Ətraflı axtarış
Baxanların
7757
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
Sual
Xeyir, həsənə və saleh əməl arasında olan fərqi ətraflı şəkildə bəyan edin.
Qısa cavab

Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur.

Ətreaflı cavab

Xeyir kəlməsi lüğətdə خیر  (x, y, r) kökündən alınmışdır və faydası, mənfəəti, yaxşılığı və islahı (məsləhəti) olan bir şey nəzərdə tutulur. Onun çoxlu nümunələri vardır, o cümlədən mal-dövlət, faydalı elm və sair.[1] Demişlər ki, xeyir – şər kəlməsinin antonimidir və onda bir növ üstünlük və fərqləndirici əlamət mövcuddur.[2]

Həsənə kəlməsi حسن  (h, s, n) kökündən alınmışdır və bu mənayadır ki, hər hansı bir şey elə şəraitdə olsun ki, insanın nəfsi və təbiəti onu qəbul etsin.[3] “Həsənə” gözəllik və camal mənasına gəlmişdir. Demişlər ki, “hüsn” çirkinliyin antonimidir, “həsənə” isə “səyyiə”nin ziddidir.[4]

Saleh kəlməsi صلح (s, l, h) kökündən alınmışdır və düzgün və səhih mənasınadır. Bu da “fəsad” kəlməsinin müqabili və antonimidir.[5]

Lakin işlənmə hallarına nəzər yetirdikdə bu üç kəlmənin bir-biri ilə heç bir fərqi yoxdur və müəyyən hallara uyğun olaraq hər biri digərinin mənasında istifadə edilə bilər. Belə ki, bəzən lüğət kitablarında onlardan biri digərinin izahında gətirilir. Məsələn, “islah”ın mənasında deyilir ki, hər vaxt hər hansı bir heyvana yaxşılıq – (hüsn) etdinsə deyirsən ki, onu islah edib düzəltdim.[6]

Buna görə də təfsir və lüğət alimlərinin kəlamda mövcud olan şahidlərə uyğun olaraq onlar üçün müxtəlif məna və nümunələri qeyd etmişlər.

Məsələn, “saleh” kəlməsini “fiziki baxımdan səhih və sağlam olan”,[7] “tövbə edən”,[8] “ilahi vacibləri və insanların hüququnu yerinə yetirən”[9] kimi məna etmişlər (yəni onun nümunələrini qeyd etmişlər).

Yaxud “həsənə” kəlməsini sidq – doğruculuq,[10] ruzinin bolluğu,[11] Allahın razı olması,[12] qənimət[13], nemət[14], Əhli-beytə məhəbbət,[15] namaz[16] kimi məna etmişlər. Yəni mövcud şahidlərə uyğun olaraq onun müxtəlif mənalarını bəyan etmişlər.

Həmçinin “xeyir” kəlməsini sileyi-rəhim,[17] saleh əməl,[18] mal-dövlət[19] kimi də məna etmişlər.

Hər bir halda xeyir əməllər, həsənə və saleh əməllərin bir-biri ilə zati fərqləri yoxdur, əksinə yaxşı bir əməl olduğuna görə xeyir adlandırılır, gözəl və bəyənilən olduğuna görə “həsənə” deyilir, düzgün və səhih olduğuna görə ona “saleh əməl” deyilir.

Təfsir alimlərindən bəziləri saleh əməldən məqsədin nə olduğunu bəyan edərkən buyurmuşlar: “Zahirən saleh əməl o əmələ deyilir ki, əql, məntiq və şəriət qanunları meyarlarına əsasən gözəl olsun, riyakarlıqdan, özünü bəyənməkdən, həva-həvəsə tabe olmaqdan və hər növ naqislikdən uzaq olsun, əql sahibləri tərəfindən bəyənilsin, Allah dərgahında bəndəlik məqamına layiq olsun.”[20]



 [1] “Möcəmul-mustələhat”, 2-ci cild, səh. 66; الخیر مَا فِیهِ نَفْعٌ وَ صَلَاحٌ، وَ هُوَ ضِدُّ الشَّرِّ، فَالْمَالُ خَیْرٌ، وَ الْخَیْلُ خَیْرٌ، وَ الْعِلْمُ النَّافِعُ خَیْرٌ “Xeyir – fayda və məsləhət olan şeyə deyilir, bu da şərin ziddidir (antonimidir). Mal xeyirdir, ilxı xeyirdir, faydalı elm xeyirdir.” Quranda isə: بِیَدِکَ الْخَیْرُ إِنَکَ عَلَى کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ “Xeyir yalnız Sənin əlindədir, çünki Sən hər bir işə qadirsən

 (“Ali-İmran” surəsi, ayə: 26)

Həmçinin Quranda buyurulur: و قوله تعالى: فَقَالَ إِنِّی أَحْبَبْتُ حُبَّ الْخَیْرِ عَن ذِکْرِ رَبِّی

 “(Süleyman) Dedi: Həqiqətən mən xeyri – bu atları Rəbbimə məhəbbət üzündən sevdim.” (“Sad” surəsi, ayə: 32)

قِیلَ: اَلْخَیْرُ هُنَا: اَلْخَیْلُ لِأَنَّهَا أَدَاةُ نَفْعٍ. وَ قِیلَ: هُوَ الْمَالُ وَ مَتَاعُ الدُّنْیَا. وَ قَوْلُهُ تَعَالَى:. فَمَنْ تَطَوَّعَ خَیْرًا فَهُوَ خَیْرٌ لَهُ.[ سورة البقرة، الآیة 184] أَیْ: مَنْ زَادَ عَلَى مِقْدَارِ الْفِدْیَةِ تَطَوُّعًا، فَهُوَ خَیْرُ لَهُ عِنْدَ اللّهِ

Deyilmişdir ki, burada “xeyir” at ilxısıdır. Çünki onlar fayda səbəbidir. Başqa nəzərdə deyilir ki, o, mal-dövlət və dünya matahıdır. “Bəqərə” surəsinin 184-cü ayəsində buyurulan “Hər kəs öz yaxşı əməlini artırsa (birdən artıq ac adama təam versə) onun üçün daha yaxşıdır” kəlamının mənası budur: “Hər kəs fidyənin miqdarına müstəhəb olaraq artırsa, Allah yanında ionun üçün daha xeyirlidir.” 

“Ət-təshilu li ulumit-tənzil”, 1-ci cild, səh. 26 və “Əl-qamusul-qəvim lil-Quranil-kərim”, səh 216, “Əttovqif”, səh. 230; “Əl-kulliyyat”, səh. 423

[2] “Lisanul-ərəb”, 4-cü cild, səh. 264, “Kitabul-eyn”, 4-cü cild, səh. 264

[3] “Möcəmul-müstələhat”, 1-ci cild, səh. 570, “əl-husn”

[4] “Kitabul-eyn”, 3-cü cild, səh. 143, “Lisanul-ərəb”, 13-cü cild, səh. 114

[5] “Kitabul-eyn” 3-cü cild, səh. 117, “Lisanul-ərəb”, 3-cü cild, səh. 516

[6] “Lisanul-ərəb”, 2-ci cild, səh. 516

[7] Yenə orada

[8] Yenə orada

[9] Yenə orada

[10] “Məcməul-bəhreyn”, 6-cı cild, səh. 233

[11] Yenə orada

[12] Yenə orada

[13] Yenə orada

[14] Yenə orada

[15] Yenə orada; habelə “Kafi” 1-ci cild, səh. 185

[16] Yenə orada

[17] Yenə orada, 3-cü cild səh. 294

[18] Yenə orada

[19] Yenə orada

[20] “Məxzənul-irfan fi təfsiril-Quran”, 15-ci cild, səh. 273

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    7261 İslam fəlsəfəsi 2012/02/12
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
    8198 Məlanların tarixi 2011/09/12
    İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6842 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
    6835 Təfsir 2012/02/07
    Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir: 1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8221 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113708 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6137 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...
  • Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ədalətli olması ilə ziddiyyəti yoxdurmu?
    19502 Təfsir 2011/04/13
    Bu ayə təlaq verilmiş (boşanmış) qadınlar barəsində olan ayədir və rəci təlaqın hökmlərindən biri yəni iddə zamanında onların ərlərinin qayıtmasıdır. Ümumi bir qanuna yəni qadınların hüquq və vəzifələrinin bərabər olmasına işarədir. Quran ayələrinin cəmindən və bu ayədən məlum olur ki, Allah üstünlüyü təqvada bilir. Hökmlərdə qadınla kişinin bərabər olmasını ...
  • İstimna ilə izdivacın fərqi nədir?
    27073 Əhkam və hüquq fəlsəfəsi 2011/11/24
    İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim ...
  • Zirar məscidi hansı mənadadır? Və onun tikilmə dastanı nədir?
    9366 Məlanların tarixi 2012/02/09
    Ərəb qramatikasında: "Zirar" mufaələ babındandır. Lüğətdə ziyan vurmaq[1] (bilərəkdən[2]) mənasında işlədilmişdir. Quranın Tövbə surəsində bu məsələyə işarə olunmuşdur.Zirar məscidinin bu cür adlandırılmasının illəti; bu cəhətdən olmuşdur ki, münafiqlərdən bir dəstəsi öz çirkin hiylələrini İslam və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164694 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163814 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119765 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113708 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110604 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94064 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54847 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54172 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46167 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45776 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...