Ətraflı axtarış
Baxanların
7725
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la getməmişdir?
Sual
Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la birlikdə olmamışdır?
1. Əbdullah Cəfərin gözlərinin tutulması səhih deyildir. Çünki rəvayət olunur ki, Kərbəladan qayıdan zaman Zeynəbi görür, amma tanımır və o xanımın müsibətdən nə qədər dəyişildiyini müşahidə edir.
2. Qocalıq da dəlil ola bilməz. Çünki Həbib, Ovsəcə, Ənəs də qoca və imam Səccad (əleyhis-salam) xəstə ola-ola Kərbəlaya getmişdi.
3. Bunların hamısından keçəndə, Əbdullahın İmam Hüseyn (əleyhis-salam)-ın qiyamının qarşısını almaq və bu hərəkata mane olmaq məqsədi ilə Bəni-Üməyyədən amannamə istəməsi ilə hər kəs onun barəsində şəkk etməzmi?
Qısa cavab

Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsi ilə əlaqədar çoxlu dəlillər qeyd etmişlər. Onların bəziləri münaqişəlidir və qəbul etmək olmaz. Amma bəzilərinə etimad etmək olar. Onların ən mühümü və yaxşısı Əbdullahın yaşlı və xəstə olmasıdır. Bu, digər tarixi hadisələrlə, o cümlədən öz ailəsini imam Hüseyn (əleyhis-salam)-ın karvanı ilə göndərməsi, Kərbəlada iştirak etməməyinə görə təəssüflənməsi və s. kimi məsələlərlə daha uyğun gəlir. Bu kimi hallar onun Kərbəlada iştirak etməməsinin əsl səbəbləri ola bilər. Bunu dəstəkləyən məsələ şura hadisəsindən sonra imamların və Bəni-Haşimin nəzərində onun yüksək ehtirama malik olmasıdır və Kərbəlada iştirak etməyinə görə heç kəs onu məzəmmət etməmişdir.

Ətreaflı cavab

Bu suala cavab verməzdən qabaq  bir neçə məsələni qeyd etmək zəruri nəzərə çarpır:

1. Kərbəla şəhidləri

Kərbəla şəhidləri Allah yolunda cihada dərin məna bağışlayan çox yüksək dərəcəli insanlar idi. Onlar əməldə göstərdilər ki, Allah yolunda qiyam etmək hər bir halda böyük bir qələbədir. Onlar qətlə yetirilib zahiridə məğlubiyyətə uğrasalar da, həqiqi və gerçək qələbəyə nail oldular, ölümlə əbədiyyəti qazandılar və özlərini ilahi dərgahda sevimli etdilər. Bununla belə elə yüksək bir məqama çatdılar ki, çox nadir insanları onların məqamında görmək olar. Bu yüksək fəzilət onları “Bədr” şəhidləri ilə eyni səviyyədə qərar vermişdir.[1] Onlar Allah yolunda qətlə yetirilməklə həyatın həqiqi mənasını əks etdirən ali bir həyata nail oldular.

2. Bəzi məşhur və görkəmli şəxslərin Kərbəlada iştirak etməməsi

Bəzi məşhur şəxslər üzrlü səbəbdən Kərbəla qiyamında iştirak etməmişdilər. Bu üzrlü səbəblər müəyyən qədər qəbul olunur. Buna görə də “Kərbəlada olmamaq” iman və qurtuluşdan uzaq olmaq mənasına deyildir. Kərbəla hərəkatında iştirak etməyənlər böyük xəsarətə uğradılar və imam Hüseyn (əleyhis-salam)-ın hüzuruna şəhadət feyzindən məhrum oldular, amma bu, onların imandan xaric olması mənasına deyildir. Yəni “hər kəs Kərbəlada iştirak etmədisə Əba Əbdillah (əleyhis-salam)-ın qiyamına xəyanət edənlərin cərgəsindədir” sözü düz deyildir; hətta onların bəziləri Kərbəla şəhidləri ilə bərabər olmağa layıq olmasalar da, möminlər cərgəsində qalırlar. Çünki Kərbəla şəhidləri bəşərin çox nadir hallarda nail olduğu yüksək bir fəzilətə və məqama nail olmuşdular.

Mərhum Əllamə Hilli də təkidlə buyurur ki, “Kərbəlada iştirak etmədiklərinə görə Əbdullah Cəfər və onun kimi şəxslərin imandan xaric olmalarını demək olmaz.”

Mərhum Əllamə Məclisi də Əllamə Hillidən nəql edərək yazır: “Şiənin əslində sübut olunmuşdur ki, imanın sütunları tövhid, ədl, nübüvvət və imamətdir. Məhəmməd ibni Hənəfiyyə, Əbdullah ibni Cəfər və bu kimi şəxslər malik olduqları yüksək məqam və mənzilətə görə heç vaxt haqqa zidd etiqad sahibi ola bilməzlər, əbədi savab kəsb edilməyə və əbədi cəzadan xilas olmağa səbəb olan bir imandan xaric ola bilməzlər.”[2]

 

Əbdullahın şəxsiyyəti

Cəfər Təyyarın oğlu Əbdullah Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabələrindən biri və Əli (əleyhis-salam)-ın qardaşı idi. İslam tarixində onun üçün böyük məqam və mənzilət qeyd olunmuşdur. Onun atası Cəfər Həbəşistana hicrət edən müsəlmanların rəhbərliyini öhdəsinə almışdı. Əbdullah da Həbəşistanda dünyaya gələn ilk mövluddur. Hicaza qayıtdıqdan sonra atası Cəfərin yanında Peyğəmbərə xidmət etmiş, atasının şəhadətindən sonra uzun illər Abbas ibni Əbdül-Müttəlibin himayəsində yaşamışdır.[3]

Əbdullah Bəni-Haşimin böyük şəxsiyyətlərindən biri kimi uzun illər Əli (əleyhis-salam)-ın xidmətində olmuş, müxtəlif şəraitlərdə ona kömək etmişdir. Zərurət hiss etdiyi hallarda Peyğəmbərin digər səhabələri ilə birlikdə müxtəlif vəziyyətlərdə Əli (əleyhis-salam)-ı himayə etmiş, onun arxasında durmuşdu. Əbdullahın İslam hökuməti və onun iqtidarlı hakimi Əli (əleyhis-salam)-a bəslədiyi eşq-məhəbbət və iman əsasında rəhbərin dəvətinə ləbbeyk demiş, haqqın batilə qarşı apardığı müharibə meydanlarında iştirak və müxtəlif müharibələrdə islamın məramlarını müdafiə etmişdi.

Əbdullahın bu etiqad və inancı imam Həsənlə imam Hüseyn (əleyhiməs-salam)-ın barəsində də davam etmiş, bu iki böyük şəxsiyyətə bacardığı qədər xidmət etmişdir. Nəql olunmuşdur ki, bir gün Müaviyə Mədinədə yalnız imam Həsən, imam Hüseyn, Əbdullah ibni Cəfər, İbni Abbas və Fəzl ibni Abbasın iştirak etdiyi bir məclisdə Əbdullah ibni Cəfərə xitab edərək dedi: “Nə üçün Hüseynə bu qədər təzim və hörmət edirsən?! Halbuki o səndən fəzilətli deyildir! Onun atası sənin atandan yaxşı deyildir. Əgər onun anası Fatimeyi-Zəhra Peyğəmbərin qızı olmasaydı, deyərdim ki, sənin anan Əsma binti Ümeys onun anasından da geri qalmır!”

Əbdullah bu sözlərdən qəzəblənərək buyurdu: “Sənin bu iki şəxs, onların atası və anası barəsində mərifət və agahlığın çox azdır! Allaha and olsun! Onların özləri məndən, ataları atamdan, anaları da anamdan üstündür!”[4]

Belə parlaq keçmişə və düzgün etiqada malik olan bir şəxs nə üçün o dövrdəki müsəlmanlar, hətta gələcəkdəki bütün müsəlmanlar üçün böyük bir hadisə hesab olunan Kərbəla hadisəsində iştirak etmədi?!

 

Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsinin səbəbləri

İmamın səfəri ilə əlaqədar Əbdullahın nəzəri bu idi ki, o öz canını qorumaq üçün İraqa səfər edir və qiyam edərək ədalət hökuməti təşkil etmək o Həzrətin həqiqi istəyi və məqsədi deyildir. Buna görə də çalışırdı ki, Bəni-ümməyə hakimlərindən imam üçün bir amannamə alsın. Amma imam bu amannaməni qəbul etmədi.[5] Buna görə də Əbdullah çox ürəyiyananlıqla imama təklif edir ki, Kufəyə getmək fikrindən dönsün. Amma İmamın bu məqsədlə qəti qərara gəldiyini gördükdə öz ailəsini, o cümlədən həyat yoldaşını və iki oğlunu göndərməklə imamı müdafiə etmək qərarına gəldi.

Əbdullah Cəfərin Kərbəlada iştirak etməməsinin əsas səbəbi tarixdə məcmu şəkildə və qəti olaraq qeyd olunmamışdır, onun bu hadisədə iştirak etməməsinin səbəbini sadə şəkildə ayırd etmək olmaz. Az kitablar istisna olmaqla əsər kitablar bu yoldan istifadə etmişlər. Amma şiələrin əksəriyyətinin əqidəsi budur ki, Əbdullah Cəfər imam Əli (əleyhis-salam)-ın şəhadətindən sonra imam Həsənlə imam Hüseynə qeydsiz-şərtsiz itaət edir, imkanı çatan qədər onlara kömək göstərirdi.

Əbdullahın Kərbəlada iştirak etməməsi üçün çoxlu dəlillər demişlər ki, ixtisarla onların bəzisini qeyd edirik:

1. Tədqiqatçılarının nəzərində qeyd olunan səbəblərdən biri onun gözünün tutulması idi. Bu dəlilin çoxlu iradı vardır. Çünki, gözləri tutulan bir insan təbii olaraq cəmiyyətdə müxtəlif məhdudiyyətlərlə qarşılaşır və çox da ictimai fəaliyyətlər görə bilməz. Amma Əbdullah elə fəaliyyətlər göstərmişdi ki, bu işlərin gözü tutulmuş bir şəxsdən baş verməsi adətən uzaq nəzərə çarpır. O cümlədən, Əbdullah imam Hüseyn (əleyhis-salam) üçün amannamə almaqda göstərdiyi fəaliyyəti qeyd etmək olar.[6] Buna görə də Əbdullahın gözlərinin tutulması dəlili bir qədər çətin qəbul olunur.

2. Bəziləri ehtimal vermişlər ki, o, imamın işarə və fərmanı ilə bu hadisədə iştirak etməmişdi: Əbdullah Bəni-Haşimin Məkkədə və Mədinədə qalan şəxslərini qoruyub saxlamalı idi.[7]

Bunu da nəzərə alaq ki, həmin dövrdə onun təqribən yetmiş yaşı var idi. Bəlkə də yaşının çox və fiziki cəhətdən zəif olmasına görə imam qiyamı ona vacib etməmişdi. Buna görə də imamın fərmanı ilə müharibədə iştirak etmədi və Bəni-Haşimin Məkkə və Mədinədə qalan şəxslərini qorumağı öhdəsinə aldı.

3. Bəziləri də inanır ki, Əbdullah ibni Cəfər xəstə olduğuna görə Mədinədə qalmışdı. Bəlkə də sağlam olsaydı, Kərbəlada iştirak edərdi.[8] Özü xəstə ola-ola ailəsini Kərbəlaya göndərməsi özünün  bu hərəkatda iştirak etməməsinə əsas verən və izah edən amillərdən biridir.

Sonuncu iki ehtimal arasında ziddiyyət olmadığından, belə nəticə almaq olar: Əbdullah ibni Cəfər fiziki cəhətdən xəstə olduğundan və o dövrdə yetmişdən artıq yaşı olduğuna görə imam qiyamı ona vacib etməmiş, nəticədə imamın fərmanı ilə müharibədə iştirak etməmiş və Bəni-Haşimin Məkkə və Mədinədə qalanlarını hifz və müdafiə etməyi öhdəsinə almışdı. Onun Kərbəlada iştirak etmədiyinə və imamın hüzurunda şəhid olmadığına görə təəssüflənməsi, habelə ailəsini o həzrətlə birlikdə göndərməsi bu ehtimalı dəstəkləyir.

 

Əbdullahın günahkar olmaması

Əbdullah Kərbəlada iştirak etməməklə böyük bir fəziləti əldən versə də, onu müqəssir hesab etmək olmaz. Çünki yuxarıda deyildiyi kimi onun üzrlü olduğunu bəyan edən çoxlu şahid və dəlillər vardır. O, qəlbən Kərbəlada iştirak etmək və imamın hüzurunda şəhid olmaq istəyirdi. Öz əhl-əyalını cihada göndərməsi və onların imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhid olmasına razılığı o həzrətin qiyamının əslini təsdiq etməsinə aşkar bir dəlildir.

Kərbəlada iştirak etməməsi ilə əlaqədar təəssüflənməsini onunla öz qulamı arasında baş verən söhbətlərdən başa düşmək olar. Nəql olunur ki, övladlarının Kərbəlada şəhadət xəbəri ona çatanda dedi: “İnna lillah və inna iləyhi raciun.”

Bu zaman qulamı Əbul-səlasil dedi: “Bu müsibəti Hüseyn ibni Əli (nahaq yerə) bizə varid etdi!”

Əbdullah bu sözləri eşidəndə çox narahat oldu, əlindəki nalla qulamın başına və ağzına vurdu və buyurdu: “Ey çirkin qadının oğlu! Hüseynin barəsində belə bir söz deyirsən?! Allaha and olsun! Əgər onun yanında olsaydım şəhid olana qədər heç vaxt ondan ayrılmamağı arzu edərdim.”[9]

Əbdullahın Kərbəlada iştirak etməməsində müqəssir olmadığını göstərən digər amillərdən biri də budur ki, Bəni-Haşim həmişə ona ehtiram göstərirdi. Həzrət Zeynəb (əleyha salam) onun həyat yoldaşı ünvanı ilə onun Kərbəlada iştirak etməməsinə görə danlamadı və onunla həyatını davam etdirdi. Tarixdə Əbdullahın məzəmmətinə dair o həzrətdən heç bir şey eşidilməmişdir. Bunun özü də Əbdullahın onların nəzərinə müqəssir olmadığına dəlalət edir.



[1] Firuzabadi, Seyid Mürətza, “Fəzailul-xəmsə minəs-Sihahis-sittə”, 3-cü cild, səh. 280, “İslamiyyə” nəşriyyatı, 2-ci çap, Tehran, 1392-ci qəməri il.

إِنِّى لَمَعَ عَلِىٍّ (ع) إِذْ أَتَى کَرْبَلَاءَ فَقَالَ: یُقْتَلُ فِى هَذَا الْمَوْضِعِ شُهَدَاءُ لَیْسَ مِثْلَهُمْ شُهَدُاءُ إِلاَّ شُهَدَاءُ بَدْر

Təbərani bunu nəql etmişdir. Habelə, “Məcməuz-zəvaid” (Heysəmi), 9-cu cild, səh. 190

[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 42-ci cild, səh. 109 və 110.

[3] Şeyx Təbərsi, “E’lamul-vəra bi ə’lamil-huda”, “İslamiyyə” nəşriyyatı, 3-cü çap, Tehran, 1390-cı qəməri il; Səqəfi Kufi, Əbu İshaq İbrahim ibni Məhəmməd, “Əl-ğarat”; Ətarudi, Əzizullah, səh. 385, “Ətarud” nəşriyyatı, 1373-cü şəmsi il

[4] Təbərsi, Əhməd ibni Əli, “Əl-ehticac əla əhlil-lücac”, 2-ci cild, səh. 285, “Mürtəza” nəşriyyatı, 1-ci çap, Məşhəd, 1403-cü qəmər il

[5] Şeyx Mufid, “İrşad”; Rəsul Məhəllati, Seyid Haşım, 2-ci cild, səh. 70, “İslamiyyə” nəşriyyatı, Tehran, ikinci çap, bi. ta

[6] Yenə orada.

[7] “Dairətul-məarife təşəyyö”, yazıçılar qrupu, 11-ci cild, səh. 83

[8] “Fərhəngi Aşura”, Cavad Mühəddisi, səh. 298-299, “Məruf” nəşriyyatı, Qum, 1375-ci il

[9] Şeyx Müfid, “Əl-irşad fi mərifəti hücəcillah ələl-ibad”, 2-ci cild, səh. 123, “Şeyx Müfid” konfransı, 1-ci çap, Qum, 1413-cü il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərin öz həyatında sonrakı xəlifələrin işləri qarşısında sükut etməsinin səbəbi nə idi?
    5567 Qədim kəlam 2011/11/24
    Bu sualın cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:1. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz ilahi risalətini aşkar etdiyini vaxtdan (besətin üçüncü ilindən) etibarən müxtəlif əlamətdar hadisələrlə əlaqədar dəfələrlə Əli (əleyhis-salam)-ın fəzilətlərini və onun xilafət məsələsini camaata çatdırmış, onun müxaliflərinin həqiqi simasını aşkar etmiş və onları camaata tanıtdırmışdı. Bununla ...
  • Nə üçün Quranda "leyl" (kecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?
    5580 Təfsir 2012/03/11
    Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur: Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
  • Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?
    6185 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/03/11
    Məzhəbi təlimlərə əsasən Məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə cismani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və ...
  • Donuz fermenti ilə düzəldilmiş çipsinin yeyilməsi caizdirmi?
    5021 خوراکی های صنعتی 2012/05/19
    Böyük Mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Suala uyğun olaraq caiz deyil. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Caiz deyil. Həzrət ayətullah ul üzma Safi Gülpayiqani: Nəcis bir şeyin ...
  • Фәна вә фәна мәгамыны изаһ един!
    5723 Nəzəri irfan 2010/04/24
    Фәна, лүғәтдә мәһв олмаг вә јохлугдур. Бу сөзүн зидди исә бәга вә галмагдыр. Мәсәлән, Аллаһ һаггында бәга вә галмаг, диҝәр мөвҹудатлар һаггында исә фәна вә арадан ҝетмәклик ифадәләрини ишләтмәк дүзҝүндүр. Үмуми мәнасы исә инсанын өзүнү ҝөрмәмәси вә тапмамасы демәкдир. Әлбәттә, о мәнада јох ки, инсан тамамилә ...
  • Mələklərin varlığının səbəbi nədir və onların vasitə olmasına nə ehtiyac vardır?
    8649 فرشتگان 2012/07/22
    Məlaikələr Allahın məxluqlarından olan bir növ varlıq, Allah ilə şəhadət aləmi arasında vasitədirlər. Allah onları təkvin və təşri aləminin işlərini idarə etmək üçün təyin etmişdir. Qurani-kərimdə məlaikələr üçün çoxlu işlər sadalanmışdır: vəhyin nazil edilməsində, Allahın sözünün Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmasında, aləmin işlərinin tədbir ...
  • Һәгиги дини неҹә әлдә етмәк олар? Изаһ един!
    5721 Din fəlsəfəsi 2009/06/18
    Бу ишдә үч јол тәсәввүр олунур:1) Вәһј2) Нәгл3) ӘглАди инсанлар јалныз, нәгли вә әгли јолла динин һәгигәтинә вара биләрләр. Хүсуси ...
  • Rəcət nədir? Hansı insanlara şamildir? Və nə vaxt baş verəcək?
    14896 Qədim kəlam 2011/02/14
    Rəcət imamiyyə şiəsinin etiqad bəslədiklərindən biridir. Rəcət ölümdən sonra və axirətdən qabaq dünyaya qayıtmaq mənasındadır. Rəcət imam Zaman (ə. c. ) zühur etdikdən bir az sonra və həzrətin şəhadəti və qiyamətin bərpa olmasından qabaq baş verəcək. Rəcət hamıya aid deyil. Rəcət yalnız xalis möminə və tam müşrikə aiddir.
  • Bidət nədir və İslamda onun meyarı nədir?
    11082 بدعت 2012/07/22
    Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni ...
  • Tarixi- Təbəri etibarlıdırmı?
    9588 تاريخ بزرگان 2011/12/25
    1.             Tarixi ya rəvayi (hədisi) bir mənbənin mötəbər olması, onda olan hər şeyin yüz faiz doğru və düz olması mənasında deyil. Tarixi- Təbəri də bu qaydadan istisna olunmayıb. Bundan əlavə, yuxarıda qeyd olunan xəbər şiə mənbələrində yoxdur. 2.             Ravilərin bəzisi, bu xəbəri rəvayət edəni yəni ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    157089 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    137472 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    113046 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    103183 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    86619 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    78021 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50812 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    39347 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38861 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    38271 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".