Ətraflı axtarış
Baxanların
10075
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
Sual
Məsumlar (əleyhimus-salam) dini qardaşlara maddi kömək etməklə əlaqədar bizə tövsiyələr etmiş, çoxlu göstərişlər vermişlər. Bəzən din qardaşlarımıza borc veririk, amma onun əvəzində nə zəmanət, nə də qazanc almırıq. Qarşıya çıxan problem budur: 1. Onlar bəzən öz borclarını ödəmirlər, uzun illər keçdikdən sonra mən də məsumlara tabe olaraq o borcu bağışlayıram. 2. Əgər pulumu istəsəm, çoxunun xoşuna gəlmir, özlərini elə göstərirlər ki, guya ümumiyyətlə ona borc verməmişəm. 3. Pula ehtiyacı olanlar barəsində (haqqımı almaqla əlaqədar) nə etməliyəm? 4. İslam fiqhində tərəflərin xəsarətə düçar olmaması üçün borc vermək və borc almağın qayda-qanunları nədir?
Qısa cavab

Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik:

1. Borc vermək ixlsala yanaşı olsun;

2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun;

3. Borc halal maldan verilsin;

4. Borc verilən zaman yazılsın;

5. Mömin qardaşına borc verən şəxs onun borcunu qaytarması üçün şərait yaranacağını gözləsin. Yəni borclu şəxsin maddi imkanı olduğu halda öz borcunu ödəməsini təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun pulu qaytarmağa imkanı olmadığını bildikdə ona təzyiq göstərməsi caiz deyildir.

Ətreaflı cavab

İslamda çox təkid olunan məsələlərdən biri də ehtiyaclı möminlərə borc verməkdir. Hətta rəvayətlərimizdə bu iş sədəqədən üstün hesab olunmuşdur.[1]

Amma bəzi hallarda mövcud qayda-qanunlarla əlaqədar vəzifələrimizə əməl etmirik. Buna görə də bizə çoxlu maddi xəsarətlər dəyir. Bu halda bilə-bilə, yaxud da xəbərimiz olmadan günahı başqalarının boynuna atırıq. Faizsiz borc vermək üçün bu gözəl sünnət barəsində müəyyən şərtlər qeyd olunmuşdur. Quranın ən uzun ayəsində deyilir: “Ey iman gətirənlər! Bir-birinizə (uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa imkanı olarsa, gərək – Allahın ona təlim verdiyi kimi yazmaqdan imtina etməsin və gərək yazsın. Üzərində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan Allahdan qorxsun və heç bir şeyi əskiltməsin...”[2]

Rəvayətlərdə də bu mühüm məsələyə təkid olunur.[3]

İslam şəriətində borc işinə ciddi yanaşılması və bunun möhkəm tutulması ilə əlaqədar təkidlərə diqqət yetirməklə, əgər bu işdə səhlənkarlığa yol versək və nəticədə bizə xəsarət dəysə, onu din rəhbərinin öhdəsinə qoymamalıyıq.

 

Faizsiz borc verməyin şərtləri və qaydaları

Mömin qardaşlara borc verməklə əlaqədar dini mənbələrdə müxtəlif şərtlər və qayda-qanunlar vardır ki, onların bəzilərini qeyd edirik:

1. Borc tam ixlasla və xalis niyyətlə verilməlidir;

2. Tam razılıq və səmimi qəlbdən verilməlidir;

3. Halal maldan borc verilməlidir;[4]

4. Borc verərkən tərəflər onu yazmalıdır;[5]

5. Mömin şəxsə borc verən bir adam gərək onun öz borcunu qaytarmaq üçün maddi imkanları olan vaxta qədər gözləsin. Yəni borclu şəxsin imkanı olduğu halda öz pulunu qaytarmağı təxirə salması caiz olmadığı kimi, borc verən şəxsin də borclunun maddi imkanı olmadığını bildiyi halda onu təzyiqə məruz qoyması caiz deyildir.[6]

Burada faizsiz borc verməyin qayda-qanunları və əhəmiyyəti ilə əlaqədar bir neçə rəvayəti qeyd edirik:

İmam Sadiq (əleyhis-salam) buyurur: “Əgər bir şəxs müəyyən bir malı (pulu) başqasına borc versə və onun ödənməsi üçün vaxt təyin etsə, amma borc, təyin edilən müddətdə qaytarılmasa, (verməyə imkanı olmasa), hər gün təxir müqabilində borc verən şəxsə bir dinar sədəqənin savabı yazılacaqdır.”[7]

Əbdullah ibni Sənan imam Sadiq (əleyhis-salam)-dan rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: “Əgər min dirhəm pulu (bir kəsə) iki dəfəyə borc versəm, mənim üçün onu bir dəfəyə (və bir yerdə) sədəqə verməkdən daha sevimlidir. Səndən borc alan şəxsin öz borcunu ödəməsini – imkanı olduğu halda – təxirə salması caiz olmadığı kimi, sənin də borc verdiyin şəxsin sıxıntıda və yoxsulluqda olduğunu bildiyin halda öz haqqını almaq üçün ona təzyiq göstərib pulunu tələb etməyin caiz deyildir.”[8]

Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşə bax:

“Qərzul-həsənə və onun sədəqədən üstünlüyü”, sual 13033 (sayt 12763)

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 71-ci cild, səh. 104, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri qəməri

[2] "Bəqərə” surəsi, ayə: 282-ci ayə

[3] Hürr Amili, “Vəsailuş-şiə”, 17-ci cild, səh. 11, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu qəməri il

[4] Kuleyni, “Üsuli kafi”, 3-cü cild, səh. 843, “Üsvə” nəşriyyatı, üçüncü çap, 1375-ci şəmsi il

[5] “Bəqərə” surəsi, ayə: 282

[6] Şeyx Səduq, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 1318, “Darur-Rəzi”, birinci çap, 1406-cı qəməri il

[7] Yenə orada

[8] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
    6342 Təfsir 2010/11/10
    Bəzi ayələrdə "kitabi mubin" qeyd olunub və ondan məqsəd Qurani kərim olmasına baxmayaraq, amma bu ayə və buna oxşar ayələrdə ki, ilahi elmin sənədini açıqlayırlar, "kitabi mubindən" məqsəd, varlıqlar yaranmamışdan qabaq, ilahi elmin mərhələsidir ki, onun özü digər kitab və lövhələrə şamildir, onun keyfiyyət və miqdarı, bizə məlum deyil.
  • Qəbrdə müsəlman və qeyri-müsəlman üçün sual-cavab necədir?
    9442 Qədim kəlam 2014/05/20
    Bərzəx sözü ərəbcədən lüğətdə pərdə və iki əşyanın arasında qərar tutan maneəyə deyilir; amma məşhurlar kalamında bərzəx dünya ilə Axirət arasında Allah-taala tərəfindən yaradılmış bir aləmdir. İnsanın ölümündən sonrakı ilk mənzili də oradır. Bərzəx aləmindən məqsəd həmin qəbr aləmidir. Elə bir aləm ki, insan ölümdən sonra Qiyamətə ...
  • منظور از «ادبار النجوم» در قرآن چه زمانی از شبانه‌روز است؟
    1512 Təfsir 2022/11/01
    خدای متعال در بخش پایانی سوره‌ی طور، به بیان احوال مشرکان و عذاب اخروی آنها پرداخته و پس از آن به پیامبر(ص) دستور می‌دهد تا در اجرای فرامین الهی صبر پیشه کند و به عبادت و تسبیح و تقدیس او بپردازد. در آیه ...
  • Modern dünyada dinin yol göstərməsi necə təsəvvür olunur?
    7189 Təzə kəlam 2011/06/12
    "Din" kəlməsi bütün dinlərə istər səmavi olsun istərsə də olmasın, təhrif olmuş olsun və yaxud təhrif olmamış (İslam) olsun, şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini yalnız buna malikdir ki, bütün dövr və əsrlərdə müsbət yol göstərməyə malikdir; Çünki İslam bütün dinlərin sonuncusu və ən kamil İlahi ...
  • Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
    9737 Əməli əxlaq 2010/11/10
    Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün ...
  • Haram yoldan əldə edilmiş və sahibi də məlum olmayan pulun xumsu ödənməlidirmi?
    6494 Nizamlar hüquq və əhkam 2012/10/15
    Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, Maliki məchul malın hökmündədir. Və xumsu yoxdur. Bəlkə o pulun bütövü Camiuş- şərait bir mərcəi təqlidin ixtiyarında olmalıdır və ya onun icazəsi ilə sahibinin niyyətinə ...
  • Төвбә сурәсинин ики сон ајәсинин сәнәд вә әһвалаты нәдир?
    6853 Təfsir 2010/04/22
    Үмуми олараг суалда гејд олунан “сәнәд”дән мәгсәдин нә олдуғу там ајдын дејил вә заһири белә олан суалларын мүәјјән ҹавабы јохдур. Амма, ола биләр бу сөздән мәгсәд, ајәнин назил олма сәбәби вә ја тәфсири олсун. Јахуд, Гуранын охунушларында олан бәзи ихтилафлара ҝөрә мәсум Имамлардан ...
  • Bəni İsrailin dana pərəstişinin cəzası hikmətli idi?
    6925 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayədə Allahın öldürmək əmrindən məqsədində üç ehtimal veriblər: 1. Bu əmr, imtahan əmri olub və onların tövbəsiylə bu əmr onlardan götürülübdür. 2. Bu ayədə qətldən məqsəd şeytani vəsvəsələri və nəfsani şəhətlər kəsməkdir. 3. Ayədə qətldən məqsəd, həqiqi qətldir yəni bir- birinizi öldürüb həlak ...
  • Fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərq nədir?
    14299 İslam fəlsəfəsi 2012/04/19
    Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, ...
  • Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
    10696 Qədim kəlam 2010/12/07
    Müxtəlif məzhəblərin yaranmasında, çoxlu səbəblər var. məsələn, bir dəstənin peyğəmbər (s)- in həzrət Əli (ə)- nin imamlığı barəsində olan vəsiyyət və əmrlərinə diqqət etməmələri, digər dinlərin ardıcıllarinin müsəlmanların içinə yol tapması və mədəniyyət cəhətdən onlarla qarışmaları, islamın əsl təlimlərindən və Əli- beyt (ə)- in maarifindən uzaq düşmək bir əsrə yaxın ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164847 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164435 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119909 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113977 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94257 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54933 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54704 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46349 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45943 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...