Baxanların
11818
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Sual
Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
Qısa cavab

Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə qədər nüfuz etməli və bütün tilavət müddəti ərzində bu haləti qoruyub saxlamalıdır.

Ətreaflı cavab

İslamda hər bir şeydən, xüsusilə Quran kimi əzəmətli ilahi bir kitabdan bəhrələnmək dəqiq proqram əsasındadır. Quranın özündəki dəlilə əsasən onun tilavətindən bəhrələnmək üçün müəyyən ədəb qaydaları və şərtlər bəyan olunmuşdur. Aşağıda onlardan bir neçəsini qeyd edirik:

1. Yalnız dəstəmaz və təharətli olduqda Quranın yazılarına toxunmağa icazə verilir. Quranda buyurulur: “Qurana paklardan başqası məss edə (ona toxuna) bilməz”.”[1]

Bu, həm zahiri paklığa işarədir, həm də bunu göstərir ki, onun dərin məfhumlarını, maariflərini və incəliklərini yalnız əxlaqi rəzalətlərdən pak olanlar başa düşə bilər. Yəni insan həqiqət və bəsirət gözlərinə pərdə çəkən çirkin sifətlərdən, rəzalətlərdən uzaq olmalıdır ki, Quranın həqiqətlərini dərk və Haqq-taalanın camalını müşahidə etməkdən məhrum olmasın.

2. Quranı “tərtil” ilə, yəni kəlmələrini dəqiq tələffüz etməklə və onda təfəkkürlə tilavət etmək lazımdır.[2]

3. Quran tilavətinə başlayan zaman rəhmət dərgahından qovulmuş şeytanın şərindən Allaha pənah aparırıq. Belə ki, bir ayədə oxuyuruq: “Quran oxuduğunuz zaman qovulmuş şeytanın şərindən Allaha pənah aparın!”[3]

İmam Sadiq (əleyhis-salam)  “bu göstərişə necə əməl edək və nə deyək?” - sualının cavabında buyurmuşdur:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

(Belə deyin:) “Əstəizu bis-bisəmiil-əlim minəş-şeytanir-rəcim.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən).

Başqa rəvayətdə deyilir ki, İmam (əleyhis-salam) “Həmd” surəsini tilavət edən zaman belə deyirdi:

اَعُوذُ بِاللَّهِ السَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ، وَ اَعُوذُ بِاللَّهِ اَنْ یَحْضُرُونِ

“Əuzu billahis-səmiil-əlim minəş-şeytanir-rəcim və əuzu billahi ən yəhzurun.” (Eşidən və bilən Allaha sığınıram qovulmuş şeytanın şərindən və həm də şeytanın mənim yanımda hazır olmasından Allaha pənah aparıram.)

Amma tilavət zamanı “əuzu billahi minəş-şeytanir-rəcim”in nə üçün “bismillah”dan qabaq deyilməsinə gəldikdə isə, onun səbəbi budur: “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsi olduğuna görə tilavətə başlamazdan qabaq ondan Allaha pənah aparmaq lazımdır.

Bir rəvayətdə deyilir ki, Cəbrəil (əleyhis-salam) Quran barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə dediyi ilk söz bu idi:

أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ

“Ey Muhəmməd, de: əstəizu bis-səmiil-əlim minəş-şeytanir-rəcim – sonra belə de:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ

“Bismillahir-Rəhmanir-Rəhim, iqrə’ bismi Rəbbikəlləzi xələq.”[4]

Əlbəttə, şeytanın şərindən Allaha pənah aparmaq təkcə sözdə olmamalı, tilavət edən şəxsin ruhunun dərinliklərinə nüfuz etməlidir. Belə ki, insan Quran tilavət edən zaman şeytani xislətlərdən uzaqlaşmalı və ilahi sifətlərlə zinətlənməlidir ki, haqq kəlamın başa düşülməsi, həqiqətin ürək oxşayan camalının müşahidə edilməsi qarşısında olan maneələri öz fikir və xəyal mühitindən təmizləyib aradan qaldırsın.[5]

Buna əsasən, dildə olmasa da belə, bütün tilavət müddəti ərzində şeytanın şərindən Allaha pənah aparmaq lazımdır.



[1] “Vaqiə” surəsi, ayə: 56:

لا یَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

[2] “Müzzəmmil” surəsi, ayə: 4:

وَ رَتِّلِ الْقُرْآنَ تَرْتِیلًا

[3] “Nəhl” surəsi, ayə: 98:

فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّیْطانِ الرَّجیمِ

[4] “Müstədərəkül-vəsail”, 4-ci cild, səh. 264-265:

الشَّیْخُ أَبُو الْفُتُوحِ الرَّازِیُّ فِی تَفْسِیرِهِ، عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ‏قَالَ أَوَّلُ آیَةٍ نَزَلَتْ أَوْ أَوَّلُ مَا قَالَهُ جَبْرَئِیلُ لِرَسُولِ اللَّهِ ص فِی أَمْرِ الْقُرْآنِ أَنْ قَالَ لَهُ یَا مُحَمَّدُ قُلْ أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطَانِ الرَّجِیمِ ثُمَّ قَالَ قُلْ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ اقْرَأْ بِاسْمِ رَبِّکَ الَّذِی خَلَقَ‏

[5] “ "Təfsiri nümunə", 11-ci cild, səh. 401 və 402

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105429 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80354 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58226 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40816 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31068 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23105 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22353 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21984 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20589 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20252 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...