Ətraflı axtarış
Baxanların
5355
İnternetə qoyma tarixi: 2008/01/01
Sualın xülasəsi
İslam dinini, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirə və davranışını musiqi və ğina yolu ilə təbliğ edib yaymaq olarmı?
Sual
Aydındır ki, islam dininin təbliği və insanların Allaha doğru dəvəti təbliğ qüdrətinə malik olan hər bir müsəlmana vacibdir. Bu müddəanın ən böyük şahidi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sirə və davranışı, yəni ilahi əxlaq, ədəb təcəssümü və islamın əməli proqramlarının əsasıdır. Bu yol və davranışın təqdimi çıxış, xitabə, elmi söhbətlər və s. kimi xüsusi forma ilə şərtlənir? Ğina, musiqi, konsert və bu kimi digər yollarla da islam dinini və Peyğəmbərin risalətini camaata təqdim etmək olar? Çünki hazırkı dünyada musiqi, kino, təsvir və s. vasitələr təbliğdə təsirli amillərdəndir!
Qısa cavab

Ümumi şəkildə islam dininin, xüsusi şəkildə isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) əməl və davranışının təbliği ən mühüm məsələlərdən biridir ki, onun təbliğ və icrası yolunda dərindən diqqət yetirmək lazımdır. Bu işdə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

1. İslam dininin və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in sirəsinin (əməl və davranışının) haqq olması təbliğ yolunda şəriətə zidd olan yollardan istifadə edilməsinə bir əsas ola bilməz. İslam dini nəzərindən “məqsəd vasitəni doğrultmur”. Çünki bu üslub makyovel üslubudur. Bu nəzəriyyənin tərəfdarlarının nəzərinə görə insan öz hədəfini təbliğ edib irəli aparmaqda hər bir vasitədən istifadə edə bilər. Halbuki, islam nəzərindən bu üslub bəyənilmir və təsdiq olunmur. Buna əsasən, yüksək dini dəyərlərə və ali məramlara müxalif olan şeylərdən həmin dəyərlərin təbliğ, icra və yayılması üçün bəhrələnmək səhih deyildir.

2. Peyğəmbərin və məsum imamların bu yoldakı əməl, rəftar və davranışlarına dərindən diqqət yetirdikdə görürük ki, bu böyük şəxsiyyətlər düzgün yollardan və vasitələrdən istifadəyə xüsusi diqqət yetirir, pak fikirlərə və yüksək hədəflərə ciddi səy göstərirdilər.

Buna görə də ğina və haram musiqi ilə dini təbliğ etmək caiz deyildir. Amma şəriətlə müxalif olmadığı təqdirdə kino, təsvir, konsert proqramlarından islami məqsədlərdə istifadə etməyin eybi yoxdur; əks halda isə caiz deyildir.

Hər bir halda islam dinini və Peyğəmbərin yolunu təbliğ etmək üçün halal vasitələr və düzgün yollar olduqca çoxdur. Çünki islamın təbliğ olunub yayılması xüsusi vasitələrə həsr edilməmiş, bu məqsədlə şəriətin məğzi və ruhu ilə uyğun olan qayda-qanunlar təqdim etmişdir. Buna əsasən hər bir üslub və vasitə bu prinsiplə – şəriətin ruhu və məğzi ilə müvafiq olarsa, öz məqsəd və hədəfləri yolunda ondan istifadə etmək olar.

Ətreaflı cavab

Ümumi şəkildə dinin, xüsusi şəkildə isə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in sirə və davranışının (bunlar yüksək məzmunlara malik olan düzgün rəftar və davranış, əxlaq və dəyərlərin ən bariz göstəricisidir) təbliği ən mühüm məsələlərdən biridir ki, hər bir müsəlman şəxsin onun barəsində təfəkkür edərək bu dəyərlərin bütün dünya səviyyəsində bərqərar olunması üçün səy etməsi layiqlidir.

Amma diqqət yetirilməli və heç vaxt qəflət olunmamalı məsələ budur ki, bu yüksək hədəflərin icrası, bu dəyərlərin təbliği və onları bütün dünya xalqlarına çatdırmaq Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalət hədəfləri və ilahi məqsədləri ilə tam mənada uyğun olan yollarla icra edilməlidir.

Misal üçün, siyasətin məfhumu nəzərə alaq: makyovelistlərin nəzərindən onun tərifi hakimiyyətin davam etdirilməsi üçün hakimin əlində olan hər növ idarəçilik və ixtisasdan ibarətdir ki, hansı yollarla həyata keçirilməsinin əsla fərqi yoxdur.[1]

Bəziləri də siyasəti belə tərif etmişlər: “Siyasət insanlara hökmranlıq etmək üçün məkr və hiylədən ibarətdir.”[2]

Bu təriflərə əsasən, hədəfə və məqsədə çatmaq üçün hər bir vasitədən istifadə etmək caizdir. Amma islam nəzərindən siyasətin tərifinə nəzər saldıqda görürük ki, siyasət “ümmətin işlərinin tədbir və idarə olunması” kimi tərif olunmuşdur.[3]

Deməli, müsəlman bir şəxs bu məfhumlarda təfəkkür edən zaman qəti olaraq dərk etdiyi şey – hər bir halda islami dəyərlərə riayət etməkdir. Çünki xalqın işlərinin ən gözəl şəkildə həyata keçməsi məhz bu dəyərlərlə mümkündür.

İslam nəzərindən yalnız texnologiyanın inkişafına fikirləşmək, yaxud yalnız maddi və iqtisadi sahələrdə inkişafı düşünmək və mənəvi dəyərlərdən qafil olaraq “maddi və iqtisadi inkişafla xalqın və ölkənin bütün işləri düzgün şəkildə idarə olunacaqdır”- deyə fikirləşməyimiz səhih deyildir.

Quranda, Peyğəmbər (səlləllahu əleyhi və alih) və imamların sünnətində maddi və mənəvi məqsədlərə çatmaq yolunda düzgün yollardan və şəriətin qəbul etdiyi vasitələrdən istifadəyə dair çoxlu təkid edilmişdir. Bu barədə Allah-taala buyurur: “Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik, belə isə, camaat arasında haqq əsasında mühakimə yürüt, nəfsin istəklərinə tabe olma! Əks halda səni Allah yolundan azdırar. Allahın yolundan azanlar üçün – qiyamət gününü unutduqlarına görə şiddətli əzab vardır.”[4]

Bu şərif ayə təkidlə tövsiyə edir ki, haqq əsasında hökm edin və həvayi-nəfsə tabe olmaqdan ciddi şəkildə çəkinin! Çünki hiylə və məkr işlətmək yox, məhz haqqa tabe olmaq və həvayi-nəfsdən uzaq olmaq bütün peyğəmbərlərin risaləti və səmavi təlimləri ilə uyğundur. Sünnətə müraciət etdikdə də görürük ki, həmin göstərişlərə tabe olunmuşdur. Peyğəmbərin (səlləllahu əleyhi və alih) belə buyurduğu nəql olunur: “Müsəlmanların hakimi onların işlərini öhdəsinə alan zaman onlara məkr və hiylə işlədərsə, Allah behişti ona haram edər.”[5]

Qeyd olunanlardan aydın olur ki, dinin yayılıb nəşr edilməsi fikrində olduğumuz qədər yaxşı olar ki, bu məqsədlə seçdiyimiz təbliğ yolları və vasitələri barədə, yəni bu təbliğ vasitələri və yollarının islam nəzərindən qanuni olub-olmaması barədə də fikirləşək.

Mərhum Kuleyni imam Sadiq (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir: “Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) halal buyurduğu şeylər qiyamət gününə qədər halal, haram buyurduğu şeylər də qiyamət gününə qədər həmişə haramdır: nə bundan qeyridir, nə də bundan qeyrisi gələcəkdir.”[6]

Peyğəmbər və imamlar kimi alicənab insanların mənəvi dəyərlərə ciddi səy göstərməsini, məkr və hiylədən uzaq olmasını göstərən bir neçə nümunəni qeyd edirik:

Əbdüllah ibni Səd ibni Əbi Sərəhin qarşısında Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in tutduğu mövqe

Osmanın süd qardaşı Əbdüllah ibni Səd müsəlman olandan sonra mürtədliyinə səbəb olan bir iş gördüyü üçün həzrət Peyğəmbər onun qanını hədər hesab etdi (qətlinə fərman verdi). O da süd qardaşı Osmanda xahiş etdi ki, Peyğəmbərin hüzuruna gedərək vasitəçilik etsin və həzrət onun günahından keçsin. Osman onunla birlikdə Peyğəmbərin hüzuruna gəlib dedi: “Bu şəxs (Əbdüllah ibni Səd) mənim süd qardaşımdır. Anası mənə çox yaxşılıq etmişdir. Uşaq olduğum zaman məni öz kürəyinə alardı... Mənə görə onu bağışlayın və onun qanından keçsin!”

Həzrət (bu xahişə narazılıq əlaməti olaraq) üzünü başqa tərəfə çevirdi. Osman yenidən onun qarşısına gəlib həmin sözləri təkrar etdi. Peyğəmbər yenə də ondan üz çevirdi ki, bir nəfər qalxaraq Əbdüllahın barəsində Allah hökmünü icra edərək boynunu vursun, amma Allahın hökmünü icra etmək üçün bir kəsin ayağa qalxdığını görmədi. Osman da o həzrətin mübarək alnından öpərək deyirdi: “Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun!” Həzrət də onun müsəlmanlıq əsasında beyətini qəbul etdi.

İbni Əbil-Hədid, Vaqididən belə nəql edir: Bu hadisədən sonra Peyğəmbər müsəlmanlara buyurdu: “Nə oldu ki, yerinizdən qalxaraq bu mürtədi qətlə yetirmədiniz?!”

Übad ibni Bişr[7] dedi: “Ya Rəsuləllah! Səni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun! Mən hər dəfə sizə tərəf gəlirdim ki, bəlkə mənə işarə edəsiniz, onun boynunu vurum.”

Həzrət  buyurdu: “Mən bir kəsi işarə ilə öldürmərəm!” (Yaxud belə buyurdu: “Peyğəmbər üçün gözdə xəyanət yoxdur!”)[8]

Aydındır ki, Peyğəmbər hətta belə vəziyyətdə belə, özünün ali dəyərləri və yüksək hədəfləri ilə müxalif olan yollardan çəkinirdi.

2. Siffeyn müharibəsində Əli (əleyhis-salam) Əmr Asla qarşılaşan zaman o məlun öz canını xilas etmək üçün övrətini açdığı zaman Əli (əleyhis-salam)-ın onun qətlindən keçməsi bu məsələ barədə digər bir nümunədir. Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabında bu barədə belə nəql edir: Əmr As qaçanda Əli (əleyhis-salam) ona çatıb bir zərbə vurdu. Zərbə onun zirehli paltarının aşağı tərəfinə dəydi və o, arxası üstə yerə yıxıldı. Canının təhlükəyə düşdüyünü gördüyü zaman tamamilə soyundu və övrəti görünməyə başladı. Bu zaman Əli (əleyhis-salam) ondan həya edərək üz döndərdi və onu qətlə yetirmək fikrindən danışdı. İmam (əleyhis-salam) Müaviyəni mübarizəyə çağırdı, lakin o, qorxudan imtina etdi. Bu zaman Busr ibni Ərtat onunla mübarizəyə gəldi. Həzrət ona elə güclü bir zərbə vurdu ki, arxası üstə yerə yıxıldı. O da Əmr As kimi övrətini açdı, Əli (əleyhis-salam) onu da öldürmək fikrindən keçdi. Sonra buyurdu: “Ey şamlılar! Vay olsun sizə! Namərdlik yolu ilə öz canınızı qorumaq istəyirsiniz?! Həqiqətən bu namərdlik yolunu Əmr As sizə öyrətdi!”[9]

Bir sözlə, Peyğəmbər (səlləllahu əleyhi və alih) dininin və sirəsinin (əməl və davranışının) kino, konsert və s. yollarla təbliğ edilməsi haram işə səbəb olarsa, misal üçün, qadınla kişi bir-birinə qarışarsa, yaxud ğinadan və haram musiqidən istifadə edilərsə,[10] bu hallarda caiz deyildir. Amma şəri cəhətdən haram işə səbəb olmayan yollardan istifadə etməyin eybi yoxdur. İslam respublikasının təcrübəsi bu barədə ən yaxşı şahid ola bilər. Deməli, dini, şəri və əxlaqi dəyərləri yaymaq bəhanəsi ilə bu dəyərlərə intizamlı olmadan onları ayaq altına qoymaq düzgün deyildir. Görəsən, paklıq və iffətin yayılması bəhanəsi ilə iffət və paklığı tapdalamaq səhihdirmi? Yaxud əxlaqi rəzalətlərə mürtəkib olmaqla eyni zamanda əxlaqi fəzilətləri yaymaq düzgün ola bilərmi?!

Bu bəyanla aydın olur ki, dinin təbliğinin yol və vasitələri hazırkı vasitələrlə həsr edilmir; əsas meyar bu yolların və vasitələrin islam şəriəti və ilahi hökmlər ilə uyğun olmasıdır. Halbuki düzgün təbliğ yolları olduqca çoxdur.

 


[1] Leon Trotski, “İnqilab və gündəlik həyat”, səh. 13, 1979-cu il çapı

[2] Kəlim Sədiqi, “Əl-hərəkətul-islamiyyə”, səh. 47

[3] “İslami siyasi elmlər ensiklopediyası”, səh. 12

[4] “Sad” surəsi, ayə: 26

[5] Bu mətləbi sünnü alimi Müslim rəvayət etmişdir.

[6] “Kafi”, 1-ci cild, səh. 59, hədis 19

[7] Bəziləri demişlər ki, o şəxs Əbu Bəkr idi. Ömər ibni Xəttabın da olması deyilmişdir.

[8] İbni Əbil-Hədid, “Nəhcul-bəlağə”nin şərhi, 18-ci cild, səh. 13

[9] “Biharul-ənvar”, 32-ci cild, səh. 585-586

[10] Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə bax:

1. “Fitrət və musiqinin haramlığı”, sual 1078 (sayt: 1256)

2. “Halal musiqinin haramdan seçilib ayırd edilmə yolları”, sual 14034 (sayt: az13806)

3. “Musiqinin haram və halal olmasının dəlilləri”, sual 388 (sayt: 401)

4. “Musiqi dinləmək”, sual 1595 (sayt: 1590)

5. “Qərbdə haram musiqinin halaldan seçilməsinin meyarları”, sual 1690 (sayt: 1895)

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154924 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109683 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98782 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45205 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...