin (Ələvi) şiəyə görə yolundan azmış firqə olduğunu görəcəkdiniz. Əgər “Baharul ənvar” kitabında həmin mətnə diqqət etsəniz görərsiniz ki, bu rəvayət həm dəstəni rədd etmək üçün bu rəvayəti qeyd ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    4154 Nizamlar hüquq və əhkam
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Faruq və Siddiqin mənası nədir və nə vaxtdan yayılmağa başlamışdır?
    7073 Fiqh tarixi
    Şiənin inancına əsasən, Faruq və Siddiq ləqəbləri Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən Əli (əleyhimus-salam)-a verilmiş ləqəblərdir. “Faruq” kəlməsi haqq ilə batilin arasında fərq qoyan “fərq” kökündən, “Siddiq” isə həddindən artıq düz danışan mənasına olan “sidq” kökündən alınmış sifətin mübaliğə formasıdır. Əlbəttə, bəzi sünnü mənbələrində Peyğəmbərə istinadən ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113062 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86153 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65023 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48468 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    36706 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35715 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24655 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23952 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23885 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21905 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...