Baxanların
4977
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
Sual
Lütfən, şiə təfəkkürünün əsaslarını izah və onun xüsusiyyətlərini bəyan edin!
Qısa cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Ətreaflı cavab

Şiə təfəkkürünün əsası və bu məzhəb maarifinin hamısının mənbəyi Qurani-kərimdir. Quran həm öz ayələrinin zahirini, həm də Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in danışıq, əməl, hətta sükut və təsdiqləməsini də höccət bilmişdir. Bunun ardınca da məsum imamların (əleyhimus-salam) danışıq, rəftar və təsdiqini höccət saymışdır.

Bundan əlavə, Quran əqli istidlalın (dəlil-sübutun) höccət olmasını bəyan edir, eləcə də kəşf və şühud yolunu dəstəkləyir və təsdiqləyir.

Bu cür təfəkkürün nəticələri aşağıdakılarda xülasə olunur:

1. Allah-taalanın yeganə və Onun müqəddəs zatının nöqsanlı sifətlərdən uzaq olmasına, kamal sifətləri ilə zinətlənməsinə etiqad;

2. Əqli baxımından gözəlik (hüsn) və çirkinliyin (qübhün) mövcud olmasına etiqad; eləcə də Allah-taalanın çirkin işlər görməkdən uzaq və pak-pakizə olmasına dair əqlin qəti hökmü və dərki;

3. İlahi peyğəmbərlərin, xüsusilə Həzrət Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in ismətinə (xəta və günahdan uzaq, məsum olmasına) və o Həzrətin xatəm peyğəmbər (bütün peyğəmbərlərin sonuncusu) olmasına etiqad;

4. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in canişininin yalnız Allah tərəfindən ayırd edilməsi və təyin olunmasına etiqad, eləcə də Peyğəmbərin və ya əvvəlki imamın tərəfindən təyin olunmasının mümkünlüyü;

O Həzrətin canişinləri on ki nəfərdən ibarətdir: birincisi Əli ibni Əbi Talib (əleyhis-salam), axırıncısı isə hal-hazırda yaşayan və (zühur edib dünya səviyyəli ədalət hökumətini bərqərar etmək üçün) Allahın hökmünü gözləyən Həzrət Məhdi (əleyhis-salam)-dır.

5. Ölümdən sonrakı həyata etiqad və həmin aləmdə insanın (dünyadakı əməllərinə müvafiq olaraq) mükafat və cəzasına nail olmasına inanmaq.

Ətraflı izah

Bu suala geniş şəkildə cavab vermək bir neçə cildlik kitab yazılmasını tələb edir. Lakin müəyyən incəlikləri qısa şəkildə qeyd edirik:

1. Maarif kəsb etmək üçün şiə məzhəbinin yeganə mənbəyi

Şiə məzhəbinin istinad etdiyi yeganə mənbə Qurani-kərimdir. Bu ilahi və asimani kitab Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in ümumdünya səviyyəli və həmişəlik nübüvvətinə dair qəti bir dəlildir. Onun möhtəvası islami dəvətdən ibarətdir. Əlbəttə, Quranın yeganə mənbə olması digər mənbə və höccətlərin inkar olmasına dəlil deyildir. Əksinə, izah edəcəyimiz kimi, Quranın özü digər mənbələri də bəyan və təsdiq edir.

2. Quran vasitəsi ilə şiə təfəkkürü üçün təqdim olunan yollar

Qurani-kərim öz təlimlərində islami maarif və dini məqsədlərin əldə edilməsi və düzgün dərk olunması üçün öz ardıcıllarına üç yol təyin etmişdir:

a) Dinin zahirləri

Qurani-kərim öz bəyanlarında bütün insanlara xitab edir. O, bəzən öz müddəasına höccət gətirmədən, sadəcə özünün ilahi fərmanlarına arxalanmaqla etiqad prinsiplərini, o cümlədən tövhid, nübüvvət, məadı qəbul etməyə çağırır, əməli hökmlərə, o cümlədən namaza, oruca və s. əmr edir, bəzi əməllərdən də çəkindirir. Əgər bu ləfzi (kəlam yönlü) bəyanları höccət qərar verməsəydi, insanlardan onlara itaət və qəbul etməyi heç vaxt tələb etməzdi.

Əlbəttə, dinin zahiri Quran ayələrində həsr olunmur; Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bəyan, rəftar, davranış və sükutu da Quran ayələrinin zahirinin bəyanına əsasən höccət sayılır:

لَقَدْ کَانَ لَکُمْ فِی رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

“Həqiqətən, sizin üçün Allahın Peyğəmbərində gözəl nümunə və örnəklər vardır.” [1]

Həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən qəti təvatür şəklində nəql olunanlara əsasən, o həzrətin Əhli-beytinin danışıq, rəftar, davranış və sükutu da – o Həzrətin özünün danışıq, rəftar, davranış və sükutu kimi – onunla bərabər və eyni səviyyədə höccətdir.

Amma səhabələrdən nəql olunan rəvayətlərə gəldikdə isə, əgər Peyğəmbərin sözünə və ya əməlinə şamil olsa və Əhli-beyt hədisləri ilə müxalif və təzadda  olmazsa qəbul olunur; yox əgər səhabənin şəxsi nəzəridirsə, höcciyyətdən düşür. Səhabələrin hökmü sair adi müsəlmanların hökmü kimidir. Müddəamızın şahidi budur ki, səhabələrin özləri də bir-biri ilə həmin qaydada rəftar edirdilər.

b) Əqli dəlil

Qurani-kərim çoxlu ayələrdə insanın əqlinin höccət olmasını bəyan edir və insanları kainatda və insanın özü barəsində dərindən təfəkkür etməyə, əql qüvvəsini işə salmağa dəvət edir, özü də həqiqətlərin gerçəkləşməsində əqli və məntiqi dəlillərə istinad edir.

Qurani-kərim heç vaxt “əvvəlcə İslam maarifinin haqq olmasını qəbul edin, sonra əqli dəlil gətirin və qeyd olunan maarifi onlardan əldə edin” demir, əksinə özünün real gerçəkliklərinə kamil etimadla buyurur ki, əqli dəlil-sübut əsasında qeyd olunan maarifin haqq olmasını kəşf və qəbul edin. Başqa sözlə, nəinki əvvəlcə iman gətirib sonra onun gerçəkliklə mütabiq olmasına dair dəlil gətirmiş olasınız.

İnsanın Allah verən fitrəti ilə öz nəzəriyyələrini isbat etdiyi əqli höcətlər iki qisimdir: bürhan və cədəl.

Bürhan o höccətə deyilir ki, onun müqəddimələri haqq (gerçək və real) olsun. Başqa sözlə, elə qəziyyələr olsun ki, Allah verən şüurla insan onları dərk və təsdiq etsin. Bildiyimiz kimi üç dörddən kiçikdir. Bu təfəkkür əqli bir təfəkkürdür. Varlıq aləminin külli qanunlarında, o cümlədən yaranışın əvvəli, dünyanın axırı və s. kimi şeylərdə icra olunan zaman “fəlsəfi təfəkkür” adlandırılır.

Cədəl o höcətə deyilir ki, onun hamısı və yaxud bəzi hissələri müsəlləmat (aksiom) və məşhur qəziyyələrdən əldə olunsun. Belə ki, müəyyən dinlərə inananlar arasında belə bir (adi) qayda var ki, öz  dinləri çərçivəsində dini nəzəriyyələrini həmin dinin danılmaz prinsipləri ilə isbat edirlər. Qurani-kərim hər iki üslubdan istifadə etmişdir. Bu asimani kitabda qeyd olunan iki üslubun hər biri ilə əlaqədar çoxlu ayələr mövcuddur.

Çünki:

Əvvəla: Varlıq aləminin külli qanunlarında, kainatın külli sistemində və xüsusi sistemlərdə, o cümlədən yerin, göyün, ulduzların, gecə-gündüzün, bitkilərin, heyvanların, insanların və s. sistemində təfəkkür etməyə əmr edir, ən dolğun bəyanla  azad əqli tədqiqatı təhsin edir.

İkincisi, cədəl yönlü əqli təfəkkürə əmr və dəvət edir; belə ki, bunlar adətən, kəlami bəhslər adlandırılır və bununla şərtlənir ki, haqqın izhar edilməsi ən gözəl surətdə, gözəl əxlaqla yanaşı olsun və heç bir inadkarlıq olmadan baş versin. [2]

 

İslamın kəlam və fəlsəfi təfəkküründə şiənin öndər olması

Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrinin əsərləri ilə tanış olanlar yaxşı şəkildə bilirlər ki, səhabələrdən gəlib çatan bu qədər əsərlər arasında fəlsəfi təfəkkürə şamil olan hətta bir əsər belə nəql olunmamışdır. Amma Əmirəl-möminin Əli (əleyhis-salam)-ın cazibədar və ecazkar bəyanlarında ilahiyyatda ən dərin fəlsəfi təfəkkürlərə şamil olan məsələləri görmək olar.

Səhabə, tabein və nəhayət o dövrün ərəbləri azad fəlsəfi təfəkkürlə heç bir vəchlə tanış deyirdilər. Hicrətin ilk iki əsrinin alimlərinin sözlərində də fəlsəfi tədqiqatla əlaqədar heç bir şey gözə dəymir. Yalnız şiə rəhbərlərinin dərin və dolğun bəyanlarına, xüsusilə şiələrin birinci və səkkizinci imamının sözlərində ən dəyərli, nəfis fəlsəfi fikirlərdən ibarət olan sonsuz xəzinələr vardır. Məhz bu böyük şəxsiyyətlər öz tələbələrindən bir qrupunu həmin təfəkkürlə tanış etmişdilər.

Fəlsəfi təfəkkürün üçüncü hicri əsrinin əvvəllərindən yunan kitablarının tərcüməsi ilə ümum müsəlmanların arasında yayılmasına baxmayaraq, əhli-sünnətin əksəriyyətinin arasında yeddinci əsrə qədər davam gətirə bilmədi və İbni Ruşd Andolosinin getməsi ilə fəlsəfə tamamilə yığışdırıldı. Lakin bu təfəkkürlər şiələrin arasından heç vaxt götürülməmişdir. Bu təfəkkür tərzinin şiələrin arasında qalmasının ən mühüm amili onların öz rəhbərlərindən yadigar qalmış nəfis və dəyərli elmi xəzinələr olmuşdur.

Əhli-beytin (əleyhimus-salam) dəyərli elmi ehtiyatlarını tarix boyu yazılan fəlsəfi kitablarla müqayisə etsək, aşkar şəkildə görəcəyik ki, fəlsəfə həmin elmi xəzinələrə günbəgün yaxınlaşmış, nəhayət 11-ci hicri əsrində təqribən bir-biri ilə tamamilə uyğunlaşmış və aralarında cüzi ixtilafdan başqa bir şey olmamışdır.

v) Kəşf və şühud

Qurani-kərim özünün gözəl bəyan üslubu ilə buyurur ki, həqiqi maarifin hamısı gerçək tövhid və Allah şünaslıqdan qaynaqlanır, kamil Allah şünaslıq da o kəslərə məxsusdur ki, özünün hər bir şeyini unudaraq bütün qüvvələrini mücərrəd aləmə yönəltsinlər, sırf bəndəlik və ixlasla pak və münəzzəh Allahın nuruna göz diksinlər, gerçəklik görən həqiqət gözləri ilə əşyaların həqiqətini, asimanın və yerin mələkutunu müşahidə etmiş olsunlar. Çünki yalnız belə insanlar ixlas və bəndəlik sayəsində yəqin məqamına çatmış olurlar, yəqin sayəsində asimanın və yerin mələkutunu müşahidə edirlər, axirət aləminin əbədi həyatı onlar üçün aşkar olur.

Aşağıdakı ayəyə diqqət yetirməklə müddəamız tamamilə aşkar olur:

وَاعْبُدْ رَبَّکَ حَتَّى یَأْتِیَکَ الْیَقِینُ

“Sənə yəqin gəlincəyə qədər Rəbbinə ibadət et.” [3]  

کَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْیَقِینِ   لَتَرَوُنَّ الْجَحِیمَ

“Xeyr, əgər elmul-yəqinlə bilsəydilər, mütləq cəhənnəmi görərdilər.” [4]

فَمَن کَانَ یَرْجُو لِقَاء رَبِّهِ فَلْیَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا یُشْرِکْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

“Hər kəsin Rəbinin görüşünə ümidi varsa, gərək saleh əməllər görsün və Rəbinə ibadətdə heç bir şeyi şərik qoşmasın.” [5]

 

Şiə irfanı

Əvvəla: İslamda irfanın mənşəyini bu sonsuz və dəyərli maarif xəzinəsini bəşər cəmiyyətlərinin ixtiyarına verən Əli (əleyhis-salam)-ın bəyanlarında – irfani həqiqətlər və mənəvi həyatın mərhələləri bölməsində axtarmaq lazımdır.

İkincisi: Şiə irfanının seyr-süluk yolunda şəri meyarlara riayət və onun şəriət qanunları ilə tətbiq edilməsi bu məzhəbdəki irfanın əqidəvi, fikri və əxlaqi azğınlıqlardan amanda qalmasının ən mühüm amili olmuşdur. [6]

 

3. Şiə təfəkkürünün etiqad sahəsində yenilikləri

Bura qədər qısa şəkildə bəyan etdiklərimiz şiə təfəkkürünün əsasıdır. Bu təfəkkürün əməl və inanc sahələrində əldə etdiyi nailiyyətlər o qədər çoxdur ki, onun sadəcə ünvanlarını zikr etmək belə, uzun bəhsləri tələb edir. Buna görə də onun etiqad (kəlam) sahəsindəki bəzi ünvanlarına işarə edirik. Şiə təfəkkürünün kəlam və fiqh hövzəsindəki nailiyyətləri ilə əlaqədar müfəssəl bəhsləri başqa vaxta həvalə edirik.

 Allahın varlığına etiqad bütün ilahi dinlər arasında müştərək olan etiqad prinsipidir və bu prinsip müxtəlif yollarla isbat olunur.

– Tövhidin ilk mərhələsi “zatda olan tövhid”dir və bunun ardınca da sifətlərdə və fellərdə olan tövhid gəlir. Allah-taalanın vücudu misirsiz və yeganədir, Onun zatı bəsitdir, yəni heç bir şeydən tərkib tapmamışdır, Onun vücudunda xarici və əqli tərkibə yol yoxdur. Onun müqəddəs zatı bütün kamal sifətlərinə malikdir və bütün nöqsanlı sifətlərdən uzaqdır. Onun sifətləri zatı ilə eyniyyət təşkil edir və zatına əlavə edilmiş deyildir. Öz işlərini əncam verməkdə heç bir şəxsə və heç bir şeyə ehtiyacı yoxdur. [7]

 Aləmin Allahdan başqa heç bir tərbiyə edəni – Rəbbi və tədbir edəni – Müdəbbiri yoxdur. İdarə edən başqa varlıqlar, o cümlədən mələklər öz vəzifələrini yalnız Onun hikmət üzündən olan istək və izni ilə yerinə yetirilər.

– İbadətdə tövhid. Bu, bütün səmavi din və şəriətlər arasında müştərək olan bir prinsipdir. Peyğəmbərlərin (əleyhimus-salam) göndərilməsində əsas hədəf bu prinsipə təkid və onun camaata xatırladılması olmuşdur.

– Şəfaət və təvəssülə etiqad; Quran təlimlərinə müvafiq olaraq bu iki məsələnin tövhidlə heç bir ziddiyyəti yoxdur və şirk hesab olunmur.

– Əqli hüsnə və qübhə etiqad, eləcə də Allah-talanın pak zatının çirkin işlər görməkdən pak və uzaq olmasına, hər növ zülmün Ondan inkar edilməsinə əqlin etiqadı. [8]

Hüsn və qübhə olan etiqadın çoxlu nəticələri vardır. Onlardan biri də Allahın ədalətli olmasına etiqaddır. Ədalətin özü də müxtəlif qollara və şaxələrə ayrılır. (Onun ədalətinə etiqad ilahi maarifdə bizim üçün çoxlu qapılar açılır və bir çox etiqadi problemləri həll edir.) Misal üçün, Allah-taalanın ədaləti müctəhidin adil olmasını, habelə hakimlərin, siyasi və ictimai rəhbərlərin, imam camaatın, məhkəmədə şahidlərin ədalətli olmasını tələb edir.

– Cəbr və ixtiyar bölməsində “əmrun beynəl-əmreyn”ə etiqad. [9]

– Allahın hikmət üzündən olan istək və iradəsi tələb edir ki, ruhi və mənəvi təkamül yolunu keçmək istəyənlər üçün peyğəmbərlər göndərsin və insanın xilqətin ali hədəflərinə doğru hidayətində əqlin hidayəti ilə kifayətlənməsin.

– İlahi peyğəmbərlər vəhyin alınması, qorunub saxlanması və ümmətə çatdırılması məqamında hər növ xəta, sapma və günahdan – istər qəsdən olsun, istərsə də səhvən – uzaqdırlar.

– Peyğəmbərlər (adi həyatlarında da) hər növ günah işdən və yaramaz şeylərdən uzaqdırlar.

– İlahi peyğəmbərlər silsiləsinin son halqası olan həzrət Muhəmməd ibni Əbdullah (səlləllahu əleyhi və alih) nübuvvətini özünün əbədi möcüzəsi və təhəddi vasitəsi ilə başlamışdır.

– İslam dini dünya səviyyəli və ümumi bir dindir; o, hər hansı bir məntəqəyə, coğrafi sərhədlərə və yaxud hər hansı bir qövmə, tayfaya məxsus deyildir.

– İslam Peyğəmbəri xatəm (son) peyğəmbərdir, onun kitabı – Qurani-kərim səmavi kitabların, şəriəti də bütün asimani şəriətlərin sonuncusudur.

– Biz müsəlmanların asimani kitabı olan Qurani-kərim hər növ təhrifdən amandadır: ona nə bir şey əlavə edilmiş, nə də ondan bir şey azaldılmışdır.

– Allahın hikmət əsasında olan istəyi belə olmuşdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir nəfəri özündən sonra islam ümmətinə imam və rəhbər təyin etsin. O həzrət də müxtəlif məqamlarda Əli ibni Əbi Talib (əleyhis-salam)-ı özündən sonra xəlifə təyin etməklə bu mühüm vəzifəsini yerinə yetirmişdir.

– Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra imamın vəzifəsi aşağıdakılardır: Quran məfhumlarının və şəriət hökmlərinin bəyan etmək, cəmiyyətin hər növ mənəvi və əqidəvi azğınlığından saxlamaq, dini və əqidəvi suallara və şübhələrə cavab vermək, cəmiyyətdə haqq-ədaləti icra etmək, düşmənlər müqabilində ölkə sərhədlərinin keşiyini çəkmək.

– Peyğəmbərin canişini olan imam elm və əxlaq nəzərindən xüsusi ilahi inayətə layiq görülməli və qeybi tərbiyədən bəhrələnməlidir. Yəni Peyğəmbər kimi hər növ səhvdən və unutqanlıqdan amanda olmalı, həmçinin günah və xəta qarşısında məsum olmalıdır. Buna görə də imamın (kim olacağını) ayırd və təyin etmək yalnız Allah tərəfindən və Peyğəmbərin vasitəsi ilə və ya əvvəlki imamın vasitəsi ilə mümkün ola bilər.

– Peyğəmbərin canişini on iki nəfərdir və sünnü-şiələrin mənbələrində “insna əşər (on iki) xəlifə” ifadəsi ilə gəlmişdir. Onların birincisi Əliyyibni Əbi Talib (əleyhis-salam), sonuncusu isə həzrət Höccət ibnil-Həsən Əskəri (əleyhis-salam)-dır.

– Peyğəmbərin canişini olan məsum imamların müqəddəs adları aşağıdakı tərtiblədir: 1. Əliyyibni Əbu Talib, 2. Həsən ibni Əli, 3. Hüseyn ibni Əli, 4. Əliyyibni Hüseyn, 5. Məhəmməd ibni Əli, 6. Cəfər ibni Muhəmməd, 7. Musa ibni Cəfər, 8. Əliyyibni Musa, 9. Muhəmməd ibni Əli, 10. Əliyyibni Muhəmməd, 11. Həsən ibni Əli, 12. Məhdi (əleyhimus-salam).

– On ikinci İmam vədəsi verilən Həzrət Məhdi (əleyhis-salam)-dır və o, İmam Həsən Əskəri (əleyhis-salam)-ın oğludur. 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir. O hal-hazırda diridir və dünya səviyyəli qiyam və inqilab üçün ilahi fərmanı gözləyir. O həzrətin qeybdə olduğu dövrdə vəliyyi-fəqih İslam hökumətinin rəhbərliyi məqamını öhdəsinə alır. [10]

– Şiə təfəkkürünün özünəməxsus səciyyələrindən biri də ictihad qapısının daim açıq olmasıdır. Yəni fiqh və əməli (praktiki) hökmlər sahəsində külli prinsiplərin cüzi məsələlərə tətbiq edilməsi və ilahi hökm və göstərişlərin dini mətnlərdən (mənbələrdən) əldə olunmasını təkcə əvvəlki alimlərin dərk edilməsində xülasələndirmir.

– Peyğəmbər (səlləllahu əleyhi və alih) xanədanından olan bir nəfərin axirəz-zamanda zühur edərək haqq-ədaləti dünya səviyyəsində bərqərar etməsi və bəşəri gerçək kamala çatdırması islamın danılmaz əqidə prinsiplərindən biridir. Belə ki, həm sünnü, həm də şiələrin mənbələrində bu müddəaya dair şahidlər vardır. Dünya səviyyəli xilaskarın zühuruna etiqad hətta əvvəlki dünya dinlərinin də, o cümlədən məsihilik, yəhudilik, zərdüştlük və s. etiqad prinsiplərindən biri olmuşdur. [11]

– Rəcətə etiqad; yəni bir qrup adamın öldükdən sonra və qiyamətdən əvvəl bu dünyaya qayıtmasına etiqad. [12]

– Ölümdən sonrakı həyata etiqad bəsləmək; yəni bütün insanların dirilərək bu dünyada gördüyü əməllərin mükafat və ya cəzasını axirət aləmində alacağına, ölümün həyatın sonu olmamasına, əksinə insanın ölməklə bir dünyadan başqa bir dünyaya nəql olunmasına etiqad; eləcə də dünya ilə axirət arasında bərzəx adlı digər bir aləmin varlığına etiqad. Belə ki, onun da özünəməxsus həyatı, neməti və əzabı vardır. [13]



[1] “Əhzab” surəsi, ayə: 21

[2] “Nəhl” surəsi, ayə: 125

[3] “Hicr” surəsi, ayə: 99

[4] “Təkasur” surəsi, ayə: 5-6

[5] “Kəhf” surəsi, ayə: 110

[6] Əlavə məlumat almaq üçün bax: Əllamə Təbatəbai, “İslamda şiə”, səh. 75-114

[7] Əlavə məlumat almaq üçün bax: Məhəmməd Təqi Misbah Yəzdi, “Əqaid təlimləri”, səh. 136-137

[8] Əlavə məlumat almaq üçün bax: Məhəmməd Təqi Misbah Yəzdi, “Əqaid təlimləri”, səh. 162-167

[9] Əlavə məlumat almaq üçün bax: Görünüş, “əmrun beynəl-əmreyn”, sual 7676 (sayt: 7751)

[10] Şiənin siyasi təfəkkürü barədə əlavə məlumat almaq üçün bax: “Vilayəti-fəqih barəsində məqalələr”, həmin saytda

[11] Əlavə məlumat üçün bax: “İmam Məhdi (əleyhis-salam) şiə nəzərindən”, sual 10751 (sayt: 10674)

[12] Əlavə məlumat almaq üçün bax: Görünüş: Rəcətin məfhumu və onun incəlikləri, sual 12284, sayt 12201

[13] Əlavə məlumat almaq üçün bax: Cəfər Sübhani, “İmamiyyə əqidələrinin əsasları”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105374 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80318 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58174 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    40763 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31044 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23019 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22339 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21975 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20568 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20234 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...