Baxanların
6807
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Namazın axırında deyilən üç sualın səbəbi nədir və ikinci və üçüncü salamların xitab olunanları kimlərdir?
Sual
Niyə namazda salam veririk? Bu üç salamdan məqsəd «ایها النبی، علینا و علی عبادالله الصالحین، علیکم» nədir? Birinci salamdan məqsəd zahirən Rəsul əkrəmdir (s), amma ikinci salamın " علینا و علی عباد الله الصالحین" və üçüncü salamın " علیکم" mənası nədir?
Qısa cavab

Ərəb dili və ədəbiyyatına əsasən həm görüşəndə, həm də ayrılanda salam etmək olar. Bu üç salam hədislərdə zikr olublar, amma heç bir kəs bunları birlikdə vacib bilməyibdir. Bu salamların mənasını başa düşmək üçün onların mənasına diqqət etmək lazımdır:

Tərcümə:

- "Ey Peyğəmbər! Salam olsun sənə və Allahın rəhməti və bərəkəti".

- "Aləmin Rəbbindən biz namaz qılanlara və onun yaxşı bəndələrinə salam olsun".

- "Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun".

Bu tərcüməyə diqqət etməklə müəyyən olur ki, salamlarda olan şəxs əvəzlikləri kimlərə qayıdır. İmam Sadiq (ə) salamın mənası barədə buyurubdur: Namazın axırında salamın mənası amandır (rahatlıqla və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir.

Ətreaflı cavab

Birinci suala cavab tapmaq üçün (sayt: 12808) 13141 göstəricilərini mütaliə edin.

Necə ki, bilirsiz namazın üç salamı var.

«السلام علیک ایها النبی و رحمة الله و برکاته"، "السلام علینا و علی عباد الله الصاحین" و "السلام علیکم و رحمة الله و برکاته»[1]

Mərcəyi təqlidlər bunların hər üçünü birlikdə vacib bilmirlər. Bunlardan hansının vacib, hansının isə müstəhəb (ya hansı gərək ehtiyat üzərində oxuna) olması barədə fəqihlər tərəfindən müxtəlif nəzərlər verilibdir.

Ərəb dili və ədəbiyyatına əsasən həm görüşəndə, həm də ayrılanda salam vermək olar və hansısa yerə məxsus deyil. Bu cəhətdən, namazın axırında bunun istifadə olunması Təəccüblü bir iş deyil və ərəb ədəbiyyatında geniş istifadəsi vardır.

Amma namazın birinci, ikinci və üçüncü salamlarında bu salamların kimə aid olmasını müəyyənləşdirmək və bizim salamlarımızın kimin üçün olmasını aydınlaşdırmaq üçün lazımdır ki, onun mənasına diqqət edək. Fqhi risalələrdə bu üç salam üçün qeyd olunan tərcümələrə əsasən bunların məqsəd və hədəflərini ələ gətirmək olar.

Birinci salam: "Ey Peyğəmbər! Salam olsun sənə və Allahın rəhməti və bərəkəti".

İkinci salam: "Aləmin Rəbbindən biz namaz qılanlara və onun yaxşı bəndələrinə salam olsun".

Üçüncü salam: "Allahın salamı, rəhməti və bərəkəti siz mönimlərə olsun".[2]

Bu tərcüməyə diqqət etməklə müəyyən olur ki, salamlarda olan şəxs əvəzlikləri kimlərə qayıdır.

Üçüncü salamda olan "ələykum" əvəzliyi barədə rəvayət vardır və onun məxsus yerə aid olduğunu bəyan edir, lakin tərcümədə deyildiyi kimi bu əvəzliyin kamil nümunəsi möminlərdirlər.

İmam Sadiq (ə) salamın mənası barədə belə buyurubdur: "Namazın axırında salamın mənası amandır; yəni Allahın əmrini və Peyğəmbərin (s) sünnətini ixlas və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir".[3]

Salamı zikr etməyin hikməti barədə bir neçə ehtimalın olduğunu söyləmək olar. Namaz, yaradanla bəndənin arasındakı danışıq olduğundan, namazdan sonra olunan duanın Allah- Taala vasitəsilə qəbul olunmasını söyləmək olar. Biz, bu salamlarla Allahın rəhmət və salamını Peyğəmbər, özümüz və başqa namaz qılanlar üçün istəyirik. Bu iş öz- özlüyündə dəyərli və əhəmiyyətlidir və namaz üçün ali bir sonluq ola bilməz. Həmçinin insanın salam ilə namazı tamamlaması ləyaqətli bir işdir. İmam Sadiqin (ə) rəvayətində namazın salamının aman mənası ilə mənalandırılması bu məna ilə eyni xüsusiyyətə malikdir.

Axırda bunu qeyd etmək lazımdır ki, bu salamlar barədə çoxlu irfani təfsirlər (şərhlər) olubdur.

Onlardan birini zikr etməyin faydası ola bilər.

İmam Xomeyni (r) namazın salamının şərhində buyurub: "Elə ki, zahid bəndə fənanın başlanğıcı olan  səcdə məqamından özünə gəldi, onun üçün agahlıq halı baş verdi və məxluqatdan qeyb olma halından hüzur halına müraciət etdi, mövcudata salam verər. Səfərdən və qeybdən qayıdanın salamı kimi. Bəs, səfərdən birinci qayıdışda Peyğəmbərə (s) salam verər... və ondan sonra mövcudatın başqa aşkarlarına ətraflı və cəm şəkildə diqqət edə".[4]

 


[1] - Şeyx Tusi, Ət- təhzib, cild 2, səh 93, Darul- kotobil- İslamiyyə, Tehran, 1365, hicri şəmsi.

[2] - Hüseyni Sistani, seyid Əli, Tozihul- məsail, səh 218, Surur nəşriyyatı, Qum 1418 hicri qəməri.

[3] - Əllamə Məclisi, Biharul- ənvar, cild 82, səh 308, Əl- vəfa müəssisəsi, Beyrut- Livan, 1404 hicri qəməri.

[4] - İmam Xomeyni, Namazın ədəb qaydaları, səh 366, İmam Xomeyninin əsərlərini nəşr və tərtib edən müəssisə, 1370 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    104631 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79739 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    57583 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40001 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30674 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22185 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    21924 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21815 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20277 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20033 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...