Ətraflı axtarış
Baxanların
8993
İnternetə qoyma tarixi: 2011/10/24
Sualın xülasəsi
Tarixdə ilk əvvəldə Quran hərflərinin üzərində hərəkələrin (işarələrin) olmaması onun bu müddət ərzində təhrifdən amanda qalmasına necə dəlalət ola bilər?
Sual
Tarixdə ilk əvvəldə Quran hərflərinin üzərində hərəkələrin (işarələrin) olmaması onun bu müddət ərzində təhrifdən amanda qalmasına necə dəlalət ola bilər?
Qısa cavab

Ərəb xətti, İslam Peyğəmbərinin (səlləllahu ələyhi  alihi  səlləm) gəlişi zamanında nöqtəsiz olmuş  hərflərində  heç bir nişanə  hərəkə olmamışdır. Təbbi olaraq, Quran-Kərimin  o vaxtkı xətt üzrə heç bir nişan  nöqtələri olmamışdır. İslamın əvvəllərində müsəlmanlar ərəb olub, Quranı hifz etdiklərinə  ərəb dilində danışdıqlarına görə Quranı rahatlıqla ərəb dilində səhih oxuya bilirdilər. Müsəlmanlar Qurana xüsusi əhəmiyyət verdiklərinə görə onlar, Quranı İslam Peyğəmbərinə (səlləllahu ələyhi  alihi  səlləm) ən yaxın şəxsiyyətlərdən öyrənirdilər.

Amma, İslamın meydana gəlməsinin birinci əsrinin əvvəllərində artıq qeyri-ərəblər  İslama tərəf gəlmiş  bununla da Quranın qeyri-ərəblər tərəfindən  düzgün şəkildə qiraət edilməsindən ötrü kəlmələrin üzərində əlamət  nişanələrə çox şiddətlə ehtiyac duyuldu. Bununla da Quranın səhv  xəta ilə oxunmasının qarşısı alınmalı idi. Buna görə  İmam Əlinin (əleyhissalam) şagirdlərindən olan ƏbulƏsvəd Duəli Quranın hərflərinin üzərinə düzgün oxumaqdan ötrü müəyyən işarə  əlamətlər qoydu.

Nəticə olaraq demək olar ki, ərəblər fitrətən  ya anadangəlmə ərəb dili  onun qanunları yəni, sərf  nəhv elmi ilə tanış olduqlarına görə hərflərin üzərində işarəyə ehtiyacları yox idi. Amma qeyri-ərəblər müsəlman olduqca Quranın ərəb dilində düzgün oxunuşunun  ona aid bəzi çətinliklərin aradan qaldırılmasından ötrü belə əlamət  nişanələrə daha çox ehtiyac duyuldu. Bu cəhətdən, Quranın kəlmələrinin təhrif olunması ehtimalı haqqında heç bir nəzəriyyə üçün yer qalmır.

Ətreaflı cavab

Hicri tarixinin birinci əsrinin sonuna qədər Quranın yeganə oxunma yolu eşitməklə olub. Çox Quran qariləri  hafizləri özlərindən əvvəlki mühüm şəxsiyyətlərdən sinədən-sinəyə Quranın mətnini almış  özündən sonraya ötürmüşlər. Ən məşhur qarilərin əsl sənədi İslam Peyğəmbərinə (səlləllahu ələyhi  alihi  səlləm)  İmam Əliyə (əleyhissalam) çatır. Bu uzun müddətdə çox məşhur qarilər meydana çıxdılar ki, sonradan onların özləri Quranın səhih oxunması üçün meyar oldular.

Hicri qəməri əsrinin birinci yarısında qeyri-ərəblərin müsəlman olmaları getdikcə Quran kəlmələrində müəyyən əlamət  nişanələrin olması məsələsini qabardır. Həmin illərdə İmam Əlinin (əleyhissalam) şagirdlərindən Əbul-Əsvəd Duəli adlı bir nəfər Quranın hərflərinə əlamət qoyulması məsələsini öhdəsinə alır. O, bu işi çox diqqət  məsuliyyətlə başa çatdırır. Əbul-Əvəd Duəli ( o, məşhur Quran qarilərindən biri olub), Quran qiraətinə tam şəkildə vaqif, ərəb ədəbiyyatına çox yaxşı bələd olub. O həmin şəxsdir ki, İmam Əlinin (əleyhissalam) işarəsi ilə ərəb qramatikasında nəhv elminin əsasını qoymuşdur.[1]    Bundan əlavə, onun Qurana əlamətlər qoyması Quran qariləri  hafizlərinin nəzərindən  kənarda qalmamışdır. Bu da həmin mövzuda Quran kəlmələrinin təhrif olunması haqqında hər cür ehtimalın qarşısını alır. Əbul-Əsvədin Qurana qoyduğu əlamətlər qeyri-müsəlmanların dərdinə yarasa da, hələ  məşhur ərəb qariləri  hafizlər öz məşhur ustadlarından öyrəndikləri qiraətlər əsasında Quranı tilavət edirdilər. Necə ki, tarixdə hər qarinin öz məşhur ustadına istinad etməsi müşahidə olunur. Bəzi qarilər öz qiraətlərini İslam Peyğəmbərinə (səlləllahu ələyhi  alihi  səlləm)  İmam Əliyə (əleyhissalam) qədər istinad edirdilər.

Əlbəttə, bəzi qiraətlərin sənədləri digərlərinə nisbət daha çox etibarlı sayılır. Məsələn, Quranın məhşur qari Həfsin Asimdən olan qiraəti şiə qiraətinə daha çox uyğundur.

Əbul-Əsvədin başladığı nişanə qoymaq mövzusu sonrakı əsrlərdə daha önəmlə dvam etdirilir  getdikcə daha müasir nişanələrdən, hamının qəti şəkildə qəbul etdiyi əlamətlərdən istfadə olunur. Bu gün artıq Quran hərflərinin əlamətləri ən müasir yollarla həll olunub. Məsələn, sukun, təşdid, mədd  s..işarələr bütün bu mövzuya əlavə olunub.[2]

Sinədən-sinəyə keçib bizə çatan məşhur  mütəvatir (dalbadal) nəql olunmuş qirati Əhli-Beyt (əleyhissalam)  qəbul edir. Rəvayətlərdən birində oxuyuruq ki, İmam Sadiq (əleyhissalam) səhabələrdən birinə buyurdu: “ Quranı camaat oxuyan kimi oxu!”Rəvayətin əsl mətni belədir: Salib Əbu Səlimə nəql edir ki, mən gördüm ki, bir nəfər Quranı, İmam Sadiqə (əleyhissalam) camaat arasında məşhur olmayan qiraətlə oxuyur. İmam Sadiq (əleyhissalam) buyurdu: “Belə qiraətdən çəkin! Camaat necə oxuyursa, sən  o cür oxu!...”[3]

Beləliklə, Quranın mətni tarix boyu sinədən-sinəyə, əlbə-əl  nəsilbə-nəsil keçərək bizlərə çatmışdır. Buna görə , İslamın ilk əvvəllərindən xalq arasında həmişə Quran qariləri  hafizləri olmuş, onların xalq arasında xüsusi məqamları olmuşdur. Quran, bu günkü halında olduğu kimi İslam Peyğəmbərinin (səlləllahu ələyhi  alihi  səlləm) zamanından bu günə kimi müsəlmanlar arasında tilavət  qiraət olunmuş, amma Quran yazılan zaman ərəb xəttinin təzə olması, nöqtələri  əlamətləri olmaması, müxtəlif ərəb qəbiləsi ləhcələrinin mövcudluğu, bəzi qarilərin şəxsi səliqələri,  s..el arasında olan məşhur Quran qiraətinə təsir göstərməmişdir, təkcə bəzi şəxsi qiraətlərdə şəxsi nəzəriyyələr verilmişdir ki, o da müsəlman cəmiyyətləri tərəfindən qəbul olunmamışdır. Rəvayətlərdə gəlmiş məşhur qiraətdən məqsəd isə tarix boyu müsəlman cəmiyyətləri arasında məşhur qarilər  hafizlər tərəfindən oxunmuş Quran qiraətləridir. Həmçinin, Asimin qiraətinin daha məşhur olması bir daha onu sübut edir ki, tarix boyu xalq arasında onun qiraəti daha yayılmış  indiki qiraətlə daha uyğun olmuşdur.[4]

Əlbəttə, xəttatlar  gözəl xətlə yazı yazanlar hicri qəməri tarixi ilə dördüncü əsrin axırlarına kimi Quranı kufi xətti ilə yazırdılar. Amma, beşinci əsrin əvvəlində nəsx xətti kufi xəttini əvəz edir  o gündən bu günə qədər Quranın bütün nöqtələri  əlamətləri olduğu kimi qalmaqdadır.[5]



[1] Böyük İslami ensklapediya, c.5; səh.182, 190, “Əbul-Əsvəd girişi”; Quran elmləri, Məhəmməd Hadi Mərifət, səh.172, 173, Ət-Təmhid müoəssisəsi.

[2] Quran elmləri, səh.170, 175

[3] Quranın prsixoloji təfsiri, Əli Əkbər Babai  başqaları, səh.72, Univeristet  dini elm mərkəzinin birgə təhqiqi, c.1; qum, 1379 şəmsi

Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar