Ətraflı axtarış
Baxanların
12931
İnternetə qoyma tarixi: 2012/04/02
Sualın xülasəsi
Uşaq saldırmaq haramdırmı?
Sual
Quranda uşağı öldürmək haramdırmı? Dörd aylıqdan əvvəl və sonra onun hökmü nədir? Bu işi edən qatil sayılır və qisas olunmalıdırmı? Nə zaman bu işi görmək günah sayılır? Nə zaman diyə ödənilməlidir? Nə zaman qisas edilməlidir? Diyə kimə verilməlidir?
Qısa cavab

`Uşaq saldırma haram və böyük günahlardandır. Bu işi görən tövbə etməli və kəffarəsi (iki ay bir- birinin ardınca oruc tutmaq) var. onun diyəsi də belədir.

Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər misqal on səkkiz nöxuddur. Ondan sonra 40 gün ələqə yəni laxtalanmış qandır və onun diyəsi 40 misqaldır. Sonra, 40 gün muzğə yəni ət parçasıdır ki, onun diyəsi 60 misqaldır (bura kimi dörd aylıq olur). Ondan sonra sümük formasında olur və onun diyəsi 80 misqaldır. Sonra ət yaranır və insan formasına düşür və onun diyəsi 100 misqaldır. Ruh bədəninə daxil olandan sonra, əgər oğlan olsa, min misqal və əgər qız olsa 500 misqal şərii qızıl sikkədir. Bu deyilənlərin hamılsında əgər hər bir misqal qızılın əvəzinə on dirhəm versələr kifayət edər.

Əgər hamilə bir qadın bilərəkdən uşağının düşməsinə səbəb olan bir iş görsə, onun diyəsini yuxarıdakı dediklərimizə uyğun onun varisinə verməlidir.

Onun özü isə bu diyədən irs aparmaz. Əgər uşağın vərəsəsi onu bağışlasalar diyə lazım deyil. Amma ruh daxil olan uşaqda, qətl kəffarəsi ona vacibdir.[1]

Amma hər halda diri dünyaya gəlməmişsə, mütləq şəkildə qisası yoxdur.

Əlavələr:

Bu suala təqlid mərcələrinin cavabı belədir:[2]

Həzrət Ayətullahul- uzma Xamneyi (muddə zilluhul- ali):

Uşağı saldırma şərii cəhətdən haramdır. Heç bir halda düzgün deyil və onun üçün ciddi tövbə edilməlidir. Uşaq saldırmanın diyəsi ödənməlidir.

Əgər ələqə olsa diyəsi qırx dinar, muzğə olsa, altımış dinar, ətsiz sümük olsa həştad dinardır. Diyə uşağın varislərinə irs təbəqələrinə riayət etməklə ödənir. Amma uşağı saldıran varisə diyə aid deyil. Şərii dinar, bir şəri misqal (3, 6 qram) ölçüsündə olan qızıl sikkəyə bərabərdir. Onun qiymətini bazardan öyrənmək olar.

Həzrət Ayətullahul uzma Sistani (muddə zilluhul- ali):

Nütfə bağlandıqdan sonra uşağı saldırmaq olmaz.

Diyəsi və kəffarəsi (iki ay bir- birinin ardınca oruc) var. Amma əgər hamiləliyin davam etməsinin ana üçün can təhlükəsi olsa, ya adətən dözülməz çox çətinliyi olarsa, bu halda ruh bədənə daxil olmazdan qabaq, uşağı saldırmaq olar. Ondan sonra isə, heç bir halda olmaz. Əgər ana öz uşağın atdırsa, onun diyəsi anaya vacibdir və ona ataya ya digər varislərə verməlidir. Əgər uşağı ata atdırsa, diyəsi ona vacibdir və onu anaya verməlidir. Əgər həkim bu işi görsə, diyə ona vacibdir, baxmayaraq ki, uşağı saldırma ata- ananın istəyi ilə olub, amma onlar bağışlasalar, diyə ona vacib deyil. Uşağa ruh daxil olandan sonra, əgər oğlan olsa, beş min iki yüz əlli misqal gümüş kifayət edir və əgər qız olsa bunun yarısı (ehtiyst vacibə əsasən) qarında ölən uşağın da diyəsi bu miqdardır. Əgər uşağa ruh daxil olmasa, sperma olan vəziyyətdə onun diyəsi yüz beş misqal gümüş, laxtalanmış qan olsa, iki yüz on misqal, ət olsa, üç yüz on beş misqal, sümük olsa, dörd yüz iyirmi misqal, bədən üzvləri kamilləşibsə, beş yüz iyirmi beş misqal kifayət edir. (Ehtiyat vacibə əsasən) ruh daxil olmayan vəziyyətdə, olanla qız arasında heç bir fərq yoxdur. Rüşeymə ruh dördüncü ayda daxil olur ki, bundan qeyrisi yeni aparatlarla isbat olmamaq şərti ilə.

Həzrət Ayətullah uzma Məkarim Şirazi (muddə zilluhul- ali):

Uşaq saldırma haramdır. Amma əgər uşaq ilk mərhələlərində olsa, tam insan formasına düşməsə və uşağın o vəziyyətdə qalması sonra onun dindar elmli insanların deməsi ilə naqis dünyaya gəlməsi, ata- ananın çox çətinliyinə səbəb olsa, hamiləliyə son vermək olar. Ehtiyat üzündən diyəni də versinlər. Uşağın diyəsi onu saldırmaqda əli olanların öhdəsindədir. Əgər ana öz istəyi ilə uşağə saldırmaq üçün özünü həkim ixtiyarına qoyubsa, diyənin yarısı onun öhdəsindədir. Diyə verməkdən əlavə, etdikləri böyük günah üçün ciddi şəkildə tövbə etməli və gələcəkdə yaxşı işlər görməklə keçmişi əvəzləməlidirlər. Rüşeym ruh daxil olmazdan qabaq beş mərhələ keçir: Sperma, ələqə, muzğə, izam (sümük) və ləhm (ət) və onun diyəsi ehtiyat vacibə əsasən belədir: İlk iyirmi gündə (sperma) 15 misqal adi qızıl, ikinci iyirmi gündə (ələqə) 30 misqal, üçüncü iyirmi gündə (muzdə) 45 misqal, dördüncü iyirmi gündə (izam) 60 misqal, beşinci iyirmi gündə (ləhm) uşağın yaranışı tamamlanmadan və ananın qarnında hərəkətə gəlməzdən qabaq, 75 misqal, ruh daxil olandan sonra oğlanda tam diyə və qızda tam diyənin yarısı verilməlidir.

Həzrət Ayətullahul- uzma Safi Gülpayqani (muddə zilluhul- ali):

Uşağı ldürmək hər bir halda haramdır və diyəsi vardır ki, onun saldırılmasına səbəb olmayan varisinə çatır. Əgər uşağa ruh daxil olmuş olsa, kəffarəsi də var, amma diri dünyaya gəlməyibsə, heç bir halda qisası yoxdur.

 


[1] - Lənkərani, Məhəmməd Fazil Muvəhhidi, Cameul- məsail, cild 1, səh 515, Əmiri- `ələm nəşriyyatı, Qum- İran, On birinci, hicri qəməri, Göstərici 16783 (sayt: 16500)- dən götürülüb.

[2] - Böyük mərcələr: Xamneyi, Sistani, Məkarim Şirazi, Safi Gülpayqani (muddə zilluhul- ali) dəftərlərindən İslam kuist saytı tərəfindən sual edilibdir.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hansı aylarda və günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinin daha çox savabı var?
    1355 عزاداری و زیارت 2015/05/23
    Dini mənbələrdə Məsum İmamların (əleyhimussalam) xüsusilə də, İmam Hüseynini (əleyhissalam) ziyarətinə çox təkid olunub. Üzürsüz olaraq, bu ziyarətləri tərk edən insanlar rəvayətlərdə daha çox məzəmmət olunub. İmam Hüseynin (əleyhissalam) ziyarəti ilin bütün günündə, hansı gündə olarsa, böyük savabı vardır. İmam Sadiq (əleyhissalam) buyurur: "Yaxşı olar ki, imkanı ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    3250 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • "Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
    3111 Təfsir 2012/02/07
     «صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2] Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    4540 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? Əhli beyt kimlərdir?
    3474 Təfsir 2010/11/10
    Sualın birinci hissəsinin cavabında demək olar: Təthir ayəsinin bir ayənin içində yerləşməsi bunu tələb edir ki, özündən qabaqkı və özündən sonrakı cümlələrə uyğun olsun. Əgər Peyğəmbər (ə)- in həyat yoldaşlarına məxsus olmasa da, heç olmasa ümumi formada onlara da şamil olsun. Amma diqqət etmək lazımdır ki, Bir: Belə ...
  • Aramlığın (ruhi asayiş) həqiqəti nədir və ona nail olmağın yolları hansıdır?
    3251 آرامش و اطمینان 2012/06/23
    Həyatda ruhi asayiş və xatircəmlik mənasına olan aramlıq islam dinində bəyənilən, xoşagələn və təriflənən bir həqiqətdir. Ona nail olmaq üçün çoxlu yollar bəyan olunmuşdur. İslam mənbələrində ruhi asayişə çatmağın amillərindən bəziləri bunlardır: Allahı yad etmək, hüsnü-zənn, özünə etimad etmək, uzun-uzadı və əlçatmaz arzulardan uzaq olmaq, evlənib ailə ...
  • Mütaliə hikmətində əşya və əşyalılıq vücudla bərabərdir yoxsa mahiyyətlə?
    2485 İslam fəlsəfəsi 2012/03/11
    “Əşyalılıq” və “vücud” iki ayrı məfhumdurlar ki, vahid nümunəyə sahibdirlər. Hər nə qədər vücuddan söhbət açılırsa, əşyalılıqdan da söhbət açılır. Amma filosoflar vücud dedikdə həm mütləq şəkildə həm zehni vücudu əhatə edir, həm də varici vücuda şamil olunur və bir çox iradlara bu yolla cavab vermişlər. İrad ...
  • İnsan nemət və əzabı, bərzəx və qiyaməti dərk edə bilirmi?
    3117 Təzə kəlam 2011/01/02
    Qısa cavab vermək üçün bir neçə açıqlamaya ehtiyac var və onlar bundan ibarətdir: 1)- Həqiqəti anlamaq və ona yol tapmağa tanışlıq və dərk etmək deyildir. 2)- İnsan dörd yolla bu tanışlıq və məlumata yol tapa bilər. a). Hiss yolu b). Ağıl yolu c). Qəlb və ...
  • Nə üçün Allah rəhmətinin kənarında "Ərhəmərrahimin " edam həddinə qədər (qisas, əlin kəsilməsi və ya çox kobudluq) cəzaya sifariş edibdir?
    3526 بیشتر بدانیم 2012/09/15
    Ayələrə və rəvayətlərə diqqət edəndə görürük ki, Allah rəhmaniyyət və rəhmiyyət sifətinə sahib olduğu kimi qəzəb və səxət sifətinə də sahibdir. Yəni o həm Ğafiruzzənub dur həm şədidul- iqab, həm "Ərhəmur- rahimin" həm də Əşəddul- müaqibin. Quranda çox yerdə harada qorxudmaqdan və əzabdan söz gəlibsə ...
  • Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
    3121 Qədim kəlam 2012/04/10
    Mütəal Allah Quran-kərimdə Ramazan ayının barəsində buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən və haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    99203 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    75104 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    54477 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    35678 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    27150 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    21198 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    20227 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    18747 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    18582 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    16371 Qədim kəlam 2011/03/06
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...

Əlaqəlilər