Ətraflı axtarış
Baxanların
7725
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Həzrət Əli (əleyhis-salam) Allah tərəfindən möhtaclar arasında yemək bölüşdürdüyünə görə “Rəzzaq” (ruzi verən) adlandırıla bilərmi? On dörd məsum (əleyhimus-salam) bizə nəzarətçi olduqları üçün onları Rəbb adlandırılmaq düzdürmü?
Sual
1. “Pərvərdigar” və “Rəbb” kəlmələrinin mənası nədir? 2. Həzrət Əli (əleyhis-salam) Allah tərəfindən ehtiyaclılara yemək payladığına görə onu Rəzzaq adlandırmaq olarmı? 3. On dörd məsum (əleyhimus-salam) bizim bütün işlərimizə nəzarət etdiklərinə görə onları “Rəbb” adlandırmaq olarmı? Bu iş şirk sayılırmı? 4. Qurani-kərimdə valideyn “rəbb” adlandırıldığına görə biz də onları Rəbb adlandıra bilərikmi? Əvvəlcədən öz təşəkkürümüzü bilirik.
Qısa cavab

Fars mənşəli söz olan “Pərvərdigar” kəlməsi “bəsləmək”, “tərbiyə etmək” və sair mənalara gəlmişdir. Bu  kəlmə ərəb dilindəki “Rəbb” kəlməsinin farsca tərcüməsidir və “tərbiyə edən”, “mürəbbi”, “sahib” və s. mənalara gəlmişdir.

Allaha məxsus olan Rəzzaq, Rəbb və sair kəlmələrdən məxluqat üçün istifadə etmək şəxsin məqsəd və niyyətinin nə olmasına bağlıdır. Məhz bundan sonra demək olar ki, bu kəlmələrdən (sualda irəli çəkilən həmin məqsədlərlə) istifadə olunmasının eybi yoxdur. Amma düşmənlər tərəfindən şiəliyin əleyhinə “onlar Allaha pərəstiş hüdudlarından xaric olaraq imama pərəstiş edirlər!” deyə geniş səviyyəli zəhərli təbliğat aparıldığına və bununla da nahaq yerə müttəhim olunduqlarına görə gərək düşmənlərin sui-istifadələrinə səbəb olan hər bir işdən çəkinək – hətta əgər şəxsin əsas hədəfi məsum imamlara (əleyhimus-salam) məhəbbət bəsləmək olsa belə.

Ətreaflı cavab

Fars dilindəki “Pərvərdigar” kəlməsi ərəbcə “pərvəriş verən (bəsləyən)”, “tərbiyə edən”,[1] “mürəbbi”, “sahib”[2] və s. mənalara gələn[3] “Rəbb” kəlməsinin mənasıdır.

Kəlam elmində Rəbb Allah-taalanın gözəl adlarından biridir. Bu söz “aləmi xəlq edən”, “məxluqların sahibi”, “həyat sisteminin əsasını qoyan”, bütün varlıqların öz həyatları dövründə “onların tərbiyəçisi və mürrəbisi”, “hər bir şeyi özünün vücudi və mənəvi kamalına çatdıran” mənasınadır.[4] Başqa sözlə desək, varlıqların ilahi tərbiyəsinin və tədbirinin həqiqəti, əşyaların xəlq və tənzim olunması, onların nəzərdə tutulan hədəf və kamala doğru sövq edilməsi mənasınadır.  Qurani-kərimdə buyurulur: “Bizim Pərvərdigarımız həmin şəxsdir ki, hər bir varlığa, yaranışının tələb etdiyi şeyləri vermiş, sonra onları hidayət etmişdir.”[5] Bu mənaya əsasən Rəbb və Pərvərdigar adları Allah-taalanın müqəddəs zatına məxsusdur və rübubiyyətdə (Rəbb olmaqda) tövhiddən ibarətdir.

Sualda irəli çəkilən məsələ barəsində də demək lazımdır:

Allahın sifətlərdən olan “Rəzzaq”, “Rəbb” və s. kəlmələrdən məxluqat üçün istifadə edilməsi insanın məqsəd və hədəfinin nə olmasının bağlıdır. İlk növbədə demək olar ki, yuxarıdakı məqsədlə bu kəlmələrdən istifadə etməyin iradı yoxdur, çünki:

عَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُن

“Və övladın məxsus olduğu şəxsə (yəni ataya) ananın rizqini  layiqli şəkildə təmin etmək vacibdir.”[6]

وَ إِذا حَضَرَ الْقِسْمَةَ أُولُوا الْقُرْبى‏ وَ الْيَتامى‏ وَ الْمَساكينُ فَارْزُقُوهُمْ مِنْه

“(İrsin) bölgüsü zamanı qohumlar, yetimlər və miskinlər (də) iştirak etsə, onlara da ondan (irsdən) bir rizq (pay) verin.”[7]

وَ قالَ لِلَّذي ظَنَّ أَنَّهُ ناجٍ مِنْهُمَا اذْكُرْني‏ عِنْدَ رَبِّك

“(Yusif) o ikisindən (zindan yoldaşlarından) xilas olduğunu güman etdiyi şəxsə dedi: “Məni öz rəbbinin (sahibin) yanında xatırla!” [8] kimi ayələrdən belə əldə etmək olar ki, Allahın bəndələri də Onunla eyni səviyyədə deyil, ruzi vermək xislətinin davamında Rəbb və Rəzzaq hesab edilə bilər.

Bu müddəanın şahidi xilqəti aşkar şəkildə mələklərə və peyğəmbərlərə nisbət verən rəvayətlərdir: Bir nəfər imam Riza (əleyhis-salam)-dan soruşur ki, Allahdan başqa da bir xəlq edən vardır? Həzrət cavabında buyurur: Allah-taala “fətəbarəkəllahu əhnəsul-xaliqin” – xəlq edənlərin ən yaxşısı olan Allah ulu məqamlıdır!”   deyə xəbər verir ki, bəndələrinin arasında da həm xaliq (xəlq edən),  həm də qeyri-xaliq vardır. Bildiyimiz kimi, həzrət İsa (əleyhis-salam) bir qədər palçıqdan quş şəkli düzəldir, sonra ona üfürür və o da Allahın izni ilə həqiqi quşa çevrilirdi. Samiri də Bəni-İsrail üçün dana şəkilində bir şey düzəltdi ki, inək səsi verirdi.[9]

Bəzi rəvayətlərdə  xilqət məlaikələrə də nisbət verir: İmam Baqir (əleyhis-salam) insanın xilqəti ilə əlaqədar bəzi məsələləri qeyd etdikdən sonra buyurdu:

ثُمَّ يَبْعَثُ اللَّهُ مَلَكَيْنِ خَلَّاقَيْنِ يَخْلُقَانِ فِي الْأَرْحَامِ مَا يَشَاءُ

“Sonra Allah-taala xəlq edən iki mələyi göndərir, onlar Allahın istədiyi şeyləri xəlq edirlər.”[10]

Bu məsələ rizq (ruzi) və rübubiyyət barəsində də doğrudur. Əlbəttə, bu barədə aşağıdakı məsələləri də qeyd etmək zəruridir:

1. Düşmənlər şiə məzhəbi əleyhinə geniş səviyyəli zəhərli təbliğat  aparır və deyirlər ki, şiələr Allaha pərəstiş məqamından xaric olaraq imama pərəstiş edirlər. Onların sui-istifadələrinə və bu barədə həssaslığına səbəb olan işlərdən çəkinmək lazımdır, hətta əgər bu məsələlər imamlara məhəbbət üzündən baş versə belə.

2. Rəvayətlərdə tövsiyə olunur ki, adi camaatla, onların elm və bilik səviyyələrinə uyğun danışaq. İmam Sadiq (əleyhis-salam) buyurur: “Allahın Rəsulu heç vaxt camaatla özünün ağlı səviyyəsində danışmır, buyururdu ki, biz peyğəmbərlərə fərman verilmişdir ki, camaatla,  onların əql səviyyələrinə uyğun danışaq.”[11]

Deməli, camaatın səhvə düşməsinə səbəb olan, əlavə izah və yozumlara ehtiyaclı olan məsələləri irəli çəkməkdən mümkün qədər uzaq olmaq lazımdır.

3. Övladın valideyn üzərində olan haqlarından biri budur ki, valideyn ona yaxşı ad  qoysun. Məsum imamlardan nəql olunur ki, övlada adların ən yaxşısını – Allahın seçilmiş, layiqli bəndələrinin   (peyğəmbərlərin və imamların) adlarını qoymaq lazımdır.[12] Təbiidir ki, məsumlar öz şəxsi həyatlarında bu məsələyə riayət etmişdir. Biz onların öz övladlarına Əbdür-Rəbb, Əbdür-Rəhman kimi ad qoyduqlarını müşahidə etdiyimiz halda, imam övladları arasında Əbdül-Hüseyn, Əbdün-Nəbi və s. adlı insanlara rast gəlmirik – onlara dair düzgün izah mövcud olsa da. Deməli, bizim dünya və axirətdəki səadət yolumuz budur ki, əməl və rəftarda onlardan həm irəli keçməyək, həm də geri qalmayaq; əksinə, həmişə onlarla yanaşı olaq. “Camieyi kəbirə” ziyarətində də ona işarə olunur.[13]

 


[1] Rağib İsfahani, Hüseyn ibni Məhəmməd, “Əl-müfrədat fi ğəribil-Quran”, səh. 336, “Darul-elm – Daruş-Şamiyyə”, Dəməşq-Beyrut, birinci çap, 1412-ci qəməri il

[2] Tureyhi, Fəxrəddin, “Məcməul-bəhreyn”, 2-ci cild, səh. 64, “Mürtəzəvi” kitab mağazasının nəşriyyatı, Tehran, 3-cü çap, 1375-ci şəmsi il

[3] Dehxuda, Əli Əkbər, “Fərhəngi Dehxuda”, “Pərvərdigar” kəlməsi

[4] Bax: Əskəri, Seyid Mürtəza, “İslam əqidələri Qurani-kərimdə”, (Məhəmməd Cavad Kərəminin tərcüməsi), 1-ci cild, səh. 149-151, “İslami elmi yığıncaq” çapı, birinci çap, 1378-ci şəmsi il; Məhəmməd Əskəri Təhanəvi, “Movsuəty kəşşafi istilahatil-ülum”, 1-ci cild, səh. 840, “Məktəbətu Lubnan naşirun”, Beyrut, birinci çap, 1996-cı miladi ili; Dəğim, Səmih, “Müstələhatu Fəxr Razi”, səh. 345, “Məktəbətu Lubnan naşirun”, Beyrut, birinci çap, 2001-ci miladi il

[5] “Taha” surəsi, ayə: 50

[6] “Bəqərə” surəsi, ayə: 233

[7] “Nisa” surəsi, ayə: 86

[8] “Yusif” surəsi, ayə: 42

[9] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 4-cü cild, səh. 147, 1-ci hədis, “Vəfa” müəssisəsi, Livan, 1404-cü qəməri il

[10] Yenə orada, səh. 364

[11] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 23, hədis 15, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci il

[12] Hürr Amili, “Vəsailuş-şiə”, 21-ci cild, səh. 391-396, “Alul-Beyt” müəssisəsi, Qum, 1409

[13] “Məfatihul-cinan”, “Camiə” ziyarəti, səh. 546:

فَالرَّاغِبُ عَنْكُمْ مَارِقٌ وَ اللاَّزِمُ لَكُمْ لاَحِقٌ وَ الْمُقَصِّرُ فِي حَقِّكُمْ زَاهِق

“Sizdən  üz döndərənlər dindən çıxar, sizinlə birgə olanlar sizə qovuşar, haqqınızda təqsirə yol verənlər də düz yoldan (dindən) azar.”

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    12477 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • İmam Hüseyn (ə) aşura günü onun üçün gətirilən suyu rədd etmişdirmi?
    8167 Qədim kəlam 2011/05/05
    Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır: 1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə ...
  • Xəcalətin kökü nədir?
    10044 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Xal qoymaq haramdır?
    6481 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    7571 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    7804 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
    7546 Qədim kəlam 2011/10/20
    Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;2. Hökmlərin dəyişməsində zaman ...
  • Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
    8057 Hədis elmləri 2015/05/30
    Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1]. Fiqh elmində Şazz adı çox vaxtı o ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7479 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12195 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167106 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165590 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120656 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115252 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113738 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95475 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56936 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55492 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47447 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46628 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...