Ətraflı axtarış
Baxanların
12126
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Üveys Qərəninin həyat və şəxsiyyətini bəyan edin: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in müharibədə dişi sındıqdan sonra onun öz dişinin sındırması düzdürmü?
Sual
Bizim yerdə deyirlər ki, müharibədə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in dişi sınan zaman Üveys Qərəni də öz dişini sındırdı. Bu məsələnin səhihliyi vardırmı? Bu işinə görə Peyğəmbər onu tərifləmişdimi?
Qısa cavab

Məşhur zahidlərdən və tabeinlərin böyük şəxsiyyətlərindən olan Üveys ibni Amir Muradi Qərəninin (künyəsi Əbu Əmrdir) zahidliyi, təqvası və gözəl əxlaqı dillər əzbəri idi. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə ona iman gətirmiş, lakin o həzrəti ziyarət edə bilməmişdi. Anasının əmrinə itaət edərək Mədinəyə gəlmiş, amma Peyğəmbər (səlləllahu əleyhi və alih)-i görmədən qayıtmışdı. O əslən yəmənli olsa da, Ömərin xilafəti dövründə Kufədə məskunlaşmışdır. Əmirəl-möminin Əli (əleyhis-salam)-ın vəfadar səhabələrindən və yaxın köməkçilərindən idi. O həzrətin vilayətini canla-başla müdafiə etmək və onu tək qoymamaq əsasında onunla beyət etmişdi. Onun öz dişini sındırması ilə əlaqədar deyilən hadisənin düzlüyündə şübhə vardır, nadir tarixçilərdən başqa bir kəs ona işarə etməmişdir.

Ətreaflı cavab

Sözü gedən məsələnin düz olub-olmamasını araşdırmazdan əvvəl Üveys Qərəninin həyat və şəxsiyyətini bir neçə hissədə bəyan edirik:

a) Künyəsi Əbu Əmr[1] olan Üveys ibni Amir Muradi Qərəni tabeinin böyük şəxsiyyətlərindən[2] və məşhur zahidlərdən idi.[3] Onun zahidliyi, təqvası və gözəl əxlaqı dillər əzbəri idi. O, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sağlığında iman gətirmiş, amma o həzrəti ziyarət etməyə müvəffəq olmamışdı. Anasının fərmanı ilə Mədinəyə gəlmiş, amma Peyğəmbəri görmədən vətəninə qayıtmışdı.[4] O əslən yəmənli idi, amma Ömərin xilafəti dövründə Kufədə məskunlaşmışdı.[5]

O, Əli (əleyhis-salam)-ın vəfadar köməkçilərindən idi və o həzrətin vilayətini canla-başla müdafiə etmək və ona kömək məqamında heç vaxt müharibəyə arxa çevirməmək (fərarilik etməmək) əsasında beyət etmişdi.[6]

Nəql olunur ki, Əli (əleyhis-salam) onu ilk dəfə görəndə nurani sifətindən onu tanıdı və buyurdu: “Sən gərək Üveys olasan?!” Dedi: “Bəli, mən Üveysəm!” Buyurdu: “Qərəni qəbiləsindən olmalısan?!” Dedi: “Bəli, mən Üveys Qərəniyəm.”[7]

b) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəzərində Üveysin malik olduğu mənəvi məqam barəsində bir neçə hədisi qeyd edirik:

1. Həzrət Peyğəmbər onunla görüşməyi arzu edir və buyururdu: “Qərən nahiyəsindən behişt küləkləri əsir. Sənin (görüşünə) müştağam, ey Üveys Qərəni! Hər kəs onu görsə, mənim salamımı ona çatdırsın.”[8]

2. Bir nəfər soruşdu: “Üveys Qərəni kimdir?” Həzrət Peyğəmbər buyurdu: “O, itkin (tanınmaz) bir şəxsdir ki, əgər sizdən qaib olsa, onu axtarmaq fikrində olmazsınız, sizin yanınızda olsa, onu bir şey hesab etməzsiniz. Amma bilin ki, onun şəfaəti ilə Rəbiə və Müzər kimi (çox əhalisi olan) qəbilənin əhalisinin sayı qədər adam behiştə daxil olacaqdır. O məni görməyəcək, lakin mənə iman gətirəcək. Axırda mənim layiqli canişinim və xəlifəmin (Əli ibni  Əbi Talibin) önündə Siffeyndə şəhadətə çatacaqdır.”[9]

3. Başqa bir nəqlə əsasən Əli (əleyhis-salam) buyurur: “Allahın Rəsulu (səlləllahu əleyhi və alih) mənə buyurdu ki, sən mənim ümmətimdən olan Üveys Qərəni adlı bir kişi ilə görüşəcəksən; o, Allahın və Peyğəmbərinin dəstəsindəndir (hizbindəndir), onun ölümü Allah yolunda şəhadətdir və onun şəfaəti ilə Rəbiə və Müzər qəbiləsinin əhalisi qədər insan behiştə daxil olacaqdır.”[10]

v) Əli (əleyhis-salam)-ın yüksək məqamlı səhabələrindən biri olan Üveysin zöhd və təqvası dillər əzbəri idi. Fəzl ibni Şazan onu digər zahidlərdən üstün hesab etmişdir.[11]

Peyğəmbər (səlləllahu əleyhi və alih) Üveysin zahidliyi barəsində buyurmuşdur: “Mənim ümmətim arasında elə şəxslər vardır ki, paltarı olmadığına görə məscidə gələ bilmirlər, imanları da camaatdan kömək istəmələrinə mane olur. Belə şəxslərdən biri də Üveys Qərənidir.”[12]

O, gecəni ibadətlə keçirirdi.[13]

Tarixçilərin arasında məşhur nəzəriyyə budur ki,[14] Üveys Qərəni Siffeyn müharibəsində Əli (əleyhis-salam)-ın önündə şəhid olmuşdur.[15]

Amma kafirlər tərəfindən Peyğəmbərin dişi sındırılan zaman Üveysin öz dişini sındırmasına gəldikdə isə, tarixlərin çoxunda bu barədə söz deyilmir. Amma bəzi tarixlərdə deyilir: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək dişinin kafirlər tərəfindən sındırılması xəbərini eşitdikdə ona tabe olmaq məqsədi ilə öz dişlərinin hamısını sındırdı ki, Peyğəmbərin sındırılan bir dişi ilə müvafiq olsun.”[16]

Bu məsələ də sənəd və məzmun baxımından şübhəlidir.

 


[1] Zəhəbi, Şəmsəddin Məhəmməd ibni Əhməd, “Tarixul-islam”, tədqiq: Tədmuri, Ömər Əbdus-Salam, 3-cü cild, səh. 555, “Darul-kitabil-ərəbi”, Beyrut, 2-ci çap, 1413-cü qəməri il; İbni Əsir Cəzəri, İzzuddin ibni Əsir Əbul-Həsən Əli ibni Məhəmməd, “Usdul-ğabə”, 1-ci cild, səh. 179, “Darul-fikir”, Beyrut, 1409-cu qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, tədqiq: Məhəmməd Əbul-Fəzl İbrahim, 11-ci cild, səh. 662, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci qəməri il

[2] İbni Əsəm Kufi, Əbu Məhəmməd Əhməd ibni Əsəm, “Əl-futuh”, tədqiq: Şiri, Əli, 2-ci cild, səh. 544-545, “Darul-əzva”, Beyrut, 1-ci çap, 1411-ci qəməri il; “Tarixul-islam”, 3-cü cild, səh. 555; “Siyəru ə’lamin-nübəla”, 5-ci cild, səh. 34, Nazimzadə Qummi, Seyid Əsğərin “Əshabi imam Əli (əleyhis-salam)” kitabından nəqlən: 1-ci cild, “Üveys Qərəni” hissəsi; “Usdul-ğabə”, 1-ci cild, səh. 179

[3] “Tarixul-islam”, 3-cü cild, səh. 555; “Usdul-ğabə”, 1-ci cild, səh. 179

[4] İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə”, tədqiq: Əbdül-Mövcud, Adil Əhməd və Müəvvəz, Əli Məhəmməd, 1-ci cild, səh. 359, “Darul-kitabil-elmiyy”, Beyrut, 1-ci çap, 1415-ci qəməri il; “Əshabi-imam Əli (əleyhis-salam)”, 1-ci cild,

[5] “Usdul-ğabə” 1-ci cild, səh. 179; “Tarixul-islam”, 3-cü cild, səh. 556; “Əl-isabə”, 1-ci cild, səh. 359; Zərkəli, Xeyruddin, “Əl-ə’lam”, 2-ci cild, səh. 32, Darul-elm lil-məllayin”, Beyrut, 8-ci çap, 1989-cu miladi il; “Siyəru ə’lamin-nübəla”, 5-ci cild, səh. 70, “Əshabu imam Əli (əleyhis-salam)”, 1-ci cilddən nəqlən

[6] Şeyx Müfid, “Cəməl müharibəsi”, tərcümə: Məhdəvi Damğani, Məhmud, səh. 59, “Ney” nəşriyyatı, Tehran, 2-ci çap, 1383-cü şəmsi il

[7] Kəşşi, Əbu Əmr, Məhəmməd ibni Əmr ibni Əbdül-Əziz, “Ricali-Kəşşi”, tədqiq və təshih: Doktor Müstəfəvi, Həsən, səh. 98, hədis 156, Məşhəd universtitenin nəşr müəssisəsi,  1390-cı qəməri il.

[8] İbni Şazan Qummi, Əbul-fəzl Şazan ibni Cəbrəil, “Əl-fəzail”, səh. 107, “Rəzi” nəşriyyatı, Qum, 2-ci çap, 1363-cü şəmsi il; Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 42-ci cild, səh. 155, “Daru ehyait-turasil-ərəbi”, 2-ci çap, 1403-cü qəməri il; Şeyx Hürr  Amili, Məhəmməd ibni Həsən, “İsbatul-hüdat bin-nüsusi vəl-mö’cizat”, 3-cü cild, səh. 46, “Ə’ləmi” nəşriyyatı, Beyrut, 1-ci çap, 1425-ci qəməri il

[9] “Əl-fəzail”, səh. 107; “Biharul-ənvar”, 42-ci cild, səh. 155

[10] Müfid, Məhəmməd ibni Məhəmməd, “Əl-irşad fi mərifəti hücəcillahi ələl-ibad”, 1-ci cild, səh. 316, “Şeyx Müfid” konfransı, Qum, 1-ci çap, 1413-cü qəməri il; Təbərsi, Fəzl ibni Həsən, “E’lamul-vəra bi ə’lamil-huda”, qədim çap, səh. 170, “İslamiyyə” nəşriyyatı, Tehran, 3-cü çap, 1390-cı qəməri il; “Biharul-ənvar”, 42-ci cild, səh. 147

[11] “Ricali Kəşşi”, səh. 98; “Əshabi imam Əli (əleyhis-salam)”, 1-ci cild,

[12] “Əl-isabə”, 1-ci cild, səh. 361; “Hilyətul-ovliya”, 2-ci cild, səh. 84; “Siyəru ə’lamin-nübəla”, 5-ci cild, səh. 76, “Əshabi imam Əli (əleyhis-salam)”, 1-ci cilddən nəqlən

[13] “Hilyətul-ovliya”, 2-ci cild, səh. 87; “Siyəru ə’lamin-nübəla”, 5-ci cild, səh. 77

[14] Qeyri-məşhur nəzəriyyə budur ki, o Deyləm müharibəsində şəhid olunmuşdur, qəbri də Qəzvinin Əlatər dağındadır. (Müstovfa Qəzvini, Həmdullah ibni Əbi Bəkr ibni Əhməd, “Seçilmiş tarix”, tədqiq: Nəvai, Əbdül-Hüseyn, səh. 630, “Əmir Kəbir” nəşriyyatı, Tehran, 3-cü çap, 1364-cü şəmsi il.

[15] “Əl-isabə”, 1-ci cild, səh. 359; “Usdul-ğabə”, 1-ci cild, səh. 180; “Tarixul-islam”, 3-cü cild, səh. 556; “Tarixi Təbəri”, 11-ci cild, səh. 662; “Seçilmiş tarix”, səh. 631; Minqəri, Nəsr ibni Müzahim, “Vəq’ətu Siffeyn”, tədqiq: Harun, Əbdus-Salam Məhəmməd, səh. 324, “Yeni ərəb müəssisəsi”, Qahirə, 2-ci çap, 1382-ci il, ofset üslubu ilə: Qum, Mərəşi Nəcəfinin kitabxanasının nəşri, 1404-cü qəməri il; Təmimi Səm’ani, Əbu Səid Ədül-Kərim ibni Məhəmməd ibni Mənsur, “Əl-ənsab”, tədqiq: Müəllimi Yəmani, Əbdür-Rəhman ibni Yəhya, 10-cu cild, səh. 392, “Dairətul-məarifil-Osmaniyyə” məclisi, Heydərabad, 1-ci çap, 1382-ci qəməri il; Sibt ibni Covzi, “Nübüvvət xanədanının tərcümeyi-halı və fəzilətləri”, tərcümə: Ətai, Məhəmməd Rza, səh. 115, “Astani qüdsi-Rəzəvi (əleyhis-salam)”, Məşhəd, 1-ci çap, 1379-cu şəmsi il

[16] “Seçilmiş tarix”, səh. 630

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Nə üçün seyyidüş- şühədanın əzadarlığına roza oxumaq deyirik?
    6410 تاريخ کلام 2011/12/25
    Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir. Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla ...
  • İt və donuzun nəcis olması barəsindəki hədisi bəyan edin.
    8419 Nizamlar hüquq və əhkam 2011/07/28
    İt və donuzun nəcis olması barəsində imamlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunmuşdur. Bu rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə “nəcisdir” kəlməsi aşkar deyilmiş, bəzilərində isə aşkar deyilməmişdir, amma mülazimədən (bir şeyin hökmünün deyilməsindən başqa bir şeyin hökmünün də məlum olması) it ...
  • İran dini mədrəsələrində təhsil sistemi necədir?
    14311 Fiqh tarixi 2011/11/14
    Bu gün İran elmi hövzələrində təhsil şagirdlərin birinci dövrəni və ya orta məktəbi bitirdikdən sonra başlayır. Bu təhsil zamanı başlanğıc mərhələnin dərslərini (sərf, ərəb dilinin qramatikası (nəhv), məna və bəyan, məntiq), səth dərslərini (üsul, fiqh, fəlsəfə), ümumi dərsləri (əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompyuter ...
  • Namaz qurtardıqdan sonra əlləri möhürə çəkib sonra əli üzə sürtmək müstəhəb sayılır?
    5323 بیشتر بدانیم 2013/12/16
    Müstəhəbdir insan namazdan sonra namazın təqibin yəni zikr, dua və quran oxusun.[1] Bu təqiblərdən biri də odur ki, rəvayətlərdə ona sifariş olunmuşdur, səcdə yerinə əl çəkib (o əşyalar ki, onların üzərinə səcdə etmək düzgündür) sonra üzünə çəksin, əlbətdə o cür ki rəvayətlərdə onlara işarə olunmuşdur: Rəvayətlərdən ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    6258 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...
  • Нәјә ҝөрә намазы вә диҝәр ибадәтләри әрәбҹә охумајылыг?
    6908 Əhkam və hüquq fəlsəfəsi 2010/09/29
    Ислам вәһдәт вә бирлик дини олуб бүтүн мүсәлманлары бир ҹәбһәдә гәрар вермәк истәјир. Белә бир ҹәмијјәтин ваһид бир дили олмалыдыр, чүнки, бир-бириндән фәргләнән дилләр васитәси илә әсл вәһдәт мүмкүн дејилдир. Әксәр дилшүнасларын играрына әсасән, дүнјада ән ҝениш вә дәрин мәналары өзүндә ҹәмләшдирән әрәб дилини Исламда бејнәлхалг ...
  • Şeytan və cinin, gücü və qüdrəti nə qədərdir və hansı həddə insan üçün narahatçılıq yarada bilir?
    21499 Qədim kəlam 2010/11/08
     Şeytan və cin kəlməsi dəfələrlə və bir çox yerdə Qurani- kərimdə zikr olunmuş və cin surəsi nazil olmuşdur. Şeytan (ümumi) bir addır ki, hər bir azdırıcı məxluqa, istər insan olsun istərsə də insandan başqa ...
  • Rəf hədisi nədir?
    7014 Hədis elmləri 2012/01/08
    Rəf hədisi, Peyğəmbərdən (s) iki hədisin ünvanıdır. Onlardan birinin mənası məxsus vəziyyətdə İslam dinində təklifin və ya mükəlləfin bəzi işlərindən təklifi və bəzi təsirlərin götürülməsi və başqa birisi isə müəyyən şəxslərə təklifin və bəzi hökmlərin inkar olunmasına aiddir.Birinci hədis, şiənin keçmiş və müasir mötəbər mənbələrinin ...
  • Aşura ziyarətində Bəni Üməyyənin hamısına niyə lənət edirik və deyirik:
    8206 Hədis elmləri 2011/06/28
    İlahi dinin aydın hökümlərindən biri budur ki, Allah Taala heç bir dəstə və nəsli başqalarının günahlarına görə dünyəvi və axirət əzabına düçar etməz. Bu şərtlə ki, o günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və o günahdan çəkinsinlər. Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbiləyə ...
  • Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
    11283 Əməli əxlaq 2012/04/09
    Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik: 1. Ayın hilalını (birinci gecəsində) görmək. Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır. 2. İftar və obaşdanlıq ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154990 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117777 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109720 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98852 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91322 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53359 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45277 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43737 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42904 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...