Ətraflı axtarış
Baxanların
3299
İnternetə qoyma tarixi: 2011/05/05
Sualın xülasəsi
Başqa planetlərdə yaşamaq olarmı?
Sual
İslam dinində başqa planetdə yaşamağın hömkü necədir? İslam dini buna icazə verirmi?
Qısa cavab

Başqa planetdə yaşamaq sualı iki cəhətdən araşdırıla bilər:

1). Görəsən bağqa planetlərdə yaşayış varmı? Biz onun nişanələrin görə bilirikmi? Görəsən başqa planetlərdə yaşamaq imkanı insanlar üçün realdırmı? İnsan o yerlərə gedib çıxa bilərmi?.

Bu suallara cavab vermək bizim deyil, əksinə astronomların və təbiət şunasların öhdəsindədir.

2). Əgər başqa planetlərdə yaşamaq imkanı insan üçün əlverişli olarsa İslam dininin bu barədə şəri hökümlər baxımından nəzəri nə olacaqdır? İnsan öz şəri vəzifələrini orada necə yerinə yetirəcəkdir?

Bu sualların cavabı isə din alimlərinin və mütəxəssislərinin öhdəsinə düşür. Amma ümumi olaraq deyə bilərik ki, başqa planetlər İslam dini qayda- qanunlarının çərçivəsi daxilindən kənara çıxmazsa, orada yaşamaq hər bir fərd və ya ictimaiyyət üçün zərərli olmazsa o planetlərdə yaşamağın heç bir eybi yoxdur. Həmçinin orada hər bir fərd şəri hökümlərini yerinə yetirəcəyini də öz müctəhidindən soruşa bilər.

Ətreaflı cavab

Başqa planetlərdə yaşamaq sualı elə bir mövzudur ki, yalnız bizim ərisdə meydana həlmişdir. Bu cəhətdən də biz bu sualı iki baxışdan açıqlamaq istəyirik.

1). Görəsən başqa planetlərdə yaşamaq mümkündürmü?

Bu sualın cavabı astronomik və təbiətşunas alimlərin və mütəxəssislərin öhdəsindədir.

2). Belə təsəvvür edək ki, başqa planetlərdə yaşamaq imkanı insan üçün reallaşdı və insanlar yaşamaq üçün o yerlərə üz tutdular. Bu yerdə ikinci bir sual irəli gəlir ki, planetlərə yaşamağa gedən insanların şəri vəzifələri necə olacaqdır. Onlar onu necə yerinə yetirəcəklər?

Bu sualın cavabı isə alimlərin və fiqh mütəxəssislərinin öhdəsindədir. Onlar gərək ayə və hədislərə istinad edərək bu kimi məsələlərin həllini tapsınlar. (şükürlər olsun ki, bu məsələnin öhdəsindən layiqincə gəkmişdirlər və sualı cavablandırmışlar).

İlkin cavab: İslam dininin ümumi qayda- qanunlarına istinad edərkən deyə bilərik ki, başqa planetlərdə yaşamağın heç bir maneəsi yoxdur.[1] Amma ümdə şərti də budur ki, o yerdə yaşamaq onun həyatı və başqalarının həyatı üçün təhlükə mənbəyi olmasın. Həmçinin əgər onun orada yaşamasının fərdə və ictimaiyyətə zərəri olarsa şəri baxımdan qəbahətli sayılır.

Amma əsas sual budur ki, orada insan öz şəri vəzifələrini necə yerinə yetirəcəkdir?

Bu sualın cavabı üçün hər bir insan öz müctəhidinə müraciət edəcəkdir. (məsələn: Qiblənin hökmü, namazın beş vaxtını və sair).

Nümunə üçün böyük müctəhidlərdən biri bu barədə verilmiş suala belə cavab vermişdir: (Suala və cavaba diqqət edin).

Sual: Bu günkü texnoloji inkişaf əsasında insan gün ərzində bir neçə dəfə yer kürəsinin başına fırlana bilər. Belə olan halda onun namazlarının vaxtları necə olacaqdır?.

Cavab: Hər kəs kosmik gəmi ilə yer kürəsini tərk edib onun ətrafını dövr etmək istərirsə, getməzdən öncə beş günün namazını qılsın və yer kürəsinin üzərindəki "miqyası"[2] özünə vətən bilsin.[3]

Sözümüzün sonunda bunu da qeyd edək ki, İslam dini daim bütün elmi məsələləri şəri baxımdan cavablandırmış və belə nəzərləri geniş surətdə dəyərləndirmişdir. Bundan əlavə Qurani- kərimdə insanın kosmik gəmilərdə ayı və günəşi seyr edəcəyinə işarələr olunmuşdur.[4] MÇüqəddəs Qurani- kərim hətta balığın qarnındakı yaşayışdan belə xəbər verərək "həzrət Yunisin tövbəsi qəbul olmadığı halda balığın qarnında qiyamətə kimi qalacağını" söyləmişdir.[5]

Balığın qarnında necə yaşamaq isə bu gün heç bir insanın zehninə belə gəlmir.

Peyğəmbər (s) buyurub: "Əgər elm sürəyyada (ulduz adıdır) olsa belə insanlar ona yiyələnəcəkdir".



[1] - Həkim, Seyyid Möhsin, Həqaiqətul- usul, cild 2, səh 223.

[2] - Qrenvic, Merdian.

[3] - İbrahim surəsi, ayə 32- 33, Nəhl surəsi, ayə 12- 14.

[4] - Saffat surəsi, ayə 139- 148.

[5] - Şeyx Abbas Qumi, Səfinətul- bəhar kitabı, cild 2, səh 707.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar