Ətraflı axtarış
Baxanların
11685
İnternetə qoyma tarixi: 2007/12/30
Sualın xülasəsi
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
Sual
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür?
Qısa cavab

“Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə gəldiyinə nəzər saldıqda aşağıdakı məsələləri diqqət mərkəzinə saxlamaq lazımdır:

Birincisi budur ki, ayələrin və surələrin tənzimi nazil olma tarixləri əsasında olmamış, əksinə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsləhəti və göstərişi əsasında Quranda yerləşdirilmişdir.

Digəri budur ki, Quranın təhrifə məruz qalmasının və bu ayənin Qurandan çıxarılmasının qarşısını almaq üçün mətləblə əlaqəsi olmayan başqa ayələrin arasında yerləşdirilmişdir ki, imam Əli (əleyhis-salam)-ın imamət və vilayəti mövzusu daha çox diqqəti cəlb etməsin. Misal üçün, çox nəfis və dəyərli bir şeyi çox da əhəmiyyəti olmayan şeylərin arasında gizlədirlər ki, oğrunun diqqətini cəlb etməsin. Həmin məsələ də bu qəbildəndir.

Üçüncüsü, əvvəlki və sonrakı ayələrlə əlaqəsi olmayan bir ayənin gəlməsi istitradi  tənasübə görə ola bilər. Yəni Quran bir mövzunu bəyan etməklə eyni zamanda müəyyən məsləhətlər əsasında kəlamın istiqamətini dəyişdirir və başqa bir mətləbi bəyan etməyə başlayır, sonra isə yenidən əvvəlki məsələyə qayıdır.

Ətreaflı cavab

Münasib cavab əldə etmək üçün sualı iki mehvərdə araşdırırıq:

1. “Maidə” surəsinin 3-cü ayəsi ilə 67-ci ayəsinin arasında əlaqə necədir və hansı dəlilə əsasəndir?

2. Bu iki ayə arasında fasilənin varlığı nəyə görədir?

Birinci mehvər: Allah-taala “Maidə” surəsinin 67-ci ayəsində buyurur: “Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil olanları tamamilə (camaata) çatdır. Əgər çatdırmasan, Onun risalətini yerinə yetirməmişsən. Allah səni camaat tərəfindən  (ehtimal verilən təhlükələrdən) saxlayacaqdır. Allah kafirləri (və inadkarları) düz yola hidayət etməz.”

Şiə və sünnü müfəssirləri, müsəlman sirə yazanları qeyd etmişlər ki, bu ayə Əli ibni Əbi Talib (əleyhis-salam)-ın barəsində, özü də Allah tərəfindən (Qədir-Xumda)  müsəlmanlara imam və rəhbər təyin edilməsi ilə əlaqədar nazil olmuşdur.[1]

Bu ayənin məzmunundan aşkar olur ki, Allah-taala bu ayədən sonra çox mühüm bir məsələni Peyğəmbərə nazil etmişdir, o da camaata tam aşkar şəkildə təbliğ olunmalı idi. Peyğəmbər nigaran idi və camaatın mənfi əks-reaksiya göstərəcəyindən, onların arasında ikitirəlilik yaranacağından və dində təfriqəyə düçar olacaqlarından qorxurdu. Bu ayədə təkid edilir ki, əgər o həzrət Allahın bu kəlamını çatdırmasa, ümumiyyətlə risaləti yerinə yetirməmiş kimi olur. Allah-taala Peyğəmbərinə belə təkid etməklə eyni zamanda onu əmin etmişdir ki, camaatın ehtimal verilən təhlükələrindən onu qoruyub saxlayacaqdır.

Qeyd olunan ayə Peyğəmbərin nübüvvətinin axır dövrlərində, “Vida həcci”ndə, yəni öz risalətindən 22 il keçəndən sonra nazil olmuşdur. Bu zaman artıq islam qüdrət tapmış, şövkəti Ərəbistan yarımadasına yaymışdı və bütün Ərəbistan yarımadası o həzrətin qüdrət və hakimiyyəti altında idi. İndi görəsən, bu necə bir mühüm xəbər idi ki, onun təbliğ edilməsi belə ciddi şəkildə və təkidlə istənilir? Nə üçün Peyğəmbər onu çatdırmaqdan qorxurdu?

Cavabı budur ki,  sünnü və şiə rəvayətlərinə əsasən islam tarixi qəti şəkildə şahidlik verir ki, o dövrdə Allahın buyurduğu fərman bu idi ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) tam aşkar şəkildə öz canişini Əli (əleyhis-salam)-ı camaata təqdim etsin və camaatı ona itaət etməyə vadar etsin.

Görəsən, Peyğəmbər onu çatdırmaqdan nə üçün qorxurdu? Əli ibni Əbi Talib Peyğəmbərin kürəkəni, əmisi oğlu idi. Buna görə də Peyğəmbər qorxurdu ki, camaat onun sözünü qəbul etməsinlər və “Peyğəmbər öz şəxsi mənafeyini nəzərdə almış, öz xanədanını camaata zorla hakim etmişdir!” desinlər. Bundan əlavə, onlardan bəziləri Əli (əleyhis-salam)-a qarşı çox da yaxşı münasibətdə deyildilər, çünki əvvəllər müşriklərlə aparılan müxtəlif müharibələrdə Əli (əleyhis-salam) onların qəbilələrinin böyük (kafir və müşrik) şəxsiyyətlərini və yaxın adamlarını qətlə yetirmişdir.[2]

Qədir-Xum hadisəsi:

Peyğəmbər (səlləllahu əleyhi və alih) hicrətin onuncu ilində həcc əməlini yerinə yetirmək üçün Məkkəyə yola düşdü. Əvvəlcədən bütün müsəlman ölkələrinə elan verilmişdi ki, bu həcc səfərində iştirak etsinlər. Sayı doxsan (və ya yüz iyirmi) min nəfərə çatan böyük bir qrup bu həcc əməlində iştirak edirdi.

O həzrət həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdanda Zil-həccə ayının on səkkizi cümə axşamı günü Qədir-Xum adlı diyara yaxınlaşdı. Bu yerdə müxtəlif ölkələrə gedən hacıların yolları bir-birindən ayrılırdı. Bir yol şimala – Mədinəyə tərəf, bir yol şərqə – İraqa tərəf,  bir yol qərbə – Misirə tərəf, bir yol isə cənaba – Yəmənə tərəf gedirdi. Buna əsasən, belə bir yerdə islamın əbədi qalmasına zəmanət verən və risalətin vəzifəsini təmin edən ən mühüm və həyati bir məsələ rəsmi şəkildə müsəlmanlara təbliğ edilməli, çatdırılmalı idi. Buna görə də Peyğəmbər-Əkrəm bütün hacıların dayanmasına fərman verdi. Qabaqda gedənlər qayıtdılar, arxada qalanlar da gəlib çatdılar. Hamısı Qədir-Xum adlı yerdə bir yerə yığışdılar. Müxtəlif müqəddimələrdən sonra Peyğəmbər çıxış etdi və sözünün davamında buyurdu: “İndi görün, sizin aranızda qoyduğum bu iki ağır və dəyərli əmanətlə necə rəftar edirsiniz?!... Birincisi, ən böyük əmanət – Allahın kitabı Qurandır ki, bir tərəfi Pərvərdigarın, digər tərəfi isə sizin əlinizdədir. Ona sarılmaqdan (bir an belə) əl çəkməyin ki, azğınlığa düşməyəsiniz. İkincisi, mənim itrətim və Əhli-beytimdir. Xəbir Allah mənə xəbər vermişdir ki, bu ikisi hovuzun yanında mənə qovuşana qədər bir-birindən ayrılmazlar...”

Bundan sonra Peyğəmbər öz ətrafına baxdı, gözü Əliyə düşən zaman onu çağırdı, əlindən tutub qaldırdı. O qədər qaldırdı ki, hamı onu görüb tanıdı. Sonra buyurdu: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun vəlisi, hakimi və rəhbəridir... (Bu cümləni üç dəfə təkrar etdi)... Sonra buyurdu: Camaat, diqqət yetirin! Burada olanlar olmayanlara bu xəbəri çatdırsın.”

Peyğəmbərin sözü sona çatdıqdan, Əli (əleyhis-salam)-ın vilayəti təbliğ olunduqdan sonra hələ camaat dağılmamışdı ki, Cəbrəil nazil olaraq “Maidə” surəsinin 3-cü ayəsini Peyğəmbərə gətirdi: “Bu gün dininizi sizə kamil etdim, nemətimi sizə tamamladım və islamın sizin üçün kamil bir din olmasına razı oldum.”[3]

Bu ayə nazil olduqdan sonra Peyğəmbər sevincdən təkbir dedi; Allahın Öz dinini və nemətini tamamladığına görə, Məhəmmədin risalətinə və imam Əlinin vilayət və imamətinə razı olduğuna görə ucadan təkbir dedi.

Buna əsasən, “Maidə” surəsinin 67-ci[4] ayəsi ilə 3-cü[5] ayəsi arasında olan əlaqə qısa şəkildə zikr etdiyimiz bu mühüm tarixi hadisə ilə aydın olur.

İkinci mehvər: Nə üçün Quranda bu iki ayə fasilə ilə yerləşdirilmişdir?

Əvvəldə demək lazımdır ki, müfəssirlərin dediyinə əsasən Quranın ayələri və surələri nazil olma tarixi əsasında tənzim olunmamışdır, əksinə Mədinədə nazil olan surələrin bir çoxunda Məkkədə nazil olan ayələr də vardır, bunun əksi də belədir: Mədəni ayələrini Məkki surələrin ayələri arasında görmək olar. Bu həqiqətə diqqət yetirməklə bu iki ayənin bir-birindən ayrılması çox da təəccüblü deyildir. (Əlbəttə, hər surənin ayələrinin necə yerləşdirilməsi yalnız Peyğəmbərin əmri ilə baş vermişdir). Bəli, əgər Quran ayələri nazil olma tarixi əsasında bir yerə toplansaydı, onda bu irada yer var idi.

İkincisi: Qədir-Xumla əlaqədar ayələrin halal və haram yeməklərin hökmünü bəyan edən ayələrin arasında yerləşdirilməsi Quranın təhrifdən hifz olunması və ondan bəzi şeylərin çıxarılmasının qarşısının alınması üçündür. Çox hallarda bir nəfis və qiymətli şeyi oğrudan qoruyub saxlamaq üçün çox da dəyəri olmayan şeylərin arasında gizlədirlər ki, diqqəti çox cəlb etməsin.[6]

Deməli, əgər bir kəs “təbliğ ayəsi əhli-kitabın barəsində nazil olan ayələr arasında müəyyən bir mətləbi bəyan edir və deməli, mütləq əhli-kitab ilə əlaqədardır” desə, bu söz zəruri olaraq yanlış bir fikirdir! Çünki Quran ayələrinin nazil olması və surələrin təkmil olunması termində tövqifi bir məsələdir, yəni yalnız Peyğəmbərin məsləhəti əsasında tənzim olunur.

Bunların arasında heç bir əlaqənin olmadığını fərz etsək belə, bir ayənin müxtəlif ayələr arasında müstəqil şəkildə gəlməsi istidrad cəhətindən ola bilər. Yəni Quran bir məsələni bəyan etməklə eyni zamanda müəyyən məsləhətlər xatirinə sözün istiqamətini dəyişərək yeni bir mətləbi dinləyicilərin zehninə atır. Sonra yenidən əvvəlki mətləbə qayıdaraq onu davam etdirir.[7]

 


[1] “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 331; “Müsnədi Əhməd”, səh. 118, 321 və sair

[2] “Məcməul-bəyan”, 3-cü cild, səh. 223

[3] Yenə orada, 3-cü cild, səh. 159; “Əl-mizan”, 5-ci cild, səh. 205

[4]  يَأَيهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ  وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ  وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ  إِنَّ اللَّهَ لَا يهَْدِى الْقَوْمَ الْكَافِرِين

[5] الْيَوْمَ يَئسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلَا تخَْشَوْهُمْ وَ اخْشَوْنِ  الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتمَْمْتُ عَلَيْكُمْ نِعْمَتىِ وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا

[6]  "Təfsiri nümunə", 4-cü cild, səh. 269

[7] “Kəşşaf” təfsiri, 2-ci cild, səh. 97

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən, Şəhidi Saninin (rəhmətullahi əleyh) həyatını müxtəsər şəkildə bəyan edin.
    6270 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam ...
  • Psixoloji müharibəylə mübarizənin ən mühüm yolu nədir?
    8786 تاريخ کلام 2012/10/13
    Düşmənin qarşısını alıb susdurmağın yollarından biri də psixoloji müharibədir ki, onun təsiri və nəticəsi hərbi və fiziki müharibələrdən dəfələrlə yüksəkdir. Allahın Rəsulu (s) besətinin ilk günlərində, düşmənin psixoloji və güclü təbliğatı qarşısına qalmışdı. O Həzrət isə İslam və insan əxlaqı qanunları əsasında, psixoloji mübarizə taktikasına gözəl şəkildə ...
  • Sizin Qold-kuist şirkəti barəsində nəzəriniz nədir?
    5644 Nizamlar hüquq və əhkam 2011/09/12
    Qold-kuist, Qold-mayn şirkətlərinin fəaliyyəti, eləcə də ümumi şəkildə piramida tipli sərmayə yığmağa məşğul olan şirkətlərin ölkə iqtisadiyyatına vurduğu zərər və xəsarətlərə nəzər yetirməklə o şirkətlərin fəaliyyəti qadağandır. O zərərlərdən bəzilərini qeyd edirik:1. Sərmayənin və valyutanın ölkədən xaric olması və onun müqabilində həqiqi əmtəənin ...
  • Nə üçün Peyğəmbər (s) nəslinin silsiləsin arayıb axtarmağı qadağan etmişdir? (Ulu babası Ədnandan həzrət İbrahimə və həzrət İbrahimdən Adəm Peyğəmbərə kimi)
    7062 تاريخ بزرگان 2011/04/14
    Peyğəmbərimizin həzrət Ədnandan öncə olan babalarının (yəni İbrahim Peyğəmbərə və ondan da Adəm Peyğəmbərə kimi) adlarının sayılmasını qadağan etməsi barəsində müxtəlif kitablarda hədislər vardır. Bununda əsas səbəbi, Ədnandan öncə olan babalarının adlarının dəqiq olmamasıdır. Peyğəmbərimiz bu işlə tarixçilər arasında olan ixtilafı həll etmiş olur. ...
  • Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
    4136 Fitr və Qurban bayramının namazı 2013/12/17
    Bəzi tarix məmatlarına əsasənilk bayram namazı qurbanvə fitr bayramı namazıdır, bunların hər ikisi hicrət ilinin ikinci ilində baş vermişdir. Tarixçilər bu haqda yazırlar: Fitr bayramı, hicrətin ikinci ilində, İslam peyğımbəri (s) camatı fitrə zəkatını verməyə əmr etdi, o həzrət fitrbayramından bir ya iki gün öncə ...
  • Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
    6513 Dahilərin sirəsi 2012/04/19
    Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir ...
  • Əgər İslam məhəbbət və mehribanlıq dinidirsə,Quranda özündə zorakılığı ehtiva edən ayələrin mənası nədir?
    3825 دین اسلام 2019/10/09
  • Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
    6257 Təfsir 2012/02/09
    Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar. Hətta əgər axirət aləminin də maddi ...
  • Vəhhabilərin əsas etqadları və onların şiələrə olan iradlarını açıqlayın?
    7233 Qədim kəlam 2011/08/23
     VəhhabilərMəhəmmədibnƏbdül-Vəhhabıntərəfdarlarıdırlar. OdaİbniTeymiyyəvəonunşagiridiİbnQəyyim
  • Иман нәдир?
    6473 Təzə kəlam 2010/07/18
    Иман инсан үчүн мүгәддәс олан мәнәви ишләрә сәмими гәлбдән бағланмаға дејилир вә бу јолда өз ешг, мәһәббәт вә шүҹаәт ҝөстәрмәјә һазырдыр.    Гуранда иманын ики ганады вар; елм вә әмәл. Елм әмәлсиз күфрлә нәтиҹәләнә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162629 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    153914 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117415 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109308 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    97318 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    90958 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53152 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    44391 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43463 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42550 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...