Ətraflı axtarış
Baxanların
9408
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Yeni inqilabi nəğmələrə (pap) qulaq asmağın hökmü nədir?
Sual
İnqilabi nəğmələrə və mahnılara (müharibə marşları və nəğmələri) qulaq asmağın işkalı olmamasına diqqət yetirməklə yeni inqilabi ahənglərə və nəğmələrə (pap) qulaq asmaq haramdırmı?
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
Ətreaflı cavab

Cavabda ilk növbədə mərcəyi-təqlidlərin bu barədəki fətvalarına nəzər yetiririk, sonra isə çox qısa şəkildə musiqinin haram olma səbəblərini araşdıracağıq.

Həzrət Ayətullah Xamenei:

“Əyyaşlıq, kef və əyləncə məclislərinə uyğun olan hər növ ləhv yönlü mütrib (tərb yaradan) mahnılar haramdır.”

Həzrət Ayətullah Fazil Lənkərani (r):

“Musiqi əgər mütrib, təhrik edici, ləhv və ləib (əyyaşlıq) məclislərinə münasib olarsa, haramdır. Bundan qeyri sürətlərdə eybi yoxdur. Efirə buraxılma mərkəzinin də hökmdə heç bir təsiri yoxdur.”

Həzrət Ayətullah Behcət (r):

“Əgər musiqi mütrib olsa, ona qulaq asmaq, eləcə də  alveri haramdır.”

Həzrət Ayətullah Safi Gülpayqani:

“Camaat arasında “musiqi” hesab olunan şeylərə qulaq asmaq, düzəltmək, öyrənib öyrətmək və onun alətlərinin alveri haramdır.”

Həzrət Ayətullah Məkarim Şirazi:

“Ləhv və fəsad ilə münasib olan bütün səslər və musiqilər haram, bundan qeyriləri isə halaldır. Onun (hansı növdən olması) ümumxalq ürfünə (nəzərinə) müraciət etməklə ayırd edilir.”

Həzrət Ayətullah Təbrizi (r):

“Əyyaşlıq və kef məclislərinə münasib olan ləhv yönlü musiqiyə qulaq asmaq caiz deyildir. Həmçinin ləhv yönlü musiqi alətlərinin hazırlanması, öyrədilməsi və alveri caiz deyildir.”

Həzrət Ayətullah Sistani:

“Əgər musiqi əyyaşlıq məclislərinə, ləhv-ləib (əyləncə) yönlü məclislərə münasib olmazsa, haram deyildir.”[1]

Deməli, ləhv-ləib, mütrib və əyyaşlıq məclislərinə münasib olan musiqi və ahənglərə (mahnılara) qulaq asmaq haramdır. Amma bunun nümunələrinin hansı növdən olmasının, yəni hər hansı xüsusi bir növ musiqinin, misal üçün “pap”ın haram musiqi növlərindən, yoxsa caizlərdən olmasının ayırd edilməsinə gəldikdə isə, bu iş mükəlləf şəxsin öz öhdəsinə düşür. Çünki musiqi ilə azacıq tanışlıqları olanlar mütrib, ləhv-ləib və əyyaşlıq məclislərinə münasib olan musiqi ilə ondan qeyrisini ayırd edə bilər.[2] 

Buna görə də hətta əgər inqilabi, hərbi marşlar və nəğmələr mütrib, ləhv-ləib və əyyaşlıq məclisləri ilə münasib olarsa, onlara da qulaq asmaq haramdır.

“Pap” adlı musiqi də bu qaydadan müstəsna deyildir; əgər onda ləhv-ləib və əyyaşlıq şeyləri varsa haramdır və ona qulaq asmaq caiz deyildir.

Amma mütrib, ləhv-ləib və əyyaşlıq məclisləri ilə münasib olan musiqilərdən qeyrisinin nə üçün haram olmadığına gəldikdə isə, bu, ayrıca bir məsələdir. Ümumi şəkildə demək olar ki, şəri hökmlər Allahın hikməti və elmi, eləcə də hər bir hökm ilə əlaqədar məsləhət və zərərin əsasında qərar verilir və bəyan olunur. Bundan da Allahdan başqa heç kəs agah deyildir. İnsanların ixtiyarında və imkanında olan şeylərlə əlaqədar hökmlər, onların (həqiqi səbəbi yox) fəlsəfə və hikmətinin cüzi bir miqdarıdır.

Musiqi ilə əlaqədar da bunu deyə bilərik ki, insanı hidayət, mənəvi yüksəliş, düzgün təfəkkür, normal və asudə həyat yolundan saxlayan amillər məcmuəsi, eləcə də insanda əsəb narahatçılığı yaradan, ruhunu sarsıdaraq müvazinət vəziyyətindən çıxaran, ağıl qüvvəsinin nöqsanına səbəb olan şeylər, habelə şəhvətin təhrik olunması, ötəri və süni xoşluqlar, bir sözlə, insanın gerçək həyatdan ayrılmasına səbəb olan bütün şeylər qadağan olunmuşdur.

İfratçı, ruhi həyəcan yaradan və ya ləhv-ləib, əyyaşlıq məclisləri ilə münasib olan musiqiləri dinləmək nəticəsində yaranan ruhi xəstəliklər və narahatçılıqlar xüsusunda çoxlu kitablar və məqalələr yazılmışdır. Onlardan bəziləri “musiqinin ruha və əsəb tellərinə mənfi təsiri” adı altında nəşr olunmuşdur ki, maraqlananlar həmin kitablara müraciət edə bilərlər.

Ləhvi-ləib və mütrib musiqilərə şamil olan məclislərin çoxlu digər mənfi təsirləri də vardır ki, burada onların hamısını sadalamağa imkan yoxdur.



[1] “Mərcəyi-təqlid və alimlərin nəzərindən yeni məsələlər”, Seyid Möhsün Mahmudi, 1-ci cild, səh. 53 və 54

[2] Musiqinin haramlığının fəlsəfəsi və dəlilləri ilə əlaqədar əlavə məlumat almaq üçün bax: Görünüş: “Musiqinin haramlığı və onun dəlilləri”, sual 932; “Musiqini dinləmək”, sual 1595; “Musiqinin haramlığı və fitrət”, sual 1078; “Musiqinin haram və halal olmasının dəlilləri”, sual 388

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məsumların kəlmələrinin və işlərinin höcciyyət ölçüsü nə qədərdir?
    6572 ولایت، برترین عبادت 2012/09/13
    İslamın mötəbər dəlillərindən biri, Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnətidir ki, Quran ayələri kimi Müsəlmanlar üçün höccətdir, üç şəkildə bizim əlimizdədir. Məsumun sözü, işi və təsdiqi. Məsumların hədislərdə və rəvayətlərdə gəlmiş sözləri "Məsumun qovlu (sözü)" onların etdikləri fellər və işlər "Məsumun feli" onların başqalarının işini yaxud ...
  • O hansı ayədir ki, nazil olarkən onu 70 min mələk müşayiət edirdi?
    7748 Təfsir 2012/02/07
    Rəvayətlərdə gəlmişdir ki, bu xüsusiyyət Ənam surəsi zikr olunur.İmam Sadiq ə. Bu barədə buyurur: Ənam surəsi bir dəfəyə nazil olmuşdur. 70 min mələk onu müşayiət edirdi. Həzrət Məhəmməd (s) göndərilmişdir. Onu əziz tutun. Allah taalanın adı orada 70 yerdə işlədilmişdir. Camaat bu surənin hansı həqiqətlərinin olduğunu bilsəydilər onu tərk ...
  • Quran və rəvayətdə ixtiyari ölüm
    9232 موت اختیاری 2012/09/01
    Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    6455 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...
  • Quslun fəlsəfəsi nədir?
    9840 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Bəsirət gözü ilə Allahı görmək qəlbi şühuddurmu?
    14539 شهود قلبی 2012/09/01
    İmam Əlinin (ə) hədisində Allahın bəsirət gözü ilə görülməsi bəyan edilmişdir. Allahın görülməsi kəlam elmində bəhs edilir. Buna görə burada düzgün fikir bəsirətlə görmə qəlbi təcəlli və adi gözlə görmədən fərqlənir ki, bu Allah barəsində imkansızdır. Amma bəsirət gözü ilə görmə yaxud da həmin Ləqallah baş verə ...
  • hər hansı malın, xüsusilə əl işlərinin satışında şəri cəhətddən nə qədər faydalanmaq olar?
    5730 Alış satış 2015/05/28
    Bu sualın cavabında, nəzərinizi Böyük məqam sahibi Rəhbərin (Allah hifz etsin) bu suala cavabına cəlb edirəm: Sual: Mən, elektirik malları istehsal edənlərdənəm. İcazə var ki, bu malları bazarda hər qiymətə istəsəm və qəbul etsələr satım ya yox? Cavab: Dövlət tərəfindən qiymət təyin olunmamış malı, satıcı ilə alıcının ...
  • Дин нәдир?
    11662 Din fəlsəfəsi 2009/06/13
    Дин барәсиндә гәрб алимләри тәрәфиндән мүхтәлиф нәзәријјә вә мәтләбләр ирәли сүрүлүб. Гуран ајәләриндә “дин” ики мөвзуда ишләнмишдир.1-Гејби гүдрәтә олан һәр һансы етигад, истәр батил, истәрсә дә һагг ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    6908 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Müqəddəs məkanlarda yatmağın kökmü nədir?
    6362 Nizamlar hüquq və əhkam 2011/10/09
    İmamların ziyarətgahları və məzhəbi məkanlar bütün müsəlmanların hörmət göstərdikləri yerlər olmuşdur. Çünki bu məkanlara hörmət orada dəfn olunan İmam və böyüklərə hörmət əlamətidir. Buna görə bu məkanlarda onlara hörmətsizliyə səbəb olan bəzi hərəkətlərdən çəkinmək lazımdır. Lakin fiqhi və şəri cəhətdən belə məkanlarda, məscidlərdə və s yatmağın eybi yoxdur. Yəni ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168778 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166606 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122018 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115917 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115148 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96596 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60912 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56642 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49373 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47376 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...