Ətraflı axtarış
Baxanların
6093
İnternetə qoyma tarixi: 2007/12/28
Sualın xülasəsi
İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə əmr edə bilərmi?
Sual
İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə əmr edə bilərmi? Həyat yoldaşına itaət etmək məqsədi ilə qadın bu işi görsə, onun savabı vardırmı, hətta bu işə meyli olmasa da belə?
Qısa cavab

Ailədə həyat və məişət xərclərinin təmin edilməsi kişinin vəzifəsidir və o öz həyat yoldaşını bu işdə şərik olmağa vadar edə bilməz. Əlbəttə, öz ərinin razılığını əldə etmək üçün qadının gördüyü hər bir iş əgər şəriət qayda-qanunları və meyarları ilə zidd olmazsa onun üçün çoxlu savab da gətirəcəkdir.

Ətreaflı cavab

İzahda demək lazımdır ki, sual həqiqətdə üç hissədən təşkil olunur:

1. İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə vadar edə bilərmi?

2. Ümumiyyətlə, qadın üçün evdən kənarda işləmək rəvadırmı?

3. Bu sahədə qadının ərinə itaət etməsinin savaba da vardırmı?

Aşağıda bu sualları qısa şəkildə araşdırırıq:

1. Birinci sual barəsində. “Nisa” surəsinin 34-cü ayəsinə[1] diqqət yetirməklə demək lazımdır ki, hər bir halda həyat və məişət xərclərinin təmin olunması ailəyə başçılığı öz öhdəsinə alanın – kişinin öhdəsinədir. Buradan belə nəticə almaq olar ki, qadının vəzifələri qısa şəkildə əməliyyə risalələrində, eləcə də mədəni qanunlarda qeyd olunan yerlərdə hüdudlanır və o, məişət xərclərini təmin etməkdə, ailə üçün qazanc və gəlir əldə etməkdə qanuni və şəri cəhətdən heç bir məsuliyyət daşımır. Hətta əgər evlənməzdən əvvəl onun müəyyən qədər mal-dövləti və sərvəti olsa da, onu ailə işləri üçün xərcləməyə vəzifəli deyildir. Ərin də haqqı yoxdur ki, onun sərvətini xərcləməyə məcbur etsin. Böyük fəqihlər də bu mətləbi xatırlatmışlar. O cümlədən imam Xomeyni (rəhmətullahi əleyh) buyurur: “Nəfəqəsinin (xərclərinin) kişi tərəfindən verilməsi vacib olsun deyə, qadının fəqir və möhtac olması vacib deyildir, hətta əgər qadın ən varlı şəxslərdən olsa belə, yenə də onun nəfəqəsini və xərclərini vermək ərin vəzifəsidir.”[2] Bu da islam hüququnun qadınlara verdiyi imtiyazlardan biridir. O, hətta izdivacdan sonra da öz sərmayəsini müstəqil şəkildə idarə edə bilər. Bu şərtlə ki, işlədiyi surətdə gərək öz işinin növündə həyat yoldaşını mülahizə edib nəzərə alsın. Maraqlıdır ki, ərin hətta öz həyat yoldaşını evin içindəki işləri görməyə vadar etməyə də haqqı yoxdur. Qadın əncam verdiyi ən atifi və ülvi-insani işlərdən olan övlada süd vermək müqabilində belə, öz ərindən əmək haqqı ala bilər.[3] Bu da heç bir vəchlə qadının şəxsiyyətinə hörmətsizlik və ya təhqir deyil, əksinə ərin ailə mühitində qəyyumluq haqqı müqabilində ona verilən hüquqlardan biridir ki, bunun nəticəsində hüquqların və məsuliyyətlərin arasında müəyyən qədər tənasüb bərqərar olunur. Buna əsasən, nəinki evdən kənarda, hətta evin daxilindəki işlərə əlaqədar belə ərə itaət etmək vacib deyil. İmam Xomeyninin (rəhmətullahi əleyh) buyurduğu kimi: “Qadına vacib olmayan işlərdə ərinə itaət etməməsi onun (Quranda buyurulan) “sözə baxmamazlığına” səbəb olmur. Əgər qadın bu kimi işlərdən və ailə münasibətləri ilə əlaqəsi olmayan mənzil xidmətlərindən imtina edərsə, məsələn, evi süpürməzsə, tikiş işlərinə baxmazsa, yaxud xörək bişirməzsə və s. habelə, hətta əgər su gətirmək, yorğan-döşəyi yığmaq və sair kimi cüzi işlərdən də imtina edərsə, “naşizə” – sözəbaxmaz hesab olunmur.”[4]

2. Ümumiyyətlə, qadınların istər evlənməkdən qabaq, istərsə də ərə getdikləri halda evdən kənarda işləməklərinin şəri cəhətdən caizliyinə gəldikdə isə, demək lazımdır ki, İslam dini bu barədə heç bir qadağa qoymamışdır. Misal üçün, bildiyimiz kimi, həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in həyat yoldaşı Xədicənin sərvəti var idi və onunla ticarət edirdi. O alicənab xanım besətdən əvvəl və sonra islamın yayılmasında çox mühüm rol ifa etmişdir. Belə ki, Peyğəmbər buyurmuşdur: “Heç bir sərmayə Xədicənin mənim ixtiyarımda qoyduğu mal-dövlət qədər mənə fayda verməmişdir!”[5]

Qadınların cəmiyyətdəki işləri ilə əlaqədar mühüm məsələ şəriət qayda-qanunlarına və iffətə riayət etmələridir. Bu məsələlərə dəqiq riayət etməklə onlar kişilər kimi cəmiyyətdə iştirak edə bilərlər. Bizim imamlarımız qadınların küçə-xiyabanda olmasını qadağan etmir, sadəcə onlara tövsiyə edirdilər ki, yolun qıraq tərəflərindən keçsinlər və yolun ortasına gəlməkdən çəkinsinlər (çünki bu halda təbii olaraq daha çox diqqət mərkəzində olurlar).[6]

İslamın əvvəllərində də qadınların cəmiyyətdə, hətta əsas etibarı ilə kişilərin iştirak etdiyi yer olan müharibə meydanlarında da  iştirakından ibarət olan belə səhnələr gözə dəyir.[7] Deməli, qadınlar üçün evdən kənardakı işləri “yaramaz iş” hesab etmək və nəticədə onun qarşısını almaq olmaz. Çünki bəzi işləri qadınlar daha yaxşı və dəqiq yerinə yetirirlər.

3. Yuxarıda qeyd olunanlara diqqət yetirməklə bu kimi işlərdə ərə itaət etməyin savabı olub-olmamasına gəldikdə isə, xatırladırıq ki, islamda çox təkid olunan isar – fədakarlıq və öz haqqından keçməyin məfhumu o zaman əməli olaraq həyata keçir ki, insan öz haqqından güzəştdə getsin və başqalarını özündən irəli keçirsin. Bu barədə Quranın bir ayəsi çox hallarda öz haqlarından keçdiyinə, mühacirlərin ehtiyaclarını təmin etməkdə özlərindən qabağa keçirdiklərinə görə ənsarı tərifləmişlər.[8] Ənsarın gördüyü iş vacib və zəruri deyildi, əksinə onların əxlaqi vicdanları belə iş görməyə səbəb olmuşdu.[9]

Xədicənin öz əmlakını Peyğəmbərə bağışlamasını da bu istiqamətdə dəyərləndirmək olur. Peyğəmbərin ona təşəkkür etməsi  hətta vəfatından uzun müddət sonra belə, davam edirdi.[10] Bu böyük islam xanımının  öz haqqından keçərək maddi köməklərlə əlaqədar öz həyat yoldaşına göstərdiyi fədakarlıq isarın bariz nümunəsidir.

Nəticə:

Ailə həyatında ər-arvad arasında hakim olan hüquq qanunlarından əlavə, əxlaqi meyarlar da mövcuddur; onlara riayət etmək vacib olmasa da, “Allah dərgahına yaxınlaşmaq” məqsədi ilə onlara əməl olunduğu təqdirdə qəti şəkildə çoxlu savabı da olacaqdır. Qadınların məişət xərclərinin təmin olunmasında öz ərlərinə kömək göstərməsi də bu qəbildəndir, xüsusilə əgər ər öz ailə xərclərini təmin etməkdə çətinliklərlə qarşılaşmış olarsa.

Əlbəttə, evdən kənardakı iş islam və şəriət meyarlarına riayət etməklə yanaşı olmalıdır.

 


[1] الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ

[2] Xomeyni, Ruhullah, “Təhrirul-vəsilə”, “Darul-elm”, Qum, 2-ci çap, 2-ci cild, səh. 319

[3] Yenə orada, səh. 312

[4] Yenə orada, səh. 305

[5] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 19-cu cild, səh. 63, hədis, “Vəfa” müəssisəsi, Beyrut.

[6] Şeyx Səduq, Məhəmməd ibni Əli ibni Hüseyn, “Mən la yəhzuruhul-fəqih”, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü hicri qəməri il, 3-cü cild, səh. 561

[7] Peyğəmbərlə yanaşı Ühüd müharibəsində  iştirak edən və yaralıları müalicə edən Nəsibə adlı xanımı qeyd etmək olar.

[8] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 20-ci cild, səh. 52

[9] “Həşr”  surəsi, ayə:  59

[10] Şeyx Müfid, “Əl-ifsah fil-imamə”, “Şeyx Müfid” konfransı, Qum, 1413-cü qəməri il, səh. 217

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • 12 yaşlı oğlan uşağı camaat namazında kişilər ilə bir cərgədə dura bilərmi?
    6257 Nizamlar hüquq və əhkam 2012/02/07
    Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1] Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
  • Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
    6281 Qədim kəlam 2012/06/23
    Qədir hadisəsi və o gündə Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və xilafəti ünvanı ilə təqdim edilməsi elə əzəmətli bir hadisədir ki, o tarixi hadisəni səhabələrdən 110 nəfər nəql etmişlər. Əlbəttə, bunun mənası o deyildir ki, o həzrətin bu xütbəsinə şahid olan böyük sayılı camaatın ...
  • Allah rəsulunu (s) yuxuda necə görmək olar?
    19960 Əməli əxlaq 2011/06/19
    Məfatiuhl cinanda, İlahi övliyaları yuxuda görmək üçün zikrlər və əməllər qeyd olunubdur. Amma diqqət etmək lazımdır ki, bu yollar təklikdə istədiyin şəxsi yuxuda görmək üçün kafi səbəb deyil. Yəni, belə deyil ki, hər kəs onlara əməl etməklə Peyğəmbər (s)- i yuxuda görəcək. Çünki bu mühüm işin, günahları tərk ...
  • Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
    8670 شهادت زهرا س و مرقد ایشان 2013/12/16
    Şiə məzhəbinin böyük bir hissəsi bunu qəbul edir ki, Həzrət Fatiməyi Zəhra (s) şəhadətindən əvvəl hamilə olmuş və Möhsün adlı övladı O həzrətin evinə hücum olunan hadisə səbəbindən siqt olmuşdur. O cümlədən bəzi Əhli Sünnət mənbələrində də həzrət Möhsünün şəhadətinə işarə olunmuşdur.[1] Lakin şeyx ...
  • Əhli-beytin (əleyhimus-salam) yerə məxsus olan məqamları onların mələkuti və cəbəruti məqamları ilə hansı nisbətdədir?
    6274 Nəzəri irfan 2012/04/09
    Məsumların (əleyhimus-salam) rəvayətlərdə də qeyd olunan yüksək məqamlarının bəzisinə diqqət yetirməklə mülahizə edirik ki, maddi dünyanın tutumu məhdud olduğuna görə bu məqamlardan bəziləri bu dünyada gerçəkləşə, büruz edə bilməz və bu dünyaya sığmaz. Məsələn, imamın ilahi sifət olan xilafət ünvanı ilə “bütün vücud aləminə əhatə” məqamı kimi. ...
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    25478 Əməli əxlaq 2011/03/06
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Allah-taala Quranda buyurur ki, qadağan olunmuş meyvədən yedikləri zaman Adəmlə Həvvanın övrətləri aşkar oldu. Allah onları cahil yaratmışdımı və onlar qadağan olunmuş meyvədən yeməklə öz eyiblərindən agah oldular?
    11655 Qədim kəlam 2012/04/09
    Bəzi dinlərdə Adəmlə Həvvanın hadisəsində deyilir ki, Allahın qadağan etdiyi meyvədən yedikdən sonra övrətləri onlara aşkar oldu. Bu hadisə ilə əlaqədar Quranda olan ayələri iki hissədə araşdırmaq olar: Birinci hissə bizim külli bəhsimiz barəsindədir. İkinci hissə isə “bəda” – “yəbdu” kökündən alınan və aşkar olmaq mənasına işlənən, ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    8713 Təşəhhüd və salam 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...
  • Buda dini, ilahi din olubdurmu?
    7129 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • "Əl- həmdu lillahi rəbbil- aləmin" «الحمد لله رب العالمین» barəsində İmam Həsən Əsgərinin (ə) təfsiri nədir?
    10915 Təfsir 2012/02/15
    İmam Həsən Əsgərinin (ə) təfsiri, o həzrətə nisbət verilir ki, bəzi səbəblərə görə bəziləri bu nisbəti yəqini bilmirlər. Bu təfsirdə, Fatihətul- kitab" (Həmd) və "Bəqərə" 282- ci ayəyədək, rəvayət formasında təfsir olubdur ki, Quran elmləri terminində ona "məsur" təfsir deyilir.Hər halda, İmam Əsgəri (ə) "Əl- həmdu lillahi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163355 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    156494 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118197 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110624 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    101540 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91885 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53714 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46834 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44244 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43565 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...