Ətraflı axtarış
Baxanların
5046
İnternetə qoyma tarixi: 2011/07/30
Sualın xülasəsi
Quranın təhrif olunmaması müddəası ilə Əbdülah ibni Əbi Sərəhin Quranın təhrif olunması barədə dediyi sözlər necə uyğun gəlir?
Sual
Əgər Qurani-Kərim təhrif olunmayıbsa, onda nə üçün tarixdə qeyd olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Quranı oxuyan zaman bəzən onun kəlmələrini dəyişirdi?! Hətta rəvayətdə qeyd olunur ki, vəhy yazanlardan biri bu işə görə mürtəd olmuş və Peyğəmbər də onu edam etmişdir. Bu rəvayətlər düzgün ola bilərmi?
Qısa cavab

İşarə etdiyiniz rəvayətlər Əbdüllah ibni Əbi Sərəhin mürtəd olması ilə əlaqədardır. Onun necə və nə üçün mürtəd olması ilə əlaqədar üç rəvayət gəlmişdir. Amma, əvvəla, onun necə mürtəd olması ilə əlaqədar ixtilaf vardır. Onunla əlaqədar nəql olunan bəzi rəvayətlər də Quranın təhrif olunmasına, dəyişdirilməsinə dəlalət etmir. Bəziləri müəmmalı və anlaşılmazdır, yalnız azlıqda olan bəzi rəvayətlərə uyğun olaraq Quranın təhrif olunması irəli çəkilir. Buna görə də ona dəqiq şəkildə istinad oluna bilməz.

İkincisi: Mərhum Səduqun nəql etdiyi rəvayətlərə əsasən bu üçüncü qisimdən olan rəvayətlər də heç bir vəchlə təhrifə dəlalət etmir. O “huvə vahid” cümləsi barəsində (bu, üçüncü dəstədən olan rəvayətlərdə Peyğəmbərdən nəql olunmuşdur) barəsində yazır: Məqsəd budur ki, “dəyişsən də, dəyişməsən də sənin dəyişdirdiyin şeylər yox, mənim imla etdiyim şeylər yazılacaqdır.”

Üçüncüsü: Əgər mərhum Səduqun yozumunu qəbul etməsək və eyni halda bu rəvayətləri sənəd baxımından da səhih hesab etsək də, bu qəbildən olan rəvayətlər Quranın aşkar bəyanı ilə müxalif olduğundan onlara istinad edilə bilməz. Peyğəmbərin və imamların (əleyhimus-salam) göstərişinə əsasən, bu cür rəvayətləri qəbul etməməliyik.

Son məsələ: Əbdüllah ibni Əbi Sərəh mürtəd olduqdan sonra Məkkəyə qaçdı. Məkkənin fəth olunduğu zaman da Peyğəmbər Osmanın vasitəçiliyi ilə onu edam etmədi. Osmanın xilafəti dövründə o, Misirin valisi olmuşdur.

Bu rəvayətlər əslində Quranın təhrifinə edilməsinə yox, əksinə onun təhrif olunmamasına dəlalət edir. Çünki Quranın təhrif olunmamasına inananlar müxaliflərin təhrifin isbatı istiqamətindəki səylərini inkar etmirlər; əksinə onların bu səylərdə müvəffəqiyyət qazanmamalarını inkar edirlər. Bunun dəlili də budur ki, əvvəla: Quranın qorunub-saxlanması və hifz olunması Allah tərəfindəndir. İkincisi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də Quranın qoruqçusu və mühafizəçisi idi və onu hər növ təhrif və dəyişiklikdən hifz etmişdir. İbni Əbi Sərəh tərəfindən baş verən bu fəaliyyətlər də Peyğəmbərin mübarizə məqamına gəldiyi şəxslərin məkrli planlarının məğlubiyyətə uğramasının aşkar nümunələrindən biridir və həzrət bu hiylələri beşikdə ikən məhv etmişdi. Həqiqətdə bu rəvayətlərə tam və dərin diqqətlə yanaşanlar başa düşər ki, bu rəvayət Quranın təhrifinə yox, əksinə təhrifdən amanda qalmasına dəlalət edir.

Ətreaflı cavab

Cavabın aydın olması üçün bir neçə məsələni qeyd etmək zəruridir:

1. Quranın təhrif olunmaması və dəyişdirilməməsi bəzi möhkəm və qəti əqli dəlillərə istinad edilir. (Bunlar keçmiş suallarda bəyan olundu.)[1] İndi isə nəqli dəlillərdən bəzilərinə işarə edirik:

1. Bəzi Quran ayələri aşkar şəkildə göstərir ki, bu kitabda heç bir dəyişiklik və təhrif oluna bilməz və onun təhrif olunması qeyri-mümkündür:

“Batil nə öndən, nə də arxadan (heç bir tərəfdən) ona yol tapa bilməz. Bu, hikmət sahibi və tərifə layiq olan Allah tərəfindən nazil olunmuşdur.”[2] 

Quranı Allahdan başqasına istinad vermək rəva deyildir; əksinə o özündən əvvəl gəlmiş olanları təsdiq edir və o kitabların izahıdır. Şübhəsiz, aləmlərin Pərvərdigarı tərəfindəndir.”[3]

2. Vəhyin alınmasında, saxlanmasında və ümmətə çatdırılmasında Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) ismət məqamına dəlalət edən ayələr:

a) Peyğəmbərin vəhyi almaq məqamındakı (hər növ səhv, xəta, unutqanlıqla əlaqədar) ismət və günahsızlığı: “Həqiqətən sən Quranı hikmət sahibi və elmli Allah tərəfindən əxz edirsən.”[4]

b) Quranın qorunub saxlanması məqamında isməti: “Biz Quranı sənə qiraət etdik və sən onu yaddan çıxarmazsan.”[5]

v) Peyğəmbərin Quranı tilavət və təbliğ məqamındakı isməti: “Peyğəmbər Quran ayələrini onlara tilavət edir.”[6] Yaxud buyurur: “Peyğəmbər nəfsani istəklər üzündən söz danışmır; onun sözləri yalnız ilahi vəhydir.”[7]

Hətta Allah-taala Peyğəmbəri təhdid edərək buyurur ki, əgər (qeyri-mümkün fərz ilə) vəhydə azacıq dəyişiklik edərsə, onu ən şiddətli əzabla cəzalandırar: “Əgər Peyğəmbər iftira üzündən bəzi sözləri Bizə yaxsaydı, qüdrətlə onu tutar, sonra onun qəlbinin damarını kəsərdik və sizdən heç kəs buna mane ola bilməzdi.”[8]

3. Bir çox ayələr göstərir ki, Peyğəmbər Quranda heç bir dəyişiklik icad etməmişdir: “Mənim haqqım yoxdur ki, onu (Quranı) öz tərəfimdən dəyişdirəm; mənə nə vəhy olunursa, ona da tabe oluram.”[9]

4. Bir çox rəvayətlərdən də Quranın təhrif olunmaması və dəyişdirilməməsi məlum olur. Nümunə üçün bir rəvayəti qeyd edirik: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Mən sizin aranızda iki ağır əmanət qoyuram – Allahın kitabı və itrətim. Bu ikisi “Kövsər” hovuzunda mənim yanıma gəlincəyə qədər heç vaxt bir-birindən ayrılmazlar.”[10]

Həm şiə, həm də sünnülər tərəfindən qəbul olunan bu rəvayətdən aydın olur ki, Quran qiyamət gününə qədər istinad olunmağa səlahiyyətlidir və bütün insanlara höccətdir. Deməli, əgər Quran təhrif edilib dəyişdirilsəydi, din hökmlərində mötəbər bir mənbə kimi istinad olunmağa səlahiyyəti olmazdı.

2. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və məsum imamlardan (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə buyurulur ki, hədislərin qəbul və ya rədd olunmasının meyarı Quran ilə uyğun gəlib-gəlməməsidir.

Aşağıda o hədislərdən bəzilərini qeyd edirik:

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Hər şey Allahın kitabına müvafiq olsa, qəbul edin və hər şey də Quranla müxalif olsa, qəbul etməyin.”[11]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Bizdən nəql olunan hədislərin (hamısını yox) yalnız Quranla uyğun olanlarını qəbul edin. Allahın sözü ilə müxalif olanları qəbul etməyin.”[12]

Deməli, yuxarıda işarə etdiyiniz rəvayətlər (fərz üzrə) sənəd və dəlalət baxımından düzgün və səhih məfhuma malik olarsa, Peyğəmbərin və məsum imamların göstərişinə əsasən, çoxlu Quran ayələri ilə müxalif olduğu üçün onları qəbul etməməliyik. Çünki onların istinad olunmağa ləyaqəti və səlahiyyəti yoxdur.

3. Sizin işarə etdiyiniz rəvayət Əbdüllah ibni Əbi Sərəhin mürtəd olması ilə əlaqədardır. Onun necə və hansı əsasa görə mürtəd olması ilə əlaqədar üç rəvayət gəlmişdir:

a) Bəzi rəvayətlərdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) “Tin” surəsinin ayələrini ona imla edir və o da yazırdı. “Summə ənşə’nahu xəlqən axər” ayəsinə çatanda həzrət bu ayəni deməmiş İbni Əbi Sərəh insanın necə xəlq olunmasından təəccübləndi və dedi: “Fətəbarəkallahu əhsənul-xaliqin!” Peyğəmbər buyurdu: “Yaz: fətəbarəkəllahu əhsənul-xaliqin”. Bundan sonra İbni Əbi Sərəhin qəlbində vəsvəsə yarandı. Öz-özünə dedi: “Əgər bu vəhydirsə, onda mənə də vəhy olunur! Əgər yalandırsa, onda Peyğəmbər (nəuzu billah) yalan deyir!” Buna görə də mürtəd olaraq Məkkəyə qaçdı.[13]

b) Bəzi rəvayətlərdə deyilir ki, İbni Əbi Sərəh vəhyi yazanda onda dəyişiklik edirdi. Buna görə də Peyğəmbər onu vəhyi yazmaq məqamından çıxartdı və o mürtəd olaraq Məkkəyə qaçdı.[14]

v) Feyz Kaşani imam Sadiq (əleyhis-salam)-dan nəql edir ki, Əbdüllah ibni Səd ibni Əbi Sərəh, Osmanın süd qardaşı idi və onun xətti çox gözəl idi. Hər vaxt vəhy nazil olurdusa, həzrət Peyğəmbər onu çağırır və vəhyi ona oxuyurdu, o da yazırdı. Amma “səmiun bəsir” kəlməsinin yerinə “səmiun əlim” və “bima tə’ləmunə xəbir” kəlməsinin yerinə “bima tə’məlunə bəsir” yazırdı. Yaxud ی “ya” kəlməsinin ت “ta”ya çevirib yazırdı. Bununla belə həzrət buyurdu: “Huvə vahidun” – Yəni bunların fərqi yoxdur. Nəhayət, o, mürtəd olaraq Məkkəyə qaçdı və Qüreyşə dedi: “Allaha and olsun! Muhəmməd nə dediyini bilmir! Mən də onun kimi sözlər deyə, onun kimi ayə nazil edə bilərəm!”[15]

Belə nəticə alırıq ki, əvvəla, bu rəvayətlər onun necə mürtəd olmasında ixtilaflı olduğuna görə onlara yüz faiz istinad etmək olmaz. Çünki, birinci nəqlə əsasən onun təhrifə heç bir dəlaləti yoxdur və İbni Əbi Sərəhin ürəyindən keçənlərin ilahi vəhy olması, ondan əvvəl Peyğəmbərin qəlbinə nazil olması ilə heç bir ziddiyyət yaratmır. İkinci nəql də həm müəmmalı, həm də anlaşılmazdır. Yalnız üçüncü nəqlə əsasən Quranın təhrifinə dəlalət edir.

İkincisi: Mərhum Səduq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “huvə vahid” kəlməsinin izahında demişdir: “Yəni dəyişsən də, dəyişməsən də sənin dəyişdirib yazdığım yox, mənim imla dediyim yazılacaqdır.”[16]

Deməli, əgər bu rəvayət (üçüncü nəqlə əsasən) sənəd baxımından düzgün olarsa, zahirən mərhum Səduqun izahı və yozumu qəbul oluna bilər. Çünki bu izah həqiqətdə Quranın aşağıdakı məzmunu vurğulayan ayələri ilə müvafiqdir: “Quranda heç bir dəyişiklik ola bilməz!” Eləcə də Peyğəmbərin vəhyi almaq, saxlamaq və təbliğ etmək məqamında məsum olması və heç bir səhvə yol verməməsini göstərən ayələrlə müvafiqdir.

Üçüncüsü: Əgər Mərhum Səduqun izahını qəbul etməsək və o rəvayəti sənəd baxımından da səhih hesab etsək, ikinci məsələdə bəyan olunduğu kimi, belə rəvayətlər Quranın aşkar bəyanı ilə ziddiyyətli olduğundan onlara istinad etmək olmaz. Peyğəmbərin və məsum imamların göstərişlərinə əsasən bu kimi rəvayətləri qəbul etməməliyik.

4. Əbdüllah ibni Əbi Sərəh mürtəd olaraq Məkkəyə qaçdı. Peyğəmbər Məkkənin fəthində Osmanın vasitəçiliyi ilə onu edam etmədi. Sonralar Osmanın Misirdəki valisi olmuşdu.[17] 

Bu izahların hamısından keçəndə, bu rəvayət Quranın təhrifinə yox, əksinə, onun təhrif olunmamasına dəlalət edir. Çünki Quranın təhrif olunmamasına inananlar müxaliflərin təhrif barəsindəki səylərini inkar etmirlər, əksinə onların bu işlərdə müvəffəqiyyət qazanmalarını inkar edirlər.

Çünki, əvvəla: Quranın qorunub saxlanması Allahın öhdəsindədir. İkincisi, Peyğəmbərin özü də Quranı qoruyub saxlayır və təhrifdən amanda saxlayırdı. İbni Əbi Sərəhin tərəfindən göstərilən bu səylərin məğlubiyyətə uğraması da bu cür mənfur və məkrli planların, batil hiylələrin nümunələridir ki, Peyğəmbər onlarla mübarizə aparmağı öhdəsinə almış, bu hiylələri beşikdə ikən boğmuşdu.



[1] Bax: Görünüş, “Quranın təhrif olunmaması”, sual 453 (sayt 486)

[2] “Fussilət” surəsi, ayə: 42

[3] “Yunis” surəsi, ayə: 37

[4] “Nəhl” surəsi, ayə: 6

[5] “Əla” surəsi, ayə: 6

[6] “Ali-İmran” surəsi, ayə: 164

[7] “Nəcm” surəsi, ayə: 3 və 4

[8] “Haqqə” surəsi, ayə: 44-47

[9] “Yunis” surəsi, ayə: 15

[10] “Müsnədi Əhməd”, hədis, 10681; “Sünəni Termizi”, hədis 373; “Müstədrək”, Hakim, 3-cü cild, səh. 109

[11] “Kafi”, 1-ci cild, səh. 109

[12] “Biharul-ənvar”, 2-ci cild, səh. 249

[13] Yenə orada, 22-ci cild, səh. 34

[14] “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 369

[15] Feyz Kaşani, “Təfsiri Safi”, 2-ci cild, səh. 140, “Ənam” surəsinin 93-cü ayəsi, Tehran çapı, “Məktəbətul-islamiyyə”

[16] Səduq, “Məanil-əxbar” (“Biharul-ənvar”dan nəqlən: 92-ci cild, səh. 35)

[17] “Biharul-ənvar”, 17-ci cild, səh. 178

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Yəhudilərin sifətlərinin ən çox qeyd olunduğu Quran ayələri hansılardır?
    9525 اهل کتاب
    Qurani-kərim yəhudilərin tarix, əxlaq, əqidə, sifət və xüsusiyyətlərini elə müfəssəl şəkildə bəyan etmişdir ki, digər ilahi dinlərdən heç birinin tarixini belə vəsf etməmişdir. Yəhudi məsələsinə bu səmavi kitabın bir çox ayələrində geniş yer verilmişdir. Bu ayələrin hər birində Bəni-israilin (yəhudilərin) xüsusiyyət, sifət, adət, davranış və etiqadlarından birinə ...
  • Əgər işçi öz haqqını bir il üstündən keçəndən sonra ələ gətirsə, xumsunu dərhal verməlidirmi?
    2963 Xumsun hesablanması və onun ödənmə qaydası
    Sualın cavabında mərce-təqlidlərdən yəni, müctehidlərdən aldığımız cavabları sizin diqqətinizə çatdırırıq: Ayətullah-üzma Sistani: Bəli. Dərhal xumsu verilməlidir. Ayətullah-üzma Xamneyi: O pul ilin gəlirindən hesab olunur ki, həmin ildə gəlir kimi alınsın və istifadə olunsun. Bəs, xumsu ...
  • İmam Zamının həyat yoldaşı və övladı varmı?
    3794 Qədim kəlam
    İmamZamanın (əc) həyatyoldaşıvəövladınınolmasıehtimalolunurvə həmçinin, Həzrətinqeybdə
  • İstehsan nədir? Və nə üçün Əhli- beyt fiqhində qəbul olunmur?
    3544 مبانی فقهی و اصولی
    Bu Əhli- beyt məzhəbinə vurulmuş bir töhmətdir və deyirlər: Yalnız Əhli- beyt və şiə məzhəbidir ki, istehsanın əksinə və onun dəlil olduğunu qəbul etmirlər; çünki sünnü məzhəbində olan dörd firqənin rəhbərləri də bu əqidədə olmuş və bizimlə bir fikirdədirlər ki, istehsan (höccət) dəlil deyil və heç bir ...
  • Öz iradəmizi necə gücləndirək?
    5805 Əməli əxlaq
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Allah dərgahına yaxınlaşmaqda vasitənin rolu
    3798 Qədim kəlam
    “Vəsilə” (vasitə) çox geniş mənaya malikdir və bəndənin Pərvərdigarın dərgahına yaxınlaşmağına səbəb olan hər bir işə və ya şeyə şamil olur. Dünya səbəb-nəticə qanunu əsasında qurulduğundan səbəblər insanın hidayəti və son təkamülə çatması üçün yaradılmışdır. Bəşərin təbii ehtiyacları maddi səbəb və amillərin vasitəsilə təmin olunduğu kimi, ...
  • Quranın neçə surəsi ilahi peyğəmbərlərin mübarək adı ilə adlandırılmışdır?
    4123 Təfsir
    Quranın altı surəsi peyğəmbərlərin adı ilə bağlıdır: “Nuh”, “İbrahim”, “Yunis”, “Yusif”, “Hud” (əleyhimus-salam), “Muhəmməd” (səlləllahu əleyhi və alih). Əlbəttə, təfsir alimləri rəvayətlərə əsasən inanırlar ki, Quran surələrindən bəziləri də, o cümlədən “Taha”[1], “Yasin”[2], “Müddəssir”
  • Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән (әлејһимуссалам) (Имам нәслиндән олмасыны нәзәрә алараг) нәјә ҝөрә Әбу Бәкрин хилафәтинә етираф етмишдир?
    3857 تاريخ بزرگان
    Мөһтәрәм суал верәнин гәтијјәтлә ҹәнаб Әли ибн Зејдин Әбу Бәкрин хилафәтинин дүзҝүн олмасынын тәсдигини гејд етмәсинә бахмајараг чохлу тәдгигатдан сонра һеч бир әдәбијјатда белә бир иддианын доғрулуғуна әсаслы сәнәд тапа билмәдик. Бу ҹәһәтдән, суалын арашдырылмасында иддианын доғру олмасыны фәрз едирик вә арашдырма јолу ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    3145 کلیات
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
    5539 بندگی و تسبیح
    İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109657 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83427 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61481 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    44853 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34176 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30421 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23455 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23291 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22604 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21281 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...