Ətraflı axtarış
Baxanların
8440
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Qəlbi-səlim dedikdə məqsəd nədir?
Sual
Qəlbi-səlim dedikdə məqsəd nədir?
Qısa cavab

“Səlim” kəlməsi zahiri və batini aludəliklərdən və bəlalardan uzaqlıq mənasına olan “silm” və “səlamət” kökündən alınmışdır. İmam Sadiq (əleyhis-salam) bu kəlmə barəsində buyurur: “Səlim qəlb o qəlbdir ki, Allahla görüşdüyü zaman onda Allahdan başqa heç kəs olmasın.”

Quran təfsirçiləri qəlbi-səlim üçün müxtəlif təfsir və izahlar bəyan etmişlər ki, onların hər biri məsələnin bir yönünə işarə edir. Məsələn, demişlər ki, səlim qəlb odur ki, şirkdən pak olsun; yaxud o qəlbdir ki, günah, kin-küdurət və nifaqdan uzaq olsun; yaxud o qəlbdir ki, onda dünyaya məhəbbət olmasın, çünki dünyaya məhəbbət bütün günahların və xətaların mənşəyidir. Nəhayət demişlər ki, səlim qəlb odur ki, onda Allahdan başqa heç kəsə yer olmasın.

Ətreaflı cavab

Quranda işlənən kəlmələrdən biri də çox gözəl və dolğun mənaya malik olan “qəlbi səlim” kəlməsidir. “Səlim” kəlməsi zahiri və batini günahlardan və bəlalardan uzaqlıq mənasına olan silm və ya “səlamət” kökündən alınmışdır.[1]

Qəlbi-səlim üçün ən gözəl izah imam Sadiq (əleyhis-salam)-ın buyurduğu bu kəlamdır:

الْقَلْبُ السَّلِيمُ الَّذِي يلْقَى رَبَّهُ وَ لَيسَ فِيهِ أَحَدٌ سِوَاهُ

“Səlim qəlb o qəlbdir ki, Allahla görüşəndə özündə Ondan başqasına yer verməmiş olsun.”[2]

Həmin imamdan nəql olunan başqa bir rəvayətdə deyilir:

صاحِبُ النِّيَّةِ الصَّادِقَةِ صَاحِبُ الْقَلْبِ السَّلِيمِ، لِأَنَّ سَلاَمَةَ الْقَلْبِ مِنْ هَوَاجِسِ الْمَحْذُورَاتِ بِتَخْلِيصِ النِّيَّةَ لِلَّهِ فِى الْاُمُورِ كُلِّها

“Sadiq niyyətə və sağlam qəlbə sahib olan şəxs – səlim qəlb sahibidir. Çünki qəlbin (hər növ) şəkk-şübhədən və şirkdən sağlam olması bütün işlərdə niyyəti yalnız Allah üçün xalis  etməklə (mümkün) olur.”[3]

“Səlim qəlb”in əhəmiyyətində bunu qeyd etmək kifayətdir: Qurani-kərim qiyamət günü onu yeganə nicat vasitəsi və sərmayəsi hesab edir. “Şüəra” surəsində oxuyuruq:

يَوْمَ لاَ ينْفَعُ مَالٌ وَ لاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَليمٍ

“O gün (qiyamət) nə mal-dövlətin faydası olar, nə də övladların. Yalnız o kəs (nicat tapacaq ki,) şirkdən uzaq (pak) olan bir qəlb ilə Allahın hüzuruna gəlmiş olsun.”[4]

Quran təfsirçiləri də “səlim qəlb” kəlməsi üçün müxtəlif izahlar vermişlər ki, onların hər biri məsələnin bir yönünü açıqlayıb bəyan edir:

1. Səlim qəlb – şirkdən pak olan qəlbdir;

2. Səlim qəlb – günahdan, kin-küdurətdən, nifaqdan (münafiqlikdən, riyadan) pak olan qəlbdir;

3. Səlim qəlb – dünyaya məhəbbətdən boş (uzaq) olan qəlbdir, çünki dünya məhəbbəti bütün xətaların mənşəyidir;

4. Səlim qəlb – özündə Allahdan başqasına yer verməyən qəlbdir.

Qeyd etdiyimiz kimi, “səlim” kəlməsi “səlamət” (sağlamlıq) kökündəndir. Səlamət sözü qeydsiz-şərtsiz şəkildə deyildiyi zaman hər növ əxlaqi və etiqadi (ruhi və mənəvi) xəstəliklərdən sağlamlıq kimi məna olunur.

Deməli, sağlam qəlb sahibi olan şəxs bu dünyada da qəlbini Allahdan qeyri işlərdən pak edib boşaldır. Çünki həvayi-nəfs, şan-şöhrət və qüdrət aşiqi olmaq, dünya malına hərislik, əxlaqi pozğunçuluq və s. işlərin sağlam qəlb ilə heç bir uyğunluğu yoxdur.

Bir sözlə, səlim qəlb o qəlbdir ki, qeyri-ilahi bağlılıqların hamısını özündən uzaqlaşdırsın, dünyada öz diqqətini yalnız mütəal Allaha doğru yönəldib təmərküzləşdirsin. Belə ki, duada oxuyuruq:

اِلـٰهِي هَبْ لِي كَمَالَ الْاِنْقِطَاعِ اِلَيْكَ

“Pərvərdigara! Başqa şeylərdən tamamilə əl üzüb yalnız Sənə doğru diqqət yetirmək halətini mənə qismət et!”

Bu barədə əlavə məlumat almaq üçün Şəhid Dəstğeybin (rəhmətullahi əleyh) “Qəlbi səlim” kitabına müraciət edin.

 


[1] Rağib İsfahani, “Müfrədatu əlfazil-Quran”, “silm” kəlməsi

[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2-ci cild, səh. 16, “Darul-kutubil-islamiyyə”, Tehran, 1368-ci şəmsi il

[3] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 67-ci cild, səh. 210, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[4] “Şürəra” surəsi, ayə: 88-89

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ислам дининдә дәјишән үнсүрләр вармы?
    7668 Təzə kəlam 2009/06/21
    Илаһи динләринпринсипләри ики гисимдән тәшкил олунуб: Бир гисми сабит үнсүр, диҝәри исә дәјишәндир. Илаһи динләрин дәјишмәз, сабит вә дүнјәви принсипләри һәмишәлик вә һәр заман олмушдур. Әслиндәинсанын
  • Şeytanın İmam Əli (ə)- a nisbət dostluq və əlaqəsi vardımı?
    6221 Qədim kəlam 2012/03/11
    Təhqiq və axtarışlara əsasən hədisi mənbələrdə, hətta irfani kitablarda böyük ariflərdən eşq və məhəbbətə aid olan bəhslərdə, şeytanın İmam Əliyə (ə) sualda qeyd olunan ibarətlə əlaqəsi barədə rəvayət tapılmadı. Əlbəttə rəvayətlər vardır, amma o rəvayətlərdə Şeytanın yolunu azmasına işarə olunub. Həmçinin İmam Baqirdən (ə) rəvayət olunan hədisə ...
  • Nə üçün illik ruzini xums ilinin əvvəlindən bir gün qabaq alırlar ki, onunda xumsunu versinlər?
    5065 Nizamlar hüquq və əhkam 2012/03/11
    Hər bir şəxs xumsu hesab etdiyi hər bir ilin daxilində bütün gəlirindən əgər israf etmədən öz yaşayışı və ailəsinin yemək- içməyi üçün istifadə edərsə xumsi yoxdur amma əgər bu ruzidən xums ilinin sonunda artıq qalarsa onun xumsunu verməlidir, baxmayaraq ki, xumsun verilməsindən bir neçə gün belə əvvəl ...
  • Kərbəla əsirləri hansı gündə Kərbəladan Şama doğru hərəkət etmişlər?
    6677 تاريخ بزرگان 2011/07/28
    Məqtəl və tarix kitablarının nəqlinə uyğun olaraq Kərbəla əsirlər karvanı Məhərrəm ayının 11-də Kərbəladan hərəkət etmiş və 12-də Kufəyə daxil olmuşlar. Məhərrəmin 19-da Kufədən Şama doğru hərəkət etmiş və səfərin 1-də Şama daxil olmuşlar.[1]
  • Allah dərgahına yaxınlaşmaqda vasitənin rolu
    6851 Qədim kəlam 2011/04/16
    “Vəsilə” (vasitə) çox geniş mənaya malikdir və bəndənin Pərvərdigarın dərgahına yaxınlaşmağına səbəb olan hər bir işə və ya şeyə şamil olur. Dünya səbəb-nəticə qanunu əsasında qurulduğundan səbəblər insanın hidayəti və son təkamülə çatması üçün yaradılmışdır. Bəşərin təbii ehtiyacları maddi səbəb və amillərin vasitəsilə təmin olunduğu kimi, ...
  • İnsanın öz dini qardaşının (aralarında olan dava-dalaş və narahatçılığa görə) əzab-əziyyətinə səbəb olan sözlər danışmağa və onunla küsülü qalmağa haqqı vardırmı? Halbuki, qarşı tərəf üzrxahlıq da etmişdir?
    6470 Əməli əxlaq 2012/01/18
    Əfv edib güzəştə getmək böyük insanların bariz xüsusiyyətlərindən, əxlaqi səciyyələrindəndir. Bu əməl ruhun alicənablığı əlamətidir. İslam məktəbində bu sifət böyük əxlaqi fəzilətlərdən hesab olunur. Hansı ki, bu dinin Peyğəmbəri “əxlaqi fəzilətləri, mənəvi kamalları təkmil edilib sona çatdırmaq üçün” məbus olmuş, özü də Quranın buyurduğu kimi “böyük və ...
  • Buda dini, ilahi din olubdurmu?
    6745 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Həzrət Abbas su gətirən zaman nə mədhi oxuyurdu?
    6526 Dahilərin sirəsi 2011/12/25
    Keçmiş zamanlarda doyüşlərdən öncə öz doyüşçülərini ruhlandırmaq üçün müxtəlif şüarlar və mədhlər (təriflər) söyləyirdilər. İmam Hüseyn və onun yavərləri də aşura günü bir çox əzici və məna dolu şüar və mədhlər söyləmişlər. O cümlədən Həzrət Hüseynin (ə) böyük qardaşı həzrət Əbulfəz Abbasın da aşura günü müxtəlif vaxtlarda ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    5597 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Dini və qeyri-dini məktəblər arasında nə kimi fərqlər vardır?
    8032 Nəzəri əxlaq 2012/04/19
    Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160258 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146270 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115571 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    106724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89181 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88159 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52099 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41596 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    40793 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40451 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...