Ətraflı axtarış
Baxanların
50513
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Sual
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir? Peyğəmbər (s) namazı necə qılmışdır?
Namaz necə qılınmalıdır? Bu haqda göstərişlər varmı?
Qısa cavab

On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. Elə buna görə də, əlibağlı namaz qılmaq müsəlmançılığa deyil, atəşpərəstliyə oxşar bir əməl sayılır. Peyğəmbər (s) namaz qılarkən namazın əvvəlindən sonuna qədər yerinə yetirdiyi əməllər barədə daha dəqiq və etibarlı rəvayətlərə rast gəlirik. Ancaq sözü gedən rəvayətlərdə namaz qılarkən “əli əlin üzərinə qoyulmalıdır” göstərişini görmürük.

Yeri gəlmişkən, xatırlatmalıyıq ki, namazın əlibağlı qılınması Peyğəmbər (s) həyatda ikən yox, vəfatından sonra yəni ikinci xəlifənin dövründə ortaya çıxarılmışdır.

Elə həmin gündən bəri bəzi sünnə əhlini nəzərə almamaq şərtilə, qalan digər sünnülər namazı əlibağlı qılırlar.

Ətreaflı cavab

Peyğəmbər (s) həyatda ikən əli əl üzərinə qoyaraq namaz qılınmayıb. Peyğəmbərimizin (s) özü də namazı əliaçıq qılarmış.[1] Şiələr həmişə olduğu kimi hər bir məsələdə Peyğəmbər (s) və İmamlara (ə) tabe olduqlarını göstəriblər. Elə namazı əliaçıq qılmaları da buna əyani sübutdur. Onlar heç bir zaman əlibağlı namaz qılmayıb. Çünki əlibağlı namaz qılmaq (bidətdir) dinə əlavədir. Əlibağlı namaz qılmaq dinimizin göstərişi olmayıb. Əslində namaz bu şəkildə Peyğəmbərin (s) vəfatından sonra yəni ikinci xəlifənin zamanında qılınmışdır. Elə həmin dövrdən başlayaraq bu günə qədər namazın əlibağlı şəkildə qılınması bir şox müsəlmanlar arasında sünnəyə[2] çevirilərək əməl olunur.[3]

 İmamların (ə) göstərişində isə əlibağlı namaz qılmaq kafir və atəşpərəstlərin adət və ənənələrinə oxşar olduğu bildirilir. Məhz elə ona görə də, İmamalar (ə) şiələrə Peyğəmbərin (s) sünnəsinə əməl etməyi yəni əliaçıq namaz qılmağı əmr ediblər.

Əbi Həmid Saidinin nəql etdiyi hədisdə Peyğəmbər (s) namaz qılarkən yerinə yetirdiyi bütün əməllər yəni “Allahu əkbər” dən başlayaraq namazın “salamına” qədər olan hər bir vacib və müstəhəb əməllər qeyd olunmuşdur. Lakin həmin hədisdə əlibağlı kimi “dinə əlavə” halı qeydə alınmamaışdır. Əksinə olaraq, haqqında danışdığımız hədisdə Peyğəmbər (s) “Allahu əkbər “dedikdən sonra əlini aşağa salıb yan tərəflərə birləşdirməsi aydın göstərilmişdir.[4] və hamıya məlumdur ki, Peyğəmbər (s) həyatda ikən heç bir müstəhəb əməli tərk etməmişdir.

Yuxarıda qeyd etdiyimiz mövzu barədə başqa hədislər də nəql olunmuşdur. Onlardan biri də Həmad ibni İsanın İmam Sadiqdən (ə) nəql etdiyi hədisdir. Həmad ibni İsa İmam Sadiqdən (ə) ona namazı kamil və doğru şəkildə qılınmasını öyrətsin deyə müraciət edir. İmam (ə) üzünü qibləyə tutub bütün müstəhəb əməlləri yerinə yetirdikdən sonra Allahu əkbər deyib namazı qılmağa başlayır. O, namazı elə bu gün şiələr qıldığı kimi qılaraq salamını deyib namazı başa vurur.[5]

Qeyd etdiyimiz hədisdə İmam Sadiq (ə) eyni ilə Peyğəmbər qıldığı namazı Həmad ibni İsaya öyrədir. Amma gördüyünüz kimi İmam (ə) Həmada təlim verdiyi zaman heç də əli əl üzərinə qoymaqdan söhbət açmır. Əgər əli əl üzərinə qoymaq sünnə olardısa yəqin bilin ki, İmam (ə) namazı öyrədərkən onu da öyrədər yaxud ən azından ona işarə edərdi. Deməli, bu şəkildə namaz qılmaq sünnə olmadığı üçün İmam (ə) da ondan söhbət açmayıb.

Bura qədər sadaladığımız hədislərlə bərabər İmamlardan (ə) da bizə çoxlu saydə hədislər gəlib çatıb. Həmin hədislərdə əli əl üzərinə qoyub namaz qılmağı kafir və atəşpərəstlərin əməllərinə oxşar bir əməl olduğu vurğulanıb. Əlibağlı namaz qılmağı kafir əməlinə bənzədən bir nəçə rəvayəti diqqətinizə çatdırırıq:

1. Məhəmməd ibni Müslim İmam Sadiq (ə) yaxud İmam Baqirdən (ə) belə nəql edir:

قاله: قلت له: الرجل یضع یده فی الصلاه –و حکی- الیمنی علی یسری؟ فقال: ذالک التکفیر لا یفعل[6]

2. Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

انه قال: و علیک بالا قبال علا صلا تک ولا تکفر فانما یصنع ذالک المجوس[7]

3. Şeyx Səduq Əli (ə)– a istinadən belə nəql edir:

انه قال: لا یجمع المسلم یدیه فی الصلاته و هو قائم بین یدیالله عز و جل یتشبه با هل الکفر یعنی المجوس[8]

 



[1] - Bu haqda nəql olunan hədis qeyd olunacaq.

[2] - Haqqında danışdığımız mövzu barədə Büxarinin Səhl ibni Səiddən nəql etdiyi hədisi göstərə bilərik: 

کان النا س یومرون ان یضع الرجل الید الیمنی علی ذراعه یسری فی صلاه

“Fəthül-bari fi şərhi səhihil-büxari”,cild. 2, səh. 224.

Əgər Peyğəmbər (s) namazda əlibağlı olmaq əmri vermişdirsə bəs niyə hədisdə “کان النا س یومرون” gətirilib ?! Deməli, peyğəmbər (s) belə bir göstəriş verməyib. Əgər peyğəmbərin belə bir əmri olsaydı əslində hədisdə belə “کان النبی یامر” deyilməli idi.

[3] - Hənəfilər,Şafeilər və Hənbəlilər əlibağlı namaz qılmağı sünnə və müstəhəb bilirlər. Amma Malikilər isə onların əksinə olaraq əliaçıq namaz qılmağı müstəhəb bilir. ”Əl-fiqhu ələl- məzahibil- xəmsə”, səh. 110.

[4] - “Sünəne Beyhəqi”, cild. 2,72,73,101,102; “Sünəne Əbi Davud”, cild. 1,səh. 194.

[5] - “Əl- vəsail”,cild. 4,fəsl.1,hədis.1.

[6] - “Əl- vəsail”,cild. 4, fəsl,15,hədis. 1

[7] - “Əl- vəsail”, cild. 4, fəsl,15,hədis. 2,3,7.

[8] - Cəfər Sübhani, “Fiqhul- şiə əl- imamiyyə və mvazeul- xilaf bəynəhu və bəynəl- məzahebil- ərbəə” ,səh. 183.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Haram yoldan əldə edilmiş və sahibi də məlum olmayan pulun xumsu ödənməlidirmi?
    2674 İtmiş və sahibsiz mallar 2012/10/15
    Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, Maliki məchul malın hökmündədir. Və xumsu yoxdur. Bəlkə o pulun bütövü Camiuş- şərait bir mərcəi təqlidin ixtiyarında olmalıdır və ya onun icazəsi ilə sahibinin niyyətinə ...
  • "Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
    2805 Təfsir 2012/02/07
     «صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2] Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım ...
  • Məskən faizsiz borc hesablarında yığılan pullara xums düşürmü?
    2326 Nizamlar hüquq və əhkam 2011/05/31
    Bir şəxsin yaşamaq üçün evi yoxdur və ev almaq ya ehtiyacı olduğu şeyləri almaq üçün əmanətə pul qoyubdur, bu pula xums düşürmü? Sualının cavabında Rəhbər buyurur: Qazanc mənfəətindən əmanətə qoyulan pul, əgər yaşayış xərclərini ödəmək üçün olarsa, xums ilinin əvvəlində, xumsu var. Yox əgər əmanətə qoyulan pul yaşayışın zəruri şeylərini ...
  • Övladın dünyaya gəlişindən əvvəl valideynlərin riayət etməli olduqları şeylər hansılardır?
    5641 Nizamlar hüquq və əhkam 2011/09/12
    Övladın dünyaya gəlişindən əvvəl ata-ananın riayət etməli olduğu əməllərin bəzisi aşağıdakılardan ibarətdir:Dinin vacib əməllərini yerinə yetirmək, ailə münasibətlərinə riayət etmək, halal, pak-pakizə yeməklər və müxtəlif çeşidli meyvələr yemək, genetik analizlər vermək və yoxlanışdan keçmək, ruhi yorğunluq və sarsıntıların qarşısını almaq, gözəl təbii mənzərələrə tamaşa etmək, fiziki gigiyena qaydalarına riayət ...
  • Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
    3057 Qədim kəlam 2011/04/14
    “Hübut” kəlməsi “yuxarı çıxmaq” mənasına olan “süud”un antonimidir və “yüksəklikdən aşağı enmək” mənasını ifadə edir. Bəzi hallarda da müəyyən bir məkanda hülul etmək (yerləşmək) mənasına işlənir. Adəm (əleyhis-salam)-ın behiştdən hübutu, eləcə də “hübut” kəlməsinin mənasının araşdırılması ilk növbədə o həzrətin məskunlaşdığı behiştin necə məna edilməsinə ...
  • sms vasitəsi ilə naməhrəmlə zarafat etməyin hökmü nədir?
    3668 Nizamlar hüquq və əhkam 2011/06/21
    Neçə məsələyə diqqət etmək sizə cavaba yetişməkdə kömək edə bilər:1.     İnsandakı güclü instiktlərdən biri cinsi şəhvətdir ki,əgər azğınlaşsa onu ələ almaq qeyri mümkün ya çətin olacaq.
  • Heyz və adət halında olan qadının Quran oxumasının iradı var yoxsa, yoxdur?
    2272 Nizamlar hüquq və əhkam 2011/08/23
     AyətullahMəhdiHadəviTehraninin (ömrüuzanolsun) cavabı: QadınlarınadəthalındaoxuduqlarıQuran
  • Ayə və rəvayətlər nəzərindən, hansı əməllər yaxşı və bəyənilmiş əməllərin batil olmasına səbəb olur?
    2605 Əməli əxlaq 2012/01/16
     Quran və rəvayətlərdə Allaha iman şirkdən və mürtəd olmaqdan uzaq olmaq, əməllərin qəbul olmasın da ilk şərtlər kimi gəlib ki, onsuz heç bir yaxşı əməl qəbul olmur. Namazı tərk etmək, yaxşı əməllərdə minnət qoymaq, baş verən hadisələrə razı olmamaq və ... bu kimi əməllərinizin silinməsinin səbəblərinin (ki, ətraflı cavabla bu ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19877 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    2730 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    93557 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    65050 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    50513 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    31254 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    22575 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    19877 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    18129 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    16643 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    16211 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    15381 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər