Baxanların
4837
İnternetə qoyma tarixi: 2012/04/16
Sualın xülasəsi
İslamın və İmam Xomeyninin (rəhmətullah) istirahət və zarafat haqqınıda nəzəri nədir?
Sual
İmam Xumeyninin (rəh.) bu sözləri haqqınıda nəzəriniz nədir, yazır: "Allah-Taala insanı xəlq etməmişdir ki, oynasın və başqa-başqa işlərəa məşğul olsun. İnsanın yarnışından hədəf budur ki, onları çətinlik və problemlərlə imtahan etsin. Hər bir insanın nəzm və intizamı hər bir sahədə ciddi olmalıdır. İslamda lətifə, zarafat və həddən artıq şənlənmək yoxdur və ciddi olan hər bir kəs zarafat etməməlidir. İslam kimisə dənizdə üzməyə icazə vermir. İslam, radioyaya qulaq asıb, televizor seryallarına baxmağa icazə vermir. Baxmayaraq ki, islamda ox atmaq, at sürmək və at çapmaq kimi müsabiqəyə icazə vardır." Bu sözlər İmam Xumeynidəndirmi? İslamın mahiyyəti bunlardırmı?
Qısa cavab

İslam baxımından insanın yarnmasından əsl hədər onun kamala yetməsidir. Bütün digər varlıqlar da bu böyük hədəfin həyata keçməyin yolunda yaranmışdır. Çünki, insan bütün yaranmışların ən şərəflisidir. Quranda oxuyuruq: "Mən cinləri insanları yalnız, Mənə ibadət etmək üçün yaratdım!"[i]  Təfsirçilərin açıqlamalarına əsasən, ayədə ibadətdən məqsəd bəndəçilikdir və o da insanın həqiqi kamala yetməsidir.

Bu yolda, İslam insanın bütün maddi və mənəvi cəhətlərinə diqqət olunmuşdur. Belə ki, İmam Əli (əleyhissalam) buyrur: " Ey Oğul! Hər bir mömin gecə-gündüz üç vaxtı həmişə yadda saxlamalıdır. O vaxtından bir qismini mənəviyyata Allah-Taalaya ibadətdə keçirməli, bir qismini dünyada işləyib halal ruzu qazanmaq digər qismini isə Allah-Taalanın halal nemətlərindən istifadə edib, ləzzət almaqdan ötür qərar verməlidir. Sonuncu qismət əvvəlki iki qismətə kömək üçündür."[ii]

İslam heç bir yerdə sağlam istirahət, dənizdə üzgüçülük, zarafat və deyib-gülməklə müxalifət etməmiş əksinə, bütün bunlardan ötrü xüsusi göstərişlər vermiş, məsum İmamların (əleyhimussalam) da həyatında bunlardan bəziləri müşahidə olunmuşdur. Bir çox yerlərdə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) insanları güldürmək və xoşhal etməkdən ötrü bəzi zarafat və gülüş gətirən yollardan istifadə etmişdir. Mərhum İmam Xumeyni (rəh.) heç bir sözündə istirahət və zarafat etməklə müxalifətçilik etməmiş və həmişə insanları sağlam istirahət və təbəssümə tərəf dəvət etmişdir. O, heç vaxt radio, televizor və teleseryallarla müxalifətçilik etməmiş əksinə, həmişə onları bu işdə təşviq etmiş və onlara ruhiyyə vermişdir. Əlbəttə, İmam Xumeyninin (rəh.) bu sahədə göstərişləri və məsələhətləri də olmuş və o da bundan ibarətdir ki, bütün bunların hamısı İslama xidmətdə və elmi və əxlaqi cəhətlərdə olmalıdır.  Qeyd etmək yerinə düşərdi ki, İmam Xumeyninin (rəh.) təfəkkür və əsərləri ilə yaxından tanış olmaqdan ötrü İmamın əsərlərini çap və nəşr etməklə məşğul olan aşağadakı internet səhifəsinə müraciət edə bilərsiniz.

http://www.imam-khomeini.org/farsi/main/main.htm

 


[i] Zariyat surəsi 56  وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

[ii]   Nəhcül-Bəlağə; Hikmət-390للمؤمن ثلاث ساعات؛ فساعةٌ یُناجی فیها ربّهُ؛ و ساعةٌ یَرُمُّ مَعاشَهُ؛ و ساعةٌ یُخلّی بین نفسه و بین لَذَّتها فیما یَحِلُّ و یَجمُلُ؛,

 

Ətreaflı cavab

Bu suala cavab verməkdən ötrü əvvəlcə İslam nəzərində insanın yaradılışı, dağ, meşələr, istirahət, zarafat və sair kimi ilahi nemətlərdən istifadənin hədəf və məqsədin nə olmasını bilmək və araşdırmaq lazımdır. Daha  sonra isə İmam Xumeyninin (rəh) bu haqda nəzərini onunla tutuşdurmaq və nəticədə onun nəzəri ilə  İslamın baxışının nə qədər uyğun olduğu ələ gətirmək olar.

Müqəddəs İslam dinin əsl mənbəyindən biri Qurani-Kərimdə insanların yaradılış hədəfi haqqında oxuyuruq: "Mən cinləri insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"[1] (Bu hədəfə də yalnız,  kamala yetməklə çata bilərsiniz)

Beləliklə, bir az təfəkkür etməklə məlum olur ki, insanın yardılışında hədəf həmin kamala yetməkdir. Yəni, Allah-Taalaya bəndəçilik. Digər məsələlər də o cümlədən, elm, bilik, imtahanlar və sair mövzulardan hədəf isə Allah-Taalaya bəndəçilik yolunda lazım olan vasitələrdir. İnsana şamil olan hərtərəfli geniş ilahi rəhmət isə bu bəndəçiliyin və kamalın nəticəsidir.[2] İmam Xumeyni (rəh.) də öz yazısında yazır: "İslamın hədəfi insanın kamala yetməsidir. Yaranmışıq ki, torpaq aləmindən mələklər aləminə qədər başımız ucalsın və hökumət qurmaqdan da məqsədimiz odur ki, orda Allaha ibadət olunsun"[3]

Amma, İslamda zarfat və gülüş haqqında bəzi sifarişlər olub. İmam Sadiqdən (əleyhissalam) rəvayət olunur ki, buyrur: "Elə bir mömin yoxdur ki onda duabe olmuş olmasın" Ravi soruşur ki: Duabe nədir? İmam (əleyhissalam) buyrur: "Təbəssüm"[4].

Bizim hədis kitablarımızda gülüş və zarafatın müstəhəbliyi haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.[5]

Yunis Şeybani İmam Sadiqdən (əleyhissalam) nəql edir ki, O həzrət əshabından necə zarafat və gülmələri haqqınıda soruşur.  Cavab verdim ki çox azdır. Həzrət nəsihətli halda mənə baxıb buyurdu: "Nəyə görə başqaları ilə zaravat gülüşlə rəftarınız yoxdur? Zarafat gülüş insanın yaxşı rəftarlarının bir hissəsindən hesab olunur." Ardınca bu hədsini buyurdu: "İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) insanlarla zarafat edər onların qəlbini şad etmək istəyirdi."[6]

İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zaravat və gülüşlərindən nəql olnumuş rəvayətlərdən də məlum olur ki, Həzrət nə qədər zarafat və gülüşlə söz danışsa da heç vaxt haqq və həqiqətdən kənara çıxmır, sözləri batil, ləğv və mənasız olmurdu. Belə ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Mən zarafat etsəm haqdan başqa bir söz demirəm." [7]  Bu söz isə zarafat və gülüşün İslam Peyğəmbərinin həyatında (səlləllahu ələyhi və alihi və səlləm) olmasından əlavə,  onun hədd və hüdudunu göstərir.

Amma İmam Xumeyninin (rəh.) buyurduğu: "İslamda zarəfat yoxdur"[8] – ifadəsi bu mənada deyil ki, İslam dinində heç vaxt zarafat və gülüş yoxdur. Bəlkdə də, bu manadıdır ki, İslam hökmləri zarafat və oyun-oyuncaq əsasında tənzim olunmamışdır. Ona görə ki, həmin sözünün ardınca yazır: "İslamda hər şey ciddidir, ləğv və bihudəlik yoxdur. Həm maddi və həm də mənəvi işlərdə ciddidir. İslam istəyir ki, ləğv və mənasız işlərlə məşğul olan bir əyyaş yox, mücahid hazırlasın." [9] Bu heç də o mənada deyil ki, işdən (ibadət və mütalidən) sonra istirahət vaxtı insan zarafat və gülüşlə olmasın. Ona görə də İmam Xumeyni (rəh) heç vaxt, heç bir yerdə yazmayıb ki, "İslamda zarafat və gülüş yoxdur". Bundan əlavə, İslamda istirahət və zarafat haqqınıda xüsusi göstərişlər və təşviqedici hədisilər də vardır.

Əmirəl-Möminin Həzrət Əli (əleyhissalam) öz övladına buyrur: "Ey Oğul! Hər bir mömin gecə-gündüz üç vaxtı həmişə yadda saxlamalıdır. O vaxtından bir qismini mənəviyyata Allah-Taala ilə ibadətdə keçirməlidir. Bir qismini dünada işləyib halal ruzu qazanmaq digər qismini isə Allah-Taalanın halal nemətlərindən istifadə edib ləzzət almaqdan ötür qərar verməlidir. Sonuncu qismət əvvəlki iki qismətə kömək üçündür." [10]

Maraqlıdır ki, başqa bir hədisdə həmin cümləyə belə bir ifadə də artırılmışdır ki, sağlam istirahət və sevinc, insanın digər proqramlarının yaxşı getməsindən ötrü bir müqəddimədir. Amma ən mühümmü budur ki, bütün bu rəftarlar sağlam və yerində olmalıdır yoxsa, bir çox çətinliklər icad edəcəkdir. O qədər qeyri-sağlam və yersiz istirahət və zarafatlar var ki, insana kömək əvəzinə əksinə, ruhi cəhətdən elə zərbələr vurur ki, hətta adi işlərində də insanı işindən qoyur.  Belə bir nöqtəni də vurluğamaq lazımdır ki, İslamda istirahət və səyahət kimi məsələlərə o qədər əhəmiyyət verilmişdir ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu mövzularda yarışlar də təşkil etmişdir. Bəzən bu yarışlar O Həzrətin öz nəzarəti altında icra olunurdu.[11]  İmam Xumeyni (rəh) də həm öz danışıqlarında və həm də risaləsinə yer üzündə gəzib seyr etməyi və sağlam səfərləri insanın ən sağlam istirahətlərindən biri hesab etmiş və yazır: "Əgər kimsə istirahət gəzinti üçün səfər etsə heç bir iradı yoxdur haram deiyl. İstirahət gəzinti sağlam olmalıdır."[12] O, ardınca yazır: "mən demirəm ki, istirahət etməyin, bəlkə deyirəm ki, həmişə məşğul olun. Cavan öz vaxtını tənzimləməlidir."[13]  İmam Xumeyni (rəh) televizir və radio haqqınıda isə yazır: "Televizor bütün təbliğat vasitələrindən daha çox həssasdır. Beləliklə, gərək öyrədici əxlaqi olsun. İslamın xidmətində olamlıdır. Belə deyil ki, televizordan istifədə etmək olmaz- deyək."[14]

İslam üzgüçülük haqqında isə müxalifət etməməyi bir tərəfə, valideyinlərə sifariş edir ki, övladlarınıa üzgüçülük, at sürməyi və ox atmağı öyrətsinlər.[15]  Amma, diqqət etmək lazımdır ki, bütün bu istirahət və məharətlərin heç biri qeyri-əxlaqi xüsusiyytlərlə olmamalıdır. Həmin səbəbə görə, İmam Xumeyni (rəh) dəniz qırağına gəlib qeyri-əxlaqi istirahətlə məşğul olanlar, o cümlədən, yeyib-içmək və keflənib günaha düşənlərla müxalifət edir. [16]

Sözün qısası, İslamda heç bir mövzuda rəhbaniyyət, ifratçlıq və ya təfritçilik yoxdur. Ravayətlərlə də var ki İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur ki, İslamdə heç bir rəhbaniyyət yoxdur. Quran və rəvayətlərdən belə ələ gəlir ki, İslam elə bir dindir ki, insanın həyatınan bütün sahələrinə görə maddi və mənəvi sahədə ilahi nemətlərdən necə istifadə etmələri, o cümlədən, sağlam istirahət, gəzinti və zarafat üçün də xüsusi gözəl göstərişləri vardır. Həmçinin. Mərhum İmam Xumeyninin (rəh) göstərişlərini dəqiq araşdırmaqla məlum olur ki, o heç bir yerdə sağlam istirahət, zarafat və gülüş həmçinin, ilahi nemətlərin halal və düzgün yolda istifadəsinə görə heç vaxt müxalifətçilik etməmişdir.

Sonda qeyd etmək yerinə düşərdi ki, İmam Xumeyninin (rəh.) təfəkkür və əsərləri ilə yaxından tanış olmaqdan ötrü İmamın əsərlərini çap və nəşr etməklə məşğul idarəsinə və ya İmamın Səhifeyi Nur kitabının mətni olan aşağadıkı internet səhifəsinə müraciət olunsun.

http://www.imam-khomeini.org/farsi/main/main.htm

 


[1] Zariyat surəsi 56  وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

[2] Babai Əhməd Əli, Nəfsir nümunənin xülasəsi, c.4; səh.533; Əl-Mizanın tərcüməsi, c.18; səh.583; Musəvi Həmədani

[3] İmam Xomeyni, Cihad Əkbər, müqəddəmə.

[4]  Kuleyni, Usul-Kafi, c.2; səh.664

[5]  Şeyx Hürr Amili; c.12; Vəsailş-Şiə. Səh.112, gülüş və zarafat bölməsi

[6]  ; Vəsailş-Şiə. C.12; səh.114; hədis15794 və Sünənun-Nəbi, Əllamə Təbatəbayi,səh.60

[7] Əllamə Məclisi, Biharul-Ənvar, c.16; səh.117

[8]  Səhifeyi Nur, İmam Xomeyni (rəh), c.9; səh.455

[9] Səhifeyi Nur, İmam Xomeyni (rəh), c.9; səh.455

[10] Nəcəfi Xomeyni, Təfsir Asan, c.8; səh.70, İslam naşriyyat çapxanası; Mizanul-hikmət, c.10;səh.376-380

[11]  Nəcəfi Xomeyni, Təfsir Asan, c.8; səh.70, İslam naşriyyat çapxanası; Mizanul-hikmət, c.10;səh.70

[12]  Səhifeyi Nur, İmam Xomeyni (rah), c.1; səh.395; Tozihil məsail, məsələ 1300.

[13]  Həmin mədrək, c.3; səh.səh. 218

[14]  Həmin mədrək, c.8; səh.səh. 496

[15]  Knzul-Ümman, hədis-45342

[16] Səhifeyi Nur, İmam Xomeyni (rah), c.15; səh.178;

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103932 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79110 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56987 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39227 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30294 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22121 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21511 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20769 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19874 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...