Ətraflı axtarış
Baxanların
3551
İnternetə qoyma tarixi: 2007/11/25
Sualın xülasəsi
Qissə bəyan etməkdə Quranın hədəfi nədir?
Sual
Qissələri bəyan etməkdə Quranın hədəfi nədir? Onlarda nə kimi peyğam vardır? Əhvalatlar insanların həyatında nə kimi rol ifa edir?
Qısa cavab

Əhvalatların bəyanında aşağıdakı halları Quranın hədəfləri hesab etmək olar:

1. Təfəkkür, 2. İbrət almaq, 3. Qissələrin inhirafa düşməsinin, əsl məqsəddən azmasının qarşısını almaq, 4. İxtilafları aradan qaldırmaq, 5. Yaxşı və pis işlər görmək müqabilində camaatı ilahi sünnətlərdən agah etmək.

Ətreaflı cavab

Quranın mühüm bir hissəsi keçmiş nəsillərin sərgüzəştləri və onların başına gələn əhvalatların bəyanına məxsusdur. Ona görə də belə bir sual yaranır ki, nə üçün insan tərbiyə edən belə bir kitabda bu qədər tarix və əhvalat vardır? Bir neçə incəliyə diqqət yetirməklə bu mövzunun həqiqi səbəbi aydın olur:

1. Tarix bəşər həyatının müxtəlif məsələlərində sınaq yeridir. İnsanların öz zehinlərində əqli dəlil-sübut vasitəsi ilə təsəvvür etdikləri şeylər tarix səhifələrində əyani şəkildə əks etdirilir. Buradan tarixin həyat gerçəkliklərini açıqlamaqdakı rolunu gözəl şəkildə dərk etmək olar.

İnsan tarix səhifələrində hər hansı bir dəstə və tayfanın ixtilaf və pərakəndəlik nəticəsində düçar olduqları ölümsaçan məğlubiyyətləri öz gözləri ilə, əyani şəkildə görüb hiss edir. Eləcə də bəzi xalqların ittihad və həmrəylik sayəsində nail olduqları parlaq qələbələri də müşahidə edir. Tarix sanki, “dilsiz bir dil” ilə hər bir tayfa, xalq və qrupun malik olduğu məktəb, ideologiya və proqramların inkarolunmaz və qəti nəticələrini bəyan edir. Keçmiş nəsillərin başına gələn əhvalatlar təcrübələrdən ibarət olan çox dəyərli bir məcmuədir. Bildiyimiz kimi, həyatın nəticəsi təcrübədən başqa bir şey deyildir. Tarix insan cəmiyyətlərinin taleyini özündə kamil şəkildə inikas etdirən bir güzgüyə bənzəyir; o, hər növ çirkinlik və gözəllikləri, nailiyyət və uğursuzluqları, məğlubiyyət və qələbələri, eləcə də bu işlərin hər birinin amillərini və səbəblərini bəyan edir. Buna görə də keçmiş nəsillərin tarixinin tədqiqi insan ömrünü eynilə onların ömürləri qədər uzadır! Çünki onların ömür sürdükləri dövrün təcrübə məcmuəsini insanın ixtiyarına qoyur.

Həzrət Əli (əleyhis-salam) əziz oğlu imam Həsənə buyurur: “Oğlum! Mən əvvəlki nəsillərin hər birinin ömrünə bir yerdə malik olmasam da, onların əməllərinə nəzər saldım, əhvalatlarında təfəkkür etdim, əsərlərində seyr etdim, sanki, onlardan biri kimi oldum. Onların tarix təcrübələrini əldə etdiyimə görə, sanki onların birincisindən axırıncısına qədər hamısı ilə birlikdə ömür sürdüm![1]

Əlbəttə, tarix dedikdə məqsədimiz hər növ xurafatdan, yalandan, şayiədən, yaltaqlıqdan, təhrif və məsxdən (həqiqəti tərsinə cilvələndirməkdən) uzaq olan bir tarixdir. Amma təəssüflər olsun ki, belə tarix çox azdır. Buna görə də Quranın mötəbər və əsil tarix nümunələrini təqdim etməkdə ifa etdiyi mühüm rolu nəzərdən qaçırmamalıyıq. Bu tarix gerçəkliyi olduğu kimi bəyan edən saf və təmiz bir güzgüyə bənzəyir. O sadəcə tarixi hadisələri bəyan etməmiş, onun köklərini və nəticələrini də bəyan etmişdir.

Belə isə, Quran ən yüksək tərbiyəvi kitab olduğu halda nə üçün özünün müxtəlif fəsillərində tarixə istinad etməsin və keçmiş nəsillərin başına gələn əhvalatlardan şahid gətirməsin?!

2. Real tarix və gerçək əhvalatların xüsusi cazibədarlığı vardır. İnsan öz ömrünün bütün dövrlərində: uşaqlıq çağlarından qocalana qədər bu kimi cazibədar hadisələrdən son dərəcə təsirlənir. Buna görə də dünya ədəbiyyatının mühüm hissəsini və yazıçıların əsərlərinin ümdə hissəsini tarix və əhvalatlar, hekayələr təşkil edir. Böyük şairlərin və yazıçıların müxtəlif dillərdə ən yaxşı əsərləri onların yazdığı hekayə və əhvalatlardır. Sədini “Gülistan”, Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə” əsərləri, habelə müasir yazıçıların maraqlı və cazibədar əsərləri, eləcə də Fransa yazıçısı Viktor Hüqonun, ingiltərəli Şekspirin, almaniyalı Hötenin və s. həyəcanlı əsərləri hekayə və əhvalat qalibində təqdim olunmuşdur.

Hekayə istər nəzm, istər nəsr, istərsə də kino və teatr şəkilində təqdim olunsun, oxucuların və tamaşaçıların qəlbinə elə dərin təsir qoyur ki, əqli dəlil-sübutlar heç vaxt belə dərin təsir qoya bilməz.

Çünki insanların əksəriyyəti əqldən öncə daha çox hissiyyata qapılır, əqli məsələlərdən öncə hissi məsələlərə baş qoşurlar. Həyatın müxtəlif məsələləri hiss meydanından nə qədər uzaqlaşsa və əqli təcərrüd yönünə malik olsa, onu həzm və dərk etmək insanlar üçün bir o qədər ağır olur. Buna görə də əqli dəlilləri başa salmaq üçün həmişə hissi misallardan istifadə edirlər. Bəzən münasib bir misalın zikr olunması istidlalın təsirini bir neçə qat artırır. Buna görə də müvəffəqiyyət və uğur qazanan alimlər məhz ən yaxşı misalları seçən və bu işdə daha bacarıqlı olanlardır. Çünki əqli dəlillər nəticə etibarı ilə hissi, əyani və təcrübi məsələlərdən əldə edilir.

3. Hekayə, tarix və əhvalat hamı tərəfindən dərk oluna bilir, amma əqli istidlallar hamı üçün eyni səviyyədə dərk olunası deyildir. Buna görə də ümumxalq kütlələri üçün nəzərdə tutulan bir kitab yarımvəhşi savadsız çöl ərəblərindən tutmuş, ən böyük filosof və mütəfəkkirlərə qədər hamının istifadəsinə veriləcəksə, mütləq tarixi hadisələrə, əhvalatlara və məsəllərə istinad etməlidir.

Qeyd olunanların məcmusu göstərir ki, Quran təlim-tərbiyə cəhətindən ən yaxşı yolu – tarix və hekayə yolunu ötmüşdür. Xüsusilə, Quran heç bir halda tarixi hadisələri quru şəkildə zikr etmir; əksinə addımbaşı ondan nəticə alır və tərbiyəvi yöndə istifadə edir.[2]

Quranın qissə söyləməkdəki hədəfini bəyan etməkdən əvvəl qeyd etmək lazımdır ki, ondakı əhvalatların mahiyyəti xəyali şeylər deyil, varlıq aləmində baş verən real gerçəkliklərdir. Quranın hekayə və tarix zikr etməkdə əsas hədəfini aşağıdakılarda bəyan edə bilərik:

1. Təfəkkür:

فَاقْصصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَکَّرُونَ

“Qissələri bəyan et, bəlkə təfəkkür edələr.”[3]

2. İbrət almaq.[4]

3. Qissələrin təhrif edilməsinin qarşısını almaq: Quran “mübahilə” hadisəsini bəyan etdikdən sonra buyurur:

اِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ

Yəni “hadisənin həqiqəti budur.”[5]

Həzrət İsa (əleyhis-salam)-ın həyatının bir hissəsini bəyan etdikdən sonra buyur:

اَلْحَقُّ مِنْ رَبِّکَ

“Haqq – düzgün kəlam sənin Pərvərdigarının tərəfindəndir.”[6]

4. İxtilafları aradan qaldırmaq:

إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ

“Həqiqətən, bu Quran Bəni-İsrailin çoxunun ixtilafa düçar olduqları hadisələri bəyan edir.”[7]

5. Yaxşı və pis əməl sahibləri ilə əlaqədar ilahi sünnətləri camaata bəyan etmək.[8]

İslamın əvvəllərində keçmiş ümmətlərin əhvalatlarının bəyanı Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-ə və azsaylı möminlərə təsəlli verirdi. Eləcə də hər bir dövr və zamanda möminlərə buyurur ki, azğın qövmlərin və müxaliflərin sayının çoxluğundan vəhşət hissi keçirməsinlər və öz gözəl işlərinin nəticəsinə tam mənada əmin və ümidvar olsunlar.

Həmçinin, hər bir əsr və zamandakı zalımlara, sitəmkarlara və azğın insanlara xəbərdarlıq edərək buyurur ki, zəlzələ, asimani saiqə, ölüm saçan tufan, vulkan, yerin yarılması, dağıdıcı sellərə səbəb olan yağış və sair kimi ilahi cəzaları nəzərdən qaçırıb uzaq hesab etməsinlər. Müasir insanlar da qədim dövrlərdəki insanlar kimi bu ilahi bəlaların müqabilində acizdirlər.

Quranda əhvalatların bəyanında əsas hədəf insanların təkamülə çatması, ruhlara nuranilik verilməsi, inadkar həvayi-nəfsin nəzarət altına alınması, nəhayət zülm, haqsızlıq və inhirafla mübarizə aparmaqdır.[9]

 


[1] “Nəhcul-bəlağə”, 31-ci məktub:

أَيْ بُنَيَّ إِنِّي وَ إِنْ لَمْ أَكُنْ عُمِّرْتُ عُمُرَ مَنْ كَانَ قَبْلِي فَقَدْ نَظَرْتُ فِي أَعْمَالِهِمْ وَ فَكَّرْتُ فِي أَخْبَارِهِمْ وَ سِرْتُ فِي آثَارِهِمْ حَتَّى عُدْتُ كَأَحَدِهِمْ بَلْ كَأَنِّي بِمَا انْتَهَى إِلَيَّ مِنْ أُمُورِهِمْ قَدْ عُمِّرْتُ مَعَ أَوَّلِهِمْ إِلَى آخِرِهِمْ

[2] “Təfsiri-nümunə”, 9-cu cild, səh. 304-306

[3] “Əraf” surəsi, ayə: 7 və 176

[4] Müctəbəvi, Seyid Cəlaləddin, “Elmi əxlaqi islami”, “Camius-səadat”ın tərcüməsi, 3-cü cild, səh. 194

[5] “Ali-İmran” surəsi, ayə: 62

[6] Yenə orada, ayə 59

[7] “Nəml” surəsi, ayə: 27, 76

[8] Feyz Kaşani, Möhsün, “Məhəccətul-beyza”, 7-ci cild, səh. 85

[9] “Təfsiri-nümunə”, 15-ci cild, səh. 343

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Meymun olmaq o şəxsin cəzasıdır ki, ehtiyacına görə şənbə günü balıq tutubdur?
    6175 Təfsir
    Əvvəl bunu bilmək lazımdır ki, bəni İsrailin məsxi təkcə buna görə olmayıb ki, ruzi qazanmaq üçün balıq tutublar; çünki bu iş günah olmamaqla yanaşı məsx kimi nəticələridə yoxdur. Bəlkə İslam məntiqində bu iş Allah yanında ibadətlər sırasındadır. İmam Sadiq (ə) buyurub: O kəs ki, ailəsinin ruzisi üçün ...
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    3806 Nəzəri irfan
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • İmam ilə xəlifənin fərqi nədir?
    6128 Qədim kəlam
    Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və ...
  • Daşqalaq hökmünün tarixi hansı dövrə qayıdır? Müasir zamanda belə bir hökmün icrası İslama zərər yetirmir?
    7366 Nizamlar hüquq və əhkam
    Daşqalaq – rəcm cəzası İslamdan əvvəlki müxtəlif dinlər və xalqlar arasında da rəvacda olmuşdur. Bu cəza tədbiri İslamda şəri cəza ünvanı ilə qəti bir məsələdir və çox ağır cinayət törədənlər üçün nəzərdə alınmışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan çoxlu rəvayətlərdə bu məsələyə təkid edilmişdir. Bu ...
  • Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
    5576 رضاع
    Əgər iki il süd vermək müddəti deməkdən məqsəd, vacib hökm olsa, bu irad qarşıya çıxır ki, doqquz ay hamiləlik və 24 ay süd verməkliy cəmi 33 ay edir nə 30 ay ki, Quranın sözüdür. Bu miqdar süd vermək zamanı vacib deyil, bəlkə o analar üçündür ki, süd ...
  • Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?
    3197 مصالح و مفاسد در احکام دین
    Bu sualın cavabı aşağadakı mövzuda cavablınır; 1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş ...
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    2705 Nizamlar hüquq və əhkam
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Tarixi- Təbəri etibarlıdırmı?
    6891 تاريخ بزرگان
    1.             Tarixi ya rəvayi (hədisi) bir mənbənin mötəbər olması, onda olan hər şeyin yüz faiz doğru və düz olması mənasında deyil. Tarixi- Təbəri də bu qaydadan istisna olunmayıb. Bundan əlavə, yuxarıda qeyd olunan xəbər şiə mənbələrində yoxdur. 2.             Ravilərin bəzisi, bu xəbəri rəvayət edəni yəni ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    3030 خوراکی های صنعتی
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Hicablı qadının əksini naməhrəmə verməyin hökmü nədir?
    3191 Qeyri adı yerlər
    Böyük Mərcə təqlidlərin dəftərlərindən bu suala belə cavab vermişlər: Həzrət ayətullah ul uzma Xameneinin dəftəri: Öz- özlüyündə eybi yoxdur. Həzrət ayətullah ul uzma Məkarim Şirazinin dəftəri: Suala əsasən eybi yoxdur. Həzrət ayətullah ul uzma Safi gülpayiqaninin dəftəri:

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    112033 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85369 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64260 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47444 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35064 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34681 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24392 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23701 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23538 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21725 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...