Ətraflı axtarış
Baxanların
5621
İnternetə qoyma tarixi: 2014/09/14
Sualın xülasəsi
Nə üçün biz şiəyik və digər məzhəblərə etiqadımız yoxdur?
Sual
Nə üçün biz şiəyik və digər məzhəblərə etiqadımız yoxdur?
Qısa cavab
Ümumiyətlə dini, ilahi (vəhyə məxsus) və bəşəri olmaqla iki qismə bölürlər.Din,fərdin və ya cəmiyyətin idarəsi üçün,habelə insanların vəhy və əql yolu ilə inkişafı məqsədiylə insanların ixtiyarında qoyulmuş bir sıra əqidə,əxlaq və qanunlar toplusundan ibarətdir.
İslam sözünün lüğəvi mənası təslim olmaq və boyun əyməkdən ibarətdir və şiə sözü isə “ardıcıl” anlamına gəlir.
Şiə məzhəbinin digər məzhəblərə olan üstünlüyü onun “haqq olması” nöqteyi nəzərdəndir və haqq din isə hər zaman yalnız bir dinə məxsus olmuşdur.Allah təala tarixin  hər bir zamanında bir şəriəti hakim qərar vermiş və həmin zamanda  o şəriətdən başqa mövcud olan hər bir din və ya məzhəb ya batil və yalan olmuş ya da həmin şəriət tərəfindən nəsx (bir dinin və ya hökmün digər din və ya hökm tərəfindən aradan aparılması) olunmuşdur. İslam bəşəriyyət üçün göndərilmiş ən kamil və sonuncu dindir və Allah taala bu dindən savayı heç bir dini qəbul etməyəcəkdir.
Şiə məzhəbinin təməli və əsası, tohid,ədl,nübüvvət,imamət və məaddır.Şiə on iki məsum imamı (ə) peyğəmbərin (s) canişi olaraq qəbul etmişdir ki,bunlardan birincisi Əli (ə) və sonuncusu isə Məhdi (ə) - dir. Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə  on iki məsum imamın (ə) adları və sayı açıq-aşkar gəlmişdir.
Şiələr öz əməl,ədiqə,əxlaq və mənəviyyatının hamısını İslam təlimlərinə,Quran və peyğəmbərin (s) göstərişlərinə uyğun qərar vermiş və onun əmrini Allahın əmri bilmişlər.Peyğəmbər (s) bu ləqəbi (şiə) özü həyatda ikən Əmirəl-möminin (ə) ardıcıllarına vermişdir.
Ətreaflı cavab
Ümumiyətlə dini, ilahi (vəhyə məxsus) və bəşəri olmaqla iki qismə bölürlər.
  • Bəşərə məxsus din:Bəşəriyyətin öz ağıl və nəzərinə söykənərək özü üçün yaratdığı bir sıra əqidə,əxlaq və qanunlar toplusudur.Bu səbəbdən dolayı,bu kimi bir din insanın həva-həvəsinə  əsir olmuş və insan əlində  alətə çevrilmiş bir dindir.
  • İlahi din (vəhyə məxsus din) : Allahın, bəşərin hidayəti üçün, habelə bəşər övladının bu təlimlərə sığınaraq öz nəfsini cilovlaya və öz azadlığını təmin edə bilməsi üçün göndərdiyi bir saıra əqidə,əxlaq və qanunlar toplusundan ibarətdir.[1]
İslam sözünün lüğəvi mənası təslim olmaq və boyun əyməkdən ibarətdir.Bu səbəbdəndir ki,Qurani kərim dəvət etdiyi dinin adını İslam qoymuşdur.Çünki, İslamın bütün proqramı insanın aləmlərin rəbbi önündə təslim olmasından ibarətdir[2] və bu təslimin nəticəsində insan Allahdan savayı heç kimə ibadət etməməli və ondan savayı heç kimə itaət etməməlidir.
İslam dini kamala və əbədi səadətə çatması,habelə insanların hidayəti üçün mütəal Allah tərəfindən göndərilmiş ən kamil və hər tərəfli bir dindir.[3]
Bizim İslam dinini qəbul etməyimizə səbəb kimi aşağıdakıları göstərmək olar:
  1. İslam dininin hərtərəfli bir din olması
  2. İslam təlimlərinin sağlam əqlə uyğun olması
  3. Digər dinlərdə olan çatışmamazlıqlar
  4. Digər dinlərin zamanının sona çatması və keçən zaman ərzində təhrif olmaları[4]
Bu zamana qədər nazil olmuş dinlərin çoxsaylılığı tuli yox ərzidir.Bu mənada ki,yeni nazil olmuş hər bir din özündə öncəki dini nəsx edən və tamamlayandır və yeni dinin gəlişiylə öncəki din sona çatır və öz yerini yeni dinə verir.Bununla da yeni gələn dinə itaət etmək və ona iman gətirmək artıq  hər kəsə vacib olur.Bu səbəbdəndir ki,müqəddəs kitabların mətnlərində yeni dinə iman gətirməyən şəxslər “kafir” olaraq yad edilir.
İslam bəşər üçün göndərilmiş ən kamil və sonuncu dindir və Allah İslam dinindən savayı heç bir dini qəbul etməyəcəkdir.Heç bir şəkk yoxdur ki,Allah yanından yeganə din İslam dinidir[5] və hər kəs İslamdan qeyri bir dini seçsə Allah onu qəbul etməyəcəkdir[6].[7]
İslam peyğəmbərinin (s) öncədən bildirdiyi kimi çox təəssüf ki,müsəlmanlar da keçmiş din sahibləri və qövmlər kimi müxtəlif məzhəblərə bölündülər.Həzrət (s) bu barədə buyurmuşdur:
«ان امّتی ستفرق بعدی علی ثلاث و سبعین فرقة، فرقة منها ناجیة، و اثنتان و سبعون فی النار»
“Mənim ümmətim məndən sonra yetmiş üç firqəyə bölünəcəkdir və onların içərisindən yalnız bir firqə nicat tapacaqdır və digər firqələr isə cəhənnəm əhli olacaqdır.[8]
Bu firqələrin hər biri nicat tapmış firqə olduğunu iddia edirlər və öz iddialarının isbatı üçün müxtəlif dəlillər ortaya qoyurlar.Ancaq məlum olan şey budur ki,bir firqədən başqa bütün hamısı haqq üzərində olmayacaqdır.Qəti dəlillərə əsasən,bu İslam məzhəbləri arasında nicat tapmış haqq məzhəb və firqə on iki imama etiqadı olan  şiə məzhəbidir və şiə məzhəbi doğru və həqiqi olan İslamın özüdür.Şiə özünü haqq və nicat tapmış olmasının isbatı yönündə qane edici dəlillərə söykənir və öz əqidəsinin doğru olmasında israr edir.Çünki,bu əqidə əqldən və nəqldən (Quran,Peyğəmbərin və Əhli-beytin sünnəti)  qaynaqlanır.
Şiə məzhəbinin dəlilərini bəyan etməmişdən öncə şiə sözünün mənasını bəyan edəcəyik:
Şiə sözü ərəb lüğətində “ardıcıl” mənasını ifadə edir.Qurani-kərim buyurur:
و ان من شیعته لابراهیم
İbrahim onun (Nuhun) ardıcıllarından idi.[9]
Ancaq terminoloji mənasında isə,şiə o şəxslərə deyilir ki,peyğəmbərin (s) dünyadan köçməmişdən öncə öz canişinini və xəlifəsini müxtəlif zamanlarda,o cümlədən,hicri ilinin onunda və zil-hiccə ayının 18-də Qədir-xum adlı məntəqədə böyük bir cəmiyyətin qarşısında bəyan etdi və onu insanların siyasi,elmi və dini sahələrdə müraciət edəcəyi bir şəxs olaraq təyin etmişdir.
Rəvayətlərə əsasən,İslam peyğəmbəri (s) bu ləqəbi (şiə) özü həyatda ikən Əmirəl-mömininin (ə) ardıcıllarına qoymuşdur.Peyğəmbər (s) Əli ibn Əbi Talibə işarə edərək bildirmişdi:
و الذی نفسی بیده، ان هذا و شیعته لهم الفائزون یوم القیامة
Canım əlində olana and olsun ki, qiyamət günündə yalnız o (Əli) və ardıcılları nicat tapacaqlar[10].[11]
Şiə məzhəbinin əsası və sütunu ,tövhid,mübuvvət,ədl, imamət və məaddır.Şiələr peyğəmbərdən (s) sonra on iki məsum imamın (ə) canişinliyinə etiqad bəsləyirlər. Bu imamların birincisi Əli (ə),sonuncusu Məhdi (ə.c)-dir.Peyğəmbərdən nəql olunan rəvayətdə o Həzrət (s) imamların sayını,hətta adlarını aşkar şəkildə bəyan etmişdir.
Şiənin dəlilləri
Bu barədə çox sayda dəlil olsada,biz bunlardan yalnız bir neçəsini bəyan etməklə kifayətlənəcəyik:
  1. Əqli:
1-1-Lütf dəlili:Bu dəlilə əsasən,Allaha vacibdir ki,insanların hidayəti üçün öz dininin təbliği üçün peyğəmbər göndərsin və habelə,peyğəmbərdən sonra da peyğəmbərlərin qoyduğu yolun davam etməsi üçün imamlar da göndərməsi vacibdir.
1-2- Şiə isbat olunmuş dini təlimlərə[12] əsasən,imam üçün bəzi şərtlərin olmasının vacibliyinə etiqadı bəsləyir.Bu şərtlərdən bəzilərinə,ismət[13],ən elmli olmaq,ən üstün olmaq və s. kimi xüsusiyyətləri göstərmək olar.Bu xüsusiyyətləri (xüsusəndə ismət) tanımaq insanlar üçün qeyri mümkündür və yalnız Allahdır ki,bu kimi xüsusiyyətlərə kamil agahlığı vardır.Nəticədə,yalnız Allah imamı seçib onu bu məqama təyin etmək iqtidarına malikdir.
  1. Nəqli:
2-1-Quran:
A-
إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذينَ آمَنُوا الَّذينَ يُقيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُون[14]
“ Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
Peyğəmbər “İlahi mənim sinəmi genişləndir və işləri mənə asan qərar ver,mənim ailəmdən Əlini mənim vəzirim qərar ver ki,onunla arxam möhkəm və güclü olsun” duasını etdikdən sonra Cəbrail (ə) nazil oldu və peyğəmbərə (s) dedi: “Oxu!” Peyğəmbər (s) dedi:”Nə oxuyum?” Dedi: Bunu oxu:
إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا ...
Yəni, necəki Allah və onun peyğəmbərin (s) insanlar üzərində vilayəti var,Əlinin də (ə) insanlar üzərində vilayəti vardır.[15]
B-
يا أَيُّهَا الَّذينَ آمَنُوا أَطيعُوا اللَّهَ وَ أَطيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُم[16]
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”
“Ulul-əmr” dedikdə,məsum imamlar nəzərdə tutulur. Allah və peyğəmbər (s) tərəfindən İslam ümmətinin maddi və mənəvi rəhbərliyi onların öhdəsinə qoyulubdur və onlardan başqalarına şamil deyildir.[17]
«و انذر عشیرتک الاقربین»[18]
«یا ایها الرسول بلغ ما انزل الیک من ربک و ان لم تفعل فما بلغت رسالته»[19]
«الیوم اکملت لکم دینکم واتممت علیکم نعمتی و رضیت لکم الاسلام دینا"[20]
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت ...»[21]
kimi bir çox ayələr bu mövzuda nazil olubdur.[22]
2-2-Sünnət
Peyğəmbər (s) tarixdə və rəvayətlərdə bəyan olunduğu kimi,daima Əmirəl-möminin Əli (ə) –i özünün vəsisi və canişini kimi tanıtdırırdı.Biz buna misal olaraq bir neçə hədisi nəql edəcəyik:
  • “Yəumud-dar” hədisi:
قال رسول الله(ص) :ان هذا اخى و وصيى و خليفتى فيكم فاسمعوا له و اطيعوه[23]
Peyğəmbər buyurub: Bu (Əli),mənim sizin aranızda vəsim və canişinimdir.Onun sözünə qulaq asın və əmrlərinə itaət edin.
  • “Tayr ” hədisi:
فَإِنَّ رَسُولَ اللَّهِ ص أُتِيَ بِطَيْرٍ مَشْوِيٍّ مِنَ الْجَنَّةِ فَدَعَا اللَّهَ عَزَّ وَ جَلَّ أَنْ يَدْخُلَ عَلَيْهِ أَحَبُّ خَلْقِهِ إِلَيْهِ فَوَفَّقَنِي اللَّهُ لِلدُّخُولِ عَلَيْهِ حَتَّى أَكَلْتُ مَعَهُ مِنْ ذَلِكَ الطَّيْرِ[24]
Peyğəmbər (s) üçün beyiştdən qızardılmış toyuq gətirmişdilər və o Həzrət Allahdan istədi ki,ən sevimli məxluqunu yanına gətirsin.Sonda,Allah məni müvəffəq etdi və mən o Həzrətin yanına getdim və Həzrətlə birlikdə o toyuqdan yedim.
  • “Mənzilət” hədisi:
 
قال رسول الله(ص): يا على انت منى بمنزلة هرون من موسى الا انه لا نبى بعدى[25]
Peyğəmbər buyurub: Ya Əli! Sənin mənə mənsubiyyətin Harunun Musaya (ə) olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”
  • “Səqəleyn” hədisi :
قال (ص) فيما أبان به أهل بيته إني تارك فيكم الخليفتين أحدهما أكبر من الآخر كتاب الله حبل ممدود من السماء إلى الأرض و عترتي أهل بيتي نبأني اللطيف الخبير أنهما لن يفترقا حتى يردا علي الحوض[26]
Rəsulullah (s) belə buyurmuşdur: "Mən sizin aranızda iki şey əmanət qoyuram və bu şeylərdən biri digərindən böyükdür. Göydən yerə uzanan ip kimi olan Allahın kitabı və İtrətim Əhli Beytim. Bu ikisi Qiyamət günü hovuzun başında mənə gələnə qədər əsla bir birindən ayrılmayacaqdır.
  • “Qədir” hədisi:
قال رسول الله(ص): فمن كنت مولاه فعلى مولاه
“Mən kimin mövlasıyamsa,Əli də onun mövlasıdır.”
Və Həzrət bu sözü üç dəfə,bəzi ravilərin sözünə görə dörd dəfə təkrar etdi və bu sözü dedikdən sonra Həzrət (s) başını yuxarı qaldırdı və ərz etdi:
 
اللهم وال من والاه و عاد من عاداه و احب من احبه و ابغض من ابغضه و انصر من نصره و اخذل من خذله و ادر الحق معه حيث دار
“İlahi,onu sevenləri sev və onun düşmənlərinə düşmən ol.Onu sevənləri məhbub qərar ver və ona ona nifrət bəsləyənlərə nifrət et.Ona kömək edənlərə kömək et və ona kömək etməyənləri öz köməyindən məhrum et.Haqqı onunla birgə qərar ver və onu haqdan ayırma.” Həzrət (s) sonra buyurdu:
الا فليبلغ الشاهد الغائب
 
Burada hazır olanlar burda olmayanlara bunları çatdırsınlar.”[27]
 
Bu hədislər bu mövzuda nəql olunan hədis dəryasından yalnızca bir damla idi.
Deməli,şiələr öz əqidə,əməl,əxlaq və mənəviyyatlarını  İslam təlimlərinə uyğun qərar vermiş  və onlar peyğəmbərin (s) göstərişlərindən bir an belə olsun kənara çıxmamış şəxslərdirlər.O Həzrətin əmrinin Allahın əmri olduğuna inanmış,eləcədə Qurana və peyğəmbərə tabe olmuşlardır.[28]Şiələr Peyğəmbərin (s) dəfələrlə öz nübuvvətini Əli İbn Əbi Talibin (ə) xəlifəliyi ilə birlikdə elan etdiyinə inanırlar.
Daha çox məlumat əldə etmək üçün aşağıdakı linklərə müraciət edin:
 
Quranİslam və müsəlmanların mənası,s665 (sayt:829)
İslamın haqq olmasının dəlilləri,s 275 (sayt: 73)
İslamın qəbul edilməsinin dəlilləri, s 1146 (sayt : 1168)
 
 
 

[1] Cavadi Amuli,Abdullah,İntizare Bəşər Əz Din,s 24 və 26
[2] يا اَيُّهَا الَّذينَ آمَنُوا ادْخُلُوا فِى الِسّلْمِ كافَّةً (Ey iman gətirənlər,hamılıqla sülhə gəlin.Bəqərə sürəsi 208-ci ayə)
[3] Maidə 3
[4] Daha çox məlumat əldə etmək üçün İslamı qəbul etməyin dəlilləri  linkinə daxil olun.sual 1146 (sayt : 1168)
[5] ان الدین عندالله الاسلام Allah yanında din,yalnız İslamdır.Ali İmran 19.
[6] و من یبتغ غیر الاسلام دینا فلن یقبل منه Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz...Ali İmran 85.
[7] Daha çox məlumat eldə etmək üçün bu linkə daxil olun:227
[8] Səduq,Xisal,s 585
[9] Saffat 83
[10] Cəlallədin Süyuti,Durrul-mənsur, c 6,Bəyyinə sürəsinin 7-ci ayəsinin təfsirində
(ان الذین آمنوا و عملو الصالحات اولئک هم خیر البریه)
[11] Şiə cavab verir,səhifə 22-23
[12] Şiə məzhəbinin kəlam kitablarına,o cümlədən Kəşful –murad kitabına müraciət edin.İmamət babı,İmamım şərtləri.
[13] Daha çox məlumat eldə etmək üçün Bəqərə sürəsinin 124-cü ayəsinin təfsirinə müraciət edin.
[14] Maidə 55
[15] Maidə 55.  إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
Məcməul-bəyan təfsirində və digər kitablarda “Abdullah ibn Abbas” dan belə nəql olunub:
Bir gün zəmzəm quyusunun yanında oturub camaata peyğəmbərin hədisini nəql edirdi.Birdən bir kişi başında əmmamə və üzü bağlı halda yaxınlaşdı.Abdullah ibn Abbas hər dəfəsində peyğəmbərdən hədis nəql edəndə o da “Qalə Rəsulullah” deyərək peyğəmbərdən başqa bir hədisi nəql edirdi.İbn Abbas ona and vereeək özünü təqdim etməsini istədi.O isə üzünü açaraq dedi:Ey camaat,Məni tanımayanlar bilsinlər ki,mən Əbuzər Ğəffariyəm.Mən öz qulaqlarımla peyğəmbərdən eşitmişəm və əgər yalan deyirəmsə hər iki qulaqlarım kar olsun və bu gözlərimlə görmüşəm.Əgər yalan deyirəmsə,  hər iki gözüm kor olsun.Bilin ki,peyğəmbər belə buyurub:
على قائد البررة و قاتل الكفرة منصور من نصره مخذول من خذله
“Əli yaxşıların öndəri,kafirlərin qatilidir.Hər kəs ona yardım etsə Allah ona yardım edəcəkdir və hər kəs ondan köməyini əsirgəsə,Allah ondan öz köməyini əsirgəyəcəkdir.”
Sonra Əbuzər belə dedi:Ey camaat bir gün peyğəmbərlə məsciddə namaz qılırdım.Birdən bir dilənçi məscidə daxil oldu və məsciddəkilərdən yardım istədi.Ancaq heç kim ona bir şey vermədi.O,öz əllərini asimana tərəf qaldırıb dedi:İlahi,sən özün şahid ol ki,mən sənin peyğəmbərinin məscidində kömək istədim,ancaq heç kimi mənə yardım etmədi.O anda,namaz halında olan Əli sağ əlinin kiçik barmağıyla işarə etdi və dilənçi ona yaxınlaşdı və həzrətin barmağından üzüyü çıxartdı.Namaz halında olan peyğəmbər bu hadisəni müşahidə etdi.Namazı bitirdikdən sonra başını göyə qaldıraraq dedi:İlahi,qardaşım  Musa səndən onun ruhunu genişləndirməyi,işlərini asanlaşdırmağını və insanların onu anlaması üçün dilindəki düyünü açmağını istədi.Həmçinin,səndən öz qardaşı Harunun ona yardımçı və vəzir qərar verməyini və onun vasitəsiylə daha da güclü etməyini və öz işlərində şərik qərar verməyini istədi.İlahi,mən sənin seçdiyin peyğəmbərin olan Muhəmmədəm.Mənim sinəmi genişləndir və işləri mənə asan qərar ver.Ailəmdən Əlini mənə vəzir qərar ver ki,onunla arxam möhkəm və güclü olsun.Abuzər dedi:Peyğəmbərin duası sona çatmamışdı ki,Cəbrail nazil oldu və peyğəmbərə dedi:Oxu,Peyğəmbər buyurdu:Nə oxuyum? Dedi: Bunu oxu:
إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا ...
(Nümunə təfsiri,cild 4, səhifə 422).
[16] Nisa 59.
Bütün şiə müfəssirlərinin ittifaq ediblər ki,”ulul-əzm”-dən məqsəd məsum imamlardır ki,peyğəmbər (s)  İslam cəmiyyətinin maddi və mənəvi rəhbərliyini onların öhdəsinə qoyubdur və onlardan qeyrisinə şamil deyildir.Əlbətdə,əgər onlar, kimlərisə hansısa bir vəzifəyə təyin edibsə,müəyyən şərtlərlə onlara itaət etmək vacibdir.Ancaq bu itaət o şəxslərin “ulul-əmr” olması səbəbindən deyildir.Bəlkə,bu itaət onların “ulul-əmr”-in nümayəndələri olduqlarına görədir.
[17] Nümunə təfsiri,Cild 3,Səhifə 436
[18] Şüəra 214.
[19] Maidə 67.
[20] Maidə 3.
[21] Əhzab 33.
[22] Əllamə Hilli,Əlfəyn,Əlinin (ə) imamətliyinə və müxalif tərəfin şübhələrinin batil olmasına min dəlil bəyan etmişdir.
هذا الكتاب الموسوم بكتاب الألفين الفارق بين الصدق و المين فأوردت فيه من الأدلة اليقينية و البراهين العقلية و النقلية ألف دليل على إمامة سيد الوصيين علي بن‏أبي طالب أمير المؤمنين ع و ألف دليل على إبطال شبه الطاعنين و أوردت فيه من الأدلة على باقي الأئمة ع ما فيه كفاية للمسترشدين
(Əlfəyn kitabının müqəddiməsi)
[23] Nümunə təfsiri,cild 15,səhifə 372.
[24] Səduq,əl-Xisal,cild 2,səhifə 580
[25] Rozətul-kafi,tercumeye Qomreyi,cild 2,səhifə 182
[26] Kəşful-gümmə,tərcümə və şərhe zəvareyi,cild 1,asəhifə 44
[27] Nümunə təfsiri,cild 5,səhifə 12
[28] اطيعوا الله و اطيعوا الرسول ayəsinə əsasən,Muhəmməd sürəsi, 33-cü ayə və و ما آتاكم الرسول فخذوه Həşr sürəsi 7-ci ayə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6386 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9605 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Sualın xülasəsi: İmamlar (ə) və alimlər baxımından namazın ilk vaxtında qılınmasının savabını bəyan edin.
    6814 Hədis elmləri 2012/04/18
    Namzın ilkin vaxtında qılınmasının çoxlu sayda savab və təsirləri bəyan edilmişdir. Məsələn: Namzın savabının iki qat olması, İlahi məhəbbətini qazanmaq və s... Alimlər də bu mövzuya diqqət etməklə insanları namzın ilkin vaxtında qılınmasına çağırmışlar. Bunu Allaha yaxınlaşma və seyri sluk üçün ən mühüm əsaslardan hesab ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    14315 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8256 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5902 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6941 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7192 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Bilmək istərdim sünnülər xüsusiylə də vəhhabilər hansı dəlilə əsasən deyirlər ki, Peyğəmbərlər yalnız vəhy aldıqlarında məsumdurlar nəinki hər bir halda?
    9291 Qədim kəlam 2012/10/09
    Sünnülərdən bəzi tayfaları (Həşəviyyə və Sələfilər kimi) Qurandan dəlil gətirmək həzrət Adəm və onun behiştdən çıxarılmasını bildirən ayələr kimi, dəlil gətirirlər ki, Peyğəmbərlər yalnız vəhy və risalətlərinin təbliği zamanı məsumdurlar və digər hallarda günahkar və səhvə də yol verirlər. O cümlədən, Sələfilər (Vəhhabilər) də bildirirlər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8301 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164825 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164349 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119884 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113939 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111088 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94230 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46311 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...