Ətraflı axtarış
Baxanların
7799
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Kufə məscidinin əməllərinin çox olduğuna diqqət yetirməklə bəzi karvanların “müxtəlif məqamların əməllərini bir məqamda əncam vermək” kimi işləri düzdürmü və kamil savaba malikdirmi?
Sual
Son zamanlar Kufə və Səhlə məscidlərində karvan rəisləri və ruhanilər bir məqamda oturaraq məscidin digər əməllərinin hamısını həmin məqamda əncam verirlər. Bu işin kamil savabı vardırmı? Bu əməl düzdürmü?
Qısa cavab

Kufə və Səhlə məscidlərinin fəzilətləri barəsində nəql olunan rəvayətlərdən aydın olur ki, bu məscidlərin əməllərinin hamısını bir yerdə əncam verməklə əlaqədar imamlardan (əleyhimus-salam) göstəriş verilməmişdir. Bir səhabəyə bir dua və namaz təlim verilmiş, başqa səhabəyə isə digər dua və namaz. Buna əsasən, zairləri o məscidlərin əməllərinin hamısını yerinə yetirməyə vadar və ya təşviq etməyə ehtiyac yoxdur. Dini təlimlərə müraciət etməklə görürük ki, insan müstəhəb ibadətləri zorla özünə qəbul etdirməməlidir. Çünki bu halda o əməllərdən kamil bəhrələnmək olmaz, üstəlik tam əks nəticə də verərək ibadət və raz-niyaz halının insandan alınmasına səbəb ola bilər. Buna görə də cəm şəklində yerinə yetirilən ibadət proqramlarından tam və səmərəli istifadə etmək üçün ayrı-ayrı şəxslərin, xüsusilə qocaların, arvad-uşaqların vəziyyətini nəzərə almaq zəruridir. Qeyd edək ki, xüsusi bir məkanda ibadət etmək bəzən bir xüsusiyyətə malik olduğuna görə insan onu ürəyi istədiyi kimi dəyişdirə bilməz. Allahla edilən hər bir raz-niyaz və minacat dəyərlidir və savaba malikdir.

Ətreaflı cavab

Rəvayətlərdə fəzilət və əməlləri barəsində təkid edilən məscidlərdən biri də Kufə və Səhlə məscididir. Dini mənbələrdə onun tarixi islamdan qabaqkı dövrlərə qayıdır. Sonradan qeyd edəcəyimiz kimi, keçmiş peyğəmbərlərdən çoxu bu məsciddə dua, raz-niyaz etmiş və namaz qılmışdır. Bu məscidlərin fəzilət və əməlləri ilə əlaqədar nəql edilən rəvayətləri araşdırmaqla məlum olur ki, imamlar (əleyhimus-salam) tərəfindən verilən göstərişlər məcmu şəkilində və bir nəfər üçün olmamışdır ki, onlardan nəql olunan bir dua və namaz ünvanı ilə hamı tərəfindən riayət edilsin.

Bu barədə iki məsələni qeyd etmək zəruridir:

1. Rəvayətlərdə mövcud olan ibadətlər gərək eynilə rəvayətdə gələn şəkildə yerinə yetirilsin, ona heç bir şey əlavə etmək və ya azaltmaq haqqımız yoxdur. Əbdüllah ibni Sənan deyir: İmam Sadiq (əleyhis-salam) buyurdu: “Bir zaman gələcəkdir ki, imamsız və rəhbərsiz qalacaqsınız, şübhələr sizi bürüyəcəkdir... Bu dövranda yalnız “Ğəriq” duasını oxuyanlar nicat tapacaqdır.” “O dua necədir?” deyə soruşduqda, həzrət buyurdu ki, belə deyərsən:

يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبي عَلَى دِينِكَ

“Ey Allah, ey Rəhman, ey Rəhim! Ey qəlbləri dəyişdirən (Allah)! Mənim qəlbimi Öz dinində sabit saxla!”

Ravi deyir ki, mən duanı o həzrətin hüzurunda oxuyan zaman “qülub” kəlməsindən sonra “əbsar” kəlməsini də artırdım. (Yəni “ey qəlbləri və gözləri dəyişdirən Allah” - dedim). İmam məni danlayaraq buyurdu: “Allah “müqəllibəl-qülub vəl-əbsar”dır, lakin duanı sənə öyrətdiyim kimi oxu və ona heç bir şey əlavə etmə!”[1]

Əməllər barəsində xüsusi göstəriş verilmiş olsa, onu artırıb-azaltmağa haqqımız yoxdur, amma sözü gedən mövzuda (bütün əməllərin bir yerdə yerinə yetirilməsi və ya karvanda olanların hamısını məscidin bütün əməllərini təyin olunmuş məkanlarda yerinə yetirməyə vadar etmək) sonradan deyəcəyimiz kimi, onun qeyd olunan şəkildə əncam verilməsinə dəlil yoxdur və imamların göstərişinə müvafiq olaraq yerinə yetirmək lazımdır. Çünki  o göstərişlərin bəziləri xüsusi məkanlara aiddir. Misal üçün, təvaf əməli yalnız Kəbə evinin ətrafında olmalıdır, başqa yerdə edilərsə heç bir təsiri (savabı) olmaz.

2. Kufə və Səhlə məscidində bəzi ümumi əməllər vardır ki, onları məscidin hər bir yerində yerinə yetirmək olar. O cümlədən, aşağıdakı rəvayətlərdə deyilənlər:

1. İmam Əli (əleyhis-salam) buyurur: “Kufə məscidində müstəhəb namaz qılmaq Peyğəmbərlə birlikdə ümrə əməlini yerinə yetirməyin savabına, orada vacib namazı qılmaq isə Peyğəmbərlə birlikdə Həcc əməlini yerinə yetirməyin savabına bərabərdir. Min peyğəmbər və min peyğəmbər vəsisi bu məsciddə namaz qılmışlar.”[2]

2. Harun ibni Xaricə Kufə məscidində namaz qılmağın fəziləti barəsində imam Sadiq (əleyhis-salam)-dan uzun bir rəvayət nəql etmişdir... Bu rəvayətin davamında həzrət Kufə məscidinin fəziləti barəsində buyurur: “Mən əgər Kufədə olsaydım, arzu edərdim ki, bütün namazlarımı orada qılım... Allahın elə bir saleh bəndəsi və peyğəmbəri olmayıb ki, bu məsciddə namaz qılmasın. Merac gecəsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yolu bu məsciddən düşdü və icazə alıb orada iki rəkət namaz qıldı... Vacib namazı bu məsciddə qılmağın min vacib namaz qədər savabı vardır. Müstəhəb namazı bu məsciddə qılmağın savabı başqa yerdəki 500 namazın savabına bərabərdir. Bu məsciddə zikr və Quran tilavətinə məşğul olmadan (da) oturmaq ibadətdir...”[3]

3. İmam Sadiq (əleyhis-salam) buyurur: “Qəm-qüssəli olan hər bir insan Səhlə məscidində məğrib və işa namazları arasında  iki rəkət namaz qılsa, Allah onun qəm-qüssəsini aradan aparar.”[4]

4. İmam Sadiq (əleyhis-salam) yenə buyurur: “Səhlə məscidində namaz qıl, dünya və axirət hacətlərini Allahdan istə! Çünki bu məscid həzrət İdris (əleyhis-salam)-ın evi idi ki, orada dərzilik edirdi. Bu məsciddə dua etmək müstəhəbdir.  Allah bu məsciddə dua edənlərə uca məqam və İdrisin dərəcəsini əta edər, onu dünyanın pisliklərindən və düşmənlərindən qoruyub saxlayar.”[5]

5. Əbu Həmzə Somali nəql edir ki, “imam Səccad (əleyhis-salam) Mədinədən Kufə məscidinə gəldi, Kufə məscidində təkcə iki rəkət namaz qıldı, sonra dəvəsinə minib Mədinəyə qayıtdı.”[6]

Bəzi rəvayətlər də bu məscidlərin xüsusi məsələlərinə diqqət yetirir, o cümlədən:

1. Əbu Həmzə Somali deyir: Əsbəğ ibni Nübatə mənim əlimdən tutub yeddinci sütunun yanına apardı və dedi: “Bu, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın məqamıdır. Həzrət Əli (əleyhis-salam) namaza gəlməyəndə imam Həsən (əleyhis-salam)  burada namaz qılırdı. Başqa vaxtlarda isə beşinci sütunun yanında namaz qılırdı.”[7]

2. Bəni-Abbasın hakimiyyəti dövründə imam Sadiq (əleyhis-salam) “Fil” qapısından (məscidin qapılarından biri bu adla məşhurdur) məscidə daxil olaraq sol tərəfə getdi və dördüncü sütunun yanında dayanıb namaz qıldı. Ravi deyir ki, “Həzrət İbrahimin sütunu bu yerdirmi?” deyə soruşduqda, həzrət “bəli”, deyə cavab verdi.”[8]

3. İmam Sadiq (əleyhis-salam) səhabələrinin bəzilərinə buyururdu: “Beşinci sütunun – İbrahim məqamının yanında namaz qıl!”[9]

Kufə məscidinin əməlləri ilə əlaqədar rəvayətləri araşdırdıqda məlum olur ki, bu məscidlərdə məsumların namaz qılma sirəsi (adət və davranışı) eyni olmamışdır və bu rəvayətlərdə  hamının həmin əməlləri yerinə yetirməyə vəzifəli olması aşkar deyilmir.

Deməli, yaxşı olar ki, bu məscidlərin daxilində zairlərin müxtəlif yerlərə aparılması çətin olanda birinci dərəcəli ibadətlərlə kifayətlənsinlər və zairləri azad qoysunlar ki, istədikləri surətdə məscidin xüsusi yerlərinə də getsinlər.

Allah ilə minacat və raz-niyaz etmək hər bir zamanda və məkanda bəyənilir. Hər hansı bir yerə məxsus olan minacatları sadəcə, “Allahla minacat” niyyəti ilə (nəinki o əməli hər yerdə əncam vermək olar) toplu şəkilində yerinə yetirməyin eybi yoxdur. Diqqət yetirmək lazımdır ki, ibadətlərdə, xüsusilə müstəhəb əməllərdə hüzuri-qəlb onu yerinə yetirməkdən daha mühümdür.

Əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxın:

“Müstəhəb əməllərdə hüzuri-qəlb”, sual 2099 (sayt: 2159)

“Müstəhəb namazları şövq ilə qılmaq”? sual 12964 (sayt: 13426)

 

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 52-ci cild, səh. 148, hədis 73, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[2] Yenə orada, 80-ci cild, səh. 376

[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 3-cü cild, səh. 490, hədis 1, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[4] Tusi, Məhəmməd ibni Həsən, “Təhzibul-əhkam”, 6-cı cild, səh. 38, hədis 21, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[5] “Biharul-ənvar”, 97-ci cild, səh. 434, hədis 1

[6] “Təhzibul-əhkam”, 3-cü cild, səh. 254, hədis 20

[7] Yenə orada, 6-cı cild, səh. 33, hədis 8.

[8] Yenə orada, 3-cü cild, səh. 252, hədis 10

[9] “Biharul-ənvar”,  97-ci cild, səh. 388, hədis 11

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    7717 Əməli əxlaq 2012/04/09
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • Nə üçün arvadın bacıları ilə evlənməyin haramlıq hökmü zamanın dəyişməsinə uyğun olaraq dəyişmir?
    6997 Əhkam və hüquq fəlsəfəsi 2011/07/28
    Cavabın aydın olması üçün bir neçə məsələni xatırlatmaq lazımdır: 1. “İslam müasir dindir” dedikdə məqsəd onun ən kamil din olması, onun qayda-qanunlarının bütün əsr və zamanlarda bəşərin ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9207 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Bizim salavat göndərməyimiz Peyğəmbərin (s) məqamının yüksələməsinə səbəb olur?
    6809 صلوات بر محمد و آل محمد 2012/09/01
    Peyğəmbərə salavat göndərməyin bir neçə müxtəlif cəhətləri vardır ki, bunların bəzilərinə işarə edirik: Salavat Allahın Quranda qeyd edilən əmridir. Buyurur: «إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْليما» ”Həqiqətən ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11180 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Бир нәфәр хачпәрәсти Ислам ирфаны илә Ислама неҹә ҝәтирмәк олар?
    6603 Nəzəri irfan 2012/05/21
    Ислами ирфаны, онун хүсусијјәтләрини вә шахәләрини һәмчинин, Ислам вә Әһли-Бејт (әлејһиссалам) мәктәбинин сајәсиндә јетишән ирфаны ачыгламагла өз мәгсәдинизә чата биләрсиниз. Биринҹи: Ислами ирфан ики гисмә, нәзәри вә әмәли гисмә бөлүнүр. Нәзәри ирфанын әсас вә көклү мөвзусу ики мәсәләдир. Биринҹи, төвһидин һәгигәтинин ачыгланмасы; икинҹи һәгиги тәкаллаһлыны ...
  • Otaqda bir qızla tənha (tək) qalmağın iradı varmı?
    6746 Əməli əxlaq 2012/02/12
    Dini təlimlərdə insanın günahdan hifz olunması üçün qadağan olunan yerlərdən biri naməhrəm ilə xəlvət etməkdir (tənha qalmaqdır).İblisin həzrət Musaya (ə) vəsiyətində oxuyuruq: Ey Musa! Biganə (yad) qızla xəlvət etmə; çünki, hər kim belə edə mənim dostlarım deyil, mən özüm ona köməkçi olaram.
  • Hansı hallarda təyəmmüm almaq olar?
    7013 شرایط انتقال به تیمم 2015/04/16
    İnsan yalnız cənabət qüslü ilə cənabəti özündən götürə bilər. Əlbəttə bəzi hallarda qüslü təyəmmümlə əvəz etmək olar.[1] O hallar aşağıdakılardan ibarətdir: Şəxsin imkanında su olmadıqda. Qüsl üçün kifayət vaxtı olmadıqda, Qüsl almaq onun namazının qəzaya getməsinə səbəb olduqda.
  • "Əhli-beyt" kimə deyilir?
    22542 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (əleyhis-salam) zühur etmir?
    6726 Qədim kəlam 2011/10/22
    Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:1. Rəvayətlərdə çox gözə dəyən məsələ budur:یَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا کَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167261 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165616 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115310 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113847 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95544 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57061 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55525 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47482 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46672 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...