Ətraflı axtarış
Baxanların
6326
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Bir günahın hansı müddətə qədər tərk olunması insanın dübarə o günaha qayıtmamasına zəmanət verir?
Sual
Günah, əxlaqa zidd və yaramaz bir əməlin hansı müddətə qədər tərk olunması insanın yenidən ona tərəf qayıtmamasına zəmanət verir? Bəziləri bir əməlin 21, bəziləri də 40 gün tərk edilməsini insanın yenidən ona qayıtmaması üçün kafi bilirlər. Bu düzdürmü? Bu barədə hədis və ya ayə vardırmı?
Qısa cavab

Biz bu barədə ayə və rəvayətlə rastlaşmadıq. Əlbəttə, bəzi rəvayətlərdə deyilir ki, “hər kəs 40 gün müddətində bütün işlərini ixlasla (xalis niyyətlə) və sırf şəkildə Allahın razılığı üçün yerinə yetirsə, hikmət çeşmələri qəlbində qərarlaşar və(sonra) dilində cari olar.”

Bir neçə məsələyə də işarə etmək olar:

1. İnsan bu dünyada olduğu vaxta qədər şeytanın vəsvəsə və zərbələrindən heç vaxt amanda deyildir. Buna görə də heç vaxt özünü günahdan toxunulmaz təsəvvür edə bilməz.

2. Heç vaxt Allahın rəhmətindən məyus olmamalıdır, günahı nə qədər təkrar etsə də, yenə də bilməlidir ki, tövbə qapısı onun üzünə açıqdır və həmişə Allahın rəhmətinə ümidvar olmalıdır.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə məsələni qeyd edirik:

1. Bu sualın xüsusunda hər hansı bir ayə və rəvayətlə qarşılaşmadıq. Əlbəttə, “qırx” rəqəminin təsirləri ilə əlaqədar rəvayətlərdə çoxlu mətləb qeyd olunmuşdur ki, onların sual ilə əlaqəli olmasına ehtimal verilən bəzilərinə işarə edirik:

a) “Qırx gün müddətində Allaha imanını xalis edən – yaxud “Allah zikri gözəlləşdirən”   deyə buyurdu – elə bir bəndə yoxdur ki, Allah-taala onu dünyaya qarşı rəğbətsiz etməsin, dünyanın dərd və dərmanlarını ona aşkar etməsin və hikmətlərini onun qəlbində möhkəmlədib dilində cari etməmiş olsun.”[1]

b) “Hər kəs qırx gün ərzində halal ruzi yeyərsə qəlbi nurani olar.”[2]

v) Adəm (əleyhis-salam) behiştdən yerə endirildikdən sonra, Davud (əleyhis-salam) da tərki-övla etdikdən sonra qırx gecə-gündüz Allah dərgahında tövbə və yalvarış etmişdilər.[3]

Bir çox hallarda da “qırx” ədədinin kamalda, əxlaqda, eləcə də əməllərin pis təsirlərinin aradan getməsində təsirli olduğu göstərilir.

2. Şübhəsiz, bir əməlin uzun müddət təkrar olunması insan ruhuna nüfuz etməsinə səbəb olduğu kimi, əxlaq alimlərindən dediyinə əsasən, insani səciyyələrin və əxlaqi gözəlliklərin də sabitləşməsinə səbəb olur, pis əməllərin uzun müddət ərzində tərk olunması o əməlin nəfsani köklərini insan ruhundan aradan apara, insanın o günahdan ləzzət almasını unutdura bilər. Nəticədə yenidən o günaha doğru qayıtması rahatlıqla baş verə bilməz.

3. İnsan bu dünyada olduğu vaxta qədər şeytanın vəsvəsələrindən, vurduğu xəsarət və zərbələrdən amanda deyildir.[4]

Quranda buyurulur: “İnsanın nəfsi çirkinliklərə çox-çox əmr edəndəndir, yalnız o kəslər istisnadır ki, ilahi rəhmət onun halına şamil olsun.”[5] Buna görə də imamlar (əleyhimus-salam) Allah-taalanın müqəddəs dərgahında dua edərək deyirdilər: “Pərvərdigara! Məni bir an belə özümə həvalə etmə, öz başıma buraxma!”[6]

Deməli, insan heç vaxt özünü günahdan toxunulmaz təsəvvür edə bilməz.

4. Heç vaxt Allahın rəhmətindən məyus olmamalıyıq.

Buna görə də günah nə qədər təkrar olunsa da, insan bilməlidir ki, tövbə qapısı onun üzünə açıqdır və həmişə Allahına rəhmətinə ümidvar olmalıdır.[7]

 



[1]

عَنْ أَبِی جَعْفَرٍ (ع) قَالَ مَا أَخْلَصَ الْعَبْدُ الْإِیمَانَ بِاللَّهِ عَزَّ وَ جَلَّ أَرْبَعِینَ یَوْماً أَوْ قَالَ مَا أَجْمَلَ عَبْدٌ ذِکْرَ اللَّهِ عَزَّ وَ جَلَّ أَرْبَعِینَ یَوْماً إِلَّا زَهَّدَهُ اللَّهُ عَزَّ وَ جَلَّ فِی الدُّنْیَا وَ بَصَّرَهُ دَاءَهَا وَ دَوَاءَهَا فَأَثْبَتَ الْحِکْمَةَ فِی قَلْبِهِ وَ أَنْطَقَ بِهَا لِسَانَه

“Kafi”, 2-ci cild, səh. 16

[2] “Kimyayi səadət”, 1-ci cild, səh. 367

[3] “Biharul-ənvar”, 5-ci cild, səh. 43

[4] Qazi Qəzai, “Şəhabul-əxbar”, hədis 709

[5] وَ ما أُبَرِّئُ نَفْسی إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ ما رَحِمَ رَبِّی إِنَّ رَبِّی غَفُورٌ رَحیم

“Yusif” surəsi, ayə: 53

[6] “Kafi”, 2-ci cild, səh. 524

[7] “Yüsif” surəsi, ayə: 87

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    16820 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6974 Zaman 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Əgər namaz dinin sütunudur, onda niyə füruddindən biridir?
    9432 Qədim kəlam 2011/11/17
    Üsuliddin o şeylərə deyilir ki, insan öz ağıl və düşüncəsi ilə onları qəbul edib, müsəlman olur. İslamı qəbul edəndən sonra, onda fərdi və ictimai vəzifə və təkliflər vacib olur ki, onun ən mühümlərindən biri, namazdır. Buna əsasən, namaz hökmlərin içində daha çox əhəmiyyətə malik olduğu üçün, ona dinin sütunu deyilir. ...
  • İmalar (ə) niyə öz hərəmlərini teror hücumlarından qoruya bilməyiblər?
    6976 Qədim kəlam 2011/10/04
    Allah- Taala İslamın əziz Peyğəmbəri (s) və pak imamlara (ə) təşrii vilayətdən (qanun qoymaq və şey işləri halal və haram etmək haqqı) əlavə, təkvini vilayət də vermişdir və onların aləmdə hər hansı bir işi görməyə güdrətləri çatır. Bu cür vilayət və qüdrət onların zahiri həyat vəziyyətlərinə məxsus deyil. ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8476 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • İmam Əlinin qadınların və kişilərin ağlına münasibəti necədir?
    16803 Hədis elmləri 2011/04/16
    Həzrəti Əli (ə) heç vaxt deməmişdir ki, "kişilər ağıl və ülfət (ötəri hisslər) baxımından qadınlardan üstündür." Əksinə İmamın sözü xüsusi bir baxışda yalnız "cəməl" döyüşünə aiddir. Bu söz də heç vaxt ümumilik daşıyıb bütün qadınlara aid edilə bilməz. Çünki bəzi vaxtlar kişilər də bəzi məsələlərdə imamın danlağına tuş gəlmişlər. bundan ...
  • Ислам вә бир прогармын зәрурилији.
    7053 Təzə kəlam 2009/11/10
    Бу вахта гәдәр дин алимләри вә фәгиһләр дүнјанын һәр бир саһәсинә аидијјаты олан ислам маарифи адлы бир хәзинәдән онун јалныз, ҹүзи һиссәләрин бәјаны илә мәшғул олмушлар. Ислама бу бахыш, бу вахта гәдәр сәбәб олуб ки ислам һаггындакы мүбһисәләр үмуми вә низамнамә шәкилиндә ҝетмәсин. Һәмчинин, исламын ҝөзәл ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7466 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • Əgər xəstəliyinə görə bir nəfərin ayağının baş barmağı kəsilsə, imam cammat dura bilərmmi?
    4657 İmamın şərtləri 2015/05/30
    Bədən üzvünün bu qədər naqis olması imam camaatın namazda durmasına xələl gətirmir amma, əgər əlin biləkdən kəsilməsi və ya əl-ayağın fələc olmasının imam camaat olmaqda xələli var. Bununla belə bəzi fəqihlər[1] belə bir şəxsin imam camaatı tərk etməsini ehtiyata yaxın bilirlər. Əlavələr: Təqlid olunan ...
  • Nə üçün seyyidüş- şühədanın əzadarlığına roza oxumaq deyirik?
    7223 تاريخ کلام 2011/12/25
    Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir. Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166849 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165526 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120549 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115119 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113505 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95333 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56767 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55426 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47337 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46540 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...