Baxanların
9442
İnternetə qoyma tarixi: 2011/06/21
Sualın xülasəsi
Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
Sual
Peyğəmbərin (s) dörddən çox qadınla ailə qura bilməsi, hansı səbəblərə əsaslanır?
Qısa cavab

Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.

Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:

1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.

2). Peyğəmbərimizin bu qədər evlənməyi uca hədəflərə əsaslanır. O cümlədən: Bəzi qadınlara kafirlərə qismət olmaqdan nicat verirdi. (Sudə və Ümmi Həcibə Əbu sufyanın qızı) bəziləri isə ailə qurmaqla özünü o qəbilənin şərindən siğortalayır və ya öz himayəçilərinin sayını artırırdı. (Ayişəni və Həfsəni buna misal vurmaq olar). Bundan əlavə bəzi başsız qadınlarla ailə qurmaqla onlara nigarançılıqdan nicat verir (Ümmi Sələmə), bəzilərinin abır- heysiyyətini qoruyur (Zeynəb binti Cəhəş) və ərəblərin qədim cahil ən- ənəsini aradan aparmaq üçün öz oğulluğunun arvadı (boşanmış) ilə ailə qurmuşdur. (Zeynəb binti Cəhəş).

Bundan əlavə bəzi əsirlərdən alıb arvad edib sonra isə azad etmişdir.

Bizim bunlara əsas dəlilimiz budur ki, Peyğəmbərin qadınlarının çoxusu dul və qoca olmuşdurlar.

Bundan əlavə biz bununla müşahidə edirik ki, bu işə Allah Taala razılıq vermişdir. Allah Taala yaxşı bilir ki, Peyğəmbər onlardan sui- istifadə etməyəcəkdir. Bu sözə də əsas şahidimiz Peyğəmbərimizin onlarla gözəl rəftarı olmuşdur.

Peyğəmbərimizin gözəl qadınlarla ailə qurmaq imkanına malik olduğu halda bu işdən imtina etməsi, onun ailə qurmaqda digər hədəflərin gizləndiyindən xəbər verir. Deməli Peyğəmbərimizinailə qurmaqda böyük İlahi hədəflər olmaqla yanaşı onun dörd qadından çox qadınla ailə qurmaq icazəsi olmuşdur.

Ətreaflı cavab

Ən çox suallara məruz qalmış mövzulardan biri də Peyğəmbərimizin dörd qadından çox qadınla ailə qurmaq məsələsidir. Mövzunun izahı üçün sizin diqqətinizi aşağıdakı qeydlərə cəlb edirik.

1). Peyğəmbərin qadınlarının sayı

Peyğəmbərin qadınlarının sayı barəsində bəziləri şişirdmə kəlmələrlə açıqlamalar vermişdir. Məsələn: Hakim Nişaburi Müstədrək kitabında onların sayını on səkkiz, əmta əl Əsma kitabının sahibi isə onu on beş nəfərə çatdırmışdır.

Onun açıqlamasına əsasən Peyğəmbər bu on beş qadının yalnız dördü ilə nigah qurmuş və qaxınlıq etmişdir. Qadınları ilə isə nigah etmiş amma yaxınlıq etməmişdir.[1]

İbni İshaq Peyğəmbərin qadınlarının sayını isə on üçə kimi saymışdır. Onun bəyanına əsasən Peyğəmbər yalnız iki nəfərlə nigah etmişdir. Yerdə qadınlarının ikisi isə Peyğəmbərin həyatı zamanı dünyadan köçmüşlər. Peyğəmbərin həyatı zamanı doqquz qadın: Ayişə, Həfzə, Ümmü Həbibə, Ümmü Sələmə, Sudə, Zeynəb Cəhəş qızı, Meymunə, Səfiyə və Coyiriyə onun evində olmuşlar.[2]

2). Peyğəmbərin qadınlar və onun evlənməsi barəsində bir neçə mətləb:

Peyğəmbərimiz (s) əlli və ya əlli üç yaşlarına kimi xanım Xədicədən (s) savayı kiminləsə ailə qurmamışdır.[3]

Peyğəmbərin qadınlar, onunla evlənməzdən öncə ailə qurmuş və öz ailələrini itirmişlər. yəni dul olmuşdurlar.

Peyğəmbər Ənsarın qəbilələrinin heç biri ilə ailə qurmamışdır.[4]

Peyğəmbər o qadınları ayə nazil olmazdan öncə almışdır. Ayə hicrətin səkkizinci ilinin axırlarında Mədinə şəhərində nazil olmuşdur.[5] Amma bu vaxta qədər Peyğəmbərimiz o qadınlarla ailə qurmuşdur.[6]

Peyğəmbərimiz bəzi xüsusiyyətlərə malik idi ki, biz o xüsusiyyətlərdən məhrumuq. Məsələn: Peyğəmbərə gecə namazı vacib idi, amma bizə vacib deyildir; Peyğəmbərimiz sonuncu Peyğəmbərdir, biz isə yox; Peyğəmbərimiz dörd qadından artıq qadınla evlənə bilər biz isə ondan artıq qadınla evlənə bilmərik. Allah Taala Peyğəmbərin İlahi hədəflərini nəzərə alaraq bu məsələləri ona vacib etmişdir. Peyğəmbərimiz də həmçinin müxtəlif qadınlarla evlənməklə bir çox İlahi hədəfləri yerinə yetirmişdir.

3). Peyğəmbərin (s) evlənmək mövzusunda hədəfləri və fikirləri

İlkin surətdə buna diqqət yetirmək lazımdır ki, Peyğəmbərin (s) evlənməyi onun gününün xoş keçirməyi və (nə uzu billah) şəhvətpərəstliyi səbəbindən deyildi. Əgər belə olsaydı Peyğəmbərimiz bu əməli cavanlıq dövürlərində yerinə yetirmiş olardı. Bildiyimiz kimi Peyğəmbərimiz iyirmi beş yaşına kimi heç kəslə evlənməmişdir. Sonra isə iki dəfə Peyğəmbərimizdən öncə ərə getmiş və Peyğəmbərimizdən on beş yaş böyük olan xanım Xədicə ilə evlənmişdir. Bunu da qeyd edək ki, Xanım Xədicə dünyasını dəyişənə kimi Peyğəmbərimiz (s) heç kəslə ailə qurmamışdır. Bundan əlavə xanım Xədicədən (s) sonra Peyğəmbərə (s) ərə gələn qadınların çoxsu dul qadınlar olmuşdur.

Məsələn: Peyğəmbərimiz Ümmü Sələmə ilə evlənərkən o qoca, ərsiz yetimləri çox və evlənməyə əlaqəsi olmayan bir qadın idi. O cümlədən Zeynəb binti Cəhiş əlli yaşında və Meymunə əlli bir yaşında o həzrətlə evlənmişlər. O həzrətin (s) qadınlarının ikisi onun kənizi olmuş və onları azad etdikdən sonra onlarla evlənmişdir. Əgər Peyğəmbərin ləzzət almaq qəsdi olsaydı onları azad etməzdən öncə onlarla yaxınlıq edə bilərdi.

Deməli Peyğəmbərimizin evlənməkdə əsas hədəfi İlahi əmirləri və uca hədəfləri yerinə yetirməklə o hədəflərdən bəzisini aşağıda qeyd edirik:

A)    Peyğəmbərin (s) siyasi və ictimai hədəfləri

Peyğəmbərimiz, Əbu Bəkrin qızı Ayişə Tim qəbiləsindən, Həfzə Ömərin qızı Ədi qəbiləsindən, Ümmü Həbibə əbu Süfyanın qızı bəni- Üməyyə qəbiləsindən, Ümmü Sələmə bəni- Məxzum qəbiləsindən Sudə bəni Əsəd qəbiləsindən, Meymunə bəni hilal qəbiləsindən və Səfiyyə xeybər Yəhudilərindən (müsəlman olandan sonra evləndi) olduğu üçün onlarla evlənmişdir. Peyğəmbər bu işlə qəbilələr arasında vəhdət yaratmış və onların müsəlmanların əleyhinə olan mənfi fikirlərin zərərsizləşdirmişdir.

Peyğəmbərimizin evlənmək mövzusu müsəlmanlar üçün yaxşı nəticələnməyən Ühüd döyüşündən sonra başlamışdır. Amma müsəlmanların sevincinə səbəb olan Məkkənin qələbəsindən sonra daha evlənməmişdir. Mədinə müsəlmanlarının və qəbilələrinin Peyğəmbərə və onun yaxınlarına qarşı zərər ehtimalı olmadığı üçün Peyğəmbər Ənsardan (Mədinəlilərdən) qız almamışdır.

Peyğəmbərimiz İslam dininin böhranlı vaxtlarında başsız qadınlarla evlənmək siyasətini irəli sürmüş və hu əməli özü icra etməklə yanaşı başqalarını da bu işə təşviq etmişdir. Peyğəmbər bu yolla yetimlərin və başsız qadınların himayəsini təmin etmiş, onlara aclıqdan, evsizlikdən və digər çətinlikdən nicat vermişdir. O hamıdan öncə bu fəzilətli əməli yerinə yetirmiş və başqalarını bu möhtəşəm əmələ dəvət etmişdir.

B). Kənizlərin azadlığı

Peyğəmbərimiz (s) əsirlərin azaflığı üçün müxtəlif yollardan istifadə etmişdir. Bu yolların biri də kənizlərin azaflığı və azadlıqdan sonra onlarla evlənmək mövzusudur. O cümlədən Coviriyə və Səfiyyə Peyğəmbərin kənizləri idilər. Peyğəmbər onları azad etdi və sonra onlarla evləndi. Peyğəmbərimiz bu əməllə müsəlmanlara kənizlərin də onlar kimi insan olduğunu başa saldı. Böyük İslam Peyğəmbərinin bu möhtəşəm əməlindən sonra müsəlmanların çoxu bu gözəl əmələ qədəm qoydular.

C). Müsəlman olmuş qadınlara müşriklərin və kafirlərin zülmündən nicat vermək.

Bəzi yeni müsəlman olmuş qadınlar ərləri kafir olduğu və ya döyüşdə öldükləri üçün kafirlərin arasında olduqca çətin həyat tərzi sürürlər. O cümlədən Ümmü Həbibə (Əbu süfyanın qızı) müşriklərin arasında olduqca çətin həyat tərzi sürürdü. Peyğəmbərimiz onun bu çətinliyindən xəbərdar olduqda Həbəşə (Efyopiya) padşahının vasitəsi ilə ona elçilik edir və onun mehriyəsini bi biri xanımlarından on dəfə artıq verərək onunla evlənir. Yəni o, bu yolla Ümmü Həbibəyə nicat verir. Əgər belə olmasaydı müşriklər onun müsəlman olmadığından xəbər tutar və ona olmazın zülmünü edərdilər. Amma Peyğəmbərimiz bu əməllə ona müşriklərin işkəncələrindən və qorxudan nicat verdi.

Q). Ərəblərin cahil adət- ənənələrini batil etmək

Bildiyimiz kimi övldlığa götürülmüş uşaq insanın öz uşağı kimi deyildir. Əgər övladlığa götürmüş uşaq qızdırsa ataya və oğlandırsa anaya naməhrəmdir. Amma ərəblərin adətlərinə əsasən övladlığa götürmüş oğlanlar əsil övlad hökmünü daşıyırdı. Belə olan halda evdə olan bütün qadınlar ona naməhrəm olurdular. İslam dini zühur etdikdən sonra bu qanunun əksinə çıxaraq onun batil olduğunu buyurdu: Peyğəmbərimiz Allah- Taalanın əmri ilə öz oğulluğunun boşanmış qadını olan Zeynəb binti Cəhişlə evləndi və bu yola ərəblərin əməllərinin batil olduğunu onlara isbatladı. Əgər belə olmasaydı, Peyğəmbər dünyasını dəyişdikdən sonra Zeyd ibni Haris onun əsil övladı sayılacaqdır. Bu yola o Peyğəmbər ailəsinin varisi sayılacaq və İmamət məsələlərində xalq üçün dəyişikliklər olacaqdır. Mümkündür bəziləri Harisin Peyğəmbərin yeganə övlad olduğunu bəhanə edərək onu müsəlmanların xəlifəsi olduğunu elan etsinlər. Yəni xəlifəliyi yeganə onun hüququ olduğunu düşünərdilər. bu evlənməyin digər faydalarından biri də iki batil inancın haram olmasıdır:

Birincisi budur ki, Peyğəmbər oğulluğa götürmüş kimsənin arvadının qaynatasına naməhrəm olduğunu sübut etdi.

Yəni onun oğulluğa götürdüyü öz arvadından boşanarsa onu özü üçün arvad edə bilər. (Amma əsil övladın arvadı ona əbədi məhrəm olur. İstər boşasın və ya saxlasın. Onunla heç vaxt evlənmək olmaz).

İkincisi isə budur ki, ərəblər heç vaxt azad olmuş qulun arvadı ilə evlənmirdilər. Bunu özlərinə bir növ təhqir hesab edirdilər. Bildiyimiz kimi də Haris əvvəllər qul olmuşdur. Bu minvalla Zeynəb ömrünün sonuna kimi heç kəsə ərə getməməli idi. Amma Peyğəmbərimiz bu əməllə ərəblərin batil düşüncələrinə son qoydu.[7]

Məqalənin sonunda bunu da qeyd edək ki, Peyğəmbərimiz (s) bütün addımlarında yüksək və ali hədəfləri düşünmüşdür.

Bu səbəbdən də onun evlənmək və ya sair. əməlləri bizim ilə müqayisə olunmazdır. Bundan əlavə Allah Taala Peyğəmərin (s) öhdəsinə ağır vəzifələri qoyduğu üçün ona bəzi əməlləri bizdən fərqli olaraq halal etmişdir.

Əgər başqalarının da öhdəsinə bu vəzifəni qoysaydılar o da Peyğəmbər kimi öz əməllərində seçiləcəkdir.



[1] - Əmtağ- əl əsma cild 6, səh 92.

[2] - Seyrəti Peyğəmbər, ibni İshaqın tərcüməsi, rəfiəddin İshaq ibni Məhəmməd Həmədani, səhifə 549.

[3] - Peyğəmbər 25 yaşında Xədicə ilə evlənmişdir. Bu zaman Xədicənin 40 yaşı var idi. O Peyğəmbərdən öncə iki dəfə ərə getmişdir. Peyğəmbərə ərə gələndə isə dul bir qadın idi. O 25- ya 28- il Peyğəmbərlə birlikdə yaşamışdır. Peyğəmbər bu zamanda ondan başqası ilə evlənməmişdir.

[4] - Təbəqat, 8- ci cild, səhifə 132, Əl- Əllam Zərkəli, 7- ci cild, səhifə 342.

[5] - Nisa surəsi, ayə 3.

[6] - Peyğəmbərin axırıncı evlənməyi hicrətin yeddinci ili ümrət- əl qəzada olmuşdur.

[7] - Əhzab surəsi, ayə 37.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105984 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80809 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58598 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41338 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31395 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    24096 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22488 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22253 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20811 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20404 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...