Ətraflı axtarış
Baxanların
7241
İnternetə qoyma tarixi: 2011/10/20
Sualın xülasəsi
Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
Sual
Matəmdə şivən qoparmaq, qəm-qüssəli olmaq Peyğəmbərin və Əhli-beytin rəvayətlərinə əsasən mötəbərdir, yoxsa şiə alimləri tərəfindən?
Mütəal Allah buyurur: “Bəla çatan zaman “Biz Allah tərəfindənik və Allaha doğru qayıdacağıq” deyənlərə müjdə ver! (Həmin imanlı səbirli şəxslərə) Allahın rəhmət, mərhəmət, lütf, ehsan və məğfirəti şamil olmuş və şübhəsiz, onlar yollarını tapmışlar.”
Həmçinin buyurulur: “Və o kəslər ki, fəqirlik və xəstəlik (ziyan və zərər) qarşısında, eləcə də müharibə zamanı səbirli olarlar...”
"Nəhcul-bəlağə"də deyilir: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Əli (əleyhis-salam) o həzrətə xitab edərək deyirdi: “Əgər məni qərarsızlıq və bitablıqdan çəkindirməsəydin, səbir etməyə əmr etməsəydin, sənin üçün elə göz yaşı axıdardım ki, gözlərimin yaşı quruyardı.”
Həmçinin "Nəhcul-bəlağə"də Əli (əleyhis-salam)-ın belə buyurduğu deyilir: “Hər kəs müsibət və bəla zamanı əlini dizinə vursa və təəssüflənsə, onun (yaxşı) əməli məhv olar.”
“Müntəhəl-amal”da qeyd olunduğu kimi, İmam Hüseyn (əleyhis-salam) Kərbəlada bacısı Zeynəbə buyurmuşdu: “Bacım! Səni Allaha and verirəm ki, mən öldürülən zaman paltarının yaxasını cırmayasan, üzünü dırnaqlarınla qanatmayasan, mənim şəhid olduğuma görə “vaveyla” deyə fəryad etməyəsən!”
Əbu Cəfər Qummi nəql edir ki, Əli (əleyhis-salam) öz köməkçilərinə buyurdu:
لَا تَلْبَسُوا السَّوَادَ فَإِنَّهُ لِبَاسُ فِرْعَوْنَ
“Qara paltar geyməyin, çünki bu, Fironun paltarıdır.”
“Təfsiri Safi”də qeyd olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) qadınlarla bu əsasda beyət etdi ki, müsibət çatan zaman qara paltar geyməsinlər, paltarlarının yaxasını cırmasınlar və “vaveyla” deyə fəryad etməsinlər.
“Fürui Kafi” kitabında deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Fatiməyə vəsiyyət edərək buyurdu: “Mən öləndə üzünü (cırmaqlayıb) qanatma, saçlarını yolma, “vaveyla” deyə fəryad etmə, mənə matəm tutmaq üçün növhə oxuyan bir qadın gətirmə.”
Şiə aləmində Şeyx Səduq ləqəbi ilə tanınan Məhəmməd ibni Hüseyn ibni Babəveyh Qummi (rəhmətullah əleyh) yazır: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özündən qabaq bir kəsin buyurmadığı sözlərindən biri də budur: “Meyitə növhə oxumaq cahiliyyət əməllərindəndir.”
Həmçinin şiə alimlərindən Əllamə Məclisi, Nuri və Burucerdi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql etmişlər ki, orada deyilir: “İki səsi Allah qarğışlamışdır və onları sevmir: müsibət baş verən zaman fəryad və şivən səsi, musiqi və təranə səsi (yəni meyitə növhə demək və musiqi səsləndirmək).”
Bu qədər rəvayətlərdən sonra sual budur: Nə üçün şiələr bu rəvayətdə zikr olunan həqiqətlərə müxalifət edirlər?! Biz kimi təsdiqləyək: Peyğəmbərin və Əhli-beytin sözünü, yoxsa hazırkı alimlərin sözünü?!
Qısa cavab

Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;

2. Hökmlərin dəyişməsində zaman və məkan ünsürlərinin rolunu unutmaq olmaz;

3. Beşlik təşkil edən şəri hökmlər arasında yalnız vaciblər və haramlar xüsusi həssaslığa malikdir.

4. İslam mənbələri ilə əlaqədar daha artıq tədqiqat aparmaq lazımdır. Misal üçün, sualda qeyd olunan ağlamaq kimi hallarda münaqişə aparıb tədqiq etmək olar. Vəhhabilərin ölülərə ağlamağı haram hesab etmələrinə baxmayaraq, bu iş əqli nəzərdən bəyənilən, məqbul bir işdir. Ölülərə və şəhidlərə ağlamaqla əlaqədar sünnü və şiə mənbələrində çoxlu rəvayətlər qeyd olunmuşdur. Misal üçün, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in öz əziz anasına, əmisi Həmzəyə və sairlərə ağlamasını qeyd etmək olar. Bu barədə çoxlu şahidlər də vardır. Orada deyilir ki, Peyğəmbərin özü, yaxud Əhli-beyt və yaxud səhabələr belə işləri görürdülər.

5. Fəqihlərin və din alimlərinin kəlamlarında qeyd olunur ki, müsibət görmüş şəxs üçün əzizlərin əldən verilməsi ilə əlaqədar hər iş və əməl bəyənilmir, əksinə o işlərdən bəziləri günah olmaqdan əlavə, öz ardınca kəffarə də gətirir. Camaatın qeyri-dini işləri və agahlıq olmadan, cahillik üzündən elədiyi əməllər də din böyüklərinə və alimlərə aid edilməməlidir.

Ətreaflı cavab

Cavabı əldə etmək üçün əvvəlcə müqəddimə ünvanı ilə bir neçə məsələni araşdırırıq:

1. Müəyyən bir kitabda nəql olunan hər rəvayətə etimad oluna bilərmi?

Bu barədə demək lazımdır ki, rəvayətlərə etimad olunması onların sənəd və dəlalət baxımından araşdırılması əsasındadır. Bu mühüm məsələ islam elmlərində dərin savada malik olan tədqiqatçıların öhdəsinədir ki, onlara “fəqih”, yaxud “müctəhid” deyilir.

Bunu da qeyd etmək yerinə düşərdi: bir hədisin səhihliyini fərz etdikdə başqa bir hədisin də onunla təzadda olması mümkündür. Belə olan halda başqa cəhətlərdən araşdırılır və onun düzgün məfhumu aydınlaşdırılır.

Quran və hədisdən bəhrələnmək hazırkı zəmanədə kompüterdən istifadə etməyə oxşayır: bəzən bir düymə təklikdə müəyyən bir funksiyasını yerinə yetirir, bəzən isə iki və ya üç düymə birlikdə bu işləri görür. Misal üçün, müəyyən bir proqram üçün yalnız “inter” düyməsini vururuq, lakin bəzi işləri görmək üçün “kontrol” düyməsini də “inter”lə birlikdə vurmalıyıq ki, işləsin.

Bəzən bir məsələ bir ayə və rəvayətdən gözəl şəkildə əldə oluna bilir, lakin bəzən iki, yaxud bir neçə ayə və rəvayəti birlikdə nəzərə almaq, hamısını birlikdə mülahizə etmək lazım olur. Misal üçün, "Nəhcul-bəlağə"nin bir yerində deyilir ki, imam Əli (əleyhis-salam) Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə qüsl verən zaman matəmə qərq olaraq dedi: “Ya Peyğəmbər! Əgər səbirli olmağa əmr və taqətsizliyi qadağan etməsəydin, o qədər göz yaşı axıdardım ki, göz yaşlarım tamam olsun. Bu ürək yandıran dərd həmişə məndə qalacaq, qəm-qüssəm əbədi olacaqdır. Çünki bunların hamısı sənin müsibətinlə müqayisədə cüzi bir şeyrdir.” [1] Lakin başqa bir yerdə deyilir ki, Peyğəmbəri dəfn edən zaman onun müsibətində dedi: “Həqiqətən səbirli olmaq yaxşıdır, yalnız səni əldən verməyin qəmindən başqa; taqətsizlik etmək bəyənilmir, yalnız sənin ölümündə olan qəm-qüssədən başqa. Sənin müsibətin böyükdür və səndən əvvəlki və sonrakı müsibətlər bu müsibətlə müqayisədə çox kiçikdir.” [2]

Qara paltar geyməklə əlaqədar nəql olunan bir neçə hədisi də birlikdə mülahizə etməliyik. Onlardan birində Əli (əleyhis-salam)-ın belə buyurduğu deyilir: “Qara paltar geyməyin, çünki o, Fironun paltarıdır.” [3]

Amma başqa bir hədisdə imam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Allahın Peyğəmbəri qara paltarı xoşlamırdı, yalnız üç şeydən başqa: əmmamə, ayaqqabı və əba.” [4]

2. Zaman, məkan, yaxud şəraitin dəyişilməsi ilə əlaqədar yaranan ikinci ünvanlı hökmlər

Şəriət hökmlərində “ikinci ünvanlı hökmlər”in rolu diqqətə layiqdir. Bu məsələni böyük fəqihlərdən bəziləri, o cümlədən imam Xümeyni (rəhmətullah əleyh) buyurmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə də bunun oxşarı olmuşdur. Onun nümunəsini qəbirlərin ziyarətində görürük. Belə ki, sünnü alimlərinin də nəql etdiyi kimi, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Mən bundan əvvəl sizi qəbirlərin ziyarətindən çəkindirirdim. İndi onların ziyarətinə gedin. Çünki qəbirlərin ziyarəti dünyada zöhdə səbəb olur və axirəti insana xatırladır.” [5]

Bunu da qeyd edək ki, qəbirlərin ziyarət olunmasının caiz olma dəlili Allahın kitabı və Peyğəmbər sünnətində çoxdur. Hal-hazırda onların hamısını qeyd etmirik. Bəhs etdiyimiz mövzu ilə əlaqədar nəzər sahiblərindən bəzilərinin sözünü qeyd edirik. Onların bəziləri demişlər: İlkin şəriət hökmü nəzərindən məkruh olması fərzi ilə qara paltar geymək hal-hazırda din böyüklərinə, ilahi övliyalara ehtiram əlaməti və şüar ünvanı olduğu üçün, özünə ikinci dərəcəli hökm tapır. Buna görə də onunla müxalifət etmək işkalsız deyildir.

3. Bildiyimiz kimi, beşlik təşkil edən şəriət hökmlərindən ikisi xüsusi həssaslığa malikdir. Birincisi mütləq yerinə yetirilməli olan vacib əməllərdən, digəri isə mütləq tərk olunmalı olan haram işlərdən ibarətdir. Başqa sözlə desək, dini və şəri cəhətdən vaciblər və haramlar vardır, lakin sair ilahi hökmlər vacib deyildir; onların əncam verilməsi və ya tərk edilməsi ilə əlaqədar vacib bir hökm gözə dəymir. Sualda soruşulan məsələnin bütün hallarının vahid bir hökmü yoxdur, əksinə ayrı-ayrı fərdlərinə görə fərqlənir.

Amma sualda deyilən “Peyğəmbərin və Əhli-beytin sözlərinə inanaq, yoxsa fəqihlərin və hazırkı alimlərin sözünə?” məsələyə gəldikdə isə, bu barədə bir neçə mövzu tədqiq edilmədir:

a) Əql və elm baxımından ağlamağın hökmü nədir?

Həyatın müxtəlif şəraitlərinə diqqət yetirməklə insan üçün müxtəlif vəziyyətlər qarşıya çıxır. Bu da təbii və fitri bir məsələdir. Bəzən gülür və şad olur, bəzən qəm-qüssəyə batıb kədərlənir və ağlayır. Ağlamaq həqiqətdə bəşərin fitri ehtiyaclarından biridir. Əgər öz yerində zahir olub büruz etsə, dəyərli və qurucudur. Ağır şəraitlərdə ağlamaq insana kömək göstərir, onu daxili çətinliklərdən, problemdən asudə edir.

Ağlamaq bəzən qəlbin paslarını yuyub təmizləyir, tövbə üçün şərait hazırlayır, qəlbin daşlaşmasını və qəsavətini aradan apararaq ona səfa-səmimiyyət bağışlayır.

Məzlumun halına ağlamaq onunla bir növ ülvi əlaqələrin bərqərar edilməsi, zalımla barışmazlıq əlamətidir.

Öz yerində araşdırıldığı kimi, ağlamağın həm tibbi, həm ruhi, həm də siyasi faydası vardır.

Amma dünyadan gedən əzizlərlə əlaqədar ağlamağa gəldikdə isə, insan hər hansı bir əzizini əldən verdiyi zaman öz təbiətinin tələbinə uyğun və fitri olaraq qəm-qüssəyə batır, ixtiyarsız olaraq gözlərindən yaş axmağa başlayır. Bu aydın və inkar oluna bilməyən bir məsələdir və hamının həyatında baş verir. İslam dini də fitri bir din ünvanı ilə onunla müxalifət etməmişdir.

b) Şəriət baxımından ağlamağın hökmü necədir?

1. Quran baxımından ağlamaq

“Yusif” surəsində oxuyuruq ki, həzrət Yəqub (əleyhiməs-salam) o qədər ağlayıb qəm-qüssəyə batdı ki, axırda gözlərini əldən verdi. [6]

Əlbəttə, bunun “gözəl səbir”lə heç bir ziddiyyəti yoxdur. Çünki ilahi şəxsiyyətlərin qəlbi ülvi-insani duyğular mərkəzidir, öz övladının fərağında göz yaşlarının sel kimi axmasının heç bir təəccübü yoxdur. Bu insani-ülvi bir məsələdir. Mühüm məsələ budur ki, (ağlayan insan) özünə nəzarəti əldən verməsin, qərarını kəsməsin. Yəni Allahın razılığının əksinə olan bir hərəkət etməsin, söz danışmasın.

2. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, Əhli-beytin və müsəlmanların ölülərə, şəhidlərə ağlamaq ilə əlaqədar tutduğu davranış və rəftar barədə çoxlu bəhslər vardır. Biz tarixi araşdırdıqda vəhhabilərin dediyi “ölülərə ağlamaq haramdır!” sözünün əksinə olaraq, bu qənaətə gəlirik ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və onun səhabələri həmin fitri əsasda əməl edirdilər. Aşağıda bu tarixi şahidlərdən bəzilərini qeyd edirik:

Peyğəmbər (səlləllahu əleyhi və alih) öz oğlu İbrahimin vəfatında göz yaşı axıdırdı. Bəziləri ona etiraz etdikdə, həzrət buyurdu: “Göz ağlar, qəlb kədərlidir. Lakin Allahı qəzəbləndirən bir şeyi heç vaxt demərəm!” [7]

Başqa bir yerdə oxuyuruq ki, Həzrət buyurdu: “Qərarın kəsilməsindən irəli gələn ağlamaq deyil, əksinə bu (ülvi duyğu yanaşı olan) ilahi rəhmətdir.”

Həzrət bunu demək istəyirdi ki, insanın sinəsindəki daş yox, qəlbdir. Təbiidir ki, ülvi-insani məsələlərlə əlaqədar reaksiya göstərir. Onun ən sadə əksül-əməli də göz yaşının axmasıdır. Bunun nəinki heç bir eybi yoxdur, üstəlik gözəllikdən ibarətdir. Eyib odur ki, insan Allahın qəzəblənməsinə səbəb olan bir söz demiş olsun. [8]

Digər bir şahid də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyatında öz əmisi həzrət Həmzənin matəmində ağlamasıdır:

“Ühüd” müharibəsində həzrət Həmzə (əleyhis-salam) şəhadətə çatdıqdan sonra bacısı Səfiyyə gəldi. O, Peyğəmbəri axtarırdı. Həzrəti tapdıqdan sonra Peyğəmbər onunla ənsar arasında dayanıb buyurdu: “Onunla işiniz olmasın!” Səfiyyə Peyğəmbərin, yaxud Həmzənin yanında oturub ağlamağa başladı. Hər vaxt onun ağlamaq səsi ucalsaydı, Peyğəmbərin də ağlamaq səsləri ucalardı. O, astadan ağlayanda Peyğəmbər də astadan ağlayırdı. Peyğəmbərin qızı Fatimə də ağlayırdı. Peyğəmbər onunla birlikdə ağlayıb qızına buyururdu: “Bir kəs sənin kimi müsibəti heç vaxt görməyəcəkdir.” [9]

Bəzi rəvayətlərdə qeyd olunur ki, “Ühüd” müharibəsindən sonra Peyğəmbər öz şəhidlərinə ucadan ağlayan ənsar ailələrinin görüşünə getdi və buyurdu: “... Amma Həmzənin ağlayanı yoxdur!”

Səd ibni Məaz bu sözü eşitdikdə Bəni-Əbdül-Əşhəl tayfasının qadınlarını Həmzəyə ağlamaya çağırdı. Bundan sonra ənsar qadınları əvvəlcə Həmzəyə ağlayıb sonra öz ölülərinə ağlayırdılar. [10]

Bu hadisədən başa düşmək olar ki, təkcə o həzrətin özü Həmzəyə ağlamamış, üstəlik ənsar qadınlarını da ona ağlamağa dəvət etmişdi.

Peyğəmbər (səlləllahu əleyhi və alih) öz anasının qəbrinin ziyarətinə getdikdə ucadan ağladı, o həzrətin ağlamağından ətrafındakı şəxslər də ağlamağa başladılar. [11]

Tarixdə qeyd olunur ki, həzrət Zəhra (əleyha salam) Peyğəmbərin vəfatından sonra ağlayır və deyirdi: “Ey ata! Sən öz Pərvərdigarının rəhmətinə qərq oldun və Onun dəvətinə müsbət cavab verdin. Ata can! İndi Firdovs behişti sənin məkanındır!” [12]

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, Əhli-beytin və səhabələrin öz ölülərinə və şəhidlərə ağlaması ilə əlaqədar çoxlu şahidlər də vardır ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik.

v) Dini məsələlərdə dərin savadlı tədqiqatçıların – fəqihlərin nəzəri

“Əzizlərin matəmində, müsibət və çətinliklərdə, ruzigarın ağrılı-acılı hadisələrində hər bir iş caizdirmir?” sualına gəldikdə isə, matəm mərasimi ilə əlaqədar bəzi böyük fəqihlərin sözlərini qeyd edirik:

Ölüyə ağlamaq caizdir, hətta qəm-qüssə çox olan bəzi hallarda müstəhəbdir. Lakin insan Allahın qəzəbinə səbəb olan sözü danışmamalıdır. Həmçinin növhə oxumaq, şer demək, yaxud şerdən qeyri sözlər demək bu şərtlə caizdir ki, onun möhtəvasında yalan danışmaq və ya haram iş görmək kimi batil işlər olmasın. Hətta vacib ehtiyat budur ki, “vaveyla”, “vay, vay” kəlmələri də onda olmasın. Ehtiyat vacibə görə üzə vurmaq, dərini cırmaq, saçları yolmaq, adi və normal haldan artıq olan fəryad etmək caiz deyildir ... Qeyd olunan bu son halların bəzilərində kəffarə də vacib olur. [13]

Deməli, böyük şiə fəqihlərinin nəzəri elə rəvayətlərdə, din rəhbərləri və övliyaların davranışlarında gələnlərdən ibarətdir.

Bunu da qeyd edək ki, din böyükləri və fəqihlər islami mənbələrdəki göstərişlərə tabe olmaqla səbri çox dəyərli əməllərdən biri hesab etmiş, əzizlərin əldən verilməsi zamanı baş verən müsibət və çətinliklərin hamısında bu məsələyə tövsiyə etmişlər ki, insan gözəl səbir etməklə çoxlu savaba malik olsun.

Deməli, bir müsəlman üçün müsibət, çətinlik baş verən zaman əsas vəzifə və ilkin tədbir gözəl səbir etməkdən ibarətdir. Ağlamaq və bu kimi şeylərin də eybi yoxdur, lakin camaatın bəzilərinin gördüyü yaranmaz işlər, o cümlədən başı yarmaq, üzü cırmaqlamaq, nifrət hissi yaradan fəryadlar etmək, başı yolmaq və s. islam rəvayətlərində və böyük din şəxsiyyətləri tərəfindən qəbul olunmur. Nəticədə sual edən şəxs öz çıxarışlarını islah etməlidir.

g) Mühüm məsələ budur ki, insan bir neçə yönə malik olan (hər tərəfli) bir varlıqdır və bu yönlər bir-birindən təsirlənir. İslam da bu mühüm psixoloji məsələdən dinin yayılması və gücləndirilməsi istiqamətində istifadə etmişdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) öz əmisi Həmzəyə ağlamağa dair göstəriş verir, özü də bu müsibətdə ağlayırdı. Buna görə də məsum imamlarımız Seyyiduş-şühəda imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq mərasimi bərqərar etməyə dair təşviqlər etmişlər. [14]

Əlaqədar görünüş: “Bəqi” ziyarətçilərinin ağlaması, sual 10754(site:10670)



[1] "Nəhcul-bəlağə", Dəşti, kəlam 235

[2] Yenə orada, hikmət 292

[3] Şeyx Səduq, “İləluş-şəraye”, 2-ci cild, səh. 247

[4] Yenə orada

[5] “Sünəni İbni Macə”, 1-ci cild, səh. 114

[6] “Yusif” surəsi, ayə: 84

[7] “Kafi”, 3-cü cild, səh. 262

[8] "Təfsiri nümunə", 9-cu cild, səh. 352

[9] “Əl-əsma”, Məqrizi, səh. 154

[10] İbni Səd, “Təbəqat”, 3-cü cild, səh. 11; “Müsnədi Əhməd”, 2-ci cild, səh. 129

[11] Cəfər, Subhani, “Rəhnəmayi həqiqət”, səh. 231

[12] Yenə orada, səh. 232

[13] İmam Xomeyni, “Təhrirul-vəsilə”, 1-ci cild, səh. 93

[14]   "Biharul-ənvar", 44-cü cild, səh. 292

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8924 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    8842 Nizamlar hüquq və əhkam 2011/10/02
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    8738 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    11923 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    9218 Nizamlar hüquq və əhkam 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
    5734 Təfsir 2019/05/05
    Dəstəmazın necə alənmasının keyfiyyətini bəyan edən dəstəmaz ayəsi olan Maidə sürəsinin 6-cı ayəsində Allah taala buyurur: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər qollarınızı yuyun! Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin!...[1] Ayədə gələn kəlimələrin mənası “Mərafiq” dirsəklər ...
  • İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
    10843 Nəzəri irfan 2014/05/22
    İrafan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır. Nöqtədən məqsəd, allah-Taalanın həqiqi vəhdətidir və bu həqiqi vəhdətin şəkli insan qəlbinin dərinlkilərindən qərar tutmuşdur. Ona görə də kamil insan, varlıq aləminin mərkəzi kimi tanıtdırılmışdır. Allah-taalanın yer üzündə həqiqi vəhdətindəki xəlifəsidir. Əmirəl-mömininin (əleyhissalam) ...
  • Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
    6395 Nizamlar (Qurluşlar) 2011/10/04
    Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    8634 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    9362 Təşəhhüd və salam 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164578 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119934 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114047 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111311 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94296 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54955 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54848 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45974 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...