Baxanların
3386
İnternetə qoyma tarixi: 2008/02/26
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
Sual
“Nəhcul-bəlağə” və imam Əli (əleyhis-salam)-ın nəzərindən Quran hansı məqama malikdir?
Qısa cavab

İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. “Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir: 1. Xeyirxah nəsihətçi,  2. Ən yaxşı yol göstərən, 3. Düz danışan natiq, 4. Ən möhkəm və xatircəm sığınacaq yeri, 5. Şəfa verən, 6. Elm və mərifətin mənşəyi, 7. Ən yüksək sərvət, 8. Qəlblərin dirilməsinə və təravətli olmasına səbəb, 9. Ən yüksək şəfaət edən, 10. Hərtərəfli bir kitab və s.

Ətreaflı cavab

Quran və əzəmətli Peyğəmbər (səlləllahu əleyhi və alih) məktəbində tərbiyə alan birinci dərəcəli şəxs – İmam Əli (əleyhis-salam) özünün “Nəhcul-bəlağə”dəki kəlamlarında, xütbələrində və məktublarında müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq Quranın bir çox xüsusiyyətlərini bəyan etmiş, onun dəyərlərini camaat üçün sadalamış, bu səmavi kitabı yüksək əzəmətlə vəsf etmiş, camaatı Quranın haqqına riayət və onun barəsində dərindən təfəkkür etmək üçün dəfələrlə təşviq etmişdir. Belə ki, özünün bərəkətli həyatının axırlarında belə, həm maddi, həm də mənəvi övladlarına Qurana əməl etməyi vəsiyyət edərək buyurur: “Allah, Allah! Quran barəsində (diqqətli olun)! Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizdən qabağa keçə!”[1] Belə təkidlərin hamısı bu asimani kitabın Əli (əleyhis-salam)-ın nəzərində nə qədər əzəmətli olmasını göstərir. Bu kəlmələri aşağıdakı əsas mövzularda və mehvərlərdə təsnif etmək olar:

1. Xeyirxah nəsihətçi: “Bilin ki, bu Quran heç vaxt aldatmayan xeyirxah nəsihətçidir.”[2]

2. Ən yaxşı yol göstərən: “Quran heç vaxt azdırmayan bir yol göstərəndir.”[3]

3. Düz danışan natiq: “Heç vaxt yalan danışmayan bir natiqdir.”[4]

4. Ən möhkəm və etibarlı sığınacaq yeri və pənahgah: “Qurana hökmən əməl edin! Çünki o, möhkəm və sarsılmaz ilahi bir ip, aşkar nur və faydalı dərmandır; (ruhi) susuzluğu yatırır, ona sarılanları (zəlalətdən) qoruyub saxlayır, ona arxalananlara nicat verir. Onda heç bir əyrilik yoxdur ki, düzəldilməyə ehtiyaclı olsun; batilə meyl etmir ki, ondan qaytarılsın.”[5]

5. Şəfa verən: “Öz (ruhi və mənəvi) xəstəlikləriniz üçün Qurandan şəfa alın, çətinliklərinizi həll etmək üçün ondan kömək diləyin! Çünki küfr, nifaq, zəlalət və azğınlıq kimi ən böyük dərdlərin şəfası Qurandadır.”[6]

6. Bütün elm və mərifətin mənşəyi: “...Bütün elm və mərifətin mənşəyi Qurandadır.”[7]

O həzrət başqa yerdə Qurandakı sonsuz elmlərə işarə edərək buyurur: “Allah Quranı alimlərin elm yanğısını söndürən, fəqihlərin qəlbi üçün (nuranilik verən) bahar yağışları, habelə salehlər üçün çox geniş bir yol qərar vermişdir...”[8]

7. Ən yüksək sərvət: “Bilin (və agah olun)! Qurana sahib olduqdan sonra sizlərdən heç birinizin  azacıq belə, ehtiyac və fəqirliyi olmaz. Bir kəs də Qurana sahib olmadan ehtiyacsız olmayacaqdır.”[9]

8. Qəlblərin dirilib təravətli olması səbəbi: “Qəlblərin baharı Qurandadır...”[10]

9. Ən yüksək şəfaət edəndir: “Bilin! Quran şəfaəti qəbul olunan bir kitab, sözü təsdiq olunmuş natiqdir. Qiyamət günü Quran hər kəsə şəfaət etsə,  Quranın onun barəsindəki şəfaəti qəbul olunacaqdır.”[11]

10. Əbədi kitab: “Quran heç vaxt sönməyən bir nur, işığı məhv olmayan bir çıraq, ənginlikləri dərk olunmayan bir dəryadır; onun yolçuları üçün heç vaxt  azmayan bir yol, nuru sönməyən bir şölədir, haqq ilə batili bir-birindən ayırandır, onun dəlil-sübutlarının nuru heç vaxt sönməz...”[12]

11. Qurani-kərimin hərtərəfli olması barəsində imam Əli (əleyhis-salam) buyurur: “Pərvərdigarın kitabı sizin aranızdadır: o, halal və haramı, vacib və müstəhəbbi, nasix və mənsuxu, mübah və qadağanı, xassı və ammı, öyüd-nəsihət və məsəlləri, mütləq və müqəyyədi, möhkəm və mütəşabehi bəyan edir, özünün mücməl (yığcam və zahirdə dərk olunmayan) ibarələrini təfsir edir və mürəkkəb məsələlərini aydınlaşdırır.”[13]

Həmçinin buyurur: “Quranda keçmişdəkilərin və gələcəkdəkilərin xəbərləri, həyatda ehtiyac duyduğunuz hökmlər mövcuddur.”[14]

Həzrət 198-ci xütbədə Quranın dəyəri barəsində müfəssəl şəkildə söhbət açmışdır. Çox yüksək bəyan üslubuna malik olam bu kəlamlar Quranının dəyər və xüsusiyyətlərini o qədər gözəl şəkildə bəyan edib aydınlaşdırır ki, əlavə heç bir izaha və təfsirə yer qalmır.

Qeyd olunanlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ikinci vəhy təfsirçisi olan Əli (əleyhis-salam)-ın kəlamında Quranın vəsfi və məqamı barəsində kiçik nümunələr idi.

Bu barədə əlavə məlumat almaq üçün “Nəhcul-bəlağə”nin 110, 183, 169, 157, 158, 133, 176 və 198-ci  xütbələrinə müraciət edə bilərsiniz.

 


[1] “Nəhcul-bəlağə”, Məhəmməd Dəştinin tərcüməsi, 47-ci məktub, səh. 559

[2]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا.أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغُشُّ

[3]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ

[4]  “Nəhcul-bəlağə”, xütbə 176: وَ الْمُحَدِّثُ الَّذِي لَا يَكْذِبُ

[5]  “Nəhcul-bəlağə”, xütbə 156

[6]  “Nəhcul-bəlağə”, xütbə 176

فَاسْتَشْفُوهُ مِنْ أَدْوَائِكُمْ وَ اسْتَعِينُوا بِهِ عَلَى لَأْوَائِكُمْ فَإِنَّ فِيهِ شِفَاءً مِنْ أَكْبَرِ الدَّاءِ وَ هُوَ الْكُفْرُ وَ النِّفَاقُ وَ الْغَيُّ وَ الضَّلَالُ

[7] “Nəhcul-bəlağə”, xütbə 176:  وَ يَنَابِيعُ الْعِلْمِ

[8] “Nəhcul-bəlağə”, xütbə 198

[9] “Nəhcul-bəlağə”, xütbə 176: وَاعْلَمُوا اَنَّهُ لَيْسَ عَلَى اَحَدٍ بَعْدَ الْقُرْآنِ مِنْ فَاقَةٍ وَ لاَ لِاَحَدٍ قَبْلَ الْقُرْآنِ مِنْ غِنًى

[10] “Nəhcul-bəlağə”, xütbə 176: فِيهِ رَبِيعُ الْقَلْبِ

[11] “Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا أَنَّهُ شَافِعٌ مُشَفَّعٌ وَ قَائِلٌ مُصَدَّقٌ وَ أَنَّهُ مَنْ شَفَعَ لَهُ الْقُرْآنُ يَوْمَ الْقِيَامَةِ شُفِّعَ فِيهِ

[12] “Nəhcul-bəlağə”, xütbə 198

[13] “Nəhcul-bəlağə”, xütbə 1

[14] “Nəhcul-bəlağə”, qısa kəlamlar, hikmət 313

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105928 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58564 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41286 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23975 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22471 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22242 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20785 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20390 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...