Please Wait
10109
Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə.
Xallaqiyyətdə tövhidin mənası
Xallaqiyyət və yaratmaqlıq Allahın sifətlərindəndir. Bu sifət Allahın vücudunu isbat edən arqumentlərin nəticəsidir. Çünki o arqumentlərin məzmunu budur ki, Allah varlıqların başlanğıcı və səbəblər səbəbidir. Mövzu belədir ki, Allah- Taalanın yaratmaqlıq sifətində, şəriki yoxdur və dünyanın yaradanı Allahdan başqa kimsə deyil. Deməli tövhidin budaqlarından biri, xəllaqiyətdə tövhiddir.[1]
Başqa sözlə: Xəllaqiyyətdə tövhid yəni varlıq aləmində yalnız bir əsas və müstəqil xaliqiniz var. Digər səbəblərin xaliqiyyəti onun xəllaqiyyəti uzununda və onun izn və əmri ilə baş verir.[2]
Xallaqiyyət tövhidi ki, bəzən ona yaranışda tövhid ya fellərdə töhvid də deyilir. Filosofların terminində, bütün sistem, qanun, səbəb, varlıq və nəticələrin hamısı, Allahın işi və Allahın iradəsindən qaynaqlanması mənasındadır. Dünyanın varlıqları öz zatlarında Allahdan müstəqil vücudları olmadıqları kimi, təsir və səbəb məqamında da müstəqil deyillər.
Nəticədə Allahın öz zatında şəriki olmadığı kimi, iş görənlikdə də, şəriki yoxdur. Fellərdə tövhid "La hövlə vəla qüvvətə ila billah" mübarək təsbihinin mənasınadır ki, fəlsəfədə "La muəssirə fil- vucud iləllah" qaydası adı altında açıqlanır.[3]
Ağıl xəllaqiyyətdə tövhidi qəbul edirmi?
Ağıl açıqca dünyanı yaradan və xaliqinin yeganəliyinə şəhadət verir. Çünki Allahın vücudunu isbat edən arumentlərin nəticəsi (xüsusi ilə imkan və vucub arqumenti), bütün varlıqların mümkün və zatən vacibul- vücudun (Allah) məxluqlardırlar. Zati tövhidin dəlillərinin nəticəsi, zatən vacibul- vücudun, yeganə olmasıdır. Nəticədə dünyanın xaliq və yaradanı, yalnız Allahdır.[4]
Bu məsələyə Quranın baxışı vecədir?
Qurani- kərim çoxlu ayələrdə, dünyanı yaratmaqda Allahın yeganəliyinə təkid edibdir. Necə ki, buyurubdur:
- " قُلِ اللَّهُ خالِقُ کُلِّ شَیْءٍ وَ هُوَ الْواحِدُ الْقَهَّارُ"[5] "De: "Allah hər şeyin xaliqidir. O birdir, qalibdir."
- " اللَّهُ خالِقُ کُلِّ شَیْءٍ وَ هُوَ عَلى کُلِّ شَیْءٍ وَکِیل"[6] "Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir.
- " ذلِکُمُ اللَّهُ رَبُّکُمْ خالِقُ کُلِّ شَیْءٍ لا إِلهَ إِلاَّ هُوَ"[7] "Allah, sizin rəbbiniz və hər şeyin xaliqidir. Ondan başqa xaliq yoxdur".
- " هَلْ مِنْ خالِقٍ غَیْرُ اللَّهِ"[8] "Allahdan başqa xaliq varmı?"
- " رَبُّنَا الَّذِی أَعْطى کُلَّ شَیْءٍ خَلْقَهُ ثُمَّ هَدى"[9] "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir".
Rəvayətlər və xəllaqiyyətdə tövhid
İslami rəvayətlər də, xəllaqiyyətdə tövhidə işarə və təkid edirlər. İmam Əli (ə) bu barədə buyurubdur:
«لم یشرکه فی فطرتها فاطر، و لم یعنه علی خلقها قادر»[10]
Qaşqanı (və onun kimi) yaratmaqda, heç kəs Allahın şəriki olmayıb və ona kömək etməmişdir.
Həmçinin buyurubdur:
«و لا شریک له اعانه علی ابتداع عجائب الامور»[11]
"Allahın şəriki yoxdur ki, dünyanın təəccüblü məxluqlarını yaratmaqda, ona kömək etmiş olsun.
Xəllaqiyyətdə tövhid, səbəb- nəticə sistemini inkar etmək və məcburiyyət və ixtiyarı inkar etmək mənasındadırmı?
Buradan etiraf etməliyik ki, xəllaqiyyəti Allaha məxsus etmək, təbii varlıqlar arasında olan qanunları inkar etmək mənasında deyil. Çünki, səbəb- nəticə sistemi maddə dünyanın hissələrində, səbəblərin yaratmaqda müstəqilliyi mənasında deyil, əksinə Allah bu qanunu maddə dünyada yaradıb və onun özü bu qanunu icad edibdir.
Günəş və hava yerin göyərməsində təsirlidir. Su da bitkinin inkişafında təsirlidir, amma təsir qoyanın olması və onun təsir qoymasının hamısı Allahın izni ilə və varlıqda İlahi sünnətlərin təzahürlərindəndir. Xilqətdə tövhidi dünyanın hissələri arasında maddi əlaqələri və səbəblər sistemini inkar etməyə təsfir edənlər, səhv edirlər. Ona görə də dini elmi inkar edən və onun qarşısında qərar veriblər.[12]
Deməli xəllaqiyyətdə tövhid ixtiyarı almaq və məcburiyyət mənasında deyil. Ümumilikdə bütün işlərin xaliqi Allahdır. Bizim iradəmiz onun iradəsi uzunundadır.
[1] - Rəbbani Gülpayqani, Əli, Dəlilli əqayid, Qumun düşüncə saytı.
[2] - Hoze net saytı.
[3] - Əsfar, cild 2, səh 216- 219 və Nihayətul- hikmə, cild 3, səh 677 və Mütəhhəri, Əsərlər toplusu, cild 2, səh 103- Turkaşvənd, Ehsan, Tövhid və onun dərəcələri.
[4] - Rəbbani Gülpayqani, Əli Dəlili əqayid, Qumun düşüncə saytı.
[5] - Rəd surəsi, ayə 16.
[6] - Zümər surəsi, ayə 62.
[7] - Yunus surəsi, ayə 62. (səhv).
[8] - Fatir surəsi ayə 50.
[9] - Taha surəsi, ayə 50
[10] - Nəhcül- bəlağə, xütbə 185.
[11] - Həmin, xütbə 91.
[12] - Sübhani, Cəfər, Tərcümə Mühəddisi, Cavad, Şiənin əqaid siması, səh 56, Məəşər.