Ətraflı axtarış
Baxanların
9922
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Nə üçün şiələr öz övladlarına Əbdül-Hüseyn (Hüseynin bəndəsi, qulu), Əbdül-Əli (Əlinin bəndəsi, qulu) və s. kimi adlar qoyurlar?! Halbuki mütəal Allah buyurur ki, “yalnız Mənə bəndəlik edin və yalnız Mənim bəndəm olun!”
Sual
İnsan yalnız Allaha bəndə ola bilər. Mütaal Allah buyurur: “Yalnız Allaha bəndəlik edin!” Bəs nə üçün şiələr öz övladlarına Əbdül-Hüseyn (Hüseynin bəndəsi), Əbdül-Əli (Əlinin bəndəsi), Əbdüz-Zəhra (Zəhranın bəndəsi), Əbdül-imam (İmamın bəndəsi) və s. kimi adlar qoyurlar?! Nə üçün imamlar öz övladlarının adını Əbdül-Əli, Əbdüz-Zəhra və s. qoymurdular?! İmam Hüseyn (əleyhis-salam) şəhadətə çatdıqdan sonra bir adama Əbdül-Hüseyn, yəni “Hüseynin xidmətçisi” adı qoymaq düzgündürmü? Xadim o kəsə deyilir ki, insan üçün yemək, su və s. hazırlayır, insana xidmət edir. Bir kəs imam Hüseyn (əleyhis-salam)-ın qəbrinin yanına yemək və su aparsa, yaxud dəstəmazının suyunu onun qəbrinin yanında hazırlasa, onu “Hüseyn xidmətçisi” adlandırmağımız düz olarmı?!
Qısa cavab

1. Ərəb dilindəki عَبْدٌ “əbd” kəlməsi bir neçə mənaya işlənmişdir: 1-pərəstiş, xüzu və itaət edən, 2-bir kəsin mülkiyyəti və qulamı olan şəxs.

2. Məsum imamın malik olduğu yüksək məqam və böyük mənzilət nəticəsində onların aşiqləri öz məhəbbətlərini aşkarda göstərmək üçün ərəbcə “Əbdül-Hüseyn”, “Əbdül-Əli” və sair adlardan, yaxud Fars və Azərbaycan dilində onların mənasını ifadə edən Qulam-Əli (Əliqulu), Qulam-Hüseyn (Hüseynqulu) və s. adlardan istifadə edirlər.

3. “Xidmətçilik” və “nökərçilik” təkcə gündəlik işlərdə və dünyəvi məsələlərdə kömək etmək mənasına deyildir; daha mühüm olan məsələ mövlanın tabeçiliyində olmaq, onun yolunu davam etdirmək və məramını canlı saxlamaq, dirçəltməkdir. Çünki onun fiziki cismi aramızda olmasa da, ruhu diridir və bizim bütün rəftar, davranış və əməllərimizə nəzarət edir.

4. Yuxarıda qeyd olunan (Əbdül-Hüseyn kimi) ad qoymalarda “əbd” kəlməsindən istifadə edilməsi sadəcə məhəbbət izhar etmək və münasib xidmətə hazırlıq mənasında olduqda caizdir. Çünki bəndəlik və pərəstiş mənasına olduğu təqdirdə Əbdül-Hüseyn kimi adların qoyulması şirkə və Allahın qəzəbinə səbəb olur.

5. Tarix kitablarında bu kimi adlar qeyd edilmir; məsum imamlar Əli, Məhəmməd, Əbdür-Rəhman kimi adların qoyulmasına daha çox təkid edildilər.

Ətreaflı cavab

Ərəb dilində عَبْدٌ “əbd” kəlməsi bir neçə mənaya gəlmişdir:

1. İbadət edən, öz məbudunun qarşısında bəndəlik və zillət göstərən və Ona itaət edən şəxs.

2. Bir kəsin qulamı (qulu) və onun mülkiyyətində olan şəxs.[1] (Bəzi yerdə isə bu kökdən alınan “abid” kəlməsi xidmətçi mənasına gəlmişdir.) Ərəb ədəbiyyatında bu kəlmənin hər iki mənası geniş yayılmış və ümumişlək sözünə çevrilmişdir. Ərəb ədəbiyyatının şah əsəri, dillər əzbəri və zərbül-məsəli olan Quranın bir cümləsində də hər iki məna işlədilmişdir:

a) Birinci məna یَا اَیُّهَا النَّاسُ اعْبُدُوا رَبَّکُمُ الَّذِی خَلَقَکُمْ... “Ey insanlar! Sizi xəlq edən Rəbbinizə ibadət edin ...”[2]

Həzrət İsa (əleyhis-salam) dedi: قَالَ اِنِّی عَبْدُ اللهِ آتَانِیَ الْکِتَابَ... “Həqiqətən mən Allahın bəndəsiyəm və O, mənə (səmavi) kitab vermişdir.”[3]

Bu ayələrdə Allah-taala yalnız Özünün pərəstişə layiq olduğunu bəyan etmişdir.

b) İkinci mənası: ضَرَبَ اللهُ مَثَلاً عَبْداً مَمْلُوکاً لاَیَقْدِرُ عَلَی شَیْءٍ... “Allah heç bir işə qadir olmayan və (bir kəsin) mülkiyyətində olan bir bəndəni – qulu misal vurur.”[4]

Bu ayədə zəif və bacarıqsız bütlər Pərvərdigarın əzəmətli və sonsuz qüdrəti ilə müqayisə edilir: bütlər çoxlu mal-dövlətə sahib olan və daim onlardan fəqir-füqəraya ehsan edən azad bir insanın qarşısında heç bir ixtiyarı olmayan qulama bənzədilir.

Məsumların malik olduqları əzəmət və böyük şəxsiyyət səbəbi ilə müsəlmanlar (xüsusilə şiələr) daim onları əzəmətlə yad etmiş, onlara qarşı səmimi eşq-məhəbbətlərini müxtəlif yollarla izhar etmişlər. Əbdül-Əli, Əbdül-Hüseyn və s., yaxud onların Azərbaycan və Fars dilindəki mənasına olan Qulam-Əli (Əliqulu), Qulam-Hüseyn (Hüseynqulu) və sair kimi adların qoyulması Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak-pakizə və ismətli Əhli-beytinə qarşı həmin eşq-məhəbbət və dostluğun izhar edilməsi məqsədi daşıyır.

“Məsumların şəhadətindən sonra bu cür ad qoymaqdan nə kimi məqsəd izlənilir?” sualına gəldikdə isə, demək lazımdır ki:

Əvvəla, məsum imamlara xidmətçilik və onların qulamı olmaq o cənabların dünya həyatında olmalarını tələb etmir, əksinə burada məqsəd onların yad və xatirələrinin əziz saxlanmasından, yollarının davam etdirilməsindən, tutduqları haqq yol və üsluba sarılmaqdan ibarətdir. Çox hallarda bu kimi dəyərli və əzəmətli işlər bir qulamın öz ağasının (mövlasının) həyatında onun üçün dünyəvi işləri görməsindən çox-çox dəyərli ola bilər.

İkincisi, məsum imamların şəhadəti ilə onların fiziki cisimləri aradan getsə də, pak ruhları həmişə diri, hazır və bizə nəzarətçisidir. Belə ki, məsum imamların ziyarətnamələrində oxuyuruq: وَ اَشْهَدُ اَنَّکَ تَسْمَعُ کَلَامِی وَ تَرُدُّ سَلاَمِی “Şəhadət verirəm ki, sən sözümü eşidir, salamının cavabını alırsan.”[5] Deməli, bu qulamların ərbabları (ağaları) heç vaxt məhv olub aradan getməmişdilər ki, dostluq izhar edən bu şəxslər də öz xidmətçiliklərindən əl çəkmiş olsunlar; əksinə onlar həmişə diridirlər, bizim hamımızın əməl və rəftarlarımıza nəzarət edirlər və hər bir şeydən agahdırlar.

Üçüncüsü, bir şəxsin qonaqlara xidmət edib onların qulluğunda durması o şəxsin ziyarətçilərinə və qonşularına da xidmət olunmasını tələb edir – istər onlar həyatda olsunlar, istərsə də olmasınlar. Deməli, məsum imamların qonaqlarına və ziyarətçilərinə müəyyən mənada xidmət göstərən insanlar o həzrətlərin əbdi – qulamı hesab olunurlar.

Qeyd etmək lazımdır ki, pərəstiş, xüzu və itaət mənasına olan bəndəlik yalnız bütün mülk və mələkut aləminin sahibi, asimanların və yerin xaliqi olan mütəal Allah qarşısında rəva görülür. Qeyd olunan ayələrdən birincisinə diqqət yetirməklə (Ey insanlar...) pərəstişin və ibadətin o kəsə məxsus olduğu başa düşülür ki, əvvəla, bizi xəlq etmişdir, ikincisi bizi tərbiyə edib inkişaf etdirmişdir. Deməli, əgər yuxarıda qeyd olunan adları qoymaqda bir şəxsin məqsədi pərəstiş mənasına olarsa, belə bir insan islam və iman dairəsindən xaric olaraq şirk bataqlığına düşür. Buna əsasən, töhmət və sui-zən ehtimal verilən bir mühitlərdə daha yaxşı adların, xüsusilə məsum imamların tövsiyə etdikləri adların qoyulması daha önəmli nəzərə çarpır. Misal üçün, imam Sadiq (əleyhis-salam) raviyə xitab edərək buyurdu: “Övladın üçün elə bir ad qoy ki, Allaha bəndəliyi canlandırsın, məsələn, Əbdur-Rəhman.”[6] (Həmçinin bir çox rəvayətlərdə uşağa Məhəmməd adı qoyulması tövsiyə edilir.)[7] Tarixdə məşhur bir məsəldir ki, imam Hüseyn (əleyhis-salam)-ın oğlanlarının hər üçünün adını Əli qoymuşdu.[8]

Tarix və rical kitablarına müraciət etməklə məlum olur ki, onlarda Əbdül-Əla, Əbdül-Məcid, Əbdüs-Səlam və s. adlar çox zikr olunmuşdur.[9] Amma Əbdül-Hüseyn və s. adların qoyulması qədim dövrlərdə adət olmamış və rical kitablarında bu adlar gəlməmişdir. Lakin məsum imamların yüksək məqam və böyük mənzilətləri aşkar olduqdan, bəyan azadlığına və o böyük şəxsiyyətlərin böyük məqamlarına eşq-məhəbbət izhar etmək məsələsinə şərait yarandıqdan sonra bu kimi adlar qoyulmağa başlamışlar.

Nəticə

Əbdül-Əli, Əbdür-Riza və sair kimi adların qoyulması xidmət üçün hazırlıq izhar etmək, məsumlara eşq-məhəbbət karvanına qoşulmaq məqsədi güdür ki, bu, onların vəfatından sonra da mümkündür. Şirk ittihamına məruz qoyulmayan yerlərdə belə adlar qoymağın eybi yoxdur. Buna baxmayaraq, yaxşı olar ki, məsum imamların tövsiyə etdiyi adlardan daha çox istifadə edilsin, şiələr bəhanə axtaranların əlinə bu cür adlar qoymaqla bəhanə verilməkdən çəkinsinlər.



[1] Birinci məna: اِنَّ الْعَامَّةَ اجْتَمَعُوا عَلَی تَفْرِقَةِ مَا بَیْنَ عِبَادِ اللهِ وَالْعَبِیدِ الْمَمْلُوکِینَ “Məqayisul-lüğət”, 4-cü cild, səh. 205; وحده وَخَدَمَهُ وَ خَضَعَ وَ ذَلَّ وَ طَاعَ لَهُ “Əl-müncid”, səh. 486. İkinci məna: اَلْعَبْدُ وَ هُوَ الْمَمْلُوکُ “Məqayisul-lüğət”, 4-cü cild, səh. 205; “Əl-əbd”, yəni “əl-məmluk” (mülkiyyətə keçirilən şəxs) – “Əl-muncid”, səh. 483, “Əl-abid”, yəni “əl-xadim” (xidmət edən şəxs): “Məqayisul-lüğət”, 4-cü cild, səh. 205, “Əl-müncid”, səh. 483

[2] “Bəqərə” surəsi, ayə: 21

[3] “Məryəm” surəsi, ayə: 30

[4] “Nəhl” surəsi, ayə: 75

[5] İmam Riza (əleyhis-salam)-ın ziyarətnaməsi, “Məfatihul-cinan” kitabı

[6] “Vəsailuş-şiə”, 7-ci cild, səh. 125

[7] Yenə orada

[8] Əli Əkbər, Əli Ovsət, Əli Əsgər (əleyhimus-salam)

[9] “Möcəmus-siqat”, 9-cu cild, səh. 354-356. 10 və 11-ci cildlərdə də davam edir.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163854 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159221 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118756 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111930 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105834 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92604 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54152 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49611 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44967 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44420 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...