Ətraflı axtarış
Baxanların
8498
İnternetə qoyma tarixi: 2012/05/17
Sualın xülasəsi
İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
Sual
İslam dini digər sahələrdə olduğu kimi, həkimlik və təbabət barəsində də nəzər vermişdirmi və bəşərin fiziki xəstəliklərinin müalicəsini öhdəsinə almışdırmı? Başqa sözlə desək: 1. İslamın elmi mirasında “islami təbabət” adlı müstəqil bir elm vardırmı? 2. Dini rəhbərlərlə həkim cəmiyyətləri arasında nə kimi əlaqələr var idi? 3. Yeni tibb elmi ilə rəvayətlərdə mövcud olan (tibbi) tövsiyələr arasında təzad yarandığı zaman çıxış yolu nədir?
Qısa cavab

Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. Allah tərəfindən din rəhbərlərinin ixtiyarında qeyri-məhdud elm verilsə də, onların külli yol və hədəfləri bu idi ki, özlərini bütün sahələrdə mütəxəssis hesab etmir və heç olmazsa, zahirdə sair insanlar kimi bəşər tərəfindən qəbul edilən elmlərə ehtiram qoyur, təbabət sahəsindəki təbii inkişaflara diqqət yetirirdilər. Bununla eyni zamanda yanlış olan bəzi adi üslubları tənqid edir və faydalı təkliflər də  irəli sürürdülər. Amma o dövrdə həkimlərin tövsiyə etdiyi bir çox müalicə üsullarından istifadə edir və başqalarına da tövsiyə edirdilər.

Bununla belə, o alicənab şəxslərin tərəfindən “islami təbabət” adlı yeni bir elm sahəsi heç vaxt iddia edilməmişdir ki, o gündəki həkimlik və təbabəti külli şəkildə problemlə qarşılaşdırmış olsunlar. Belə nəzərə çarpır ki, o böyük şəxsiyyətlər əgər hal-hazırda da bizim aramızda olsaydılar, həmin üslubları davam etdirəcəkdilər. Əlbəttə, bəzi dindar və təqvalı həkimlər klassik dini təlimlərdən ilham alaraq öz elmi ixtisaslarında yeni tədqiqatlar təqdim edə bilərlər. Amma heç vaxt klassik tibbə müqəddəslik donu geyindirmək, onu “islami” qələmə verməklə təbabətdə əldə olunan nailiyyət və irəliləyişləri sual altına aparmaq olmaz.

Digər tərəfdən, o böyük şəxsiyyətlərin sağlamlıqla əlaqədar yol göstərmələrindəki ixtisasçı və dəqiq nəzərlərindən aydın olur ki, nəinki hazırkı yeni təbabətlə heç bir ziddiyyəti yoxdur, üstəlik belə tövsiyələrin bir çoxu o dövrdəki klassik təbabət əsasında irəli sürülsə də, hazırkı dövrün təbabəti ilə tam uyğunluğu vardır.

Ətreaflı cavab

Dini təlimlərlə təbabət elmi arasındakı əlaqəni araşdırmaq və düzgün nəticə əldə etmək üçün gərək bir çox məsələləri də araşdıraq. Qarşınızdakı qısa məqalədə bu zəmində irəli sürülən dörd mühüm məsələyə işarə edirik:

1. İslam bəşəriyyətin fiziki sağlamlığını da öhdəsinə alrmışdırmı?

2. Din rəhbərləri sağlamlıq və müalicə ilə əlaqədar tövsiyələr etmişlərmi?

3. İslam mənbələrində mövcud olan tibbi tövsiyələrlə hazırkı təbabət elmi arasındakı təzadlar necə izah edilir?

4. “İslami təbabət” ünvanı ilə bir mövzuya etiqad bəsləmək olarmı?

İndi qeyd olunan həmin halları tərtiblə  araşdırırıq:

1. Əvvəldə irəli sürülməli ən mühüm məsələ budur ki, görəsən islam dini bəşəriyyətin fiziki sağlamlığını da müalicə etməyi öhdəsinə alıbdırmı, ya yox? Bu mövzunu bəyan etmək üçün bir neçə məsələni dəqiq şəkildə təhlil edib araşdırmaq lazımdır:

a) Dini əsaslara külli nəzər salmaqla çox sadə şəkildə başa düşmək olar ki, peyğəmbərlərin göndərilməsinin ilkin və əsas hədəfləri bəşəriyyətin ruhi tərəqqisi və mənəvi inkişafı olmuşdur.[1] Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in özü də buyurur: “Mən yalnız buna görə göndərilmişəm ki, əxlaqi səciyyələri ən yüksək səviyyəsinə çatdıram.”[2]

b) İnsanlar öz maddi həyatlarını təmin etmək, rifahlarını yüksəltmək və firavan yaşamaq üçün yüzlərlə, hətta minlərlə müxtəlif ixtisas sahələrində iş və fəaliyyətlə məşğuldurlar və onlardan bəhrələnirlər. Şəhər həyatı, sənaye, nəqliyyat, əkinçilik və s. sahələrdə bəşər tarix boyu nailiyyətlər əldə etmiş, bunları kəmiyyət və keyfiyyət baxımından genişləndirməyə səy göstərmişdir. Həkimlər də bu külli qanundan istisna olunmamışdır. Hədislərdə deyilən اَلْعِلْمُ عِلْمَانِ، عِلْمُ الْاَدْيَانِ وَ عِلْمُ الْاَبْدَانِ “elm iki cürdür: din elmi və bədən (sağlamlıq) elmi” kəlamı Peyğəmbərə və ya Əhli-beytə aid edilmir.

v) Allah-taala bütün elmlərin başlanğıcı və mənşəyi olsa da, peyğəmbərləri və imamları maddi (təbii) elmlərin təkmilləşdirilməsi üçün göndərməmişdir; əksinə Allah-taala bu kimi sahələrin hamısında, o cümlədən təbabət elmində inkişafı camaatın öz öhdəsinə qoymuşdur. Buna görə də imamların hazır olduğu dövrdə belə, öz səhabələrini hətta qeyri-müsəlman həkimlərə müraciət etməkdən belə çəkindirmirdilər.[3]

Digər misal: Əli (əleyhis-salam)-ın mübarək başına zərbə vurulduqdan sonra Kufə həkimləri onun başı üzərinə gəlmişdilər.[4] O dövrdə həzrətin özündən əlavə, üç imam da onun yanında idi. Deməli, günün elmindən qafil olmaq olmaz. Təbabət elmini yalnız ayə və rəvayətlərdə axtarmağa zərurət yoxdur. Əlbəttə, müsəlman həkimləri Quran ayələrindən və rəvayətlərdən yeni tədqiqatlar üçün ilham verən bir mənbə kimi istifadə edə bilərlər. Amma sırf bir fərziyyənin qəbul olunmuş bir nəzəriyyəyə çevrilməsi üçün onu islama aid etməməlidirlər.

Nümunə üçün, bəlkə də Quranda buyurulan فَضَرَبْنا عَلَى آذانِهِمْ “Onların qulaqlarına (pərdə) vurduq”[5] ifadəsi müsəlman həkimlərə ilham verə bilər ki, qulaqların təhrik olunması (qıcıqlanması) ilə yuxu arasındakı əlaqə fərziyyəsini tədqiq etsinlər. Yaxud  həzrət İsa (əleyhis-salam)-ın möcüzələri ilə əlaqədar ayələrdən ilham almaqla “anadangəlmə kora, xora xəstəliyinə tutulanlara şəfa verib müalicə etmək və ölünü diriltmək”[6] kimi məsələləri irəli çəksinlər. Amma nəticədə əldə olunan mətləblər dinin tədqiqi yox, təbabətin tədqiqinin hasili olacaqdır.

Hər bir halda təbabət elmini öyrənməyin, habelə əməldə həkimlərə müraciət etməyin caizliyi göstərir ki, islam dini özünü bu elmdə nəzəriyyə verən bir qanuni mərcə kimi təqdim etmək istəməmişdir.

2. İnkar etmək olmaz ki, təbabət elmi ilə əlaqədar bir çox külli mövzularda rəvayətlər də müşahidə olunur ki, onları qeyd olunan külli prinsipdən istisna hesab etmək olar. Bu tövsiyələr müxtəlif məqsədlərlə bəyan olunmuşdur. O cümlədən: Allahın qüdrətini bəndələrə göstərmək üçün imam Hüseyn (əleyhis-salam) tərəfindən deyilən məşhur “Ərəfə” duasında insan bədəninin fizioloji cəhətləri bəyan olunur.[7]

Bəzi hallarda da din rəhbərlərinin səhabələri və ya köməkçiləri müalicəvi yeməklər və dərmanlar barəsində o həzrətlərlə məşvərət edirdilər. Hazırkı dövrdə həkim olmayan, amma bu sahədə müəyyən məlumatları olan adi bir şəxsin öz təcrübələrini dostlarına bəyan etməyi əsirgəmədiyi kimi, o böyük şəxsiyyətli imamlar da müxtəlif hallara uyğun olaraq  öz köməkçilərindən və səhabələrindən faydalı məşvərətləri əsirgəmirdilər: müəyyən hallarda həkimin nəzəriyyəsi din rəhbərləri tərəfindən təsdiq, bəzi hallarda isə tənqid və inkar olunurdu. Amma unutmaq olmaz ki, bu məsum rəhbərlər o dövrün cəmiyyətlərində fəqih, əxlaq müəllimi, müfəssir və s. ünvanlarla tanındıqları halda adi şəraitlərdə onların adı həkim və ya sənətkar ünvanı ilə çəkilmir.

Bəzi hallarda xəstənin möcüzə yolu ilə müalicəsi camaata təqdim edilirdi. Hətta deyilmişdir ki, bu cür müalicə növü o böyük şəxsiyyətlərin yanında əmanət olan elmdən idi və təbii olaraq başqaları bu yoldan istifadə edə bilməzdilər. Bu kimi hallarda mövzu tamamilə fərqli olurdu. Çünki əgər Musa (əleyhis-salam) öz çəliyi ilə camaat üçün çeşmələr axıdırdısa, külli bir hökm verərək demək olmaz ki, əsanı yerə vurduqda həmişə çeşmə qaynayacaqdır.

Bu müqəddimədən sonra təbabətlə əlaqədar söylənilən bəzi rəvayətləri təhlil edib araşdırırıq.

1. Yunis ibni Yəqub nəql edir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Xəstələr müxtəlif dərmanlar qəbul edirlər. Bəzən nəticə vermir və onların ölümünə səbəb olur. Bəzən də müalicə olunurlar. Əlbəttə, müalicə olunaraq sağalanların faizi çoxdur (bu dərmanlar qarşısında bizim vəzifəmiz nədir)?”

İmam (əleyhis-salam) buyurdu: “Allah-taala (Özünün sonsuz və yetərli hikməti ilə) bəşər arasında müxtəlif xəstəliklər qərar vermiş və onların müalicəsini də mümkün etmişdir. Elə bir xəstəlik yoxdur ki, onun üçün müalicə yolu təsəvvür olunmasın (istər bəşər onu sadə şəkildə əldə edə bilsin, istərsə də daha artıq tədqiqata ehtiyaclı olsun). Buna əsasən, Allahın adını çəkməklə mövcud dərmanlardan istifadə etməyin heç bir eybi yoxdur.”[8]

Bu rəvayətlər dəqiq şəkildə bu məsələyə işarə edir ki, insan gərək dərmanların tanınmasında səy göstərsin, hətta əgər bu yolda məğlubiyyətlə, yaxud uğursuzluqla qarşılaşsa belə, öz səylərindən əl çəkməsin. Amma hər bir halda gərək öz elmi ilə məğrurlaşıb Allahdan qafil olmasın.

2. Çoxlu rəvayətlərdə “zərurət halları istisna olmaqla gərək dərmanlardan istifadə edilməsin” kimi külli və  əsaslı prinsipə işarə edilir. İmam Sadiq (əleyhis-salam) bu barədə buyurur: “Bir kəsin sağlamlığı xəstəliyindən üstün olsa, amma bununla eyni zamanda dava-dərmana üz gətirsə və onun nəticəsində canını əldən versə, mən Allah müqabilində onun yaramaz və yersiz hərəkətləri üçün heç bir bəhanə gətirə bilmərəm.”[9]

İmam Kazim (əleyhis-salam)-ın əziz oğlu da həmin məsələyə işarə edərək buyurur: “Bacardığınız qədər həkim dava-dərmanlarından istifadə etməyin. Çünki dərmanın az miqdarda istifadə olunması nəticə etibarı ilə daha çox istifadə olunmasına səbəb olacaqdır.”[10]

Bu külli prinsip dərmanların vurduğu zərərlərə görə hazırkı təbabət elmində də qəbul edilir. Rəvayətlərdə olan digər şahidlər də  həkim dərmanlarına mümkün qədər üz gətirməməyə tövsiyə edir. Bu tövsiyələr bütün xəstəliklərə və dərmanlara şamil deyildir, bəzi dərmanlar xəstəliyin qarşısını almaq ünvanı ilə istifadə edilə bilər.[11]

Digər nümunə pəhrizin necəliyi barəsindədir. Rəvayətlərdə buyurulur ki, pəhriz yeməmək mənasına deyil, əksinə  yeyinti məhsullarından proqram əsasında istifadə və  düzgün şəkildə qəbul edilməsidir.[12]

Bəzi rəvayətlərdə də digər külli təbabət qanunlarına və bəzi xüsusi xəstəliklərə işarə edilir. Bəlkə də həmin rəvayətlər bəzilərini məcbur etmişdir ki, “islami təbabət” adlı müstəqil bir elmi irəli çəkmiş olsunlar.

3. İndi sual yaranır ki, bəzi rəvayətlərin hazırkı təbabət elmi ilə təzadlı olduğu zaman nə etmək lazımdır? Diqqət yetirmək lazımdır ki, ilk nəzərdə hazırkı təbabətlə təzadlı görünən rəvayətləri dəqiq araşdırdıqda belə nəticəyə çatmaq olar ki, əsasən onların arasında heç bir uyğunsuzluq və təzad yoxdur ki, onu aradan qaldırmaq fikrində də olaq. Başqa sözlə desək, bəlkə də bu hədislər fiqhi rəvayətlər kimi dəqiq şəkildə araşdırılsa, habelə onların (hazırkı tibb ilə) əlaqəsi tam dəqiq şəkildə və fiqhi istinbatlarda olduğu kimi təhlil olunsa, mümkündür çox hallarda ixtisasçı olmayan şəxslər tərəfindən bu rəvayətlər barəsində ümum xalq kütlələrinə təqdim olunan yanlış təfsir və izahlardan çoxuna yer olmasın. Bunu da qeyd edək ki, fəqihin şəriət sahibi tərəfindən qoyulan etibari işlərdə – şəri hökmlərə verdiyi nəzər gərək təbabət kimi xarici gerçəkliklərlə uyğun olan bəzi elmlər barəsində verdiyi nəzərlə müəyyən fərqlərə malik olsun.

Nümunə üçün iki rəvayəti təhlil edirik:

1. Bir hədisdə deyilir ki, “Mədə bütün dərdlərin yığıncağıdır”,[13] yaxud “Mədə hər bir dərdin evidir.”[14]

Bəlkə də bəziləri bütün xəstəliklərin mədə ilə əlaqədar olması barədə çıxarışlar ilə onun məzmununu müdafiə etməyi qərara almaq, bu mövzunu hazırkı təbabət elmindən isbat etmək istəyər, amma əməldə problemlə qarşılasa bilər. Çünki belə bir külli qanunun olmaması mümkündür və xəstəliklərdən bir çoxunun, o cümlədən genetik xəstəliklərin bəlkə də mədə ilə heç bir əlaqəsi olmaya bilər.

Amma əgər rəvayətlərdən düzgün olan çıxarışlar, yəni xəstəliklərin əksəriyyətinin mədə nahiyəsindən olması məsələsi araşdırılsa, bu zaman hər bir xəstəliyin mədə ilə əlaqələndirilməsinə ehtiyac olmayacaqdır.

Düzgün olmayan birinci çıxarış oradan irəli gəlir ki, külli kəlməsini “heç bir  istisna olmadan hər bir şeyə aid olan” kimi tərcümə edək. Halbuki ərəb dilində “küll” kəlməsi əksər hallarda, əldə oluna bilən, mümkün hallar və s. mənalarda da işlənir. Nümunə üçün, hüdhüd Süleyman peyğəmbər üçün xəbər gətirib “mən Səba ölkəsində padşahlıq edən bir qadını gördüm, onun böyük taxtı-tacı və sarayı var idi, hər bir şey onun ixtiyarında idi” deyəndə[15] burada “kullu şəy” – hər bir şey” kəlməsinin mənası “dünyada mövcud olan hər bir şey onun ixtiyarında idi və heç bir şey onun ixtiyarından xaricdə deyildi” demək deyildir. Əksinə, mənası o idi ki, təqribən o dövrün bütün imkanları onun ixtiyarında idi.

Bu izahla hətta bəzi xəstəliklərin mədə ilə əlaqəsi olmadığını isbat etməkdə bu rəvayət müdafiə oluna bilər.

2. Bəzi rəvayətlərdə deyilir ki, “ölümdən (qəti əcəldən) başqa elə bir xəstəlik yoxdur ki, qaraca dənə (çörəkotu)  onun dərmanı olmasın.”[16]

Bu rəvayətin izahında bəzi əttarlar kimi, öz malını satmaq üçün bitki təbabətində ona daha artıq istinad etmək və demək olmaz ki, onun istifadə olunması insanı digər dərmanlardan ehtiyacsız edir. Çünki bu sual irəli çıxır ki, belə bir təsirli dərmanın varlığı ilə digər nüsxələrin yazılmasına nə ehtiyac duyulur?! Nə üçün başqa rəvayətlərdə digər dərmanlar da təqdim olunur?! Ümumiyyətlə, görəsən bu sehrli dərmanın varlığı ilə yeni tibbi tədqiqatlara, hətta digər dərmanlara tövsiyə edən rəvayətlərə ehtiyac qalırmı?!

Amma əgər əvvəlcədən bu rəvayətdən başqa bir nəticə alsaq və “bu rəvayətə əsasən qaraca dənə müxtəlif dərman tərkiblərində istifadə oluna bilən maddələrə şamildir” desək,[17] həmçinin müalicəni yalnız bir xəstəliyin tam sağalması mənasına götürməsək, əksinə “xəstə üçün müəyyən qədər faydalı olan və tam müalicənin digər dərmanlarla təkmilləşdirilməsi” ünvanı ilə hər bir dərman müəyyən bir müalicə üslubu ilə nəzərdə tutulsa, bu zaman artıq yuxarıdakı suallara yer qalmayacaqdır.

Bunları nəzərə almaqla, eləcə də islamın təbabət elminin inkişafı ilə müxalif olmadığı barədəki gerçəkliyi qəbul etməklə çox az hallarda bu elm ilə rəvayətlərdə mövcud olan tövsiyələr bir-biri ilə ziddiyyət təşkil edə bilər. Rəvayətlərdə təqdim olunan dərmanlar bir çox hallarda həmin dövrün təbabət elminə nəzər yetirirdi. Təbiidir idi ki, əgər məsumlar bizim dövrümüzdə yaşasaydılar, hazırkı elmin müqabilində heç vaxt əks mövqe seçməz, üstəlik hazırkı dövrdə işlənən dərmanlardan bəzilərini də öz dinləyicilərinə təqdim edərdilər. Çünki bizim dövrün inkişafı bəzi dəyişikliklərin baş verməsini tələb edir. Yeni silahların varlığı ilə, müasir silahlaşmanı nəzərə almadan, hələ də müharibə atlarını hazırlamaq, bu tədbirləri dini mənbələrə istinad etmək, klassik silahlanmanı səhvən yeni silahlanmanın qarşılığı qərar vermək  və onu İslami adlandırmağımız düzgün olmadığı kimi,[18] yeni təbabətdəki inkişafları görməməzliyə vurmaq və səhvən islami adlandırdığımız müalicə üslublarına üz gətirməyimiz də düz deyildir. Başqa sözlə desək, hər növ yeni müalicə üslublarının təqdim olunması ilə xəstəliklərin keçmiş üslublarla müalicəsini davam etdirmək və ya dayandırmaqla əlaqədar qərara gəlmək olar. Əlbəttə, yalnız mütəxəssis və iltizamlı həkimlər bitərəf şəkildə hər hansı bir dərmanın digərinə üstünlüyünü ayırd edə bilərlər.

Bunların mənası o deyildir ki, klassik müalicə üslublarının hamısından, o cümlədən həcəmət, fəsd və s. birdəfəlik əl çəkək; belə ki, onların bəziləri bizim dini mənbələrimizdə də qeyd olunmuşdur. Əksinə, sözümüz bundadır ki, əgər doğrudan da nümunə üçün, qan köçürməyin elə həmin həcəmətin faydalarına malik olması sübuta yetərsə və bu iş öz ardınca heç bir xəsarət gətirməzsə, islam mənbələrində deyilən həcəmətin müalicə əhəmiyyətinə istinad edərək, bu barədə yeni tədqiqatları kənara qoymaq olmaz.

Dördüncü hissə

Keçən bəhslərə diqqət yetirməklə aydın olur ki, “islami tibb” adlı müstəqil bir elmin ünvanlanması islami təlimlərdən qaynaqlana bilməz. Aşağıdakı tarixi rəvayətləri bu mövzu barəsində digər təsdiq hesab etmək olar:

Məmun, Nişapurda imam Riza (əleyhis-salam)-ın hüzuru ilə bir məclis təşkil etdi, müxtəlif elm sahələrindən olan alimləri, o cümlədən məşhur təbibləri, filosofları çağırdı. Təbabətdən söhbət açılan zaman insanın fiziki sağlamlığı və orqanizmin gücləndirilməsi ilə əlaqədar söz düşdü. Məmun və orada iştirak edənlərin hər biri bu barədə tam hərarətlə söhbət edirdilər. Orada irəli çəkilən suallar: insan orqanizminin bir-birinə zidd olan müxtəlif hissələri külli bir hədəf əsasında necə əməl edir? Müxtəlif yeməklərin faydaları və zərərləri nədir? Bu yeməklərdən irəli gələn xəstəliklər hansıdır? Və sair

İmam Riza (əleyhis-salam) bu müddət ərzində sükut etmişdi və heç bir nəzər vermirdi. Lakin Məmun o həzrətə üz tutub dedi: – Sizin bugünkü məsələ barəsində nəzəriniz nədir? Biz onları mütləq bilməliyik!

İmam Riza (əleyhis-salam) buyurdu: – Mənim bu barədə müəyyən məlumatlarım vardır ki, bəzilərini təcrübədən keçirmiş, onun düzgün olmasını başa düşmüşəm. Bəziləri də hamının bilməli olduğu sağlamlığın zərurətlərindəndir. Həmçinin keçmiş ata-babalarımdan (müəyyən şeyləri) öyrənmişəm, bunların hamısını bir məcmuədə toplamışam və sizin ixtiyarımıza verəcəyəm.[19]

Sonra sağlamlıqla əlaqədar tövsiyələrdən ibarət olan yazılı bir məcmuəni Məmunun ixtiyarına qoydu ki, hal-hazırda “Tibbur-Riza (əleyhis-salam)”, yaxud “Ər-risalətuz-zəhəbiyyə” adı ilə məşhurdur.

Bu rəvayətin təqiyyə şəraitində deyilmiş olmasına dair nişanələr vardır, eləcə də imamın şiə inanclarını təlim verməsi ilə tam uyğunluğu yoxdur. Amma bu nəticəni almaq olur ki, din rəhbərləri məsləhəti bunda görürdülər ki, təbabət elmi təbiblər arasındakı söhbətlərlə və zamanın keçməsi ilə təkmil edilsin, nəinki birbaşa əməl məqamına gələrək ixtiyarlarda olan qeyb elmlərindən bəhrələnsinlər, təbibləri özlərinin ixtiyarında olan təbabət təlimlərinə tabe olmağa çağırsınlar. Buna görə də biz “islami tibbi”  o şey hesab edirik ki, onda həkim xəstəyə iqtisadi və maddi nəzər salmasın, xəstələrin sirləri onun yanında əmanət qalsın, islamın bütün gözəl və bəyənilən əxlaqi səciyyələrinə malik olsun, nəinki öz təbabət elmini Quran və rəvayətlərdən əldə etmiş olsun.

Beləliklə, müsəlman təbiblərinin, o cümlədən Əbu Əli Sina, Razi və s.nin elmi tədqiqatlarına və nailiyyətlərinə ehtiram qoymaqla eyni zamanda (bunlar islam mədəniyyəti sayəsində inkişaf etmişlər) onlara müqəddəslik donu geyindirmir, onların nəzəriyyələrini qəti gerçəklik və dəyişdirilməyə, tənqidə layiq görülməyən nəzəriyyə  kimi cəmiyyətə təqdim etməməliyik. Biz inanırıq ki, rəvayətlərdə mövcud olan və sünnəti təbabətə nəzər yetirən  bütün tövsiyələrlə eyni zamanda  heç vaxt sünnəti tibbi “islami tibb” adlandıra bilmərik. Bu heç bir vəchlə rəvayətlərdə təbabətə dair tövsiyələrin olmadığı mənasına deyildir.

 


[1] “Cümə” surəsi, ayə: 2

[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 67-ci cild, səh. 373, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[3] “Biharul-ənvar”, 59-cu cild, səh. 65 hədis 9

[4] Yenə orada, 42-ci cild, səh. 234

[5] “Kəhf” surəsi, ayə: 11

[6] “Ali-İmran” surəsi, ayə: 49, “Maidə” surəsi, ayə: 110

[7] "Biharul-ənvar", 95-ci cild, səh. 218;

[8] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 6-cı cild, səh. 333, hədis 5, "Darul-kutubil-islamiyyə", Tehran, 1047; "Biharul-ənvar", 59-cu cild, səh. 66, hədis 10

[9] Yenə orada, 59-cu cild, səh. 64, hədis 5

[10] Yenə orada, 59-cu cild, səh. 63, hədis 4

[11] Yenə orada, 59-cu cild, səh. 140, hədis 1

[12] Yenə orada, 59-cu cild, səh. 64, hədis 7

[13] Yenə orada, 59-cu cild, səh. 75

[14] Yenə orada, 59-cu cild, səh. 290

[15] “Nəml” surəsi, ayə: 23

[16] "Biharul-ənvar", 10-cu cild, səh. 115

[17] Bu ibarə  مَا مِنْ دَاءٍ إِلَّا وَ فِي الْحَبَّةِ السَّوْدَاءِ مِنْهُ شِفَاءٌ  “Elə bir dərd (xəstəlik) yoxdur ki, qaraca dənədə (çörəkotu) onun üçün (müəyyən qədər) şəfa olmasın” ifadəsi ilə daha uyğundur.

[18] “Ənfal” surəsi, ayə: 60

[19] "Biharul-ənvar", 59-cu cild, səh. 307

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    15192 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin əvəz olunması ilə cümlə mənaları tam dəyişə bilər?
    6679 Quran elmləri 2014/05/22
    Təhrif haqqında müxtəlif mənalar səsləndirilib.İslam alimləri Quranın azaldılması və ya çoxaldılması cəhətdən, təhrifin olmamasına yekdilliklə rəy veriblər. Bu mənada ki, nə xaricdən Qurana bir şey əlavə olunub və nə də Quranın əsl mətinindən bir şey azaldılıb. Amma Quran hərflərinin hərəkələrinin və ya səsli hərflərin dəyişdirilməsi haqqında da ...
  • Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?
    16061 Əməli əxlaq 2012/04/19
    Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran ...
  • Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi?
    23547 Nizamlar hüquq və əhkam 2012/01/18
    Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən ...
  • İmam Əli (ə)- in nəzərində İslam cəmiyyətində olan hər bir fərdin ən mühüm hüququ nədən ibarətdir?
    3031 روایات و دعاهای برجای مانده 2019/10/09
  • Nə üçün ideanın bəzi cisimlərini kənar etmək olmaz?
    5663 Qədim kəlam 2011/05/30
    İdeanın lüğətdə mənası, əqidə tanımaq deməkdir. Amma əqidənin özünə və düşüncə tərzinə də deyilir. Amma termində bəzi vaxtlar ümumi olaraq əməl və nəzəriyyə düşüncələrinə şamil olmasında istifadə olunur və bəzi yerlərdə isə xüsusi olaraq dünya görüşü qarşısında istifadə olunur. İkinci surətdə, ideya silsiləvari bir nəzəriyyəyə şamil olur ki, ...
  • Xal qoymaq haramdır?
    5717 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Дини плүрализм нәзәријјәси вә динин мүхтәлиф тәфсирләрини изаһ един вә фәргләрини ачыглајын?
    8267 Təzə kəlam 2010/07/18
     1; Плүрализм мүхтәлиф саһаләрдә, о ҹүмләдән, дин вә әхлаг фәлсәфәсиндә, һүгуг вә сијаси вә саир ... саһәләрдә чохлуға тәрәф мејл мәнасында олуб, мүхтәлиф истифадәләри вар вә үмуми мәнада олараг тәк мејллилик вә ја мүнһәсирлијин гаршысында чох мејллилијин рәсми танынмасы демәкдир. Дини плүрализмин ...
  • Bədənin gözəlliyi üçün olan cərrahiyyələr barəsində İslamın nəzəri nədir?
    5721 Nizamlar hüquq və əhkam 2011/05/05
    Təqlid mərcələrinin bədənin gözəlliyi cərrahiyyəsi barəsində müxtəlif nəzəriyyələri varlarıdır ki, aşağıda qeyd edirik: Həzrət Ayətullahul- üzma Xamineyinin dəftərinin cavabı: Bu iş öz- özlüyündə caizdir. Bu şərtlə ki, naməhrəmlə təmas və ya digər günahlara səbəb olmasın. Həzrət Ayətullahul- üzmaMəkarim Şirazinin dəftərinin cavabı: Əgər digər bir haramla yanaşı ...
  • Nə üçün bəzi namazları uca səslə qılmaq lazımdır?
    7224 Nizamlar hüquq və əhkam 2020/02/03
    Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162867 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154911 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98772 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91287 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53338 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45191 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42867 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...